💬 İzləyici yazır ki, "Xətai park" yaşayış kompleksində sürücülər həyətdə bu cür səkiləri zəbt edib park edir.
⠀
Yeraltı parkinqin ödənişli olması bu cür davranışa bəraət qazandıra bilməz. Hər kəs avtomobil alanda onu harada saxladığını düşünməlidir.
⠀
Ümumiyyətlə danışsaq isə, yaxşı yaşayış kompleksin həyətində maşınların girişi tam qadağan olmalıdır. Həyət sakinlərin və onların uşaqların ixtiyarına verilməlidir.
⠀
P.S. Nömrələri özüm gizlətmişəm, çünki sözügedən məsələdə maşının konkret kimə məxsus olduğu heç bir əhəmiyyət kəsb etmir.
#parklanma #həyətlər

👍21💩2
❗️Bura Yeni Yasamaldır.
⠀
Bu foto bir daha göstərir ki, buradakı yanaşma təmamilə insan yönümlü deyil.
⠀
🔹 Yeni Yasamalda yaşayış massivindən ətraflı bir videomuz var, izləməyi tövsiyyə edirəm.
#həyətlər

🤮13👍4
🕊 Bəlkə də hər şey həyətlərdən başlayır?
⠀
❗️Dünyada müharibələr bitmir ki bitmir. Amma bəlkə bu aqressiya və nifrət elə uşaqlıqdan, böyüdüyümüz mühitdən başlayır?
⠀
🔸 Müasir nəsil bu gün beton cəngəlliklərdə böyüyür. Yaşıllıq minimum dərəcədə, günəş işığı mənzilə düşmür, pəncərədən açılan mənzərə isə maşın bazarına bənzəyir. Belə şəraitdə böyüyən bir uşaq necə insan böyüyəcək?
⠀
🌳 Əgər həyətlər daha yaşıl, şəhərlər isə insan yönümlü olsaydı, ətrafımız bu qədər aqressiya ilə dolu olmazdı.
⠀
☑️ Urbanistika təkcə velosiped zolaqları və yaxşı ictimai nəqliyyat demək deyil. Mərkəzdə insanların təhlükəsiz, xoşbəxt və layiqli həyat yaşamaq hüququ dayanır.

❤55💯11👍7😢2
⭕️ Avtomobilsiz həyətlər deyəsən təzə trendə çevrilir.
⠀
🔹 Bura Bakının yeni yaşayış komplekslərindən biridir. Binanın arxitekturasına suallar olsa da, həyətlər yaxşı alınıb. Düzdür, yenə həyətin daxilində stadion (səs-küy mənbəyi) və ucuz çox sadə uşaq meydançası görsənir, amma yenə də, parkinq olmaqdansa, belə daha yaxşıdır. İndiyə qədər belə yanaşmanı əsasən Ağ Şəhərdə görmək olurdu.
⠀
🔹 10 il əvvəl yaxşı məhəlləni "həyətdə parkinq" kimi təqdim edirdilərsə, artıq "maşınsız həyətlər" daha yaxşı kriteriya sayılır. Hətta mövcud heyətləri dəyişmək gec deyil, süni intellekt bizə bunu təsəvvür etmək imkanını verdi.
⠀
❗️ P.S. Reklam kimi görünə bilər, amma kompleksi tikən şirkətlə heç bir əlaqəm yoxdur.

💯26👍8