İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
814 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Sumqayıtda növbəti absurd.

Küçənin əsas prospektində, Sülh küçəsində piyadalar üçün şərait yaratmaq əvəzinə məhəccərlər quraşdırılır.

🔹 Reportajda bunu “piyada təhlükəsizliyi” kimi təqdim edirlər, amma bizim kanalı izləyən və urbanistika prinsipləri ilə az-çox tanış olanlar gözəl bilir ki bu tədbrilərin təhlükəsizliklə heç bir əlaqəsi yoxdur.

❗️ Əgər piyadalar qaydaları kütləvi şəkildə hər hansı yerdə qayda pozurlarsa, deməli bunun bir səbəbi var — lazımi yerdə piyada keçidi yoxdur.

💸 Bu məhəccərlərə indi kifayət qədər böyük pul xərclənəcək, amma bir müddət sonra məhəccərlər bəzi yerlərdə söküləcək və piyadalar yenə qaydanı pozmağa davam edəcək.

🔹 Halbuki, bu vəsaitə şəhərdə təhlükəsizlik adacıqları quraşdırmaq olardı, misal üçün.

#Sumqayıt
🤮52💩169😁4👍2
⭕️ Bu arada, Sumqayıtda skuterlər də keçən ildən qadağan olunub.

🔸 Bu xəbəri Sumqayıtda yaşayan izləyici göndərib. Vaxtilə Bolt və JET şirkətləri burada skuter icarə xidmətləri var idi.

Amma Sumqayıtda velosiped zolaqları salmaq əvəzinə, velosiped və skuterlər üçün təhlükəsiz şərait yaratmaq əvəzinə qadağan etmək qərarına gəliblər.

Kimsə başa sala bilər, bu şəhərdə niyə hər şey "baş-ayaqdır"?

#Sumqayıt
💩77😁6👍1
⬆️ Bu geniş səkilər Sumqayıta məxsusdur.

🔹 Keçən əsrin 40-cı illərin şəhərsalma tendensiyası geniş küçələr, meydanlar və bu cür 15-20 metrlik səkilər idi.

🔸 Bakının əksər yerlərində səkilər zəbt olunsa da, SumqayıtMingəçevirdə onları qoruya bildilər.

☑️ Lakin çox geniş səkiləri də daha yaxşı və faydalı istifadə etmək olar.

📹 Çoxdandır gözlənilən Sumqayıt vloquna bu haqda danışdıq. Bu həftə kanalda paylaşılacaq.

Bizə Patreon-da dəstək olanlar üçün vloq artıq efirdədir. İşimizə dəstək olun, vloqları hər kəsdən əvvəl izləyin:

➡️ patreon.com/city4people

#Sumqayıt
34👍9👏4
Sumqayıt İcra Hakimiyyəti sosial media hesablarını silib.

🔹 İstədim paylaşdığım reels-də onları tag edim, sən demə rəsmi saytlarında qeyd olunan İnstagram və Facebook-səhifələrini siliblər. Bircə YouTube və
X qalıb, orada da şərhlər deaktivdir.

☑️ Şəhər rəhbərliyi öz sakinləri tərəfindən seçilməyəndə, əlbəttə ki həmin sakinlərlə ünsiyyət qurmaq motivasiya da olmayacaq.

#Sumqayıt
💩73💯8👍7