İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Qala divarları boyunca velosiped zolaqları təşkil olundu.

📍 Əziz Əliyev küçəsində izləyicimizin çəkdiyi fotolar. Yoxuşa qalxmaq üçün təcrübəli velosipedçi olmalısan, yaxud skuter və ya elektrik velosiped köməyin olsun 🙂

#velosipedzolaqları
🚲 Dilarə Əliyeva küçəsində yeni salınan velosiped zolaqları haqqında.

🔸 Burada da velozolaqlar yolun bir tərəfində təşkil olunub. Nədənsə bu artıq bir standarta çevrilib, bu yanaşma hər yerdə tətbiq edilir. Baxmayaraq ki, bir təklifim olub ki, zolaqlar küçənin hər iki tərəfində olsun (çünki küçə özü çox canlı və ikitərəflidir), bunun üçün yolun kəsiyi tam şərait yaradır.

🔹 Fotolarda həmçinin Azadlıq prospektindən misallar gətirdim, orada yeni hərəkət təşkil olunandan sonra velozolaqlarda artıq kənar xəttdən istifadə olunmur, və bufer zonanı da daha kompakt etmək olur.

Bu küçədə yenidən zolaqlanma işlərini aparmaq heç vaxt gec deyil. Velosiped zolaqları küçədə elə salınmalıdır ki, onlar həqiqətən velosipedi və skuteri bir nəqliyyat vasitəsi kimi istifadəsini stimullaşdırsın.

#velosipedzolaqları
🚲 Maqistral tipli yolda velosiped zolağı.

🛣 Bu gün açılışı baş tutan Balaxanı-Pirşağı yolunda da velosiped zolağı açılıb. Mərkəzdən qəsəbələrə velosiped üçün şəraitin yaradılması müsbət tendensiya kimi görünür.

❗️ Lakin çox önəmlidir ki, burada təhlükəsizlik nəzərə alınsın. Şəhər küçələrdən fərqli olaraq, burada avtomobillər yüksək sürətlə hərəkət edir, qəza riskləri və onların fəsadları daha çoxdur.

🔹 Burada velosiped zolaqları fiziki olaraq hərəkət hissəsindən təhlükəsiz şəkildə ayrılmalıdır. Fotolarda misallar var.

#velosipedzolaqları
🚲 Moskvanın velosiped zolaqlarına baxaq.

🔹 Əsas diqqət çəkən məkan nədir? Velosiped zolaqlarına yanaşma bütün küçələrdə eyni deyil. Bufer zonasının olması arzuolunandır lakin hər yerdə mütləq deyil.

🔹 Hərəkət zolaqlarının sayı biri keçmirsə, velozolaqları təhlükəsiz buferi olmadan avtomobil yolu ilə birgə təşkil etmək olar. Bunu "Vision Zero" deyir".

🔹 Əksər hallarda isə zolaqlar birtərəfli və küçənən hər iki tərəfində salınır.

#Moskva #velosipedzolaqları
🚲 Son bir ildə velosiped istifadəçilərin sayı artıb və artmaqdadır.

🔹 Velozolaqlar qıraqdan boş görsənsə də, şəkildəki mənzərə də artıq nadir hal deyil.

🔹 Velosipedlər daha az yer tutur, avtomobillər kimi gözə çarpmır. Lakin infrastruktur genişləndikcə, istifadəçilər artır.

🔹 Bir dəqiqəlik fikirləşin ki, Bakıda bütün küçələrdə velosiped zolaqları var. Qısa məsafələrdə və müvafiq ssenariləedə velo və skuter ən yaxşı alternativə çevriləcək.

📍 Afiyəddin Cəlilov küçəsi.

#velosipedzolaqları
Media is too big
VIEW IN TELEGRAM
🚲 Xəqani Rüstəmov küçəsindən yaxşı nümunə. Velosiped zolaqları küçənin hər iki tərəfində təşkil olundu.

🔹 Parkinq cibinə daxil olmadan küçə boyu davam edir.

#velosipedzolaqları #minivloq
🚲 Yaxşı velosiped zolaqlarının nümunəsi.

🇦🇺 Bura Sidneydir, Avstraliyanın ən böyük şəhəri, əhalisi 5.2 milyon insan təşkil edir. Dayanıqlı inkişafa doğru irəlləyən bir şəhər kimi, burada velozolaqlar salınır və bunun üçün yolun hərəkət hissəsini daraldırlar. Bəzi yerlərdə hətta küçə mebeli üçün də yer tapılıb.

🔹 Fotolarda maraqlı məqamlar toplanıb. Misal üçün, burada velokeçidlərdə təhlükəsizlik adacıqları quraşdırılır, ayrıcı zolaq isə bordürlar (səki daşı ilə) və yaxud yaşıl zolaq ilə hərəkət hissəsindən ayrılır.

☑️ Sidney şəhərinin hədəfi 220 km velozolaq təşkil etməkdir.

#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Səhərinizi belə gözəl mənzərə ilə açın.

🇩🇪 Almaniyanın Tübingen şəhərində 365-metrlik velosiped körpüsü. Dəmir yollarının üzərindən təşkil edilib.

🌧️ Yağmurlu havada is bu körpü isidilir ki, qar və yağış velozolağı sürüşkən etməsin.

#velosipedzolaqları #almaniya
🚲 8 noyabrda velosiped keçidlərinin təşkilinə başladılar.

🔹 Bura Xəqani Rüstəmov küçəsi ilə kəsişmədir. Bu kəsişmədə həmçinin yeraltı piyada keçidi mövcuddur, lakin əgər bu gün biz insan yönümlü şəhərlər konsepsiyasını ən yüksək səviyyədə müzakirə ediriksə, burada velokeçidlə yanaşı piyada keçidi də təşkil edilməlidir.

🔹 Zatən təcrübə onu göstərir ki, velosiped keçidlərini insanlar piyada keçidi kimi istifadə edir. İnklüziv, rahat və əlçatan şəhərlərdə keçidlər də əlçatan olmalıdır.

☑️ Bu haqda ətraflı olaraq bu vloqda danışmışdım.

#velosipedzolaqları #8noyabrprospekti
🚲 Qorunan velosiped zolaqları — müxtəlif şəhərlərdən misallar.

💬 Şərhlərdə yazırlar ki, bizim velozolaqlar çox zəif qorunur və mövcud baryerlər sürücüləri ora girməkdən heç cür çəkindirmir. Fotolarda isə daha çox ABŞ şəhərlərindən misallardır. NACTO standartlarında hətta belə tövsiyyələr var ki, parklanma zolaqları olan yerlərdə "protected bike lane" təşkil olunsun. Bu cür zolaqlarda qəza riski də 28% aşağıdır.

🌳 Yaşıllıqla ilə təşkil olunan baryerlər həmçinin küçəyə əlavə gözəllik də qatır. Ağaclar hündür olsa, velosipedçilər üçün həm də kölgə yaradır (Sofiya misalında göstərmişdim).

☑️ Lakin bugünki kimi müşahidə olan halların qarşısını almaq üçün daha sadə yanaşma ola bilər. Sizcə nəyi nəzərdə tuturam?

#velosipedzolaqları
İnsan yönümlü şəhərlər ️
🚲 Qorunan velosiped zolaqları — müxtəlif şəhərlərdən misallar. ⠀ 💬 Şərhlərdə yazırlar ki, bizim velozolaqlar çox zəif qorunur və mövcud baryerlər sürücüləri ora girməkdən heç cür çəkindirmir. Fotolarda isə daha çox ABŞ şəhərlərindən misallardır. NACTO standartlarında…
⬆️ Postdakı suala cavab isə, velosiped yolları birtərəfli, lakin küçənin hər iki tərəfində olmalıdır.

🚲 Bu cür nisbətən dar velozolağa istəsən belə maşınla daxil ola bilmərsən.

📸 Fotoda Afiyəddin Cəlilov küçəsidir. Düzdür, burada velozolaq yalnız bir tərəfdədir, lakin əksər küçələrimizə onları ikitərəfli təşkil etmək mümkündür.

🔹 Hətta ehtiyac olsa belə, bu cür zolaqlarda iki qarşı-qarşıya gələn velosipedçi ayrıla bilər, 1 saniyəlik bufer zonasına çıxmaqla.

#velosipedzolaqları
🚲 Bakıda daha bir velozolaq təşkil olundu.

Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində. Fotoda göründüyü kimi, həddindən artıq enli hərəkət zolaqları silinərək, yenidən çəkilib və velozolaq üçün də yer tapılıb.

#velosipedzolaqları
🚲 Bakıda təşkil olunan ən yaxşı velozolaqlardan biri.

☑️ Azadlıq prospektinin bu kiçik hissəsində küçənin hər iki tərəfində velozolaq salınıb.

☑️ Skuter parkinqi səkinin hesabına deyil, keçmiş parkinq cibində təşkil olunub.

☑️ Bufer zonası üçün də yer tapılıb.

🔸 Bakının bir çox küçələrində bu işləri sadəcə yenidən xətlənmə işlərini aparmaqla belə həllər tətbiq etmək olar.

#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Velosiped parkinqlərinə dair təklif.

Gecə xronikası çərçivəsində #minivloq.

#velosipedzolaqları #gecəxronikası
🚲 Yasamalda velozolaqların təşkili davam edir.

📍 İzləyici Məmməd Rahim küçəsindən foto göndərib. Bu küçə Mətbuat və Hüseyn Cavid prospektlərini birləşdirir. Beləliklə, burada da veloşəbəkə yaradılacaq.

#velosipedzolaqları
🚲 8 noyabr prospektindəki velozolaqları bulvar ilə belə keçidlə birləşdirdilər.

🔹 Maraqlıdır ki, cəmi 1 il əvvəl burada nə piyada, nə velo keçid var idi, indi isə belə gözəllik. 👍

🔸 Burada bir məqam var, yolun dönmə radiusu çox böyükdür, keçid də nizamlanmayandır. Burada mütləq sürəti azaldan infrastruktur elementləri lazımdır.

📸: Fotonu izləyici göndərib.

#velosipedzolaqları
🚲 AYNA Bakının yenilənmiş velozolaqların xəritəsini paylaşıb.

🔹 Artıq şəhər mərkəzinin Yasamal ilə birləşməsi görsənir. Xəritədə həmçinin planlaşdırılımış zolaqlar qeyd olunub — R.Behbudov, Ü. Hacıbəyov və Xəqani küçələrində çatışmayan zolaqlar. Bəzi zolaqlar köhnədən çəkiləndir — bu küçələrdə səki bərpa olunmalı, zolaqlar isə yolun hərəkət hissəsində təşkil olunmalıdır.

🔹 Eyni zamanda, velozolaqlar mütləq şəbəkələşdirilməlidir və ərazini bir tor kimi bağlamalıdır ki, tam təhlükəsiz bir şərait olsun.

🔹 Necə ki, küçədə səki bir standart kimi salınır, velozolaq da HƏR KÜÇƏDƏ təşkil olunmalıdır. Başqa cür yeni istifadəçiləri cəlb etmək mümkün olmayacaq.

#velosipedzolaqları
🚲 Velosiped zolaqlarının interaktiv xəritəsini hazırladım.

🔹 Bakının mövcud zolaqları, AYNA-nın açıqladığı planlarla yanaşı, qısa zamanda şəbəkələşməni təmin edə biləcək zolaqlar üçün təkliflər qeyd olunub.

☑️ Əksər yerlərdə hərəkət zolaqlarını saxlamaqla, "pop-up" zolaqlar təşkil etmək mümkündür. Hələlik, yalnız mövcud zolaqlara bitişik ərazilər nəzərə alınıb, lakin Bakının bir çox küçə və prospektlərin bu zolaqlar şəbəkəsini genişləndirmək olar.

➡️ Xəritə Google Maps-ə inteqrasiya edilib, buradan daxil ola bilərsiniz.

💬 Təkliflərinizi isə şərhlərdə yaza bilərsiniz.

#velosipedzolaqları
🚲 28 may küçəsi.

Bu dəqiqə çəkdim.

#velosipedzolaqları
🚲 Bakıya 100 kilometr yeni velozolaq gəlir.

🔹 Nə qədər etirazla qarşılansa da, istənilən insan yönümlü şəhərdə velosiped zolaqları olmalıdır. Qısa məsafələr üçün real nəqliyyat alternativi məhz velo və skuterdir.

Yaxşı, bəs bu zolaqlar Bakıda düzgün çəkilirmi? Hansı səhvlər və problemlər var? Daha yaxşı necə edə bilərdik?

🔹 Ən əsası — bu zolaqlar həqiqətən görüntü üçündür, yoxsa əlimizdə real statistika var?

📽️ Yeni vloqda araşdırırıq:

➡️ https://youtu.be/kBlVteZwR6Y?si=PDD6W1fBLkw0hiqF

#velosipedzolaqları #vloq