İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
771 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚇 Metroda bayram günləri ilə əlaqədar keçirilən bu retro-vaqonlarının sərgisini qaçırmayın.

🕙 Bu gün saat 22:00-a qədər açıqdır.

#iminivloq
🚲 Bayram günlərinin birini həmçinin velosiped sürməyi öyrənməklə faydalı keçirə bilərsiniz.

🔸 APAR növbəti dəfə ÖDƏNİŞSİZ təlim keçirir. Detallar və qeydiyyat linki: ⤵️

https://t.me/apar_ride/297
Sizcə bu tərk edilmiş yer haradır?

🇦🇿 Azərbaycandadır.
İnsan yönümlü şəhərlər ️
Sizcə bu tərk edilmiş yer haradır? ⠀ 🇦🇿 Azərbaycandadır.
⬆️ Dostlar, bura Pirallahıdır (keçmiş Artyom).

🔸 Keçmiş çörək zavodunun binası bu qədər baxımsız vəziyyətdə qalıb və dağılmağa doğru gedir.

🔸 Təəssüf ki, ölkədə və elə Bakının özündə belə yerlər az deyil.

☑️ Pirallahıdan sizin üçün ətraflı vloq hazırladıq, bu cür məkanları necə bərpa etmək olar, buranın hansı potensialı var — bu haqda da danışdıq.
📝 Urbanist Arzu Süleymanov NİİM-ə açıq müraciət göndərib:

Hörmətli Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi,

Bu müraciətlə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında yerləşən, hal-hazırda fəaliyyətsiz olan svetoforun yenidən işə salınmasının zəruriliyini diqqətinizə çatdırmaq istərdim.

Sözügedən ərazi Bakı şəhərinin mərkəzi hissələrindən biri olmaqla yanaşı, həm piyadaların, həm də nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi bir zonadır. Ərazidə yerləşən yeraltı piyada keçidi yaşlı insanlar, azyaşlı uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün, xüsusən də uşaq və əlil arabalarından istifadə edənlər üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən yerüstü svetoforun fəaliyyəti piyadaların rahat və təhlükəsiz şəkildə yol keçidini təmin etmək baxımından olduqca vacibdir.

Qeyd etmək istərdim ki, müasir şəhər planlaşdırılmasında piyadaların hərəkət rahatlığı avtomobil hərəkətindən daha prioritet hesab olunur. Şəhər küçələrində tıxacların əsas səbəbi insanlar (piyadalar) deyil, avtomobillərin həddindən artıq çoxluğu və nəqliyyat axınının düzgün tənzimlənməməsidir. Svetoforlar isə məhz bu axını parçalayan və nəqliyyat sıxlığının qarşısını alan effektiv vasitələrdən biridir.

Bu kontekstdə Neftçilər prospektindəki sözügedən svetoforun işə salınması, həm piyadaların təhlükəsizliyinin təmin olunması, həm də ərazidə nəqliyyatın daha sistemli və axıcı şəkildə idarə olunmasına töhfə verəcəkdir.

Ümid edirəm ki, bu məsələ diqqətlə nəzərdən keçiriləcək və şəhərimiz üçün vacib olan bu addım tezliklə atılacaqdır.



☑️ Müraciəti tam dəstəkləyirəm. Prioritet piyadalara verilməsə şəhər heç kəs üçün rahat olmayacaq.
🗓 Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 Yeraltı piyada keçidi "zebra" ilə necə əvəzləndi — Rusiyadan misala baxdıq.

🔹 Abşeron Dairəvi Dəmir yolunda əlavə qatarlar hərəkət edəcək — aprel ayından.

🔹 AYNA Bəxtiyar Vahabzadə küçəsində və Mərkəzi Parkın yanında yeni velosiped zolağı təşkil etdi.

🔹 Kanalın əksər izləyiciləri sorğuda deyir ki, velozolaqların təşkili ilə velosiped və skuter sürmək niyyətindədir.

🔹 Bakının ən yaxşı velosiped zolaqların təşkilini burada göstərdim.

🔹 Daha bir statistika göstərdi ki, Azərbaycan Qafqazın ən az avtomobilləşmiş ölkəsidir.

🔹 Şuşanın baş planından görüntülər ictimaiyyətdə paylaşıldı.

🔹 Bakı Metrosunun retro vaqonlarını sizə göstərdim.

🔸 Biz isə sizin üçün bayram günlərində yeni vloqlar hazırlayırıq. İzləmədə qalın və işimizə dəstək olmağınızı rica edirik.

Layihəmizin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
Media is too big
VIEW IN TELEGRAM
🚲 Gəncədə velozolaqlar olacaq — bu səfər rəsmi.

🔹 Bu reportajda AYNA-nın Gəncə regional idarəsinin rəhbəri təsdiq edir ki, şəhərin ikinci ən böyük şəhərində velosiped zolaqları təşkil ediləcək.

🔹 Gəncə küçələrində bu il genişmiqyaslı təmir işləri aparılır (MDB Oyunları ilə əlaqədar olaraq) və keçin ilin sonu tapşırıq verildi ki, şəhərin infrastrukturu və ictimai nəqliyyat tam yenilənsin.

🔹 O vaxt qeyd etmişdim ki, Gəncəni daha insan yönümlü etmək üçün bu bir fürsət ola bilər. Belə bir istəklə bizə hətta Gəncədən izləyici yazmışdır.

☑️ İndi növbə icradadır. Ümid edək ki, Gəncədə birinci dəfədən bu uğurlu alınacaq, bu şəhərdə geniş və düşünülmüş velozolaqlar şəbəkəsi təşkil ediləcək. Bunun üçün hər cür şərait var.

#Gəncə
Forwarded from Teymur Qafarzadeh
Onsuzda Sürən Yoxdur ......
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dəhşətdir.

Sabah Sovetskidə razılaşmayan sakinlərə qarşı da belə davranış olacaq? Bu çox pis presedent yaratmaqdır.
🌚 Gecə xronikası.

Artıq Braziliya serialına çevrilən Kukla teatrın yanındakı piyada keçidini lentlə bağladılar ki, piyadalar yolu keçməsin, və bu gecə ilə də sökdülər.

Növbəti bölümlərdə görüşərik. 🍿

#gecəxronikası
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⛔️ Yeni Yasamaldan qaçmaq lazımdır.

🔸 İki əvvəl biz buranı ətraflı vloqda işıqlandıranda belə təhlükəli yerləri də göstərmişik.

❗️Və artıq bədbəxt hadisə də baş verib. Gələcəkdə belə rayonlar abadlaşdırılmasa, nizam-intizama salınmasa, birmənalı olaraq gettoya çevriləcək.
⭕️ Zəbt edilmiş səkilər, böyük asfalt “səhraları” və çatışmayan piyada keçidləri — bu səfər bunlara bizdə deyil, Avropa Birliyinə daxil olan ölkənin paytaxtında rast gəldim.

🔸 Bəzi küçələrə baxanda həqiqətən “Avropa dağılır” zarafatı adamın yadına düşür.

🇷🇴 Lakin Buxarest şəhərinin yaxşı ictimai nəqliyyatı var — tramvaylar, trolleybuslar və 64 stansiyadan ibarət metro şəbəkəsi.

☑️ Bunların hamısını yeni vloqda baxmağa dəvət edirəm:

➡️ https://youtu.be/yzQ7Op3-ZlI?si=o-WH87akqtbk_Gw7

#Buxarest #vloq
🚶‍♂️ Neftçilər prospektində yeni keçiddən daha bir görüntü.

Yəgin ki, yeraltı piyada keçidi rahat olsaydı, bu qədər insan bu yeni “zebra”dan faydalanmazdı.

#piyadakeçidləri
🗓 Bayram həftəsində nədən danışdıq:

🔹 Gəncədə velosiped zolaqları salınacaq - AYNA təsdiqlədi.

🔹 "Bakıda velosiped sürən yoxdur" mifini dağıdan daha bir fotonu izləyici paylaşdı.

🔹 "Melissa Park" sakinlər yaşaya-yaşaya evlərini sökməyə başladı. Yazılana görə, şirkətin rəhbəri saxlanılıb.

🔹 Neftçilər prospektində hər kəsə "qıcıqlandıran" keçidi lent ilə bağlamağa cəhd etdilər, lakin sonradan açdılar.

🔹 Yeni Yasamalda yaşayış mühiti bərbad olaraq qalır. Bu səfər bu bədbəxt hadisəyə gətirib çıxardı.

🔹 Həftənin vloqu — Buxarest şəhərinin urbanistik icmalı.

🔸 Hər kəsə uğurlu iş həftəsi diləyilə. Urbanistik nəbzi buraxmamaq üçün izləmədə qalın 💚

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
⚡️ Ayın birinci günündə bundan yaxşı xəbər gələ bilməzdi.

Nəhayət, Bakıda vahid şəhər bələdiyyəsi yaradılıar, öz merimizi özümüz seçəcəyik.

Zarafat gününüz mübarək. Xəyalımızdadır hələ ki 😭
Please open Telegram to view this post
VIEW IN TELEGRAM