🇺🇸 Ostin şəhəri, ABŞ.
⠀
Amerika dünyanın ən avtomobilləşmiş ölkəsi, şəhərlərin isə əksəriyyəti avtomobilyönümlü olması bəllidir.
⠀
Buna baxmayaraq, bu ölkənin bir sıra şəhərləri İsveçin "Vision Zero" təhlükəsizlik proqramını tətbiq etməyə başlayıb. Küçələri daha təhlükəsiz etmək üçün piyada, velosiped və ictimai nəqliyyata üstünlük verilir, sürət azaldılır, yolayrıcıları isə daha təhlükəsiz edilir.
⠀
✅ Texas ştatının paytaxtı hər il Amerikanın ən yaşamalı şəhərlər siyahısına düşür.
#ABŞ #visionzero

⚠️ Döngələri sadə üsul ilə daha təhlükəsiz edilməsi.
⠀
Bu cür döngələrdə sürücülər sürəti azaldaraq daha diqqətli olur, piyadalar isə daha təhlükəsiz şəkildə yolu keçə bilir.
⠀
"VisionZero" proqramına daxil olan təhlükəsizlik tədbirlərindən biridir.
⠀
Foto: Nyu-York Nəqliyyat Departementi
#VisionZero #ABŞ

Dünyanın ən avtomobilləşmiş ölkəsi ABŞ asta templə olsa da, velosiped infrastrukturunu qurmağa davam edir. Bu məsələyə də əsaslı yanaşırlar.
⠀
Velosiped zolaqlarının təşkilində yolayrıcıların quruluşu önəmlidir. Fikir verin ki, hər tərəfdən kiçik təhlükəsizlik adacıqları nəzərdə tutulub ki, avtomobillər sürəti azaltsın və qəza riski minimuma azalsın.
⠀
📍 Santa Monika, Kaliforniya.
#ABŞ #velosipedzolaqları

❓ İnsan yönümlü küçə nə edə bilər?
⠀
Misal üçün dövlət büdcəsinə külli miqdarda pul gətirə bilər. 💵
⠀
Bunun bir misalı Lankaster şəhəridir (ABŞ, Kaliforniya). 2010-cü ildə bu küçədə əsaslı təmir işləri görülüb, hərəkət zolaqlarının sayını azaldıblar, ağaclar əkiblər, daha çox piyadaları bura cəlb ediblər. Bəzi günlərdə bu küçəni isə maşınlar üçün təmamilə bağlayırlar.
⠀
🔹 Beləliklə, bura biznesi cəlb etmək olub, 13 il ərzində 800 yeni iş yeri yaranıb. Küçənin təmirinə 11,5 milyon dollar xərclənib, lakin təmirdən sonra küçə 130 milyon dollar investisiya və $273 milyon iqtisadiyyata xeyir gətirib.
⠀
"Burada unikal bir şey yoxdur. Digər şəhərlər də bu təcrübəni təkrar edə bilər. Təkrarı çətin olan bizim şəhər hakimiyyətinin niyyətidir." - Ceyson Kodl, Lankaster şəhərinin meri.
#ABŞ

🇺🇸 1946-cı ildə Atlanta şəhərinin məmurları denmişdilər ki, bu yolda 6 zolaq olsa tıxac olmayacaq.
⠀
Reallıq isə budur: ⬆️
⠀
Yolların genişləndirilməsi tıxac problemini həll etmir. Bu hər kəs üçün dərs olmalıdır.
#ABŞ #urbanistika

🏖 Dəniz qırağı tək "lejanka", "zontik" və restoran anlayışı ilə bitmir. Çimərlik şəhərin ən maraqlı ictimai məkanına çevrilə bilər.
⠀
Burada velosiped zolaqları, kinoteatr və hətta kitabxana (Beach Library) təşkil etmək olar. İcarədən qazanılan pullara isə həmin dəniz qırağına qulluq etmək olar, onu səliqəli saxlamaq olar.
⠀
🇮🇱 İsrail və 🇺🇸 ABŞ-dan maraqlı nümunələr.
#İsrail #ABŞ

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dünya inkişaf edir və urbanistik trendlərə üstünlük verilir.
⠀
🇺🇸 ABŞ-dan daha bir nümunəni göstərmək istəyirəm. Dünyanın ən avtomobilləşmiş ölkəsində bu gün yolları bu cür avtomobillərdən alıb bordürlə qorunan velosiped yollarına verirlər.
⠀
📍 Denver şəhəri, Kolorado.

🇺🇸 Sietl şəhəri insanyönümlü olmaq istəyir.
⠀
Güman ki bilirsiniz, ABŞ-ın əksər şəhərləri sırf avtomobillər üçün qurulub. “Maşınsız həyat Amerikada mümkün deyil” ifadəsi bu ölkədə yaşayan hər kəsin dilindədir.
⠀
Lakin Sietlın Nəqliyyat Departamenti bu stereotipi qırmaq istəyir.
⠀
🔹 Planların birinə görə burada ~1300 km səki, ~600 km velozolaq və ~120 km tam və qismən piyadalar üçün nəzərdə tutulmuş küçə salınacaq.
⠀
Əgər dünyanın ən avtomobilləşmiş ölkə bunu edirsə, bizim də transformasiya etməmək üçün heç bir bəhanəmiz qalmamalıdır.

⛔️ Bu kənddə avtomobil yoxdur.
⠀
Qeyri-tipik görünsə də, bura 🇺🇸 ABŞ-dır. Və bu Kaldesak rayonu (Culdesac) ölkənin ilk “maşınlardan azad yaşayış məntəqəsi” sayılır (car-free neighbourhood).
⠀
Arizonanın Tempe şəhərinin yaxınlığında yerləşir, hələ ki 150 nəfər əhalisi var (1000 nəfərə çatacağı gözlənilir).
⠀
🚞 Sakinlər böyük şəhərə tramvay ilə gedib-gələ bilir, lakin sırf bu kiçik rayonda yalnız piyada və velosipedlə hər kəs hərəkət edir. Bütün lazımi xidmətlər 10-15 dəqiqəlik məsafədə yerləşir.
⠀
🇦🇿 Bərpa olunan Qarabağın kəndlərin birində bu cür təcrübənin tətbiq edilməsinə necə baxırsınız?

🇺🇸 ABŞ-ın müxtəlif şəhərlərində mobilliyi artırmağa davam edirlər.
⠀
Bunun bir hissəsi olaraq velosiped zolaqlarının salınmasını da əhəmiyyətli rol oynayır.
⠀
📍 Nyu-Cersi.
#ABŞ #velosipedzolaqları
⠀
Bunun bir hissəsi olaraq velosiped zolaqlarının salınmasını da əhəmiyyətli rol oynayır.
⠀
📍 Nyu-Cersi.
#ABŞ #velosipedzolaqları
🇺🇸 Bura ABŞ-ın Sinsinnati şəhəridir.
⠀
Təxmini 100 il əvvəl şəhərin bir sıra küçələri təmamilə məhv edilmişdir, yerinə geniş yolları və parkinq sahələri tikilmişdir. Bunun üçün 25,000 insan öz evlərindən köçürülmüşdür. Birinci fotoda gördüyünüz tarixi binalardan da əsər-əlamət da indi qalmayıb.
⠀
Bu gün sözügedən şəhər tıxaclardan əziyyət çəkir və iqtisadi cəhətdən hər il 947 milyon dollar ziyan gətirir.
⠀
💬 "Bakıda daha çox yol tikmək lazımdır" deyənlər, bir daha düşünün.

🚷 "Piyada gəzmək qadağandır".
⠀
🇺🇸 Belə bir nişan ABŞ-ın Nyu Cersey şəhərində yerləşən MetLife stadionunun yaxınlığında yerləşən hoteldə yerləşib.
🏟 Prinsipçə, ikinci fotoya baxanda stadionun ətrafındakı mühit artıq hər şeyi deyir.
Stadionun ətrafında özündən 3-4 dəfə böyük ərazi parkinqə verilib. Torpağın ən qeyri-səmərəli istifadəsidir bu.
⠀
🏆 Və maraqlı fakt: 2026-cı ildə keçirilən Futbol üzrə dünya çempionatının final oyunu məhz burada keçiriləcək.

🇺🇸 Nyu-Yorkun mərkəzinə giriş ödənişli olacaq.
⠀
İyun ayından etibarən Nyu-Yorkun Manhetten rayonuna avtomobil ilə pik saatlarında daxil olmaq üçün 15 dollar, qeyri-pik saatlarında 3,75 dollar ödəmək lazım olacaq.
⠀
🔹 Şəhərin rəhbərliyi deyir ki, beləliklə tıxacların qarşısını nisbətən alınacaq, hava isə daha təmiz olacaq. Ehtimal olunur ki, bu qərar şəhər büdcəsini ildə əlavə 1 milyard dollar gətirəcək. Bu məbləğ ictimai nəqliyyatın inkişafına və küçələrin təmirinə xərclənəcək.
⠀
❓Bakıda belə qərarın tərəfdarısınız?
#ABŞ
⠀
İyun ayından etibarən Nyu-Yorkun Manhetten rayonuna avtomobil ilə pik saatlarında daxil olmaq üçün 15 dollar, qeyri-pik saatlarında 3,75 dollar ödəmək lazım olacaq.
⠀
🔹 Şəhərin rəhbərliyi deyir ki, beləliklə tıxacların qarşısını nisbətən alınacaq, hava isə daha təmiz olacaq. Ehtimal olunur ki, bu qərar şəhər büdcəsini ildə əlavə 1 milyard dollar gətirəcək. Bu məbləğ ictimai nəqliyyatın inkişafına və küçələrin təmirinə xərclənəcək.
⠀
❓Bakıda belə qərarın tərəfdarısınız?
#ABŞ
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Amerikalılar maşın xəstəsidir.
⠀
Dənizin düz qırağına avtomobil ilə girirlər. Tanış mənzərədir? 🙂

🇺🇸 Nyu-York lap "ağını çıxardı"!
⠀
🚲 Dünən bir şərh rastıma gəldim ki, deyir, “velosiped zolaqlarını mövcud yol hissəsinin hesabına təşkil etmək olmaz”. Təbii ki, mövzu ilə maraqlanan çoxdan bilir ki, məhz mövcud hərəkət hissəsini daha səmərəli və ədalətli istifadə etmək üçün velozolaqlar və avtobus zolaqları salmaq lazımdır.
⠀
🔹 İslahatları ilə fərqlənən Nyu-Yorkda isə lap “ağını” çıxarıblar. Götürüb nə az nə çox, iki avtomobil zolağını veriblər velosipedçilərə - biri hərəkət üçün, biri də veloparkinq üçün. 🙂
⠀
💬 “Bizdə velosiped sürən yoxdur” deyənlər bu fotoda bir dənə də olsun belə velosipedçi tapa bilməzlər. Amma Nyu-Yorkun rəhbərliyi çox gözəl başa düşür ki, tıxaclara qalib gəlmək üçün insanlara dayanıqlı alternativlər yaratmaq lazımdır.
#velosipedzolaqları #ABŞ

🇺🇸 ABŞ-ın daha bir şəhərində urbanistik islahatlara start verildi.
⠀
📍 San-Diego şəhərində NACTO və VisionZero standartlarına uyğun baryersiz səkilər, geniş velozolaqlar, səki çıxıntıları, parkinq cibləri və təhlükəsizlik adacıqları təşkil etdilər.
⠀
🔄 İndi bu küçə daha təhlükəsiz, əlçatan və daha çox hərəkət iştirakçılarının marağını nəzərə alır.
⠀
#ABŞ #VisionZero

🇺🇸 Bu gündən etibarən Nyu-Yorkun Manhattan ərazisinə avtomobil ilə giriş üçün sürücülər pul ödəyəcək.
⠀
💵 Ən bahalı tarif bazar ertəsi-cümə günü, saat 09:00-17:00 arası olacaq. Minik avtomobillərin sürücüləri $5, kiçik yük avtomobilləri $14,40, böyük yük daşıyan maşınların sürücüləri isə $21,60 ödəməli olacaq. İstirahət günləirində və qeyri-pik saatlarında tarif daha aşağı olacaq - $2,25.
⠀
🔹 Proqnozlara görə bu addımlar tıxacların 10% azaltmasına gətirib çıxarmalıdır, Nyu-Yorkun büdcəsinə isə əlavə 15 milyard dollar gəlir gələcək. Bu vəsaiti ictimai nəqliyyatın inkişafına yönəldəcəklər.
⠀
☑️ Bu qərar hələ keçən ilin iyununda qüvvəyə minməli idi, lakin bəzi siyasətçilər onu geri qaytara bildilər. Maraqlıdır ki, yeni seçilmiş ABŞ prezidenti Donald Tramp da bu qərarı dəstəkləmir, lakin Nyu York şəhər bələdiyyəsi ümid edir ki, o vəzifəyə gələndən sonra qərarı federal səviyyədə ləğv etməyəcək.
❗️ Bu hekayədə vacib bir qeyd var. ABŞ özü çox avtomobilləşmiş bir ölkədir, əksər şəhərlərdə maşınsız yaşamaq mümkün deyil. Lakin Nyu-Yorkda nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var.

🇺🇸 Tramp yeni tıxacların səbəbkarı olacaq?
⠀
💬 Dünənki çıxışında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyd etdi ki, hər bir Amerika vətəndaşı ürəyi istəyən avtomobil ala biləcək, neft və yanacaq qiymətləri isə aşağı düşəcək (bunu dolayısıyla vurğuladı).
⠀
🔹 Sirr deyil ki, bu ölkədə avtomobil bir kultdur, şəhərlərin əksəriyyəti isə elə qurulub ki, avtomobilsiz həyat yaşaya bilmərsən. Nəticə olaraq, məsafələr çox böyük, parkinqlərlə verilmiş böyük kvartallar, piyada infrastrukturu bərbad, ictimai nəqliyyat və dəmiryolunun zəif inkişafı, kilometrlərlə ölçülən tıxaclar, səs və ekoloji kirliyi...
⠀
💡Qısa bir fakt: ABŞ-da avtomobilləşmə səviyyəsi 91,7% təşkil edir. Müqayisə üçün Azərbaycanda bu rəqəm 17%-dir. İndi isə D.Tramp deyir ki, biz avtomobilləri daha da əlçatan edəcəyik. İndi buna hər hansı bir dövlət investisiya ayıracaq yoxsa yox — bu açıqlanmır.
⠀
❗️ Amma başqa bir maraqlı rəqəm var. Hər il tıxaclar ABŞ iqtisadiyyatına 166 milyard dollar ziyan vurur.
⠀
🔹 Təbii ki, Amerikada hər bir ştatın öz büdcəsi var, nəqliyyat sahəsində qərarları özü verə bilir, lakin ABŞ tıxaclardan qurtulmaq istəyirsə, heç olmasa bir az da olsa alternativ istiqamətdə düşünməlidir. Hətta siyasi çıxışlar səviyyəsində bunu hərdən vurğulamaq lazımdır. Avtomobil kultunu yeritməklə isə sadəcə daha çox avtomobil istifadəsini və daha da bərbad tıxaclara gətirib çıxaracaq.
⠀
📸 Fotoda: Los Ancelesdə 7-zolaqlı yolda müşahidə olunan tıxac.

🇺🇸 ABŞ Niderlandın təcrübəsini tətbiq edir.
⠀
🚄 Cənub Floridanın Dəmir Yolları insanların mobilliyini artırmaq üçün velosipedləri daşımaq üçün ayrıca vaqon ayırıb. Beləliklə, sərnişinlər stansiya qədər öz velosipedləri ilə gəlib, yığılmamış vəziyyətdə vaqona yükləyib yollarını davam edə bilər. Bir vaqona 14 velosiped yerləşir. Bu xidmətə görə əlavə pul ödəmək lazım deyil.
⠀
🔹 Belə bir təcrübəyə velosipedləşmiş Avropa şəhərlərində rast gəlinir (Niderland, Almaniya, Danimarka və s.). Həmçinin bizim Dəmir Yollarında da belə opsiya var (yeni Stadler Flirt qatarlarında).
⠀
🚲 Beləliklə, mikromobillik vasitələri "last mile" (son mil) kimi istifadəsi də stimullaşdırılır.
⠀
#ABŞ #qatarlar

🇺🇸 Nyu-Yorka ödənişli giriş — ilk ayın nəticələri.
⠀
🔹 Yadınıza gəlirsə, bu ilin əvvəlindən Nyu-York şəhərinin mərkəzinə avtomobillərin girişini ödənişli etmişdilər. İlkin nəticələr açıqlandı.
⠀
☑️ Tıxacların ağırlığı 59% azaldı, öncəki aylara nisbətən milyona yaxın daha az avtomobil şəhərə daxil olur;
☑️ Avtobusların orta sürəti 10-30% artdı, xüsusilə tunel və körpülərdə;
☑️ Metroda sərnişin axını 7-12%, avtobuslarda 6-21% artıb.
⠀
🔹 Beləliklə, Nyu-York avtomobilləşmiş ABŞ-ın bütün stereotiplərini dağıtmağa davam edir.
❗️ Lakin keçən səfərki qeydlər aktualdır: Nyu-Yorkda ABŞ-ın digər ölkələrinə nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var. Velozolaqlar şəbəkəsinin uzunluğu isə 2500 km-dən çoxdur.
⠀
📸 Fotoda eyni küçə — ödənişli girişi tətbiq ediləndən əvvəl və sonra.