🚆 Bakı-Gəncə qatar biletlərinin problemi nədir, bilirsiniz?
⠀
Sabahdan Bakıdan Gəncəyə hərəkət edən sürət qatarların fəaliyyəti, nəhayət ki, bərpa edilir. Fikir verdim ki, sosial şəbəkələrdə bu qatara biletlərinin qiymətləri 10 AZN-dən 20 AZN-ə qalxması narazılıqlara səbəb olub.
⠀
Əslində, qatar biletlərinin qiyməti bazar iqtisadiyyatına uyğun olaraq tələb və təklif ilə tənzimlənməlidir. Aviabiletlərinin qiymətləri kimi. Tələbat olan tarixlərə və boş yerlərin sayı az qalanda qiymətlər qalxmalıdır və əksinə. Məhz bu halda sərnişinləri cəlb etmək olar.
⠀
Avropa daxilində qatarla səyahət edənlər bunu bilirlər. Bu yaxında elə özüm də Berlindən Budapeştə qatarla gəlmişdim. Eyni istiqamətdə fərqli tarixlərə biletin qiyməti 30 avrodan 100 avroyadək dəyişirdi (eyni tipli qatar, eyni marşrutda).
⠀
Bakı-Gəncə qatarını doldurmaq üçün də bu cür yanaşma tətbiq olunmalıdır. Tutaq ki, ilk boş yerlər olsun 5-10 AZN, qatar dolduqca və tələbat yuxarı olanda (tutaq ki, bayram ərəfələrində) mərhələli şəkildə tarifləri dəyişmək olar.
⠀
Azərbaycan Dəmir Yolları isə "fix price" qiymət siyasətini apararaq həm qatara sərnişinləri qısa zamanda cəlb edə bilmir, həm də əlavə narazılıqlarla qarşılaşırlar.
⠀
💡 Bu arada, YouTube-kanalımda Berlindən Budapeştə getdiyim qatar səyahətinə dair videoreportaj paylaşacam, abunə olmağı unutmayın!
#dəmiryolu

🇪🇺 🚄 Avropada qatarla səyahət: vağzallar, xidmətlər və qiymətlər.
⠀
Avropanın demək olar ki bütün ölkələrini sürətli qatar şəbəkəsi birləşdirir. Bəs bu qatarlar hansı sürətlə hərəkət edir, biletlər neçəyə başa gəlir və hansı xidmətlər təklif edir?
⠀
Bakı-Sumqayıt qatarı ən müasir standartlara cavab verirmi?
⠀
Bu suallara cavab vermək üçün və ən əsası soydaşlarımıza Azərbaycan və Avropa dəmir yollarının fərqini göstərmək üçün Berlindən Budapeştə qatarla yola düşdüm.
⠀
Səyahət boyunca 3 qatar və 3 vağzal dəyişərək hər maraqlı məqamı videoya çəkdim. Nəticədə məncə maraqlı videoreportaj alındı. İzləyin və fikrinizi bildirin 😉
⠀
👇
https://youtu.be/P32QuvFV0Xc
#vloq #dəmiryolu

YouTube
Avropada qatarla səyahət: vağzallar, xidmətlər və qiymətlər
Almaniyanın paytaxtı Berlin şəhərindən Budapeştə yollanmaq üçün qatar ilə sərfəli marşrut tapdım.
Əvvəl Nürnberqə, daha sonra Vyanada keçid etməklə 3 müxtəlif qatar dəyişdim. Bu, həm Almaniyanın sürətli ICE qatarları, həm də RegioJet qatarıdır.
Bütün səyahətimi…

🇦🇿🚆 Azərbaycana yeni qatarlar gəlir.
⠀
Deyilənə görə, fotoda Polşada yığılan yeni “Stadler” qatarıdır.
⠀
ADY elektrik qatarlarla yanaşı, həm də dizel variantları sifariş etmişdir ki, Balakən istiqamətinə hərəkət edə bilsin.

🚲 Yeni qatarlarda velosiped üçün yerlərin olması əladır.
Bu o deməkdir ki, siz velosipedlə stansiyaya qədər kiçik məsafəni gedə bilərsiniz. Sonra stansiyadan isə son təyinat nöqtəsinə qədər.
Yəni “last mile” nəqliyyatı kimi velosipedi istifadə etmək olacaq.
🔸 Bundan öncəki qatarlara belə imkan yox idi.

🚄 Bakı-Sumqayıt dəmir yol xətti üçün daha bir qatar gəlib.
⠀
🔹 İlk dəfədir ki, ölkəyə "Stadler"-in birmərtəbəli elektrik qatar çatdırılır. Bundan əvvəl dizel qatarlar idi belə görünüşdə.
⠀
Rəsmi fotolarda aydın görünmür, ümid edirəm bu qatarlarda da velosiped daşımaq mümkün olsun (dizel variantında var idi).
⠀
🔹 Ümumi olaraq ölkəyə əlavə 5 bu cür qatar gələcək.

🚄 ADY-dən əslində yaxşı xəbər də var.
⠀
🔸 Hər kəs xəbər tirajlayır ki, Abşeron dairəvi yolda hərəkət edən qatarlara biletlərin qiyməti artıb. Bunun fonunda ADY-nin paylaşdığı digər xəbər kölgədə qalıb. Deməli, bundan sonra ölkədaxili qatar biletləri fiks qiymət deyil, tələb-təklifə uyğun formalaşacaq. Bu haqda mən hələ 2022-ci ildə yazmışam.
⠀
🔸 Sərnişinləri cəlb etmək üçün, öncədən bilet almağı stimullaşdırmaq üçün bütün dünyada istifadə olunan təcrübədir.
⠀
🔸 O ki qaldı, Bakı-Sumqayıt, Bakı-Xırdalan və Abşeronda hərəkət edən digər qatarlara, orada ödəniş ümumiyyətlə Bakının vahid ödəmə sisteminə qoşulmalıdır (BakıKart), və burada pulsuz transfer də nəzərə alınmalıdır. Misal üçün, 1 manat verirsən Sumqayıtdan Bakıya və daha sonra 1 saat ərzində pulsuz avtobus və metrodan istifadə edirsən.
⠀
❗️ Bunun üçün isə brutto-müqavilə sisteminə keçmək lazımdır (özü də təcili), amma bu məsələdə aylardır heç bir irəlləyiş yoxdur.