İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Bakı Ağ Şəhərdə yeni yolayrıcılarda bu cür təhlükəsiz adacıqlarını tətbiq etməyə başladılar.

Bu əla təşəbbüsdür, təhlükəsiz adacıqlarının faydasından sizə dəfələrlə danışmışdım. Lakin “Road Safety” səhifəsi düzgün qeyd edir ki, buradakı yük maşınların girişini qadağan borular görüntünü məhdudlaşdırır, həm də estetik cəhətdən eybəcərdir.

🔹 Ümumi olaraq, təbii ki, bu cür yeniliklər təqdirəlayiqdir. Bakıda bir ara buna başladılar, amma elə bir küçə ilə bitdi söhbət.

#AğŞəhər #təhlükəsizlik
⬆️ Bura “Ağ Şəhər”dir. Ana olan üç rəfiqə uşaq arabaları ilə gəzintiyə çıxıb, yan-yana hərəkət edib söhbətləşir.

Kimsə deyə bilər ki, bu hansısa istisna haldır, lakin şəhərdə geniş səkilərin olması və küçələrin insan yönümlü olmasının əhəmiyyətini biz dəyərləndirmirik.

Şəhərlərimizin hər küçəsində bu cür mühit niyə də olmasın?

#səkilər #ağşəhər
Düz deyirlər ki, Bakı Ağ Şəhərdə ancaq "ağ insanlar" yaşayır?

🔹 Yeni mövsümün ilk vloqunu Bakının urbanistik cəhətindən ən əlverişli rayonlarından biri sayılan Ağ Şəhərinin icmalından başlayırıq.

"Baku White City"-nin icmalını kanalda üç il əvvəl paylaşmışam, lakin sürətlə dəyişən və məskunlaşan Ağ Şəhərdə bu gün yeni həllər tətbiq olunur. Bəs tətbiq olunan zaman səhvlərə yol verilirmi? Ağ Şəhərdən Bakınin digər rayonları nəyi öyrənməlidir?

Daimi qonağım memar Dilqəm İsmayılovda bunu müzakirə etdik, həmçinin buranın arxitekturasından söhbət açdıq:

https://youtu.be/WXKvNI94WqI?si=36KMqNOmbAWy2jpM

❗️ Ölkənin yeganə urbanistik vloqunun davamlı fəaliyyətini görmək istəyirsinizsə, dəstəyinizi əsirgəməyin. YouTube-kanalını aparılması üçün bu həqiqətən önəmlidir.

#vloq #AğŞəhər
🚶🏻 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidi tikirlər.

🔹 Süleyman Vəzirov küçəsində orta məktəblə parkın arasında yerləşəcək hissədə piyada keçidi qaldırılmış olacaq.

Bu cür keçidin biri Mərkəzi Bulvar küçəsində artıq mövcuddur. Ağ Şəhərdə həyətlərə girişlər də bu cür təşkil olunub, bu nə üçün belə edilir sizə vloqda ətraflı göstərmişdik.

📸: Road Safety - Təhlükəsiz yol

#AğŞəhər #piyadakeçidləri