🇵🇱 Varşavada küçə - əvvəl və sonra.
⠀
Bu yaxınlarda daha bir küçədə təmir işləri apardılar. Səkiləri genişləndirdilər, yeni ağaclar əkdilər, ayrılmış velosiped zolaqlarını təşkil etdilər.
⠀
✅ Xatırladım ki, bu yaxınlarda bizim qurumlar Polşa və Litvanın təcrübəsini tətbiq etməyə qərara gəldilər. Düşünürəm ki, elə bu yanaşmadan başlamaq olar.
#Varşava

🇵🇱 Varşavada uşaqlarla gəzinti.
⠀
🔹 Polşada yaşayan izləyici vurğulayır ki, qrup şəklində uşaqlar harasa gəzintiyə gedəndə bu cür işıqqaytarıcı jiletlər geyinir. Əlavə təhlükəsizlik elementləri heç vaxt artıq deyil.
⠀
🔹 Mən həmçinin onu da vurğulamaq istəyirəm ki, infrastruktur da çox təhlükəsiz görsənir. Fikir verin, cəmi 3 zolaq olmasına baxmayaraq, burada avtomobil və piyada axınları svetoforla nizamlanır.
⠀
🔹 Bu arada, keçən ilin mart ayında Polşadan bizə mütəxəssislər gəlmişdir ki, biz Azərbaycanda yol hərəkətinin təhlükəsizliyini artıracağıq, amma həmin xəbərin heç bir ardı gəlmədi.
⠀
#təhlükəsizlik #varşava

☑️ Təhlükəsizlik adacığı bir standart kimi.
⠀
🇵🇱 Bizim kimi keçmiş sosialistik ölkə — Polşanın paytaxtı Varşavada küçələri təhlükəsiz etmək üçün bu cür sadə və ucuz üsullardan istifadə edirlər.
⠀
🔸 Bakıda belə hallar tək-tük olan vaxtda, burada sanki adacıqlar standart kimi qəbul olunub və hətta 2 zolaqlı yollarda rast gəlinir. Təhlükəsizlikdən önəmli nə ola bilər ki?
⠀
#Varşava #təhlükəsizlik

This media is not supported in your browser
VIEW IN TELEGRAM

İstirahət gününün gözəl videosu.
⠀
🇵🇱 Polşanın paytaxtı Varşavanın səliqəli və insan yönümlü küçələrinə baxın.
⠀
Cəmi 35 il əvvəl Bakı kimi adi sovet şəhəri idi.
📸: instagram / maciejmagic_

🔹 Və gündəm ictimai nəqliyyatdırsa, gəlin daha bir uğurlu xarici təcrübəyə baxaq.
⠀
🇵🇱 Bu gün Varşavaya yollanırıq. Azərbaycan kimi keçmiş sosialistik Polşada bu gün müasir urbanistik islahatlar baş tutur.
⠀
🔄 Küçələr insan yönümlü transformasiyadan keçir, tunellər əvəzinə piyada zonaları yaradılır, metro və tramvay isə şəhərin bir çox hissəsini əhatə edir. Və maraqlıdır ki, Varşavada maaşlar Bakıdan çox olsa, ictimai nəqliyyatda gediş o qədər də baha deyil.
⠀
🔹 Videonun qonağı isə Varşavadan yaşayan həmyerlimiz və izləyicimiz İsmayıl Axundov olacaq.
⠀
✅ Yaxın əyləşin, maraqlı olacaq: https://youtu.be/ngdZsayyyQo
#Varşava #vloq

🇵🇱 Varşavada insan həyatlarını necə xilas edirlər?
⠀
🔸 Ötən il Varşavada yol qəzalarında cəmi 29 nəfər həyatını itirib. Müqayisə üçün, Bakıda bu göstərici 188 nəfər olub (6 dəfədən çox). İndi deyəcəksiniz, "Varşava axı Bakıdan balacadır", amma 1991-ci ildə Varşavada bu rəqəm 314 idi.
⠀
❓ Bəs insanları xilas etmək üçün şəhər bələdiyyəsi nə edir? Artıq sizə dəfələrlə danışdığım "Vision Zero" proqramının təcrübəsinə əsaslanaraq təhlükəli kəsişmələri və piyada keçidlərini müəyyən edib və hər il onların təkmilləşdirməsinə 40 milyon zlot (təxmini 10 milyon dollar) xərcləyir. Sürücülər üçün bəzi cərimələr $1200-a qaldırılıb (bu çox böyük rəqəmdir, orta maaş Polşada $1550).
⠀
🔸 Varşavadan geniş urbanistik vloq paylaşmışdım, yəgin ki əksər küçələrin nə dərəcədə təhlükəsiz olduğuna fikir verdiniz. Ayrıca olaraq piyada keçidlərində təhlükəsizlik adacıqlarını göstərmişdim.
⠀
⚠️ "Vision Zero" yol hərəkətinin təhlükəsizliyinə dair ən uğurlu proqramıdır. Vətəni İsveç olsa da, bu gün bir çox ölkələrində tətbiq olunur. Biz də həyatlarımızı xilas etmək istəyiriksə, bu proqramı qəbul və tətbiq etməliyik.
⠀
✍️ Araşdırma haqqında daha ətraflı Bloomberg-in məqaləsində oxuya bilərsiniz.
⠀
#visionzero #qəzalar #varşava