🚄 Müxtəlif Avropa ölkələrində qatarların dizaynı.
⠀
Hərdən gözəl livreya qatara əlavə gözəllik qata bilir.
⠀
🇦🇿 Müqayisə üçün sonuncu fotoda "Azərbaycan Dəmir Yolları"-nın müasir "Stadler Kiss" sürət qatarının fotosu əlavə olunur.
#qatarlar

🚄 Keçən ilin sonunda Azərbaycana gətirilən yeni "Stadler Flirt" qatarların sınaqlarına başlanılıb.
⠀
Deyilənə görə, mart ayında sərnişinlər üçün fəaliyyətə başlayacaq. Dizel qatarıdır, elektrifikasiya olunmamış xətlərdə istifadəsi məqsədəuyğun olar (misal üçün Balakən və Lənkəran istiqamətlərində).

🚞 Gələn aydan Bakı-Balakən-Bakı qatar marşrutu bərpa olunur.
⠀
🔹 Son hadisələrin fonunda bu xəbər kölgədə qaldı, lakin bu marşrutun ilk dəfə pandemiyadan sonra bərpa olunması vacib xəbərdir.
⠀
🔹 Kim bilmirsə, son illər açılan Ağstafa və Qəbələ istiqamətində sürət qatarları deyil, klassik yataq tipli, lakin yenilənmiş vaqonlardan ibarət olan qatardır.
⠀
🔹 Tipik gecə qatarıdır, axşam 23:50 yola düşür, Balakənə saat 08:10-da çatır. İndiki infrastruktura görə təbii ki, Qəbələyə və Gəncəyə gedən sürətli “Stadler”lə müqayisə olunası deyil.
⠀
⚠️ Lakin nəzərə alaq ki, yataq tipli qatarlarda adətən sürət yox, rahatlıq prioritetdir ki, gecə vaxtı yatmaq mümkün olsun. Ümid edək ki, seçim olaraq bu istiqamətdə sürətli qatar da işləsin.
⠀
🔸 Və nəhayət, qiymət. ADY bu yaxınlarda dinamik qiymət siyasətinə keçib, belə ki, yüksək tələbat dövrü və adi günlərə əsasən tariflər fərqlənir (aviaşirkətlərdə, xarici ölkələrin dəmiryol nəqliyyatında olduğu kimi). Balakənə 17 AZN, daha yaxın Şəkiyə isə 15 manatdan başlayır (standart sinif). Ümumi 10 dayanacaq olacaq.
⠀
❓ İndi bu gedişlər nə dərəcədə öz qiymətini doğruldacaq, səyahət nə dərəcədə komfortlu olacaq, avtomobil və avtobusla nisbətən rəqabətli olacaq — bunu zaman və rəylər göstərəcək.
⠀
☑️ Son dəfə bu istiqamətdə 2012-ci ildə səyahət etmişəm, müqayisə etmək maraqlı olar. Qatar mövzuları maraqlıdırsa və qatar haqqında vloqlar görmək istəyirsinizsə ❤️ atın.

🇺🇸 ABŞ Niderlandın təcrübəsini tətbiq edir.
⠀
🚄 Cənub Floridanın Dəmir Yolları insanların mobilliyini artırmaq üçün velosipedləri daşımaq üçün ayrıca vaqon ayırıb. Beləliklə, sərnişinlər stansiya qədər öz velosipedləri ilə gəlib, yığılmamış vəziyyətdə vaqona yükləyib yollarını davam edə bilər. Bir vaqona 14 velosiped yerləşir. Bu xidmətə görə əlavə pul ödəmək lazım deyil.
⠀
🔹 Belə bir təcrübəyə velosipedləşmiş Avropa şəhərlərində rast gəlinir (Niderland, Almaniya, Danimarka və s.). Həmçinin bizim Dəmir Yollarında da belə opsiya var (yeni Stadler Flirt qatarlarında).
⠀
🚲 Beləliklə, mikromobillik vasitələri "last mile" (son mil) kimi istifadəsi də stimullaşdırılır.
⠀
#ABŞ #qatarlar