🚇 "Xırdalana metro!"
⠀
Post-sovet ölkələrində bir "metro cəmiyyəti" var. O, şəhərin statuslu olduğunu göstərir və digər ictimai nəqliyyat vasitələrindən daha operativ və tez işləyir. Buna görə şəhər sakinləri ancaq yerin altında hərəkət edən metro istəyir və bu metronu mümkündürsə öz məhəllələrinə çəkilməyini gözləyirlər. Lakin bu zaman heç kim bura sərf olunan maliyyəni, vaxtı, fizika qanunlarını və s. fikirləşmir.
⠀
Dünyada isə vəziyyət tam fərqlidir. Onlar düşünürki metro maşınların rahat hərəkət etməyi üçün yerin altına "basdırılmış" tramvaydır. Həmçinin, yerüstü tramvay daha cəlddir, daha tez və ucuz başa gəlir. Buna görə də, bu "metro cəmiyyəti" Avropada demək olarki yoxdur.
⠀
🇨🇭 Məsələn 1973-cü ildə Sürix şəhərində referendum keçirildi - metro xətləri salınsın ya yox. Cavab verənlərin 57%-i "Yox" dedi. Qərara gəldilər ki, mövcüd tramvay və dəmir yolları sakinlərin bütün ehtiyaclarını ödəyir. Metroya xərclənəcək pula isə mövcüd tramvay/dəmir yolları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutuldu.
⠀
Hazırda Sürixin ictimai nəqliyyatı dünyanın ən yaxşı və inkişaf etmiş ictimai nəqliyyatlarından biri hesab olunur.
⠀
Biz isə əlimizdən gələni edirik ki, bu mövzüda az məlumatlı olan vətəndaşlarımızı daha çox məlumatlandıraq və düzgün nöqtəyə bir yerdə vurmaqla şəhərimizin ictimai nəqliyyatını yüksək səviyyəyə çatdıraq. Məsələn, Xırdalana metro istəməkdənsə mövcüd dəmiryol şəbəkəsinə əlavə qatarların sayını artırmaq və intervalı minimuma endirməklə bu şəbəkədən yerüstü metro kimi istifadəni istəmək lazımdır.
⠀
©️ İlkin Babayev.
#ictimainəqliyyat #metro #tramvay

🔹 İmitasiyalar kreativ olanda.
⠀
🇩🇪 Almaniyanın kiçik Bietigheim şəhərindən maraqlı keys.
Deməli, baxmayaraq ki, şəhərin əhalisi heç 50 min nəfər təşkil etmir, burada böyük müasir avtobuslar hərəkət edir. Sağ əli bizim regionların başına.
⠀
Bununla yanaşı, buranın bələdiyyəsi bura gələn yeni "Mercedes" avtobusların dördünün rənglənməsini kreativ şirkətə tapşırıb. Həmin şirkət isə avtobuslara maraqlı dizaynlar verib. Yay mövzusu, kosmos, restoran və ən maraqlısı - London avtobusunun "imitasiyası". Fikir verin, hətta ona ikimərtəbəli avtobusun görünüşünü veriblər.
⠀
Çox maraqlı alınıb. Bu sizin üçün Londondakı taksiləri gətirib badımcan kimi rəngləmək və yaxud Paris köşklərini supermarketə çevirmək deyil.

⬆️ Bu qaydanı qanuna salmaq lazımdır.
⠀
💡 Qarlı və yağışlı havada görüntü məhdudiyyəti yaranır və sürücülər digər nəqliyyat vasitələrini vaxtında görməyə bilər. Bu foto yaranan vəziyyəti yaxşı təsvir edir.
⠀
Məhz bu səbəbdən üçün bütün yeni avtomobillərdə gündüz işıqları nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində sürücülər daimə gecə/gündüz faralardan istifadə etməlidir. Moldova və Ukraynada bu qayda payız-qış aylarına aiddir.
⠀
❗️ Avtomobil idarə edən dost və tanışlarınıza da bu fotonu göstərin.
#təhlükəsizlik

🚗 Şəxsi avtomobil sürürsünüz?
Anonymous Poll
27%
Bəli, gündəlik olaraq
15%
Avtomobilim var, lakin az istifadə edirəm
12%
Vəsiqəm var, amma maşın sürmürəm
22%
Hazırda yox, amma planlaşdırıram
24%
Sürmürəm və planlaşdırmıram
🇨🇿 Praqada test rejimində yeni üçseksiyalı trolleybus hərəkətə başlayıb.
⠀
🚎 Uzunluğu 24 metr olan bu ictimai nəqliyyat Praqa aeroportuna ekspres marşrut kimi çalışacaq. Sərnişin tutumu 179 nəfər.
⠀
Elektril naqillər olmayan yerlərdə daxili batareya ilə çalışır. Bəzi küçələrdə tramvay yoluna çıxır. Bu tez-tez istifadə olunan təcrübədir, bunu Budapeştdə və Stokholmda göstərmişdim.
⠀
🔹 “Təkərli tramvay” dilə gətirməkdənsə, bu cür həllər daha məntiqli görünür.
#Praqa #trolleybus

Bakıda avtobus dayanacaqlarında çatışmayan ən vacib şeylərdən biri də marşrut sxemlərinin olmamasıdır.
Telefon üçün BakıKart proqramında bütün marşrutlar qeyd olunsa da, telefonu olmayan və ya proqramdan istifadə edə bilməyən şəxs üçün həmin dayanacaqdan hansı marşrutların keçdiyini və hara getdiklərini öyrənmək çox çətin olur. Düşünürəm ki, bütün dayanacaqlarda ən azı ordan keçən marşrutların sxemi olmalıdır.
Nümunə olaraq Nərimanov metro stansiyası yanındakı (Mado restoranının arxası) dayanacaq üçün belə bir marşrut sxemini hazırladım. Bu qısa zamanda həvəskar olaraq hazırlanmış sxemdir, müsabiqələr keçirməklə professional qrafik dizaynerlərə müraciət edilərsə daha gözəl nəticələr əldə etmək olar.
©️ Azər Axundov.
#ictimainəqliyyat

🚊 Bizə dəqiq tramvay lazımdır? Tikintisinə pul ayrılacaqmı?
⠀
Baş planda tramvay üçün nəzərdə tutulmuş “yaşıl koridorlar” haradan keçəcək?
⠀
Bu gün bir daha Bakıya tramvayların qayıtmasından danıçacağıq.
⠀
🔹 Bu vloqda yeni qonağım da olacaq - baş planı dərindən təhlil edən tədqiqatçı Azər Axundov.
https://youtu.be/G_08_Fsbk7g?si=Rtru98AXtI8mCL_k
Vloqun daha geniş versiyasını isə Patreon-da bizə dəstək göstərən dostlar izləyə bilər. 💚
#tramvay #vloq

YouTube
Bakıya tramvay qayıdır - xəyallar reallaşacaqmı?
Bakının baş planı təsdiq olunandan sonra, nəqliyyat sahəsində ən çox danışılan mövzu - paytaxta tramvayların qayıtmasıdır. Şəhərin əsas sənədində bu ictimai nəqliyyat növünün salınması nəzərdə tutulsa da, onun bərpa olunması hələ tam təsdiq edilməyib.
Bu…
Bu…
🇦🇿🇪🇺 Xəbər yayıldı ki, Azərbaycan Avropa Şurasından çıxmaq qərarını verə bilər. Münasibətiniz?
Anonymous Poll
19%
Doğru qərar olacaq
67%
Təşkilatda qalmalıyıq
14%
Siyasətlə maraqlanmıram
🛴 Daha bir skuter icarəsi şirkəti Bakıda fəaliyyətə başlayıb.
⠀
"Bolt"-un reklamı kimi çıxmasın, amma daha çox infrastruktur daha çox istifadəçi cəlb edəcək və bu sahənin biznesinə imkanlar yaradacaq (tək icarə yox, satışlar da artacaq).
⠀
🔹 Bakıda son həftələr ərzində bir sıra küçələrdə velosiped zolaqları salınıb. Bu işin davamlı olması önəmlidir ki, insanlar velosiped və skuteri qısa məsafələrdə alternativ nəqliyyat kimi baxsınlar.
#skuterlər

İnsan yönümlü şəhərlər ️
🇦🇿🇪🇺 Xəbər yayıldı ki, Azərbaycan Avropa Şurasından çıxmaq qərarını verə bilər. Münasibətiniz?
⬆️ İzləyicilərin yarısı Avropa Şurasında qalmağın tərəfdarıdır.
Şəhər üçün bunun önəmi ondadır ki, Avropa Şurasına daxil olan ölkələr seçkili mer sistemini tətbiq etmək öhdəliyini üzərinə götürürl. Seçkili şəhər bələdiyyəsi isə indiyə qədər şəhər ən düzgün yerli idarəetmə formasıdır.
Həm şəhərin öz büdcəsi olur, həm şəhər hakimiyyəti sakinlər tərəfindən seçilmək daha çox yaxşı işlər görməyə başlayır.

Cəbrayıl şəhərinin tikintisindən yayılan şəkillər məsxərə obyekti oldu.
Bilən, bilməyən, hamısı danışır.
Mənə görə bu azad olunan ərazilərdə sıfırdan tikilən şəhərlər arasında ən yaxşısıdır.
Niyə?
✅ insan miqyası qorunur
✅ mənasız geniş küçə yoxdur
✅ optimal sıxlıq, orta mərtəvə sayı olan, kvartal tipli binalar
✅ xətkeşlə çəkilmiş düz küçə strukturu yoxdur.
Şəhər küçə səviyyəsində keyfiyyətli mühit təmin etməlidir, göydən nizamli görünüş yox.
©️ Transport for Baku.
#Qarabağ

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚄 Müxtəlif Avropa ölkələrində qatarların dizaynı.
⠀
Hərdən gözəl livreya qatara əlavə gözəllik qata bilir.
⠀
🇦🇿 Müqayisə üçün sonuncu fotoda "Azərbaycan Dəmir Yolları"-nın müasir "Stadler Kiss" sürət qatarının fotosu əlavə olunur.
#qatarlar