⭕️ İnsan və xüsusilə uşaqların həyatı bu qədər dəyərsiz olmamalıdır.
⠀
Zərifə Əliyeva küçəsində səkinin bir hissəsini məftil ilə bağlayıb piyadaları yola çıxmağa məcbur edirlər.
⠀
🔸 Təmir-tikinti işlərini apararkən heç olmasa konuslarla müvəqqəti bir yol ayırmaq olardı insanların təhlükəsiz hərəkəti üçün. Paytaxtın ən mərkəzidir özü də bura.
#təhlükəsizlik #səkilər

🇬🇪 Tbilisi sürətlə transformasiya etməyə davam edir.
⠀
Burada iki zolaqdan birini avtobuslara verirlər, yeraltı piyada keçidlərini isə “zebra”larla əvəz edirlər.
⠀
Bugünki ətraflı reportajda Tiflis şəhərinin urbanistik islahatlarına yaxından baxırıq:
⠀
➡️ https://youtu.be/K8iri3EvNHk
🔹 Tbilisidən daha bir vloq olacaq növbəti həftədə. Kanala dəstək olan sadiq izləyicilərimiz onu daha öncədən görə biləcək.
Həmçinin Patronlar bu və digər videoların daha geniş versiyalarını izləyə bilir.
#vloq #Tbilisi

YouTube
Tbilisi: Qafqazın sürətlə dəyişən şəhərində nə baş verir?
Azərbaycanın şimal-qərb qonşusu Gürcüstanda son illər tıxaclara mübarizədə, küçələrin transformasiyasında və ictimai nəqliyyatın inkişafı istiqamətində sərt islahatlar gedir. Burada hətta iki zolaqlı küçələrdə ayrılmış avtobus zolağı təşkil edirlər, böyük…
⚠️ Bu gün nəqliyyat sahəsində ümid doğuran bir xəbər çıxdı.
⠀
Aprel ayında dövlət başçısının sərəncamı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurasının vəzifələri təsdiqləndi.
⠀
Aydın məsələdir ki, bu vəzifələrin hamısı nəqliyyata, yollara və küçələrə aiddir. Lakin, ən çox diqqət çəkən bənd piyada infrastrukturu və ictimai nəqliyyat üçün zolaqların ayrılmasıdır.
⠀
Avtobus zolaqları Bakının ən böyük dərdlərindən biridir. Onların həm təşkil edilməsi ləngiyir, salınmış zolaqlar isə işləmir. Bu köklü problemin həlli artıq yeni yaradılan Şuranın birbaşa vəzifəsi olacaq.
⠀
💡 Ümid bəsləyirəm ki, bu gün ictimai nəqliyyatda islahatların növbəti mərhələsinin başlanğıc bir nöqtəsi olacaq. Çünki vəziyyət həqiqətən kritikdir, dünənki video bunu bir daha sübut etdi.
#avtobuszolağı

Bakı küçələrinin öz "Black Friday"-i var.
⠀
🛑 Mikayıl Üseynov küçəsində yenə avtobuslar dalbadal tıxacda ilişib qalıb.
Minlərlə insan hər gün bu küçədə əziyyət çəkir.
#tıxaclar #ictimainəqliyyat

🇺🇸 ABŞ-ın müxtəlif şəhərlərində mobilliyi artırmağa davam edirlər.
⠀
Bunun bir hissəsi olaraq velosiped zolaqlarının salınmasını da əhəmiyyətli rol oynayır.
⠀
📍 Nyu-Cersi.
#ABŞ #velosipedzolaqları

🇦🇿🚆 Azərbaycana yeni qatarlar gəlir.
⠀
Deyilənə görə, fotoda Polşada yığılan yeni “Stadler” qatarıdır.
⠀
ADY elektrik qatarlarla yanaşı, həm də dizel variantları sifariş etmişdir ki, Balakən istiqamətinə hərəkət edə bilsin.
#dəmiryolu

🇳🇱 Utrext şəhərində eyni məkan 1980-ci və 2022-ci illərdə.
⠀
Bir sıra şəhərlərdə yolların genişləndirilməsi və salınması üçün təbiət qurban verilmişdir.
⠀
Bu arada, Seul şəhərində də eyni proseslər baş verib.
#əvvəlsonra

⚡️ Bakı üçün nadir bir yeniliyi tətbiq etdilər.
⠀
Ziya Bünyadov prospektində arakəsməni ləğv edərək avtobusların marşrutlarının hərəkətəni daha səmərəli etmək üçün yeni yolayrıcını təşkil etdilər.
⠀
Yaxşı bir məsələ həm də odur ki, burada hərtərəfli piyada keçidləri və təhlükəsizlik adacıqlarını da unutmadılar.
⠀
❗️ Şəhərdə ictimai nəqliyyatın hərəkəti prioritet və fasiləsiz olmalıdır.
#ictimainəqliyyat

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Park yoxsa parkinq? Şəhərlər və ictimai məkanlar avtomobillərdən alınıb insanlara və təbiətə verilsəydi...
⠀
🇩🇪 Hamburqun misalında maraqlı bir vizion.
⠀
📹: Jan Kamensky