İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚇🇬🇪 Metrodan danışarkən, Tiflisdən də xəbər var.

Dövlət büdcəsindən Tbilisi metrosunda 475 milyon avro ayrıldı ki, şəhər meriyası qatarları yeniləsin.

Son videoda artıq sizə göstərmişdim ki, Tbilisidə köhnə, SSRİ vaxtından qalan köhnə qatarlar hərəkət edir (81-717). Kosmetik təmirdən keçsə də, qatarlar heç bir müasir standartlara cavab vermir. Nə kondisionerləri var, səs səviyyəsi çox yüksəkdir, vaqonlar arası keçid yoxdur, bir sözlə Bakıda da belələrini hələ də görürük.

🔹 Əksər post-sovet ölkələri (Azərbaycan daxil olmaqla) qatarları Rusiyadan alır. Lakin Gürcüstanın siyasətini nəzərə alaraq, düşünürəm ki, qonşularımız bu səfər ruslara üz tutmayacaq. Misal üçün, 🇰🇿 Almatı şəhəri "Hyundai" şirkətindən metro qatarları alıblar (sağ fotoda). Tiflis də bu yol ilə gedə bilər. Və yaxud 🇪🇺 Avropadan danışıqlar apara bilər. Hələ dəqiq məlumat verilmir.

🔹 Gürcüstanın sosial mediyasında şərhlər oxudum ki, vətəndaşlar daha çox xətlərin və stansiyaların inkişafına yatırım etməsini tələb edir. Sözlərində həqiqət var, lakin unutmayaq ki, bu şəhər eyni zamanda yerüstü nəqliyyatını sürətlə inkişaf etdirir, avtobuslar demək olar ki, metro kimi fasiləsiz və cədvəl üzrə işləyir.

Odur ki, vəziyyət Bakıdakı kimi kritik deyil, baxmayaraq ki, bizdə də metroya güclü investisiyalara ehtiyac var.

#Tbilisi #metro
🚇 "Xırdalana metro!"

Post-sovet ölkələrində bir "metro cəmiyyəti" var. O, şəhərin statuslu olduğunu göstərir və digər ictimai nəqliyyat vasitələrindən daha operativ və tez işləyir. Buna görə şəhər sakinləri ancaq yerin altında hərəkət edən metro istəyir və bu metronu mümkündürsə öz məhəllələrinə çəkilməyini gözləyirlər. Lakin bu zaman heç kim bura sərf olunan maliyyəni, vaxtı, fizika qanunlarını və s. fikirləşmir.

Dünyada isə vəziyyət tam fərqlidir. Onlar düşünürki metro maşınların rahat hərəkət etməyi üçün yerin altına "basdırılmış" tramvaydır. Həmçinin, yerüstü tramvay daha cəlddir, daha tez və ucuz başa gəlir. Buna görə də, bu "metro cəmiyyəti" Avropada demək olarki yoxdur.

🇨🇭 Məsələn 1973-cü ildə Sürix şəhərində referendum keçirildi - metro xətləri salınsın ya yox. Cavab verənlərin 57%-i "Yox" dedi. Qərara gəldilər ki, mövcüd tramvay və dəmir yolları sakinlərin bütün ehtiyaclarını ödəyir. Metroya xərclənəcək pula isə mövcüd tramvay/dəmir yolları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutuldu.

Hazırda Sürixin ictimai nəqliyyatı dünyanın ən yaxşı və inkişaf etmiş ictimai nəqliyyatlarından biri hesab olunur.

Biz isə əlimizdən gələni edirik ki, bu mövzüda az məlumatlı olan vətəndaşlarımızı daha çox məlumatlandıraq və düzgün nöqtəyə bir yerdə vurmaqla şəhərimizin ictimai nəqliyyatını yüksək səviyyəyə çatdıraq. Məsələn, Xırdalana metro istəməkdənsə mövcüd dəmiryol şəbəkəsinə əlavə qatarların sayını artırmaq və intervalı minimuma endirməklə bu şəbəkədən yerüstü metro kimi istifadəni istəmək lazımdır.

©️ İlkin Babayev.


#ictimainəqliyyat #metro #tramvay
🚇 Bakı metrosundan ətraflı vloq gəldi.

Yaxın illərdə metronun inkşafı necə gedəcək? Yeni stansiyalar harada açılacaq? Baş planda nə deyilir və metroya nə qədə pul ayırmaq lazımdır?

Bir çox suallara toxunduq, mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla və nəqliyyat ekspertləri ilə maraqlı söhbətimiz oldu.

➡️ https://youtu.be/xTRevoEOoJI?si=rRu9XlClZR3y2o2-

🔸 Planlar haqqında daha ətraflı isə videonun geniş versiyasında baxa bilərsiniz. Patreon-da kanala dəstək göstərənlərin sırasına qoşulmaqla izləyə bilərsiniz.

#metro #vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Metroda niyə fotoçəkiliş qadağandır?

⬆️ Rəsmi cavab.

#metro
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 👀 Metro maşinistin gözü ilə.

Bu həftənin metro mövzsunu bu kiçik fraqmentlə bitirirəm.

Bizə Patreon-da dəstək olanlar vloqların geniş versiyasını izləyə bilir. Və son videonun geniş variantında həm qonaqlarla müsahibələrin tam versiyası, həm də maşinist kabinəsindən görüntülər daxildir.

“Gümüş” və daha yüksək sponsorluq paketinə qoşulun, bonuslardan yararlanın və vloqların müntəzəm buraxılış edilməsini dəstəkləyin:

➡️ patreon.com/city4people


#metro
🚇 Bakı metropoliteninin dünənki press-konfransından sitatlar yayırlar ki, bəs aeroporta və Xırdalana metro olmayacaq, yenə də bunu neqativ halda təqdim edirlər.

Mən isə xatırlayıram ki, son vloqumuzda ətraflı olaraq Bakı metrosunun planları haqqında danışdıq. Və niyə Xırdalana metronun mənası yoxdur, onu da qonaqlarımız cavablandırdı.

🔥 İndiyə qədər ən çox baxış yığıan reportaja bir daha baxmağa dəvət edirəm: https://youtu.be/xTRevoEOoJI?si=UDl-Z_N65N1oJ0Ln

#metro #Xırdalan
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 Dünən Rauf Ağamirzəyev efirdə çox yaxşı cümlə işlətdi.

💬 Deyir, 57 il əvvəl Bakıda metronun tikintisinə start verməsəydilər, bu gün onun tikintisinə heç kim nə razılıq verərdi, nə də pul ayırardı.

🔹 Buna bir əlavə edim. Əgər bizdə metro yerin üstü ilə getsəydi, onu da sökərdilər. Necə ki, tramvayı və dairəvi dəmir yolunu 15-20 il əvvəl sökdülər.

❗️ Amma Bakını metrosuz təsəvvür edirsiniz? Bir saniyəlik bu haqda düşünün.

Və eyni zamanda düşünün — Bakıda tramvay qalsaydı, o indi ən azı metroya düşən yükü iki dəfə azaldardı.

#metro
Ⓜ️ Metro xəbərləri. Yeni xətlər və stansiyalar haqqında bəzi planlar aydın oldu.

💬 Tədqiqatçı Azər Axundov yazır:

Daha öncə “Xocəsən” stansiyasının açılışında təqdim edilən istiqamətlərdən fərqli olaraq, bu sxemdə 2 prioritet istiqamət qeyd olunub:

🔹 Bənövşəyi xəttin Ağ Şəhərə kimi uzadılması.
🔹 Yaşıl xəttin “Həzi Aslanov” stansiyasına kimi uzadılması

Sxemdə bu işlərin icra olunması üçün 3.8-4 milyard AZN investisiyanın tələb olunduğu da qeyd olunub.

Sxemdə ən maraqlı məqam isə bənövşəyi xətdə yeni stansiyanın əlavə olunmasıdır. Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökümət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib.

Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa 5 stansiya tikilməlidir. Bu əslində çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar Dostluğu” stansiyasında kəsişirdi.

“Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda, bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər.

🔸 Hər bir halda, hələ ki, dəqiq bir məlumat yoxdur, lakin bu planların açıqlanması kiçik də olsa ümid yaradır. Dəqiq olan tək bir şey var, o da metroya mütləq investisiya ayırmağın vacib olmasıdır.

#metro
🚇 Tramvayı bilmirəm, amma deyəsən nəhayət metronun inkişafına ümid yaranır.

🏦 Avropa İnvestisiya Bankı Bakıda metronun inkişafına pul (kredit) ayırmaq niyyətini təsdiq etdi. Yaxın illərdə 3-4 yeni stansiya və nəhayət qırmızı/yaşıl xətlərinin ayrılması mümkün görünür.

🔹 Beləliklə, intervalları azalacaq, milyonlarla Bakı sakinlərin mobilliyini artırmaq mümkün olacaq.

🔹 P.S. Hələ məbləğ haqqında açıqlanmır və saziş imzalanmayıb.

➡️ Metroda zəruri atılacaq addımlar haqqında ilin əvvəlində bu vloqda danışmışıq.

#metro
İnsan yönümlü şəhərlər ️
🚇 Tramvayı bilmirəm, amma deyəsən nəhayət metronun inkişafına ümid yaranır. ⠀ 🏦 Avropa İnvestisiya Bankı Bakıda metronun inkişafına pul (kredit) ayırmaq niyyətini təsdiq etdi. Yaxın illərdə 3-4 yeni stansiya və nəhayət qırmızı/yaşıl xətlərinin ayrılması mümkün…
Niyə kredit? Öz pulumuz yoxdur ki?!

💬 Bu tip şərhlər bu gün müxtəlif səhifələrdə çox yazıldı. Yəni, 2-3 milyard manat nədir ki, Azərbaycanın büdcəsində belə məbləği tapmaq olmaz?

❗️ Gəlin 3 əsas məqamı vurğulayaq:

1️⃣ Birincisi, 2-3 milyard heç də aşağı məbləğ deyil, birdən birə dövlət büdcəsinə belə yük hər hansı bir infrastruktur layihəsinə verilmir. Hətta Qarabağın bərpasına dövlət büdcəsindən fiks məbləğ ayrılır hər il. Halbuki, indi bu ən prioritet məsələlərdən biridir.

2️⃣ Bu cür kreditlər (müxtəlif beynəlxalq investisiya və inkişaf banklarından) aşağı faizlə və uzun müddətə verilir (20-30 il də ola bilər). Beləliklə, bu borcu layihə inkişaf edərkən hissə-hissə, proqnozlaşdırılmış şəkildə qaytarırsan. Dövlət büdcəsinə böyük yük olmur.

3️⃣ Bu cür kreditlər imkan verir ki, bir sıra infrastruktur layihəsinə parallel başlayasan. Misal üçün, bütün büdcəni sən metroya ayırsan, sabah tramvay salmaq üçün (şərti olaraq) dövlət büdcəsində artıq maliyyə tapılmayacaq.

🔹 "Loru dilində" desək, təsəvvür edin 1000 AZN maaş alırsınız, amma evinizə həm soyuducu, həm paltaryuyan, həm kondisioner almaq lazımdır, əlavə kifayət qədər digər xərcləniz var. Gedib 500 manata bir avadanlıq almaqdansa, onu eyni qiymətə faizsiz sizə kredit verirlər, özü də 20 illik, aylıq ödənişi 5 manat.

🔹 Və məişət texnikasından fərqli olaraq, metrostansiyalar "köhnəlmir", şəhərə ömürlük qalır. Sadəcə illik bəzi əməliyyat xərcləri olur, onu öz büdcədən qarşılayırsan.

🔹 Və qeyd edim ki, belə kredit heç də hər ölkəyə verilmir. Gərək ölkənin kredit reytinqi yaxşı olsun, banklar əmin olsun ki, sən bu borcu qaytara biləcəksən (məişət kreditində də bu var, "credit score" deyirlər). Görünür ki, Azərbaycanın bu reytinqi yaxşıdır.

🚇 Bir sözlə, uzun illərdən sonra Bakı metrosunun tunelində işıq görsəndi, məncə buna sevinmək lazımdır. Milyonlarla Bakı sakininə üçün bu xeyir gətirəcək.

#metro #analitika
🚇 Yeni metrostansiyasının görünüşü belə ola bilər.

🔸 Hazırda tikintisi davam edən B-4 stansiyasının konsept fotoları paylaşılıb. Şəkillərdə “Qələbə” adı şərtidir, stansiyanın rəsmi adı hələ yoxdur.

🔸 Metrostansiya bənövşəyi xəttində yerləşir, “8 noyabr”-dan sonra gələcək.

📸 Paylaşdı: @bakinskiy.mawinist

#metro
☝️ Günü də bu xoş xəbər ilə bitiririk.

5 ilə 10 metrostansiya təhvil veriləcək. Sabah daha ətraflı post yazaram.

#metro
🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq.

🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.

✍️ Tədqiqatçı Azər Axundovun keçən ilin oktyabr ayında paylaşılan sxemə əsasən təxminlər paylaşıb. Bu təxminlərə əsaslansaq, 10 yeni stansiya bu cür paylanılacaq:

🟣 Bənövşəyi xətdə 6 yeni stansiya. "8 noyabr"dan sonra şəhər mərkəzindən keçərək Babək prospekti istiqamətində;

🟢 Yaşıl xətdə 4 yeni stansiya. "Xətai" stansiyasının davamı olaraq, Ağ Şəhərdən keçib "Həzi Aslanov" ilə birləşəcək. Bunun üçün, güman ki, Yaşıl və Qırmızı xətlər tam olaraq biri birindən ayrılacaq;

🔄 İnşa edilən 2 yeni stansiya keçid funksiyasını daşıyacaq — Qırmızı xətdə "Sahil", yaşıl xətdə "Xətai" stansiyaları.

🔸 Təbii ki, bu tam dəqiqləşdirilmiş məlumatlar deyil, hələ ki bundan öncə paylaşılan sxemlərə əsasən bir proqnozdur. Lakin istənilən halda bu çox yaxşı xəbərdir, metronun inkişafına əsas əngəl vəsaitin ayrılması idi, bu da öz həllini bu il tapacaq.

Metro ən dayanıqlı və şəhər daxili ən çox sərnişin daşıya bilən ictimai nəqliyyatdır. Onun inkişafı Bakının mobilliyinə müsbət təsir edəcək.

🚊 Parallel olaraq tramvayın bərpasına dair xəbər eşitmək ümidilə, çünki 3-milyonluq şəhərdə sərnişin axınını tək metro və avtobusa bağlamaq istənilən ssenaridə çox böyük yükdür.

#metro
🚇 Metronun yaxın illər üçün planları açıqlandı.

🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi?

🔹 Bu və digər mövzuları Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov və eskpert Azər Axundov ilə müzakirə etdik.

☕️ Bu soyuq havada özünüzə isti çay-kofe süzüb növbəti maraqlı vloqu izləyin:

➡️ https://youtu.be/iCnO7i3vrzA?si=P0PQqAqi8q2oBZAb

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq #metro
İnsan yönümlü şəhərlər ️
🚇 Metronun yaxın illər üçün planları açıqlandı. 🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi? 🔹 Bu və digər mövzuları Bakı metrosunun…
🚇 Metro vloquna davam olaraq.

Kim başa düşmədisə, 28 May və Cəfər Cabbarlı stansiyalar necə ayrılacaq, vloqun qonağı Azər Axundov izah edir:

Metronun "Cəfər Cabbarlı" stansiyası 2 hissədən ibarətdir, bir hissəsi "28 May" stansiyasının şərq tərəfində, digəri isə qərb tərəfində yerləşir.

1993-cü ildə qərb tərəfdə yerləşən platforma (ikinci yol) istifadəyə verilib. 2008-ci ildə isə şərq tərəfdəki platforma (birinci yol) istifadəyə verilib. Qərb platforması "28 May" stansiyasından 1.2 metr yuxarıda, şərq platforması isə 7.2 metr yuxarıda yerləşir (ventilyasiya və kabel tunelləri ilə müxtəlif səviyyəli kəsişmənin təmin olunması üçün).

“28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçmək üçün "28 May" stansiyasının sonundakı keçidlə pilləkənlərlə qalxmaq lazımdır. Qalxdıqdan sonra sola dönməklə ikinci yola, sağa dönüb uzun tunellə getməklə isə birinci yola düşmək olur.

Xətlər ayrıldıqdan sonra bu stansiyada hərəkət daha da artacaq və "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "Dərnəgül" istiqamətinə keçmək üçün "28 May" stansiyasında düşüb "Cəfər Cabbarlı"ya keçməli olacaqlar. Bu səbəbdən xətləri ayırarkən "Xətai" istiqamətinə gedən və "Nizami" tərəfdən gələn sərnişinlərin "28 May" stansiyasına daha rahat keçid etməsi üçün "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına əlavə keçidin də tikintisi nəzərdə tutulur.

Yeni tikiləcək keçid sxem olaraq şəkillərdə qeyd olunub.


#metro
🚇 Təəsüf ki, bir neçə ay ərzində 28 May və Nizami stansiyalarnın arasında hərəkət dayanacaq.

🔹 Bu Bakı metrosu üçün olduqca təcili və zəruri bir tədbirdir. Metropoliten inkişaf etməlidir, bunun alternativi yoxdur.

🔹 Çünki Yaşıl və qırmızı xətlərin ayrılması başlayır.
Hal-hazırda iki xətt bir stansiyada eyni səviyyədə kəsişir. Xətlər üzrə hərəkət intensivliyini çoxaltmaq üçün ən əsas əngəldir. Bu iş yekunlaşsa hərəkət intervallarını hər bir xətt üzrə ən 2 dəqiqə ətrafında saxlamaq mümkün olacaq.

🔹 Xətlər ayrılanda qırmızı və yaşıl xəttlər tam olaraq müstəqil fəaliyyət göstərəcək, elə bu səbəbdən yaşıl xəttin Dərnəgül deposu da tikilir.

☑️ Belə ki, İşlər bilmədən sonra Nizami stansiyasından qatar 28 May stansiyasına deyil, birbaşa yaşıl xəttin Cəfər Cabbarlı stansiyasına gələcək, növbəti stansiya isə Xətai olacaq. Bununla bərabər yaşıl xəttin növbəti stansiyaları da tikiləcək, xətt Həzi Aslanov 2 stansiyasında bitəcək.

©️ Transport for Baku.

#metro
IMG_8951.JPG
330.3 KB
🚇 Beləliklə, 11 yeni stansiya tikiləcək.

🔹 Nəzərə alsaq ki, Dərnəgül deposunda da yerüstü stansiya olacaq (Xocəsən və Bakmil kimi), 2030-cu ilə qədər Bakıda 10 yox, hətta 11 yeni metrostansiyaların tikilməsi nəzərdə tutulub.

📎 Azər Axundov tərəfindən hazırlanan yenilənmiş sxem əlavə olunur.

#metro
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Və bir daha qayıdaq metro mövzusuna.

🔹 6 ay ərzində 28 May/Nizami tuneli niyə bağlı olacaq, hansı işlər görüləcək — ən aydın şəkildə Azər Axundovun hazırladığı bu animasiya izah edir.

#metro
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Xətlərin ayrılmasından sonra “28 May” belə dəyiçəcək. ⬆️

Bakı Metropoliteni geniş izahedici video paylaşıb.

❗️ Diqqət, keçiddə 800 Mb fayl.

#metro
⚡️ Unikal xəbər sizinlə paylaşıram: Bakıda 10 yeni metro stansiya bu ərazidə tikiləcək (baxmaq üçün klik edin): Bakı şəhərində.

#metro
Please open Telegram to view this post
VIEW IN TELEGRAM