İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔸 “SMART” dayanacaqlar - Bakının eybəcər və lazımsız elementi.

💬 Polad İsmayılov yazır:

“Avtobusun gəlməsini bu "smart" dayanacaqdan görə bilmiriksə, bu bizə lazım idimi? Bunun qiyməti ictimaiyyətə niyə açıqlanmır?

Bu layihəni təqdim edən qurum və ya şəxsədir sualım: bu marketi soldan deyil, sağdan planlaşdırmaq olmazdımı? Əvəzində solda şəffaf şüşə olardı, insanlar da rahat şəkildə gələn avtobusu görərdilər
.

🔸 Düşünürəm ki, “SMART” dayanacaqlar Bakıda quraşdırılan ən lazımsız elementdir ictimai nəqliyyat cəhətindən.

Öz geridəqalmış dizaynı ilə eyni zamanda şəhəri də eybəcərləşdirir. Ümid edirəm, vaxt gələcək bu biabırçılıq dayanacaqlar söküləcək.

#dayanacaqlar
Normal avtobus dayanacağı belə olmalıdır. ⬆️

AYNA bu gün yeni quraşdırılan dayanacaqların fotolarını paylaşdı. Və görünür ki, nəhayət BNA vaxtında başlanılan "SMART dayanacaq" mövzusundan əl çəkdik.

🚍 Əslində, avtobus dayanacağı minimalistik və funksional olmalıdır. Dayanacaqda əsas 3 element olmalıdır:

Bura gələn avtobusların nömrələri
Avtobusların gəlməsinə qalan vaxt
Şəhər üzrə ictimai nəqliyyatın xəritəsi

Misal üçün Londonda elə dayanacaqlar var ki, orada heç pavilyon yoxdur, amma sərnişinlər məlumat var.

AYNA-nın yeni quraşdırılan dayanacaqlarda bu elementlər olmasa da, onlar heç olmasa şəhərin görünüşünü korlamır, dizayn cəhətindən səliqəli görsənir.

🔸 Ümid edək ki, "SMART" dayanacaqlar da söküləcək, dünən oxudum ki, onlar artıq narkomanların yuvasına çevrilib.


#dayanacaqlar
⬆️ Bu Bakının bəlkə də nümunəvi avtobus dayanacağıdır.

Burada demək olar ki, hər şey qaydasındadır.

Sadə, standart və tanınan pavilyon.
Taxta oturacaq (metaldan fərqli olaraq, qışda çox soyuq olmur, yayda isti).
Zəif görənlər üçün taktil plitələr.
Velosiped zolağı dayanacağın arxasından gedir, sərnişin axını ilə kəsişmir.
Avtobus cibi yoxdur, minib-düşmə tez baş tutur.
⚠️ Çatışmayan bircə avtobusların gəlmə vaxtını göstərən tablodur, o da bütün Bakının dərdidir.

İndi siz deyin, belə sadə və minimalistik dizayn yaxşıdır yoxsa səkini zəbt edən və şəhərin görünüşünə xələl gətirən “smart-dayanacaqlar”?

📍 Puşkin küçəsi.

#dayanacaqlar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔸 Heç kim siqnal vermir. Hər kəs səbrlə avtobusu gözləyir.

Bizdə belə olsa mən artıq sosial şəbəkələrdə şərhləri təsəvvür edirəm 🤡

🇦🇹 Vyana.

#Vyana #ictimainəqliyyat #dayanacaqlar
🚲 Bakıda yeni velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişdiyi yerlər ciddi konflikt nöqtəsinə çevrilib.

Bunun həll yolları çoxdan icad olunub. Adətən küçələr yenidən qurulanda, velozolaqları dayanacaqların arxası ilə salırlar (8 noyabr prospektində belə olacaq, misal üçün), amma sonradan salınan velozolaqlar üçün çıxış yolu xüsusi platformalar ola bilər.

⬆️ Müxtəlif şəhərlərdən misallar fotolarda.

#velosipedzolaqları #dayanacaqlar
🚌 Yaxşı ictimai nəqliyyatın əsas amillərdən biri - onun proqnozlaşdırılmış hərəkəti və sərnişinlərə məlumatlandırılmasıdır.

🔸 Təsəvvür edin, yaxınlaşırsınız avtobus dayanacağına, amma heç bir məlumatınız yoxdur - buradan hansı avtobuslar keçir, onların qrafiki nədir, təxmini gəlmə vaxtı neçə dəqiqə təşkil edəcək.

Belə ictimai nəqliyyata arxalana bilərsinizmi?

🔸 Misal üçün bu fotolarda gördüyünüz bir sıra şəhərlər heç də varlı qərb ölkələri deyil. Qonşu Tbilisi şəhəri daxil olmaqla, bu şəhərdəki dayanacaqların əksəriyyətində hərəkət edən avtobusların (ya tramvayların) nə vaxt gələcəyi göstərilir. Saniyə dəqiqliyi ilə işləməsə də, ən azı məlumatınız olacaq ki, avtobus 3 dəqiqədən sonra gələcək yoxsa 13.

🔸 Qeyd edim ki, "BakıKart" mobil tətbiqinə qismən bu məlumat artıq inteqrasiya olunub, yəni işin yarısı görülmüş hesab olunur. İnanmıram ki, bizim büdcədə bu cür sadə elektron tablolar (rəngli bahalı LED monitorlar lazım deyil) üçün vəsait tapılmasın. Bahalı "SMART" dayanacaq əvəzinə bu cür həllərə üz tutmaq lazımdır.

#ictimainəqliyyat #dayanacaqlar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dayanacaqlarımızda əsas problemlərdən biri — sərnişinlər üçün heç bir məlumatın olmamasıdır.

🖨️ Adi kağızda çap edib məlumat yapışdıra bilmirlər dayanacaqlarda. Elektron tablodan hələ söz belə getmir.

💬 İlkin Babayevin “Sabaha Saxlamayaq” verilişində çıxışından.

#dayanacaqlar
Dar səkidə dayanacaq pavilyonunu quraşdırmaq lazımdırsa, nə etmək olar?

Həll yollarından biri bu ola bilər.

🇬🇧 Fotonu Londondan izləyici göndərib.

#dayanacaqlar
🚍 Avtobus dayanacaqlarında vacib yenilik.

ℹ️ Artıq dayanacağa gələn avtobusların siyahısı və onların hərəkət sxemi öz əksini tapacaq.

🗺 İdealda bu sxemlər Bakının xəritəsində öz əksini tapmalı idi ("sketch" kimi, yəni metroda olduğu kimi), həmçinin avtobusların hərəkət cədvəli olmalı idi, lakin indiki halda da bu məlumatın olması da çox yaxşı bir haldır.

#dayanacaqlar
🚍 Dayanacağı başa düşdük, amma səki niyə dardır?

🔸 Hər kəs bu dayanacağı qınayır ki, niyə bu gündədir, amma əsas sual başqadır.

🔸 Bu yaxınlarda sizə göstərmişdim ki, bu cür kompakt dayancaqlar Londonda var. Dar səkilərdə quraşdırılır. OK.

Bəs yenidənqurulan 8 noyabr prospektində (AYNA məhz bu prospektdən nümunə paylaşıb) səki niyə dar olsun? Velozolaq saldılar, əla, amma piyadalar üçün şərait ikinci planda qalmamalıdır.

#dayanacaqlar
Tanış mənzərədir?

🚌 Avtobus dayanacağa yaxınlaşır, lakin vaxta qənaət etmək üçün və bəzi hallarda şərait olmadığından sərnişinləri elə yolun ortasında mindirir və düşürdür.

🔸 Bu, heç də Bakı üçün unikal hal deyil. Bir çox şəhərlər belə problemlə rastlaşıb və əla çıxış yolu tapıb — anticib adlanan sadə bir infrastruktur. Bu cür ciblər xüsusilə parklanma olan küçələrdə tətbiq olunur, beləliklə həm də təhlükəsizlik adacığının funksiyanı yerinə yetirir.

🔹 Anticiblərin sayəsində:

☑️ Sərnişinlər avtobusa daha rahat minir və düşür.
☑️ Dayanacaqda baryersiz mühit yaranır.
☑️ Avtobuslar ciblərə girib-çıxmaqda vaxt itirmir.
☑️ Anticib olan dayanacaqları qanunsuz parklanma ilə "zəbt" etmə halları minimuma enir.

🟢 Dünyada, həmçinin qonşu Moskvada (sonuncu foto) bu cür qurğuların tətbiqinə artıq başlanılıb. İctimai nəqliyyatı daha rahat və əlçatan etməyin effektiv bir üsuludur.

#dayanacaqlar