İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 Dünən Rauf Ağamirzəyev efirdə çox yaxşı cümlə işlətdi.

💬 Deyir, 57 il əvvəl Bakıda metronun tikintisinə start verməsəydilər, bu gün onun tikintisinə heç kim nə razılıq verərdi, nə də pul ayırardı.

🔹 Buna bir əlavə edim. Əgər bizdə metro yerin üstü ilə getsəydi, onu da sökərdilər. Necə ki, tramvayı və dairəvi dəmir yolunu 15-20 il əvvəl sökdülər.

❗️ Amma Bakını metrosuz təsəvvür edirsiniz? Bir saniyəlik bu haqda düşünün.

Və eyni zamanda düşünün — Bakıda tramvay qalsaydı, o indi ən azı metroya düşən yükü iki dəfə azaldardı.

#metro
🚦 Daha bir lazımlı yerdə piyadalar üçün svetofor qoyuldu.

🔹 Daha doğrusu — bərpa olundu. Cəfər Cabbarlı küçəsində, Nizami metrosunun çıxışına yaxın ərazidə 2019-cu ildə nizamlanmayan piyada keçidi silinmişdir ki, və o vaxt səbəbi soruşanda demişdilər "sürücülər vaxt itirir, əziyyət çəkir, tıxaca səbəb olur".

🚷 Piyadalara isə 300 metr (!) yoxuş olan küçədə (!) dairə vurub yolu keçmək təklif olunurdu. Piyadalar arasında yaşlı, uşaqlı, azmobilli insanların olması heç kimi narahat etmirdi. Ümumiyyətlə Bakı şəhərində piyadalar hər zaman ikinci planda olub və vaxtilə belə qərarlar çox yerlərdə verilib.

🔹 Yəni, sürücülər 10-15 saniyə öz komfortlu şəxsi avtomobillərdə otura-otura gözləməsin deyə, piyadalar əziyyət çəkib 15 dəqiqə əlavə dairə vurmalı idi ki, 10 metrlik yolu keçmək üçün. Zatən bunu heç kim etmirdi, hər kəs həmin yerdən yolu keçirdi və bura sadəcə əlavə qəza ocağı idi.

🔹 Nəhayət ki, bu ədalətsizlik aradan qaldırıldı və təhlükəsizlik artırıldı. Burada svetofor quraşdırıldı (razılığı hələ 2022-ci ildə alınmışdır), indi insanlar daha rahat və təhlükəsiz şəkildə yolu keçə biləcək. Piyada keçidləri məhz insan axını çox olan yerlərdə olmalıdır və onların davranışını və trayektoriyasını nəzərə alınmalıdır. Bu bütün dünyada belədir. Şəhər piyadalar üçün gərək rahat olsun ki, onlar avtomobildən asılı olmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər və ən azı rahat və təhlükəsiz şəkildə küçələrdə hərəkət etsinlər.

❗️ Bakıda bu cür tədbirlərə ehtiyac olan yüzlərlə kəsişmə var, Cəfər Cabbarlı küçəsinin sağ əli onların başına.

#piyadakeçidləri
🔹 Bu gün Bakıda daha bir önəmli dəyişiklik öz əksini tapdı.

🔹 28 May küçəsində həm avtobus, həm velosiped zolaqları salındı. Düzdür, təklif olaraq mən hətta burada parkinq zolağı təklif etmişdim, yolun bir tərəfinə, indiki halda isə belə çıxır küçə boyu nə sağda nə solda nə dayanmaq, nə durmaq mümkün olmayacaq.

🔸 İlkin mərhələ üçün bir qədər radikal addım oldu, düşünürəm ki, sürücülər və obyekt sahibləri tərəfindən böyük etirazla qarşılanacaq. Amma avtobusların bu küçədən tıxacsız getməsi vacib addımdır.

📸 Fotonu izləyici göndərib. Küçənin digər tərəflərində vəziyyətdən hələ ki məlumatsızam.

#avtobuszolaqları #velosipedzolaqları
Düz deyirlər ki, Bakı Ağ Şəhərdə ancaq "ağ insanlar" yaşayır?

🔹 Yeni mövsümün ilk vloqunu Bakının urbanistik cəhətindən ən əlverişli rayonlarından biri sayılan Ağ Şəhərinin icmalından başlayırıq.

"Baku White City"-nin icmalını kanalda üç il əvvəl paylaşmışam, lakin sürətlə dəyişən və məskunlaşan Ağ Şəhərdə bu gün yeni həllər tətbiq olunur. Bəs tətbiq olunan zaman səhvlərə yol verilirmi? Ağ Şəhərdən Bakınin digər rayonları nəyi öyrənməlidir?

Daimi qonağım memar Dilqəm İsmayılovda bunu müzakirə etdik, həmçinin buranın arxitekturasından söhbət açdıq:

https://youtu.be/WXKvNI94WqI?si=36KMqNOmbAWy2jpM

❗️ Ölkənin yeganə urbanistik vloqunun davamlı fəaliyyətini görmək istəyirsinizsə, dəstəyinizi əsirgəməyin. YouTube-kanalını aparılması üçün bu həqiqətən önəmlidir.

#vloq #AğŞəhər
📢 Kommunikasiyanın vacibliyi — AYNA-nı niyə yıxıb-sürüyürlər?

🔸 Bütün dünyada urbanistik islahatlar hər zaman ağrılı keçir. Avtomobili olan hər bir vətəndaş yolun daraldılmasını, zolaqların velosiped və ictimai nəqliyyata ayrılmasını müsbət qəbul etmir (halbuki etməlidir, amma bu ayrı bir mövzudur).

🚙 Ümumiyyətlə sürücülərin lobbisi hər zaman güclü olur, Azərbaycanda vəzifəli şəxslər və deputatlar özləri də daha çox avtomobil ilə hərəkət etdiyinə görə sürücüləri hər zaman dəstəkləyir. Bu cür gərgin şəraitdə islahat aparmaq zatən çox çətindir.

💡 Ona görə vətəndaşlarla kommunikasiya qurmaq üçün güclü strategiya qurulmalıdır. Sosial şəbəkələrdə aktiv olmaq, postlara reaksiya vermək, monitorinqlər aparmaq, eyni zamanda ölkədəki inflüyenslərlə (vətəndaşların düşüncəsini formalaşdıran və böyük izləyici kütləsi olan məşhur insanlarla) əlaqə qurmaq lazımdır.

🔗 Bu gün İlkin Həsəninin paylaşımı AYNA-nın reputasiyasına kifayət qədər ciddi zərbədir. Mən hələ TikTok-da rastlaşdığım şərhləri demirəm. AYNA-nı orada "yıxıb-sürüyürlər", ləğvini tələb edirlər, ən pis söyüşlər istifadə olunur.

Deyərsiniz ki, bəyəm AYNA hər şeyi düzgün edir? Səhvləri yoxdur? Əlbəttə ki, var. Mətbuat prospekti, Ağ Şəhər və bir sıra digər yerlərdən misallar gətirmək olar.

Uzağa getməyək, elə bu gün gündəm olan Xocalı prospektində çəkilən avtobus və parkinq zolağını ayıran xətlənmə səhvdir. Gərək küçə boyu qırıq-qırıq xətlər olsun ki, parkinqə istənilən yerdən girib-çıxmaq mümkün olsun. Bunu mən bu yaxınlarda Varşavada gördüm, misal üçün.

🔸 Lakin söhbət indi konkret küçədən və zolaqdan getmir. İctimaiyyətlə söhbətlər aparılmalı, çoxlu videolar, eksizlər, təqdimatlar olmalıdır ki, ümumiyyətlə şəhərdə nə baş verir? Bu şəhərdə biz nə edirik? Şəhərin dayanıqlı mobillik planı varmı? Bizim vizyonumuz nədir? Vətəndaşlar öz fikrini kimə bildirsinlər?

❗️ Nə qədər ki, bunlar olmasa, sakinlərlə iş aparılmasa, müasir şəhərin təbliğatı rəsmi şəkildə təqdim olunmasa, bunun pozitiv gələcəyini mən görmürəm. Vaxtilə BNA-nın da yaxşı addımları və təşəbbüsləri var idi. Bu gün BNA haradadır - hər kəsə bəllidir.

#analitika #AYNA
Yeni elektrobuslar artıq Bakı küçələrində peyda olunub.

📸 İzləyimiz fotonu 8 noyabr prospektində çəkib.
Kanala dəstək 🎁
Paylaşdığım məzmunu və vloqları faydalı sayırsınızsa, kanala dəstək göstərə bilərsiniz. Təşəkkür edirəm!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstirahət gününün gözəl videosu.

🇵🇱 Polşanın paytaxtı Varşavanın səliqəli və insan yönümlü küçələrinə baxın.

Cəmi 35 il əvvəl Bakı kimi adi sovet şəhəri idi.

📸: instagram / maciejmagic_

#Varşava
🚲 Xaqani küçəsində velosiped zolaqları təşkil olundu.

🔹 Çox əladır, ən azı Bakının mərkəzində yeni təmir olunan küçələrdə velozolaqların salınması artıq bir qayda olaraq nəzərə alınır. Yaxşı olardı ki, Xaqani kimi canlı küçələrdə velosipedçilərə hər iki tərəfə təhlükəsiz çatmaq üçün şərait yaradılsın.

🔸 Bəli, bunun üçün zolaqları bir az da daraltmaq lazımdır, bir qədər standartlardan kənara çıxmaq lazımdır. Amma geniş zolaqlar şəhər daxili küçələrdə onsuzda faydalı bir şey deyil. Avropada hətta 2,8-metrlik zolaq şəhər daxili küçələrin qəbul olunanadır.

💡 Xaqani və Nizami küçələri ilə bağlı vaxtilə təklif göndərmişdim, burada velosiped zolaqları hər iki tərəfdə nəzərə alınıb, həm də hərəkəti ikitərəfli təşkil etmək olar ki, sürücülər şəhərə çatmaq üçün artıq yürüşlər etməsin.

Beləliklə, artıq biri birinə parallel olan 28 May, Xaqani, Nizami küçələrində bu zolaqlardan var, bunları birləşdirən küçələrdə (Azadlıq prospekti, A.Puşkin, R.Zorge, K.Səfərəliyeva, R.Behbudov küçələrində velozolaqlar salınsa bu vahid bir şəbəkə yaradacaq.

#velosipedzolaqları
🚄 ADY-dən əslində yaxşı xəbər də var.

🔸 Hər kəs xəbər tirajlayır ki, Abşeron dairəvi yolda hərəkət edən qatarlara biletlərin qiyməti artıb. Bunun fonunda ADY-nin paylaşdığı digər xəbər kölgədə qalıb. Deməli, bundan sonra ölkədaxili qatar biletləri fiks qiymət deyil, tələb-təklifə uyğun formalaşacaq. Bu haqda mən hələ 2022-ci ildə yazmışam.

🔸 Sərnişinləri cəlb etmək üçün, öncədən bilet almağı stimullaşdırmaq üçün bütün dünyada istifadə olunan təcrübədir.

🔸 O ki qaldı, Bakı-Sumqayıt, Bakı-Xırdalan və Abşeronda hərəkət edən digər qatarlara, orada ödəniş ümumiyyətlə Bakının vahid ödəmə sisteminə qoşulmalıdır (BakıKart), və burada pulsuz transfer də nəzərə alınmalıdır. Misal üçün, 1 manat verirsən Sumqayıtdan Bakıya və daha sonra 1 saat ərzində pulsuz avtobus və metrodan istifadə edirsən.

❗️ Bunun üçün isə brutto-müqavilə sisteminə keçmək lazımdır (özü də təcili), amma bu məsələdə aylardır heç bir irəlləyiş yoxdur.

#dəmiryolu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🗓 Hər il 30 gün tıxacda keçiririk. Bunu qəbul etməliyik yoxsa çıxış yolu var?

🕒 İş günlərində 3 saat tıxacda vaxt keçirirsinizsə, bu ildə 720 saat edir. 30 gün, yəni təmiz 1 ay tıxacda keçir. İndi biz bu cür yaşamalıyıq? Bunu qəbul etməyə hazırsınız?

Ümumiyyətlə, bu tıxaclarda bu qədər vaxt keçirən insanlar görəsən gələcəyi necə görür? Nə düşünür?

❗️ Çox ciddi sualdır, hər birinizin fikrini öyrənmək istəyərdim.

📸 Foto: NİİM.

#tıxaclar