İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
“Podxana” layihəsinin ilk qonaqlarının biri oldum.

Piyada təhlükəsizliyindən danışdıq.

https://youtu.be/T3_-aj1RsaI?si=EiWlgQJowL3e56Qi


#təhlükəsizlik
📍 Heydər Əliyev prospekti, Koroğlu metrosunun yanı.

Prospektin bu hissəsində vaxtilə çoxlu piyada qəzaları baş verirdi, insanlar metroya düşməmək üçün daha qısa yol seçib yolu qaçaraq keçməyə üstünlük verirdi. Çoxlu qəzalardan sonra bura uzun məhəccər quraşdırıldı ki, piyadaları qaçmağa sövq etməsinlər.

🔹 İndi biz qırağa qoyaq bu məsələni ki, şəhər daxilində sürətli maqistral olmamalıdır, piyada keçidləri isə eynisəviyyəli və nizamlanan olmalıdır. Bu haqda mütəmadi olaraq səhifədə danışıram.

Söhbət ondan gedir ki, artıq 2 aydan çoxdur ki, prospektin bu hissəsində məhəccərlərin bir hissəsi çatışmır, məhz "Koroğlu" metrosu tərəfdə, insanların daha çox qaçdığı yerdə. Və keçən ay artıq burada gecə vaxtı qəza baş verib.

❗️ Qəzadan 1 aydan çox vaxt keçsə də, hələ də məhəccərin çatışmayan hissəsi bərpa olunmayıb. Ümid edirəm, növbəti qəzanı gözləmədən məhəccər yerinə quraşdırılar.

#təhlükəsizlik
🔁 Küçənin “VisionZero” konsepsiyasına uyğun transformasiyası.

1️⃣ Birinci fotoda bizə tanış gələn tipik bir yolayrıcısıdır. Maşınlar hər tərəfi zəbt edib, piyadalar görünmür.

2️⃣ Mərhələli şəkildə əvvəl yolayrıcını deliniatorla (el arasında “tumba”) əhatə edirik.

3️⃣ Fiziki adacıq (səki çıxıntısı) təşkil edirik.

4️⃣ Yolayrıcının səviyyəsini yola nisbətən qaldırırıq ki, sürücülər yaxınlaşarkən sürəti azaltsın.

Şəhərin bir sıra yolayrıcılarını bu cür təhlükəsiz şəkildə transformasiya etmək olar, qəzaların sayını azaltmaq olar. Misal üçün, Ağ Şəhərdə artıq daşla döşənilən yolayrıcılara rast gəlmək olar.

#visionzero #təhlükəsizlik
⭕️ Ziya Bünyadov prospektində sürət 70-ə salındı.

Bu qərar hələ mart ayında verilmişdir, icrası gecikdi.

🔸 Sürətin yol təhlükəsizliyinə təsiri haqqında isə buradan oxuya bilərsiniz.

#təhlükəsizlik
🇩🇪 Avtomobil həvəskarların "vətəni" Almaniyada sürücülərə "qarşı" çıxırlar.

Gələn aydan etibarən Frankfurt şəhərinin mərkəzində sürət həddini maksimum 20 km/s-a qədər endirməyi planlaşdırırlar.

Bu radikal addımın atılmasının ilkin səbəbi - həm təhlükəsizlik, həm də şəhər mərkəzinə daxil olanların avtomobillərin sayını azaltmaqdır. Eyni zamanda, burada pulsuz parkinq yerləri təmamilə ləğv olunur. Tədbir planının bir parçası olaraq, bu şəhərdə yeni velosiped zolaqlarının salınması da nəzərdə tutulub.

🔹 Xatırladım ki, gələn ildən Milan şəhərində sürət həddi endiriləcək, Brüsseldə isə artıq 3 ildir bütün şəhərdə maksimum sürət 30 km/s-dır.

#təhlükəsizlik #Frankfurt
⭕️ İnsan və xüsusilə uşaqların həyatı bu qədər dəyərsiz olmamalıdır.

Zərifə Əliyeva küçəsində səkinin bir hissəsini məftil ilə bağlayıb piyadaları yola çıxmağa məcbur edirlər.

🔸 Təmir-tikinti işlərini apararkən heç olmasa konuslarla müvəqqəti bir yol ayırmaq olardı insanların təhlükəsiz hərəkəti üçün. Paytaxtın ən mərkəzidir özü də bura.

#təhlükəsizlik #səkilər
⬆️ Bakı Ağ Şəhərdə yeni yolayrıcılarda bu cür təhlükəsiz adacıqlarını tətbiq etməyə başladılar.

Bu əla təşəbbüsdür, təhlükəsiz adacıqlarının faydasından sizə dəfələrlə danışmışdım. Lakin “Road Safety” səhifəsi düzgün qeyd edir ki, buradakı yük maşınların girişini qadağan borular görüntünü məhdudlaşdırır, həm də estetik cəhətdən eybəcərdir.

🔹 Ümumi olaraq, təbii ki, bu cür yeniliklər təqdirəlayiqdir. Bakıda bir ara buna başladılar, amma elə bir küçə ilə bitdi söhbət.

#AğŞəhər #təhlükəsizlik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥🚙 Bu piyadaları sürət xilas etdi.

Diqqətsiz insanlar dünyanın hər yerində var. Hər kəs qayda poza bilər, hər kəs səhv buraxa bilər. Lakin bu səhvlər adamları öldürməməlidir.

🇬🇧 Bura İngiltərənin Bradford şəhəridir. Gördüyünüz ki, burada piyada keçidində bir sıra sürücülər piyadalara yol vermir və qəzalar baş verir. Lakin bu qəzada ağır xəsarət alan və ya həlak olan olmur. Kimsə yıxılır, kimsə vaxtında reaksiya verir və qəzadan qaçır.

💡 Bunun sirri çox sadədir - avtomobillərin sürəti aşağıdır (adətən şəhər mərkəzində 30 km/s), eyni zamanda yolun quruluşu və dizaynı elədir ki, istəsən 70-80 km/s-a sürə bilmərsən ("8 noyabr" prospektinə buradan salam).

📊 Birləşmiş Krallıqda hər il 100 min nəfərə 2,4 qəzalarda ölür, Azərbaycan isə bu rəqəm 8-dir. Şəhərlərimiz 3 (!) dəfədən çox insanın həyatını alır.

#təhlükəsizlik
⬆️ Bu qaydanı qanuna salmaq lazımdır.

💡 Qarlı və yağışlı havada görüntü məhdudiyyəti yaranır və sürücülər digər nəqliyyat vasitələrini vaxtında görməyə bilər. Bu foto yaranan vəziyyəti yaxşı təsvir edir.

Məhz bu səbəbdən üçün bütün yeni avtomobillərdə gündüz işıqları nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində sürücülər daimə gecə/gündüz faralardan istifadə etməlidir. Moldova və Ukraynada bu qayda payız-qış aylarına aiddir.

❗️ Avtomobil idarə edən dost və tanışlarınıza da bu fotonu göstərin.

#təhlükəsizlik
💡 Şəhər küçələri bu cür işıqlandırılmaldıır.

Statistikaya görə daha çox ağır nəticəli qəzalar gecə vaxtı baş verir. Buna baxmayaraq, küçələrimizin əksəriyyətində kifayət qədər işıqlandırma yoxdur.

⚠️ Görün piyadalar “zebra”da necə aydın şəkildə görünür.

#Bratislava #işıqlandırma #təhlükəsizlik
🚨 Neftçilər prospektində yeni təhlükə mənbəyi yaranıb.

Burada yeni mol açıldandan sonra giriş-çıxışlarına hərəkət ləngiyir, bu fürsətdən istifadə edərək piyadalar yeni salınan mərkəzə yolu birbaşa prospektin üzərindən keçirlər. Uşaqla keçənlərin sayı da az deyil.

🔸 Kimsə deyə bilər ki, “insanları yerin altına göndərin, 200 metr digər tərəfdə yeraltı keçid var, amma bu kəsişmədə svetoforla nizamlanan keçid təşkil edilsə, bu həm də K.Səfərəliyeva küçəsi ilə də daimi konflikti də yox edər.


#təhlükəsizlik #neftçilərprospekti
👶 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Uşaqların təhlükəsizliyi elə evdən çıxan kimi başlamalıdır. Təhlükəsiz şəhərin qurulması üçün mütləq uşaqların davranışını nəzərə almalıyıq. Şəhərdə təhlükəsiz piyada keçidləri olmalıdır, piyada svetoforları mütləq olmalıdır, şəhər daxilində sürətli yollar olmamalıdır.

Bununla yanaşı valideynlərin də üzərində məsuliyyət düşür.

🔸 Piyada keçidlərində uşaqların əlindən tutun, 5 yaşınadək uşaqları qucağınızda tutun.
🔸 Uşaq arabası ilə svetoforu gözləyəndə arabanı əlinizlə tutun.
🔸 Uşaqlara öyrədin ki, yolu keçəndə əvvəl sola, sonra, sonra bir daha sola baxıb yolu keçmək olar.
🔸 Avtomobildə uşaqları avtokresloda otuzdurun.
🔸 Parkinqlərdə ikiqat diqqətli olun. Parkinq yerindən arxa-arxaya çıxan sürücülər uşaqları görməyə bilər.

🔹 Amerika Pediatriya Akademiyasının araşdırmalarına əsasən, 10 yaşınadək uşaqlar yaxınlaşan avtomobillərin sürətini və məsafəsini düzgün hesablaya bilmir. Sürücülər də mütləq bu məqamı nəzərə almalıdır.

#təhlükəsizlik
🇵🇱 Varşavada uşaqlarla gəzinti.

🔹 Polşada yaşayan izləyici vurğulayır ki, qrup şəklində uşaqlar harasa gəzintiyə gedəndə bu cür işıqqaytarıcı jiletlər geyinir. Əlavə təhlükəsizlik elementləri heç vaxt artıq deyil.

🔹 Mən həmçinin onu da vurğulamaq istəyirəm ki, infrastruktur da çox təhlükəsiz görsənir. Fikir verin, cəmi 3 zolaq olmasına baxmayaraq, burada avtomobil və piyada axınları svetoforla nizamlanır.

🔹 Bu arada, keçən ilin mart ayında Polşadan bizə mütəxəssislər gəlmişdir ki, biz Azərbaycanda yol hərəkətinin təhlükəsizliyini artıracağıq, amma həmin xəbərin heç bir ardı gəlmədi.

#təhlükəsizlik #varşava
☑️ Təhlükəsizlik adacığı bir standart kimi.

🇵🇱 Bizim kimi keçmiş sosialistik ölkə — Polşanın paytaxtı Varşavada küçələri təhlükəsiz etmək üçün bu cür sadə və ucuz üsullardan istifadə edirlər.

🔸 Bakıda belə hallar tək-tük olan vaxtda, burada sanki adacıqlar standart kimi qəbul olunub və hətta 2 zolaqlı yollarda rast gəlinir. Təhlükəsizlikdən önəmli nə ola bilər ki?

#Varşava #təhlükəsizlik
“Sadə həllər — effektiv nəticələr” rubrikası.

Qaldırılmış kəsişmələr küçəyə nə verir?

🇩🇪 Fotolarda Almaniyanın Şverin şəhəridir. Burada örtük materialının dəyişməsi ilə sürücülərə işarə verilir ki, sürəti azaltmaq lazımdır. Eyni zamanda, döşəmə daşları hamarlanıb ki, araba ilə hərəkət edənlər rahat keçə bilsin.

🔹 Bundan əlavə, qaldırılmış hissənin önündə yağış sularının axması üçün kanalizasiya lükları nəzərdə tutulub ki, yağışlı havalarda burada gölməçələr yaranmasın.

🔹 İctimai nəqliyyatın keçmədiyi yaşayış zonalarında belə kəsişmələr küçələri qat-qat daha təhlükəsiz edir.

#təhlükəsizlik
🪴 Təhlükəsizlik adacıqların qorunması üçün sadə həllər.

🅿️ Bakıdakı küçə parkinqlərin ən böyük problemlərdən — təhlükəsizlik adacıqlarının zəbt edilməsidir. Belə parklanma tək qayda pozuntusu deyil, birbaşa olaraq təhlükədir, xüsusilə piyada keçidlərinin önündə.

☑️ Yaxşı misallardan birini Budapeştdə tapmaq olar. Sadəcə dibçək qoymaqla, həm təhlükəsizlik artırılır, həm də şəhərə az da olsa, amma bir kol yaşıllıq gətirir.

🇨🇿 Praqada isə başqa misal var — adacıqlarda mikromobillik parkinqi təşkil edirlər (vloqda göstərmişdim).

Hər iki variantı ssenaridən asılı olaraq tətbiq etmək olar.

✍️ Tərəfimizdən rəsmi təklif verilib. Ümid edək ki, təklifimiz eşidiləcək.

#parklanma #təhlükəsizlik
⭕️ Təhlükəsizlik sürətdən başlayır.

🔹 Bu gün "BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi"nə start verilir. Təəssüf ki, Azərbaycan bu cəhətdən aparıcı ölkədən xeyli geridə qalır.

🔹 Misal üçün, əksər inkişaf etmiş ölkələrdə şəhər daxilində sürət limiti 50 km/s müəyyən edilib. Bu sürət həm şəhərdaxili yollar üçün optimal sayılır, və ən əsası qəza riskini xeyli aşağı salır.

🇦🇿 Azərbaycan qanunvericiliyində şəhər daxilində maksimal sürəti 50 km/s-dək endirmək lazımdır. İnsan yönümlü şəhər tək rahat deyil, eyni zamanda təhlükəsiz şəhər deməkdir.

#təhlükəsizlik
⚠️ Təhlükəsizlikdən danışaraq, bu mövzunu yenidən qaldırmaq labuddur.

🔸 Azərbaycanda yol qəzaların əksər hissəsi piyadaların vurulmasına düşür. Hətta piyada keçidlərinin özlərində dəfələrlə qəzalar olur. Bunun həll yolu — bu cür təhlükəsizlik adacıqlardırıdır.

🔹 Piyada keçidlərinə bu cür adacıqların üstünlüyü:

Sürücülər keçidə yaxınlaşanda sürəti aşağı salır, qəza riski azalır.
Piyadalar yolun bir hissəsini keçərək, digər tərəfdən gələn avtomobilləri adacıqda daha təhlükəsiz şəkildə gözləyə bilər.
Piyada keçidində qanunsuz ötmə əməliyyatı riski minimuma azalır.

🔹 Dəfələrlə postlarda və vloqlarda xarici təcrübənin misalları gətirilib. Bu gün hətta Bakıda da belə misallar var. 2022-ci ildə Nərimanov rayonunda belə adacıqlar təşkil edildi. Təəssüf ki, ardı gəlmədi. Bir çox ölkələrdə isə bu adacıqların təşkili hətta qanun və standartlarda öz əksini tapır.

☑️ Təhlükəsizlik infrastrukturdan başlayır.

#təhlükəsizlik
⚠️ İnsan səhv edə bilər, diqqətsiz ola bilər, amma bunun qarşısını infrastruktur almalıdır.

⬆️ Bu iki şəkilə diqqətlə baxın. Bakıda beş (5!) hərəkət zolağı üzərindən nizamlanmayan piyada keçidi təşkil edilib. Bu birmənalı olaraq təhlükədir. Çünki piyadanı yalnız birinci və maksimum ikinci cərgədə hərəkət edən sürücülər vaxtında görə bilir. Digərlərin diqqəti artıq piyadaya fokuslana bilmir bu qədər geniş yolda. Nəticə — qəza.

🚦 Çıxış yolu ya işıqfor, yaxud da təhlükəsizlik adacığıdır (ikinci fotoda). Elə keçən həftə onlardan danışmışıq. Fiziki təhlükəsizlik adacıqları Bakıda kütləvi şəkildə tikilməsinə ehtiyac var. Olmayana qədər bu şəhərdə həm piyada, həm sürücülər təhlükəli infrastrukturun qurbanı olacaq.

#təhlükəsizlik
👶 Əgər bir şəhər uşaqlar üçün təhlükəsizdirsə, demək hər kəsin hərəkəti üçün təhlükəsiz olacaq.

🔸 Böyüklərin əsas məsuliyyəti “küçəyə çıxanda ehtiyatlı ol” demək deyil, uşaqların təhlükəsizliyini öncədən nəzərə alan bir şəhər salmaqdır.

#təhlükəsizlik #uşaqlar