İnsan yönümlü şəhərlər ️
3.84K subscribers
3.17K photos
396 videos
3 files
1.06K links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Download Telegram
🚋 WOW-ideya kimi görsənir, amma bizə lazım deyil.

🇩🇪 Urbanistika və nəqliyyat ilə maraqlanırsınızsa, Almaniyanın Vuppertal şəhərindəki asma tramvay (Wuppertaler Schwebebahn) haqqında yəgin ki eşitmisiniz. Hərdən isə belə bir fikirlır səslənir: “Niyə bu əjdahadan bizdə yoxdur? Avtomobil yolu da boş qalar.”

🔹 Əslində cavab çox sadədir. Vuppertal xüsusi bir nümunədir: dar vadi, çay boyunca sıx tarixi tikililər və adi tramvay xətti çəkmək üçün yerin az olması. Məhz buna görə burada asma dəmir yolu (Suspended Railway / Schwebebahn) inşa edilib. Lakin bu sistem çox bahalıdır, tamamilə xüsusi infrastruktur tələb edir, vaqonlar və avadanlıqlar standart deyil, texniki xidməti və sərnişinlərin təxliyəsi isə daha mürəkkəbdir. Elə buna görə də yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, bu texnologiya dünyada geniş yayılmayıb.

🚊 İctimai nəqliyyat layihələrində ən böyük yanlış təsəvvür avtomobillərdən bir hərəkət zolağını almaqdan qorxmaqdır. Halbuki dünya təcrübəsi göstərir ki, tramvay və ya avtobus üçün ayrılmış zolaqlar daha çox insan daşımağa imkan verir, ictimai nəqliyyatı daha sürətli və etibarlı edir. Nəticədə insanların bir qismu şəxsi avtomobildən daha az istifadə edir və bu da yollardakı tıxacların azalmasına səbəb olur.

🌍 Məhz buna görə dünyanın əksər şəhərləri klassik küçə tramvayını seçirlər. Belə sistemlər həm tikinti, həm də istismar baxımından daha ucuzdur, sərnişinlər üçün daha rahatdır və şəhər mühitinə daha yaxşı inteqrasiya olunur. Hətta vaxtilə innovasiya kimi inşa edilmiş Moskva monorelsi də uğur qazanmadı və sökülməsinə qərar verilib.

☑️ Gələn səfər buna oxşar sistemləri sizə nümunə gətirəndə bu postu onlarla paylaşın.
19💯2
🚧 İstifadə olunmayıb "cib"i bağlamaq üçün ən yaxşı fürsətdir.

💬 Azadlıq prospektində, ADNSU-nun yanında səki daşlarını yeniləyirlər.

👆 Elə bu yerdə, fotoda solda görünən lazımsız "cib"i (əvvəllər parklanma yeri idi) də daşla örtmək üçün bu yaxşı fürsət olar. Mən bunu hələ keçən il təklif etmişdim.

🔹 Ayda-ildə bir dəfə belə işlərə vəsait ayrılırsa, onu daha səmərəli istifadə etmək lazımdır.

#səkilər
👍35💯71
🇬🇪 Tbilisiyə 9 dollara?

🚆 Keçən aydan tez-tez səyahət edənlərin arasında tanınmış Rome2Rio saytı Bakı–Tbilisi qatarı üçün sistem $9-dan başlayan biletləri “təklif etməyə” başlayıb. Problem ondadır ki, belə tarif nə indi var, nə də pandemiyadan əvvəl olub.

📩 Bununla bağlı mən də Rome2Rio-nun rəsmi müraciət yazdım. Cavabda bildirdilər ki, məlumat “Data Menecerləri” komandasına ötürülüb, dəyişikliklər 1–2 ay ərzində saytda əks olunacaq.

🌍 Rome2Rio çox faydalı platformadır və mən xüsusilə Avropada marşrut planlaşdırarkən tez-tez istifadə edirəm. Sayt özü bilet satmır, sadəcə müxtəlif nəqliyyat növlərini, marşrutları, təxmini səyahət müddətini və qiymətləri göstərərir. Bu platformanı Azərbaycana sivil şəkildə inteqrasiya edilməlidir.
🤣21👍9😱1💯1
🚇 Tarix açıqlandı.

🗓 15 avqustdan etibarən Bakı metrosunda yaşıl və qırmızı xətlərin ayrılması başlayacaq.

Nizami və 28 May arasında qatarların hərəkəti dayandırılacaq. İşlər bitdikdən sonra isə yaşıl xətt müstəqil olaraq Dərnəgül-Xətai istiqamətində fəaliyyət göstərəcək.

Video burada.

#metro
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33👍16👏6🤮1
🚍 Xətlərin ayrılması başa çatana qədər 6 yeni ekspres marşrut istifadəyə veriləcək.

🔹 Bu marşrutların keçdiyi küçələrin əksəriyyətində avtobus zolaqları mövcuddur. Çatışmayan küçələrdə isə müvəqqəti BUS zolaqları təşkil etmək yaxşı olar.

Əgər bu avtobuslar tıxacsız hərəkət edən metronu əvəz edirsə, onlar da tıxac görməməlidir.
👍22👏8💯42
💳 Pul məsələsi həqiqətən də həssas mövzudur. Sərnişin eyni səfər üçün iki dəfə ödəniş etməməlidir.

🚇 Amma söhbət təkcə Nizami-28 May və ya 20 Yanvar-Koroğlu marşrutlardan, yaxud metro xətlərinin ayrılması dövründən getmir. Bu prinsip ümumiyyətlə bütün ictimai nəqliyyat üçün keçərli olmalıdır.

⏱️ Məsələn, 60 və ya 90 dəqiqə ərzində edilən gediş əlavə ödəniş tələb etməməlidir. Bu təcrübə təkcə Avropda deyil, artıq Tiflis və Daşkənddə də tətbiq olunur.

🎫 Ümumiyyətlə, birdəfəlik gediş haqqı dünyanın bir çox şəhərində sərfəli tarif deyil. Əvəzində günlük, həftəlik, aylıq, hətta illik nəqliyyat paketləri tətbiq olunur.

🚍 Bəli, bunun üçün daşıyıcıların brutto müqavilə sisteminə keçməsi vacibdir. Azərbaycanda bu proses artıq başlayıb və hətta onun tətbiq qaydaları da təsdiqlənib. Amma belə bir tarif sisteminin tam tətbiqi vaxt tələb edir.

🔹 Təəssüf doğuran məqam odur ki, həqiqətən keyfiyyətli ictimai nəqliyyatın fundamental elementləri yalnız indi tətbiq olunmağa başlayır. Halbuki dünyanın bir çox şəhərində bunlar artıq uzun illərdir standart hesab olunur.

#ictimainəqliyyat
20😢9💯6👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hər şeyi zarafata çevirə bilən yaradıcı xalqım 🤌
😁45🤣165👏1
Sumqayıtı insanyönmülü görmək istəyirlər.

🔹 Süni intellekt trendində ən çox bəyəndiyim məqam odur ki, hər kəsə bu cür vizualizasiyalar yarada bilir. Artıq bunun üçün dizayner olmağa ehtiyac yoxdur. Düşünülmüş promt və insanyönümlü şəhər konsepsiyasını başa düşmək kifayətdir.

📷 Şəkil Sumqayıt50 qrupundan götürülüb (başqa misal da paylaşmışdım). Əlbəttə, vizuallaşdırma ideal deyil, piyadaların hərəkəti üçün daha çox yer ayırmaq yaxşı olardı.

Sevindirici hal odur ki, sumqayıtlılar artıq alternativi təsəvvür edir və başa düşürlər ki, yaxşı şəhər məhz bu cür ictimai məkanlardan başlayır.

#Sumqayıt
19👍6🤮1
🌚 İzləyicidən #gecəxronikası
💩29😁5🤮4😱1
🚨 Dostlar, köməyinizə ehtiyacım var.

Dünən axşam saatlarında şəkildə gördüyünüz “Cube” markalı uşaq velosipedi oğurlanıb.

Onu görsəniz və ya satışa çıxarıldığını görsəniz, xahiş edirəm şərhlərdə ya da şəxsi mesajda məlumat verin. İstənilən məlumat faydalı ola bilər.

Postu paylaşmağınızı da xahiş edirəm, daha çox insanın görməsi şansımızı artıracaq.

Təşəkkür edirəm.
😢277👍1🤣1
⚡️ Sən demə, Dərnəgül və Koroğlu metrostansiyalarını 2 həftəyə birləşdirmək mümkündür.

“Qazmağa nə var ki, hətta infrastrukturu salmaq da mümkündür”, Ziya bəy qeyd edir.
2🤣39💩7👍4👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sumqayıtda velosipedçini avtobus vurub qaçdı.

🚳 Bu videonu “velozolaqlar lazım deyil, qoy yol ilə sürsünlər də” deyənlərə göstərmək lazımdır.

🚲 Velosiped zolaqların ilk məqsədi də odur ki, təhlükəsiz şərait yaradılsın, avtomobil axını ilə fiziki baryer olsun. Bu halda, zolaqlar cəlbedici və lazımlı olar.

#velosipedzolaqları
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱27😢8💯2🤮1💩1