İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
BakıKart beş gündür ki, işləmir.

🔸 İşləyəndə belə, çox narahat bir mobil tətbiq var idi. Proqramçılar və dizaynerlərə yaxından tanış olan termin — UX/UI (istifadə rahatlığı) bu mobil tətbiqdə 10-15 il geridə qalmışdır.

🔸 Balansa baxmaq üçün dərin menyuya girməli idin, xətdə olan avtobusların əksəriyyəti xəritədə real vaxt rejimində göstərilmirdi, NFC ödənişlər yox idi. Reklam kimi çıxmasın, amma tam başqa sektora aid "M10" tətbiqi və oradakı QR ödənişlər BakıKart-dan daha rahatdır.

🇭🇺 Vaxtınız olanda, Budapeşt bələdiyyəsinin "BudapestGO" tətbiqini yükləyin və şəhərin nəqliyyat tətbiqi nə qədər rahat və səliqəli olmasının nümunəsinə baxın. Azərbaycanda kifayət qədər peşəkar proqramçılar və IT-şirkətlər var ki, müasir və rahat bir tətbiq hazırlaya bilərlər. Bakı kimi böyük şəhərə bu mütləq lazımdır.

💳 Ayrıca olaraq, onu da xatırlatmaq lazımdır ki, Bakının ictimai nəqliyyatında hələ də bank kartı ilə gedişi ödəmək mümkün deyil. Bu imkanı qonşu ölkələr 4-5 ildir ki inteqrasiya ediblər.

#ictimainəqliyyat #bakıkart
📱 Sən demə, vaxtilə BakıKart tətbiqi üçün bu cür konsept hazırlamışdır yerli dizaynerlərin biri.

Sadə və funksional tətbiq elə təxminə bu cür olmalıdır.

📸: Ayxan Yaqubov.

#bakıkart
📱 BakıKart tətbiqi nəhayət işlədi.

🔹 Və bu 1 aprel zarafatı deyil. AppStoreGooglePlay-də artıq yenilənmiş tətibiqi yükləmək mümkündür.

🔸 Tətbiqin çox maraqlı təhlükəsizlik siyasəti var. Şifrədə böyük hərflərdən istifadə etmək olmaz (niyə?), PİN-kod isə doğum tarixi ola bilməz (bu da sualdır, BakıKart sizin doğum tarixinizi haradan bilir?).

📲 Yeni tətibqə yalnız ödənişlər üçün nəzərdə tutulub (hesaba bağlı balans da qalıb, silinməyib). Marşrutlar haqqında məlumat və canlı izləmə bu tətbiqdə yoxdur. Lakin bunun üçün yeni tətbiq olacaq, adı "AYNA MaaS" olacaq, bu haqda artıq rəsmi məlumat AYNA-nın nümayəndəsi paylaşmışdır.

Yükləyib istifadə edən olub? Necədir, sizcə?

#bakıkart