İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚪️ Şəhəri ağardırlar. Bakının tarixi siması silinir.

🆘 Bu haqda memarlar və urbanistlər neçə vaxtdır narahatdır. Nə baş verir, bu təmirdir yoxsa bərpa?

Cavabları memar Dilqəm İsmayılov və bu işin icrası olan Bakı Abadlıq Xidmətinin təmsilçisi Rüfət Quliyevdən soruşacağıq.

➡️ https://youtu.be/jYvqQSrJFwk

#vloq #memarlıq
🇦🇿 Bakıda nə baş verir?

💡 Velozolaqlar, piyadalaşma, küçələrin transformasiyası - uzun illərdir gözlədiyimiz urbanistik islahatların nəhayət şahidi oluruq. Layihələrin əksəriyyəti noyabr ayında keçiriləcək #COP29 konfransının ərəfəsində icra olunur.

🔝 Bəs TOP-5 ən maraqlı və önəmli layihə hansıdır? Və hansı məsələlər kənarda qaldı? Mövsümün yekun videosunda bu layihələrə yaxından baxacağıq.

➡️ https://youtu.be/cvVogmml9h0

#vloq #cop29
Düz deyirlər ki, Bakı Ağ Şəhərdə ancaq "ağ insanlar" yaşayır?

🔹 Yeni mövsümün ilk vloqunu Bakının urbanistik cəhətindən ən əlverişli rayonlarından biri sayılan Ağ Şəhərinin icmalından başlayırıq.

"Baku White City"-nin icmalını kanalda üç il əvvəl paylaşmışam, lakin sürətlə dəyişən və məskunlaşan Ağ Şəhərdə bu gün yeni həllər tətbiq olunur. Bəs tətbiq olunan zaman səhvlərə yol verilirmi? Ağ Şəhərdən Bakınin digər rayonları nəyi öyrənməlidir?

Daimi qonağım memar Dilqəm İsmayılovda bunu müzakirə etdik, həmçinin buranın arxitekturasından söhbət açdıq:

https://youtu.be/WXKvNI94WqI?si=36KMqNOmbAWy2jpM

❗️ Ölkənin yeganə urbanistik vloqunun davamlı fəaliyyətini görmək istəyirsinizsə, dəstəyinizi əsirgəməyin. YouTube-kanalını aparılması üçün bu həqiqətən önəmlidir.

#vloq #AğŞəhər
📢 Deyirlər, Bakıda velosiped sürən yoxdur

🚲 Təzəlikcə fəaliyyətə başlayan veloicarə şirkəti APAR isə deyir ki, artıq 8 mindən çox unikal istifadəçi var. Və bu hələ 1-2 ayın göstəricisidir.

🔹 Bəs bu xidmət niyə ancaq şəhər mərkəzini əhatə edir? Velosipedlər nə dərəcədə keyfiyyətlidir? Bu və digər sualları birbaşa olaraq APAR-ın rəhbəri Əli Əhmədli cavablandıracaq.

🔹 Həmçinin təcrübəli velosipedçi və urbanist Arzu Süleymanov ilə həm veloicarəni, həm Bakıda sürətlə salınan yeni velozolaqları sınadıq.

➡️ Yeni
vloq artıq efirdə: https://youtu.be/EPQYQIP-dRE?si=9lK0VhFO3yKd-dMj

#vloq #APAR #velosipedzolaqları
Tıxacdan qurtulmaq üçün paytaxtı köçürməyə ehtiyac yoxdur.

🇩🇪 "Dağılan" Almaniyanın paytaxtında baxsaq, burada əsas diqqət insanlara rahat alternativlərin verilməsinə yönəlib. Geniş səkilər, hər yerdə velosiped zolaqları (həqiqitən HƏR YERDƏ demək olar ki) və rahat ictimai nəqliyyat.

🔹 Berlində olarkən sizin üçün iki vloq hazırladım. Birinci hissədə şəhərin urbanistik islahatlarından danışarıq, bizimlə müqayisə edərik.

➡️ https://youtu.be/Ww14sV5wv8o

İkinci hissə gələn həftə dərc olunacaq, sizə Berlinin ictimai nəqliyyatını göstərəcəm. Daha öncədən izləmək üçün Patreon-səhifəmizəözəl Teleqram-kanalına qoşulun.

#Berlin #vloq
🚊 Şəhərdə geniş metro, qatar və tramvay şəbəkəsi olsa, həmin şəhər tıxacda batmaz.

🔹 Bakıda metro və qatar sistemi olsa da, onlar geniş bir şəbəkə təşkil etmir. Tramvay 20 ildir sökülüb və hələ ki qaytarılmasına ümid çox azdır.

🇩🇪 Bu gün Berlinin misalında sizə iki önəmli məsələyə toxunacağıq — niyə tramvayın qaytarılması önəmlidir, və həmçinin mövcud ictimai nəqliyyatı detallara fikir verərək daha cəlbedici etmək olar?

➡️ https://youtu.be/kxOJ0Q8lzMY

P.S. Video sentyabr ayında çəkilib və bu vloqun davamıdır.

#Berlin #vloq
🔹 Və gündəm ictimai nəqliyyatdırsa, gəlin daha bir uğurlu xarici təcrübəyə baxaq.

🇵🇱 Bu gün Varşavaya yollanırıq. Azərbaycan kimi keçmiş sosialistik Polşada bu gün müasir urbanistik islahatlar baş tutur.

🔄 Küçələr insan yönümlü transformasiyadan keçir, tunellər əvəzinə piyada zonaları yaradılır, metro və tramvay isə şəhərin bir çox hissəsini əhatə edir. Və maraqlıdır ki, Varşavada maaşlar Bakıdan çox olsa, ictimai nəqliyyatda gediş o qədər də baha deyil.

🔹 Videonun qonağı isə Varşavadan yaşayan həmyerlimiz və izləyicimiz İsmayıl Axundov olacaq.

Yaxın əyləşin, maraqlı olacaq: https://youtu.be/ngdZsayyyQo

#Varşava #vloq
Bakının ən yaxşı parkında vəziyyət necədir?

🌳Mərkəzi Parkın artıq üç mərhələsi tikildi. Burada yaşıllıq və baryersiz mühit olsa da, əsas məsələ parkın özünə gəlmək üçün mühit əlverişli deyil. Kənarında maqistral kimi geniş yollar, piyada keçidlərin sayı kifayət qədər deyil. Niyə belədir və bunu düzəltmək mümkündürmü? Bu haqda yeni vloqda danışdıq.

💬 Eyni zamanda memarlar Dilqəm İsmayılov və Abdul Hüseynov buradakı mühitə yanaşma, və keçmiş "Sovetski" ərazisinin tarixindən maraqlı məlumatlar paylaşdı.

➡️ https://youtu.be/BASpjAaJ2I0

Vloqa dəstək olanlar memarların daha geniş diskussiyasını izləyə bilərlər.
Vloqu bağlı Telegram-qrupunda mənimlə müzakirə edə bilərsiniz.

#vloq
🔸 Bakının demək olar ki, son tarixi kvartalları və məhəllələri sökülə bilər.

💬 Bəziləri deyir ki, burada tarixi binalar saxlanılacaq, lakin tarix tək binalar deyil, ümumi olaraq küçələr və kvartallar deməkdir. Bunları necə qoruyaq, necə bərpa edək və nəyə görə bu çox önəmlidir?

🔹 Bu haqda memarlar Dilqəm İsmayılov və Abdul Hüseynov yeni vloqda danışdı.

➡️ https://youtu.be/uA4qfPfO9bI

✔️ Kanala dəstək.
✔️ Özəl Telegram-qrupunda müzakirə et.

#vloq
🚲 Bakının yeni velosiped zolaqları qış vaxtında boş olur, Bakının iqlimi velosiped sürmək üçün uyğun deyil — bu cür fikirləri güman ki, eşitmisiniz.

💡 Lakin həm xarici təcrübə, həm də ekspertlər deyir ki, soyuq havada müvafiq qaydalara riayət etməklə normal şəkildə velosiped nəqliyyat kimi istifadə etmək olur. Hətta, APAR veloicarədən istifadə edən var, çünki şərait yaradılıb.

🔹 Yeni vloqda bu mövzunu daha dərin araşdırıb və, necə deyərlər, "mifləri dağıdırıq".

➡️ https://youtu.be/3MxIpCzPsPo

#vloq
🇦🇿 Bu gün Bayıla gedirik.

🔹 Bakının unikal bir qəsəbəsidir. Relyefli küçələr, tarixi binalar və dəniz kənarına bulvara birbaşa çıxış.

💡 Vloq da unikal alındı. İlk dəfə olaraq qonaqlarımız sırasında kanalımızın patronları oldu.

💬 Bayılda yaşayan Cavad və Fəxri qəsəbənin əlçatanlığından və hekayələrindən danışdı.

🔹 Dilqəm İsmayılov isə buradakı memarlıqdan, landşaftı pozan yeni tikililərdən və tarixi binalarından danışdı.

➡️ https://youtu.be/6zfFbdhSn3Q?si=xR5ANSs2dSD4Kw2d

Vloqun qonağı olmaq və yeni mövzuları müzakirə etmək istəyirsinizsə patronlarımızın sırasına qoşulun.

Qapalı
Teleqram-qrupunda müzakirə.

#vloq
🔄 İçərişəhərin transformasiyasına baxaq.

🔹 Keçən ilin sonunda İçərişəhərdə çoxdan gözlənilən transformasiya elan olundu. Artıq bu qoruğa kənardan avtomobillər buraxılmır.

🔹 Həmçinin, ətrafda olan Əziz Əliyev küçəsi və İstiqlaliyyət prospektinin bir hissəsi piyadalaşdırıldı.

Bu urbanistik islahat nə dərəcədə şəhərə vacib idi, və bu qərardan sonra İçərişəhərdə vəziyyət nəcədir?

🔹 Cavab tapmaq üçün bu ərazidə gəzişdim və mövcud vəziyyəti sizə göstərdim.

➡️ https://youtu.be/b6VcFEPpRds

#vloq #içərişəhər
🔺 Bakı niyə "aqressivdir"?

🔸 Söhbət təbii ki, şəhərin mühitindən gedir. Biz dəfələrlə tarixi küçələrdən söhbət açmışıq, onların vəziyyətini göstərmişik, lakin çıxış yolu hər zaman var. Yeni vloqda biz "parallel küçələr" kimi tanınan ərazini gəzib həm mövcud vəziyyəti, həm də yaxşı həllər və çıxış yollarından danışacağıq.

➡️ https://youtu.be/h3nDUmlRoW4

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq
🚇 Metronun yaxın illər üçün planları açıqlandı.

🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi?

🔹 Bu və digər mövzuları Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov və eskpert Azər Axundov ilə müzakirə etdik.

☕️ Bu soyuq havada özünüzə isti çay-kofe süzüb növbəti maraqlı vloqu izləyin:

➡️ https://youtu.be/iCnO7i3vrzA?si=P0PQqAqi8q2oBZAb

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq #metro
🚌 Avtobus zolaqları: kiminsə üçün bu "əlavə tıxac", kiminsə üçün bu son illərin ən uğurlu islahatıdır.

🔹 Yeni vloqda yenə də ictimai nəqliyyat mövzusuna toxunduq. Sürücülər şikayət edir ki, bu zolaqlar əlavə tıxac yaradır, lakin statistika nə deyir? Hansı nəticələri artıq çıxarmaq olar?

🚕 Bəs taksilər avtobus zolaqlarına buraxılacaqmı?

Yaxın zamanda ictimai nəqliyyat ilə bağlı başqa hansı yenilikləri gözləyək?

💬 Bu və digər sualları AYNA-nın nümayəndəsi Emin Məcidova ünvanladım. Ekspert Rauf Ağamirzəyev isə ictimai nəqliyyatın inkişafı üçün bizə lazım olan digər vacib nüanslara toxundu.

➡️ https://youtu.be/SaRWcz9LcA0?si=FhDYP4jSMcQzxhwD

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq #avtobuszolaqları
⭕️ Zəbt edilmiş səkilər, böyük asfalt “səhraları” və çatışmayan piyada keçidləri — bu səfər bunlara bizdə deyil, Avropa Birliyinə daxil olan ölkənin paytaxtında rast gəldim.

🔸 Bəzi küçələrə baxanda həqiqətən “Avropa dağılır” zarafatı adamın yadına düşür.

🇷🇴 Lakin Buxarest şəhərinin yaxşı ictimai nəqliyyatı var — tramvaylar, trolleybuslar və 64 stansiyadan ibarət metro şəbəkəsi.

☑️ Bunların hamısını yeni vloqda baxmağa dəvət edirəm:

➡️ https://youtu.be/yzQ7Op3-ZlI?si=o-WH87akqtbk_Gw7

#Buxarest #vloq
🤩 Urbanistlərin cənnəti tapıldı.

🇷🇴 Bura Rumıniyadan Kluj şəhəridir. Və bu şəhər paytaxt Buxarestdən fərqli olaraq, sürətlə insan yönümlü transformasiya mərhələsini keçir — velozolaqlar, tramvaylar, təhlükəsiz yol infrastrukturu, piyadalaşan tarixi küçələr…

🔹 Gəncə kimi ölkənin ikinci ən böyük şəhəridir, əhalisi də təxminən eynidir. Sual yaranır — əgər Rumıniyada mümkündürsə, niyə Azərbaycanda mümkün olmasın?

💫 Yaxın əyləşin, bu şəhərə yaxından baxmağa dəyər.

➡️ https://youtu.be/V5qT6KrnVNA?si=d1YifSPCQ271m2D9

#vloq
🚲 Bakıya 100 kilometr yeni velozolaq gəlir.

🔹 Nə qədər etirazla qarşılansa da, istənilən insan yönümlü şəhərdə velosiped zolaqları olmalıdır. Qısa məsafələr üçün real nəqliyyat alternativi məhz velo və skuterdir.

Yaxşı, bəs bu zolaqlar Bakıda düzgün çəkilirmi? Hansı səhvlər və problemlər var? Daha yaxşı necə edə bilərdik?

🔹 Ən əsası — bu zolaqlar həqiqətən görüntü üçündür, yoxsa əlimizdə real statistika var?

📽️ Yeni vloqda araşdırırıq:

➡️ https://youtu.be/kBlVteZwR6Y?si=PDD6W1fBLkw0hiqF

#velosipedzolaqları #vloq