İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚇 "Xırdalana metro!"

Post-sovet ölkələrində bir "metro cəmiyyəti" var. O, şəhərin statuslu olduğunu göstərir və digər ictimai nəqliyyat vasitələrindən daha operativ və tez işləyir. Buna görə şəhər sakinləri ancaq yerin altında hərəkət edən metro istəyir və bu metronu mümkündürsə öz məhəllələrinə çəkilməyini gözləyirlər. Lakin bu zaman heç kim bura sərf olunan maliyyəni, vaxtı, fizika qanunlarını və s. fikirləşmir.

Dünyada isə vəziyyət tam fərqlidir. Onlar düşünürki metro maşınların rahat hərəkət etməyi üçün yerin altına "basdırılmış" tramvaydır. Həmçinin, yerüstü tramvay daha cəlddir, daha tez və ucuz başa gəlir. Buna görə də, bu "metro cəmiyyəti" Avropada demək olarki yoxdur.

🇨🇭 Məsələn 1973-cü ildə Sürix şəhərində referendum keçirildi - metro xətləri salınsın ya yox. Cavab verənlərin 57%-i "Yox" dedi. Qərara gəldilər ki, mövcüd tramvay və dəmir yolları sakinlərin bütün ehtiyaclarını ödəyir. Metroya xərclənəcək pula isə mövcüd tramvay/dəmir yolları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutuldu.

Hazırda Sürixin ictimai nəqliyyatı dünyanın ən yaxşı və inkişaf etmiş ictimai nəqliyyatlarından biri hesab olunur.

Biz isə əlimizdən gələni edirik ki, bu mövzüda az məlumatlı olan vətəndaşlarımızı daha çox məlumatlandıraq və düzgün nöqtəyə bir yerdə vurmaqla şəhərimizin ictimai nəqliyyatını yüksək səviyyəyə çatdıraq. Məsələn, Xırdalana metro istəməkdənsə mövcüd dəmiryol şəbəkəsinə əlavə qatarların sayını artırmaq və intervalı minimuma endirməklə bu şəbəkədən yerüstü metro kimi istifadəni istəmək lazımdır.

©️ İlkin Babayev.


#ictimainəqliyyat #metro #tramvay
Bakıda avtobus dayanacaqlarında çatışmayan ən vacib şeylərdən biri də marşrut sxemlərinin olmamasıdır.

Telefon üçün BakıKart proqramında bütün marşrutlar qeyd olunsa da, telefonu olmayan və ya proqramdan istifadə edə bilməyən şəxs üçün həmin dayanacaqdan hansı marşrutların keçdiyini və hara getdiklərini öyrənmək çox çətin olur. Düşünürəm ki, bütün dayanacaqlarda ən azı ordan keçən marşrutların sxemi olmalıdır.

Nümunə olaraq Nərimanov metro stansiyası yanındakı (Mado restoranının arxası) dayanacaq üçün belə bir marşrut sxemini hazırladım. Bu qısa zamanda həvəskar olaraq hazırlanmış sxemdir, müsabiqələr keçirməklə professional qrafik dizaynerlərə müraciət edilərsə daha gözəl nəticələr əldə etmək olar.

©️ Azər Axundov.

#ictimainəqliyyat
İnsan yönümlü şəhərlər ️
Şəhərdə gündəlik səyahətlərdə ən çox nəyə üstünlük verirsiniz?
⌛️ Əksəriyyət üçün vaxt önəmlidir.

Çox vaxt deyirlər ki, bizim insanlarımız heç vaxt avtomobilin verdiyi komfortu qurban verməz, heç vaxt avtobusa və ya metroya minməz, hətta ictimai nəqliyyat daha sürətlə işləsə belə.

⬆️ Görünür ki, real vəziyyət belə deyil. Baxmayaraq ki, bizim auditoriya tam olaraq orta-statistik sürücünü əks etdirmir, yenə də nəticə çıxarmaq olar ki, kifayət qədər insan tıxacda dayanmaqdan ləzzət almır.

🔹 Ona görə, ayrılmış avtobus zolaqların çəkilməsi, tramvayların qaytarılması və metronun inkişaf etməsi hər kəsin marağında olmalıdır. Bunu sürücülər də istəməlidir, çünki şəxsi avtomobil istifadəsi azalsa, tıxacların sayı da azalacaq.

💰 Qiymət isə üçüncü önəmli faktordur. Ona görə, ictimai nəqliyyatı daha cəlbedici etmək üçün sərfəli aylıq və illik tariflər nəzərdə tutulmalıdır. Bir vətəndaş evdən çıxarkən vaxt, komfort və qiyməti nəzərə alaraq səyahət üsulunu seçir. Dünyanın istənilən yerində mobilliyin əsas prinsipi bunun üzərində qurulur.

#ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔸 Heç kim siqnal vermir. Hər kəs səbrlə avtobusu gözləyir.

Bizdə belə olsa mən artıq sosial şəbəkələrdə şərhləri təsəvvür edirəm 🤡

🇦🇹 Vyana.

#Vyana #ictimainəqliyyat #dayanacaqlar
Ⓜ️🚎 Gənclik” metrosunun yanında avtobus habı yaradılıb.

Hələ ki işlər yalnız boya ilə görülüb, bu bir qədər xaotik hərəkət yaradacaq, amma burada pavilyonlar, fiziki təhlükəsizlk adacaqları yaradılsa, yaxşı nəqliyyat mübadilə mərkəzinə çevirmək olar.

🔹 Ərazidə ticarət mərkəzi, universitet, stadion, parklar yerləşir, həmçinin yaşıl dəhlizlərdən biri də buradan keçəcək.

#ictimainəqliyyat #mübadiləmərkəzi
🚕➡️🚌 Taksi sürücülərini avtobus sürücülərinə kvalifikasiyə etmək fikrinə necə baxırsınız?

Bu gün yenə də taksilərin yeni qaydaları müəyyən olundu. Bu qaydaları vaxtilə BNA tətbiq etmək istəsə də, o vaxt heçnə alınmadı.

🔸 İndi deyirlər ki, 1 iyuldan birmənalı olaraq qaydalara riayət olunmalıdır:
— Rəng ağ və ya qırmızı
— Avtomobilin yaşı maksimum 15
— EURO-5 ekoloji standart
— POS-Terminal və videoregistratorun olması

🔸 Əksər "Prius"lar bu standartlara cavab vermir, beləliklə taksi parkı kəskin azalacaq, qiymət də təbii qalxacaq.

Əsas populist fikir ondan ibarətdir ki, külli miqdarda insanlar işsiz qalacaq. Amma sadə bir təklifim var. Həmin taksi sürücülərini AYNA peşəkar təlim mərkəzində avtobus sürücülərinə yenidən kvalifikasiya edə bilər, sonda şəffaf imtahanlar keçirərək. Təbii ki, onlara normal maaş da təklif edilməlidir (xatırladım ki, Qafqazda ən az maaş alan avtobus sürücüləri Azərbaycandadır).

Digər bir yenilik isə - rəsmi taksiləri avtobus zolaqlarından istifadə etmək hüququnu vermək edir. Tbilisidə misal üçün keçən ildən bu var.

Lakin reallıq necə olacaq? 1 iyulu gözləyək.

#taksi
❗️ Çox vacib bir yenilik gəlir.

2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır.

💬 Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təmsilçisi bildirib.

🔹 Sadə dildə desək, brutto müqavilə onu nəzərdə tutur ki, AYNA daşıyıcılara hər ay fiks bir məbləğ ödəyəcək, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə gedəcək. Artıq daşıyıcılar sərnişinlər üzərində rəqabət aparmayacaq (Bakıkart sistemi olmayan bəzi marşrutlar hələ də "plan" ilə işləyir).

Bu halda, nəqliyyat agentliyi həmçinin aylıq və illik tarifləri tətbiq etmək mümkün olacaq.

Daşıyıcının bircə vəzifəsi qalacaq - müəyyən olunan marşrut üzrə insanları A nöqtəsindən B nöqtəsinə çatdırmaq olacaq. Və daşınan sərnişinlərin sayından asılı olmayaraq o stabil gəlir əldə edəcək.

🔸 Bu vacib yenilikdir, və bununla parallel avtobus sayının çatışmazlığı və onların qrafik üzrə hərəkət etməsi da aktual problem olaraq qalır. Bu məsələlər öz həllini mütləq tapmalıdır.


#ictimainəqliyyat
🚍 50 qəpiklik nəqliyyatdan nə gözləyək?

🔸 Pessimistik səslənsə də, hələ ki heçnə. Qiyməti bu gün qalxan gediş haqqı yenə də sərnişindaşımanın maya dəyərini ödəməyəcək. Ən yaxşı halda, bu 10 qəpik qalxan dizelin qiymətini bir qədər kompensasiya edəcək.

🔹 Lakin ictimai nəqliyyat stateji sahə olduğundan, buna bazar yanaşması qətiyyən tətbiq olunası deyil. Subsidiyalar burada mütləqdir.

🔹 Deyirlər ki, yaxın zamanda brutto müqaviləyə keçid gözlənilir. Bu halda, daha çevik qiymət siyasəti mümkün olacaq, daşıyıcılar da ziyanda qalmayacaq. Ən əsası isə, aylıq/illik tariflər və digər güzəştləri tətbiq etmək olar ki, daha çox insanı ictimai nəqliyyata cəlb etmək olsun.

🔹 Bu işlər parallel olaraq, avtobus parkının yenilənməsi, onların qrafik üzrə hərəkət edilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi isə parallel aparılmalıdır. Bunlar olmayana qədər, hər kəs uduzmuş olacaq.

💬 Səmimi deyin, son 6 ay ərzində şəxsi avtomobil və taksidən imtina edib avtobus və metroya keçən ətrafınızda neçə nəfər tanıyırsınız?

#ictimainəqliyyat #analitika
🚍 Bakıda və bizə yaxın olan qonşu paytaxtlarda ictimai nəqliyyat.

Bizə yaxın digər şəhərlərdə gediş haqqı fərqli olsa da, sərnişinlər üçün bir sıra üstünlüklər təqdim olunur. Misal üçün, bank kartı ilə ödəniş və müxtəlif kateqoriyalar güzəştlər.

⬆️ Ətraflı cədvəldə.

❗️ Çox gecikirik bu sahədə islahatlarla.

#ictimainəqliyyat
🚍 İctimai nəqliyyatının istifadəsinin stimullaşdırılmasından danışanda çox vaxt insanları məcburi şəkildə avtomobil komfortundan məhrum etmək kimi qəbul edirlər.

🔹 Çox sadə prinsip var, bunu dostlar və tanışlarınıza da başa sala bilərsiniz. Avtomobil istifadəsini heç kimi qadağan etmək fikrində deyil, sadəcə torpaq sahəsi məhdud resursdur, onu düzgün istifadə etmək lazımdır ki, küçələrdə sıxlığın azaldılmasına nail olmaq mümkün olsun.

🔹 İctimai nəqliyyatın əsas üstünlüyü də odur ki, kütləvi şəkildə şəhərə mobillik gətirə bilir. Əgər o daha effektivdirsə, deməli prioritet də ona verilməlidir.

🔹 Təbii ki, parallel olaraq ictimai nəqliyyat inkişaf etdirilməlidir ki, insanları özünə cəlb edə bilsin.

#urbanistika #ictimainəqliyyat
🚍 İctimai nəqliyyatının reputasiyası haqqında.

💬 Bu gün sosial şəbəkələrdə taksi xidmətlərinə dair iki şikayət rastıma gəlib. İnsanlar narazıdır ki, taksilərin qiyməti artıb, lakin əvəzində keyfiyyətli xidmət yoxdur (avtomobillər yenə də köhnə, kondisionerlər qoşulmur).

🚕 Çünki nə baş verdi? İnsanları kütləv taksi istifadəsindən çəkindirməyə başladılar, amma ictimai nəqliyyata heç olmasa şifahi olaraq cəlb etmək üçün demək olar ki, heçnə edilməyib, bircə qiymət qaldırılıb.

☑️ Bəli, avtobus zolaqlarının sayı artırıldı, bir az velosiped zolaqları salındı, lakin insanlara bu məlumat düzgün çatdırılırmı?

Misal üçün, aşağıdakı suallara kim cavab verəcək?
Yeni BUS zolaqların sayəsində hansı avtobuslarda gediş müddəti azaldı?
Bakının hansı nöqtələri arasında ictimai nəqliyyat və velosipedlə maşından daha tez çatmaq olar?
Yaxın zamanda marşrut şəbəkəsi necə dəyişəcək? Xəritə varmı?
Hansı yeniliklər gözlənilir?

Siyahını davam etmək olar. Təbii ki, yaxşı işlər görülür, lakin cəmiyyət məlumatsızdır. Bakı Nəqliyyat Agentliyinin layihələri az olsa da, səhvlər olsa da, BNA onları təqdim etmək bacarırdı.

🔸 Biz hazırda elə bir mərhələdəyik ki, bizdə ictimai nəqliyyat "kasıbın nəqliyyatı" reputasiyasına malikdir. Rəsmi təbliğat və maarifləndirməyə çox ehtiyac var.

🔸 Təbii ki, bu işlər parallel olaraq ictimai nəqliyyatın inkişafı ilə aparılmalıdır, bu istiqamətdə nə etmək lazımdır - daha detallı bu həftə ətraflı danışarıq.

#ictimainəqliyyat #analitika
🚌 Yaxşı ictimai nəqliyyatın əsas amillərdən biri - onun proqnozlaşdırılmış hərəkəti və sərnişinlərə məlumatlandırılmasıdır.

🔸 Təsəvvür edin, yaxınlaşırsınız avtobus dayanacağına, amma heç bir məlumatınız yoxdur - buradan hansı avtobuslar keçir, onların qrafiki nədir, təxmini gəlmə vaxtı neçə dəqiqə təşkil edəcək.

Belə ictimai nəqliyyata arxalana bilərsinizmi?

🔸 Misal üçün bu fotolarda gördüyünüz bir sıra şəhərlər heç də varlı qərb ölkələri deyil. Qonşu Tbilisi şəhəri daxil olmaqla, bu şəhərdəki dayanacaqların əksəriyyətində hərəkət edən avtobusların (ya tramvayların) nə vaxt gələcəyi göstərilir. Saniyə dəqiqliyi ilə işləməsə də, ən azı məlumatınız olacaq ki, avtobus 3 dəqiqədən sonra gələcək yoxsa 13.

🔸 Qeyd edim ki, "BakıKart" mobil tətbiqinə qismən bu məlumat artıq inteqrasiya olunub, yəni işin yarısı görülmüş hesab olunur. İnanmıram ki, bizim büdcədə bu cür sadə elektron tablolar (rəngli bahalı LED monitorlar lazım deyil) üçün vəsait tapılmasın. Bahalı "SMART" dayanacaq əvəzinə bu cür həllərə üz tutmaq lazımdır.

#ictimainəqliyyat #dayanacaqlar
BakıKart beş gündür ki, işləmir.

🔸 İşləyəndə belə, çox narahat bir mobil tətbiq var idi. Proqramçılar və dizaynerlərə yaxından tanış olan termin — UX/UI (istifadə rahatlığı) bu mobil tətbiqdə 10-15 il geridə qalmışdır.

🔸 Balansa baxmaq üçün dərin menyuya girməli idin, xətdə olan avtobusların əksəriyyəti xəritədə real vaxt rejimində göstərilmirdi, NFC ödənişlər yox idi. Reklam kimi çıxmasın, amma tam başqa sektora aid "M10" tətbiqi və oradakı QR ödənişlər BakıKart-dan daha rahatdır.

🇭🇺 Vaxtınız olanda, Budapeşt bələdiyyəsinin "BudapestGO" tətbiqini yükləyin və şəhərin nəqliyyat tətbiqi nə qədər rahat və səliqəli olmasının nümunəsinə baxın. Azərbaycanda kifayət qədər peşəkar proqramçılar və IT-şirkətlər var ki, müasir və rahat bir tətbiq hazırlaya bilərlər. Bakı kimi böyük şəhərə bu mütləq lazımdır.

💳 Ayrıca olaraq, onu da xatırlatmaq lazımdır ki, Bakının ictimai nəqliyyatında hələ də bank kartı ilə gedişi ödəmək mümkün deyil. Bu imkanı qonşu ölkələr 4-5 ildir ki inteqrasiya ediblər.

#ictimainəqliyyat #bakıkart
Media is too big
VIEW IN TELEGRAM
❗️ Bakı bəlkə yeganə şəhər olacaq COP29 kimi tədbir keçirsin, amma avtobus haqqında məlumat terminalı bu şəhərdə olmasın.

OK, 13 il əvvəl bu köhnə Nəqliyyat Nazirliyinin uğursuz layihəsi idi. O vaxtdan bəri nə BNA, nə AYNA bu istiqamətdə bir addım irəli belə edə bilməyib. Bakıdan 3 dəfə balaca Tiflisdə belə monitorlar çoxdan var, göstərmişdim sizə.

🅿️ AzParkinq ödənişli parklanmadan kifayət qədər pul qazanır. Bu pullar niyə ictimai nəqliyyatın inkişafına xərclənmir?

#ictimainəqliyyat
20 Yanvar metrosunun ətrafında olan tıxacların bir səbəbi də "manatlıq taksi" adlandırılan qeyri-formal sərnişindaşıma xidmətləridir.

🔸 Onlar şəhərin bu vacib düyünündə xaos yaradır.
Əslində bu barədə illər ərzində yazmışam. İlk olaraq bu kimi xidmətlər ictimai nəqliyyat sisteminin zəifliyindən yaranır, sonra isə formal sistemləri yavaş-yavaş öldürür, özünü əvəzedilməz edir. Nəzarət zəif olanda və formal qaydalar işləməyəndə bu proses daha tez baş verir.

🔸 Aydın məsələdir ki, Bakıda ictimai nəqliyyat sisteminin dərin problemləri var, bundan əlavə bu sistem alternativlərinə sürət baxımından uduzur.

🔸 Hal hazırda isə Tbilisi və Moskva prospeklərində, eləcə də Bakı-Sumqayıt yolunda avtobusların hərəkət üstünlüyü təmin olunub. Görünən odur ki, nəzarət tədbirləri də gücləndirilib. Manatlıq taksilər də 20 Yanvar metrosunun ətrafından kənarlaşdırılır. Ümid edək ki, ərazidə daha nizamlı hərəkət olacaq və avtobuslar əvvəlki kimi ləngiməyə uğramayacaq.

🔸 Hal-hazırda Sumqayıt istiqamətinə Bakı Avtovağzalından getmək mümkündür, ekspress marşrut xətti isə avtobus zolaqları vasitəsilə daha az tıxac görür. Gediş haqqı da manatlıq taksilərdən daha ucuzdur.

©️ Transport for Baku.

#ictimainəqliyyat
🇦🇿Bakı və Sumqayıt arasında mobilliyə yenidən baxılmaldır.

💬 Ərşad Hüseynov yazır:

“20 Yanvar” metrostansiyası ətrafında Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra orada maraqlı proseslər baş verir və buna uyğun müzakirələr gedir.

Bəri başdan qeyd edim ki, orada problem nə avtobus zolağıdır, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır.

Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir.

Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır.

On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arsında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s.

Müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün 2 çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul).

Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir.

Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.

Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarala marşrutlar yaradılmalıdır.

Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır.
Bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır.
İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər.

Belə yanaşma davam etdıkcə onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar.

Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq.

#ictimainəqliyyat
🚍 Zərifə Əliyeva küçəsində avtobus zolağı salındı, amma Neftçilər prospektində avtobuslar tıxacda qalır.

🔸 Dünən AYNA açıqladı ki, Neftçilər prospektində COP29 zolağı çəkiləcək və yalnız tədbir vaxtı qüvvədə olacaq (noyabrın 1-dən etibarən).

❗️ Lakin bu prospektdən eyni zamanda 5 marşrut hərəkət edir. Zərifə Əliyeva küçəsindəki dəyişiklikdən sonra avtobuslar tıxacda daha az vaxt itirsə də, Muzey Mərkəzindən "Four Seasons" hoteli istiqamətində olan hissədə ictimai nəqliyyata prioritet verilmir.

Avtobuslar ləngiyir, cədvəl pozulur, sərnişinlər Neftçilər prospektində (hər iki tərəfində) 20-30 dəqiqə soyuq havada avtobus gözləməli olur.

Niyə? Çünki biz öz isti avtomobilində əyləşən sürücüləri daha prioritet hərəkət iştirkaçısı sayırıq. Əfsuslar olsun ki, bu prospektinin əhəmiyyətini nəzərə alaraq, burada BUS zolağını təşkilinə inanmıram.

#ictimainəqliyyat #avtobuszolaqları
Yeni BYD elektrik avtobusları yaxın günlərdə artıq Bakı yollarında fəaliyyət göstərəcək.

🔹 Daşıyıcı BakuBus olacaq.

#ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📲 BakıKart əvəzinə "AYNA MaaS" gəlir.

🔹 Keçən ilin sonunda bizim müzakirə qrupunda bu proqramı izləyicilər tapmışdır. Son vloqda artıq AYNA-nın nümayəndəsi təsdiq etdi ki, belə bir proqram hazırlanır. Proqramda marşrut haqqında bütün məlumatlar olacaq, eyni zamanda avtobusarı izləmək mümkün olacaq.

🔹 Deyilənə görə, test mərhələsindədir, yaxın zamanda istifadəyə veriləcək. Bununla yanaşı, bu məlumatın dayanacaqların özlərində də olması ictimai nəqliyyatı daha da cəlbedici və inklüziv edəcək.

#ictimainəqliyyat
🎫 Metroda tikinti işlərinin aparılması brutto sisteminə keçməsini daha da aktuallaşdırır.

🚇 "Nizami" və "28 May" stansiyaların arasında hərəkətin dayandırılması zamanı bu marşrut üzrə ekspress (şatl) avtobuslar çalışacaq. İnsanları da narahat edən məqamlardan biri də gündəlik səfərlər üçün gediş xərclərinin bahalaşmasıdır. Əvvəl 50 qəpik vurub son stansiya gedənlər indi həm avtobusa 50 qəpik vuracaq, sonra yenidən metroya daxil olmaq əlavə 50 qəpik vuracaq.

🔹 Lakin Bakının ictimai nəqliyyatında pulsuz transfer və yaxud limitsiz günlük və aylıq abunəlik sistemi olsaydı, bu məsələ heç gündəmə gəlməzdi. Belə sistemlər çoxdandır qonşu ölkələrdə var (Tiflis, Moskva, Avropa ölkələri). Bunun üçün isə ictimai nəqliyyatda "brutto" sisteminə keçid lazımdır, yəni daşıyıcıların qazancı gediş haqqından asılı olmayacaq, dövlət onlara məsafəyə görə ödəniş edəcək.

🔸 Keçən il buna dair xəbər yayılmışdır, təəssüf ki, hələ də Bakıda bu sistem tətbiq olunmayıb. Bu metro xətlərinin ayrılması layihəsi çərçivəsində bu sistemi tətbiq etmək əla fürsət olar.

#ictimainəqliyyat