İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
📱 BakıKart tətbiqi nəhayət işlədi.

🔹 Və bu 1 aprel zarafatı deyil. AppStoreGooglePlay-də artıq yenilənmiş tətibiqi yükləmək mümkündür.

🔸 Tətbiqin çox maraqlı təhlükəsizlik siyasəti var. Şifrədə böyük hərflərdən istifadə etmək olmaz (niyə?), PİN-kod isə doğum tarixi ola bilməz (bu da sualdır, BakıKart sizin doğum tarixinizi haradan bilir?).

📲 Yeni tətibqə yalnız ödənişlər üçün nəzərdə tutulub (hesaba bağlı balans da qalıb, silinməyib). Marşrutlar haqqında məlumat və canlı izləmə bu tətbiqdə yoxdur. Lakin bunun üçün yeni tətbiq olacaq, adı "AYNA MaaS" olacaq, bu haqda artıq rəsmi məlumat AYNA-nın nümayəndəsi paylaşmışdır.

Yükləyib istifadə edən olub? Necədir, sizcə?

#bakıkart
🚲 Fərdi biznes də artıq veloparkinqlərin fərqinə varır.

Özü də fikir verin bax belə kompakt və sadə konstruksiyalar quraşdırırlar, çox yer də tutmur.

Bunları hərəkət hissəsinə yaxın qoymaq daha məntiqli olardı, amma yenə də təşəbbüs və tendensiya pozitivdir.
🚕 Avtobus zolağına taksilər girməlidirmi? Dünya təcrübəsi nə deyir?

🔹 Bir çox ölkələrdə, o cümlədən əksər Avropa şəhərlərində ictimai nəqliyyat üçün ayrılmış zolağına lisenziya almış taksilər istifadə edə bilər.

🔸 Lakin burada bir əmma var. Bir çox Avropa ölkələrində taksilərin sayı zatən limitlidir. Misal üçün, Budapeştdə ictimai nəqliyyat o qədər yaxşı inkişaf edib ki, insanların taksidən yalnız xüsusi ssenarilərdə istifadə edə bilərlər. Və bu şəhərdə taksilərin ümumi sayı heç 7000 keçmir. Müqayisə üçün Bakıda taksilərin sayı 35 mindir, yəni 5 dəfə çox!

🔹 Ona görə Budapeştdə bu taksilər avtobus zolağında problem yaratmır. Lakin bizə daha yaxın olan Tbilisi şəhərində bunu başqa cür həll ediblər. Xüsusi "A" kateqoriyalı taksilər müəyyən olunub ki, bu avtomobillərə dair xüsusi tələblər var, adi "ekonom" taksilər deyil. Bu taksidə gediş daha bahadır, daha komfortludur və eyni zamanda daha sürətlidir, çünki bu taksilər avtobus zolaqları ilə hərəkət edə bilir.

🚖 İndi hər kəs gedib özünə "A" kateqoriya almasın deyə, limit müəyyən edilib və artıq 2023-cü ildən bu kateqoriyada olan lisenziyalar verilmir. Yalnız bir avtomobildən digərinə ötürülə bilər. Bu arada, dünyanın o başında, Nyu-Yorkda da belə qaydalar var (taksi lisenziyalar çoxdandır verilmir, yalnız ötürülür).

🔹 O ki qaldı, mindirib-düşürtməyə, Rusiyada, misal üçün, avtobus dayanacaqlarına taksi sərnişinləri mindirib-düşürtməyə icazə var, təbii ki, bu hərəkət əgər avtobusların hərəkətinə maneə törətmirsə.

🔹 Düşünürəm ki, biz məhz buna bənzər qonşu ölkələrinin təcrübəsindən ilkin mərhələdə tətbiq edə bilərik. Təbii ki, bunun üçün də, qanunvericiliyə bəzi dəyişikliklər etmək lazım olacaq.

#taksi #avtobuszolaqları
📣 Dostlar, bizim layihəyə dəstək vermək və vloqlarımızın geniş versiyasına izləmək istəyənlər üçün əla xəbərim var.

🔹 Artıq Patreon-un illik abunəlik ala bilərsiniz, və 30% endirim avtomatik olaraq sizə tətbiq olunacaq.

Xatırladım ki, Patreon-da qoşulanlar:

☑️ Vloqların geniş versiyasını izləyir;
☑️ Videoları hər kəsdən öncə izləyir;
☑️ Yeni vloqların anonslarını ən azı 1-2 həftə öncə görür;
☑️ Özəl Telegram-qrupunda müzakirələrə qoşulur;
☑️ Kitablar hədiyyə alır;
☑️ Vloqun qonağı ola bilir.

Və əlbətdə ki, urbanistika sahəsində maarifləndirmə işlərini aparmaq üçün böyük stimul verir. 💚

Patreon-da dəstək olmaq üçün:
⤵️
https://www.patreon.com/city4people

Real əstəyini əsirgəməyən hər kəsə təşəkkür! 🙏

foto süni intellektlə hazırlanıb)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Velosiped parkinqlərinə dair təklif.

Gecə xronikası çərçivəsində #minivloq.

#velosipedzolaqları #gecəxronikası
🚊 Qonşu paytaxta da tramvay qayıda bilər.

🇬🇪 Tbilisi Nəqliyyat Şirkəti artıq layihə-maliyyə uçotu sənədlərinin hazırlanması və Layihələndirmə-Təqdimat (DB) metodundan istifadə etməklə tikinti işlərinin satın alınması üçün bazar araşdırması üçün müsabiqə elan edib.

🔹 Tədqiqat sənədində göstərildiyi kimi, 7,5 kilometrlik xətt üzərində 11 stansiya tikiləcək, tramvay parkı 10 vahiddən ibarət olacaq və bir vaqon ən azı 300 sərnişin daşıyacaq. Layihənin təxmini icra müddəti 4,5 ildir.

🔹 Tiflisin bir sıra küçələrində hazırda BRT-tipli ictimai nəqliyyat hərəkət edir, avtobuslar küçənin ortasında hərəkət edir, çox effektiv bir ictimai nəqliyyat alınıb, bunu sizə Tiflis vloqunda göstərmişdim, qonağım da olub, bu haqda ətraflı danışıb.

🔸 Tiflisdə tramvay 2006-cı ləğv edilib, Bakıdan 2 il sonra. Nəzərə alsaq ki, Tiflis metrosunun şəbəkəsi Bakıdan da kiçikdir, bu şəhərə tramvayın qaytarılması səmərəli bir addım olar.

#tramvay #Tbilisi
🗯️ Günün kreativ zarafatı:

— Bakıda tıxac problemi nə vaxt həll olunacaq?

— Növbəti uzunmüddətli bayramlarda.

Belə baxanda, zarafat deyil.
🚲 Yasamalda velozolaqların təşkili davam edir.

📍 İzləyici Məmməd Rahim küçəsindən foto göndərib. Bu küçə Mətbuat və Hüseyn Cavid prospektlərini birləşdirir. Beləliklə, burada da veloşəbəkə yaradılacaq.

#velosipedzolaqları
Forwarded from Anar Əliyevin bloqu
Fevral ayında Bakını ziyarət edən urbanist Arkadiy Gerşman şəhərimizdən geniş vloqu paylaşıb.

Həm hazırda Bakıda gedən islahatları göstərib (velo və avtobus zolaqları), həm Sovetskinin sökülməsindən danışıb, həm də Qara Qarayev prospektində gəzişərək şəhər mühitin vacibliyindən danışıb.

Vağzal Meydanının transformasiyasına həsr olunmuş süjetdə qısa şərh verdim. Dilqəm İsmayılov, Abdul Hüseynov və Bayram Axundov isə Bakının tarixi məhəllərindən və tarixi binalarından danışdı.

➡️ https://youtu.be/douV0B9L7y0?si=q9mfcZ7jV05rETAQ
🤩 Urbanistlərin cənnəti tapıldı.

🇷🇴 Bura Rumıniyadan Kluj şəhəridir. Və bu şəhər paytaxt Buxarestdən fərqli olaraq, sürətlə insan yönümlü transformasiya mərhələsini keçir — velozolaqlar, tramvaylar, təhlükəsiz yol infrastrukturu, piyadalaşan tarixi küçələr…

🔹 Gəncə kimi ölkənin ikinci ən böyük şəhəridir, əhalisi də təxminən eynidir. Sual yaranır — əgər Rumıniyada mümkündürsə, niyə Azərbaycanda mümkün olmasın?

💫 Yaxın əyləşin, bu şəhərə yaxından baxmağa dəyər.

➡️ https://youtu.be/V5qT6KrnVNA?si=d1YifSPCQ271m2D9

#vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌚 Bu küçəni o qədər bəyəndim ki, dedim bu hissə burada da qalsın.

#gecəxronikası
Forwarded from Papirus
Media is too big
VIEW IN TELEGRAM
❗️Bakının memarlıq tarixi böyük təhlükə ilə qarşı-qarşıyadır.

#BakıDanışır
#BakınıQoru
🇷🇴 Kluj vloquna baxdınız?

Sizcə bu işıqfor siqnalı nə deməkdir?
🗓️ Həftə ərzində şəhərdə baş verənlər:

🔹 BakıKart yeniılənmiş tətbiqini təqdim etdi.

🔹 Bakıda artıq özəl obyektlər velosiped duracaqlarını quraşdırmağa başladı.

🔹 Taksilərin avtobus zolağına buraxması haqqında bir daha müzakirə etdik.

🔹 Xəqani küçəsində də mikromobillik parkinqin təşkilinə dair təklif verdim.

🔹 Tiflis şəhərində tramvayın qaytarılması gündəmə gəldi.

🔹 Yasamalda daha bir küçədə velozolaqlar salındı.

🔹 Əziz Əliyev küçəsinin tam piyadalaşmasını səbirsizliklə gözləyirik.

🔹 Tanınmış urbanist Arkadiy Gerşman Bakı haqqında vloq hazırladı, mən isə əsl urbanistik islahatlar baş verən Kluj şəhərinə göstərdim.

🔹 Sözügedən Kluj şəhəri isə baryersiniz mühitin ideal nümunəsi oldu.


Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🚲 8 noyabr prospektindəki velozolaqları bulvar ilə belə keçidlə birləşdirdilər.

🔹 Maraqlıdır ki, cəmi 1 il əvvəl burada nə piyada, nə velo keçid var idi, indi isə belə gözəllik. 👍

🔸 Burada bir məqam var, yolun dönmə radiusu çox böyükdür, keçid də nizamlanmayandır. Burada mütləq sürəti azaldan infrastruktur elementləri lazımdır.

📸: Fotonu izləyici göndərib.

#velosipedzolaqları
🚇 Təəsüf ki, bir neçə ay ərzində 28 May və Nizami stansiyalarnın arasında hərəkət dayanacaq.

🔹 Bu Bakı metrosu üçün olduqca təcili və zəruri bir tədbirdir. Metropoliten inkişaf etməlidir, bunun alternativi yoxdur.

🔹 Çünki Yaşıl və qırmızı xətlərin ayrılması başlayır.
Hal-hazırda iki xətt bir stansiyada eyni səviyyədə kəsişir. Xətlər üzrə hərəkət intensivliyini çoxaltmaq üçün ən əsas əngəldir. Bu iş yekunlaşsa hərəkət intervallarını hər bir xətt üzrə ən 2 dəqiqə ətrafında saxlamaq mümkün olacaq.

🔹 Xətlər ayrılanda qırmızı və yaşıl xəttlər tam olaraq müstəqil fəaliyyət göstərəcək, elə bu səbəbdən yaşıl xəttin Dərnəgül deposu da tikilir.

☑️ Belə ki, İşlər bilmədən sonra Nizami stansiyasından qatar 28 May stansiyasına deyil, birbaşa yaşıl xəttin Cəfər Cabbarlı stansiyasına gələcək, növbəti stansiya isə Xətai olacaq. Bununla bərabər yaşıl xəttin növbəti stansiyaları da tikiləcək, xətt Həzi Aslanov 2 stansiyasında bitəcək.

©️ Transport for Baku.

#metro
IMG_8951.JPG
330.3 KB
🚇 Beləliklə, 11 yeni stansiya tikiləcək.

🔹 Nəzərə alsaq ki, Dərnəgül deposunda da yerüstü stansiya olacaq (Xocəsən və Bakmil kimi), 2030-cu ilə qədər Bakıda 10 yox, hətta 11 yeni metrostansiyaların tikilməsi nəzərdə tutulub.

📎 Azər Axundov tərəfindən hazırlanan yenilənmiş sxem əlavə olunur.

#metro
Forwarded from ArazaxmedovS
Bu fotolar telegram kanalımıza aiddir və bu gün Tbilisi Dəmir Yolu Vağzalında çəkilib. Fotoda Azərbaycan Dəmir Yollarına aid sürət qatarıdı. Böyük ehtimalla, məhz mayın 1-də Bakı-Tbilisi-Bakı qatarının işə düşəcəyi xəbəri doğrudu. İlkin yoxlama üçün qatar Tbilisi vağzalına göndərilib.