İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
776 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Ağdam küçələri belə olacaq?

Bu eskizə sosial mediada rast gəldim, güman ki bu render ancaq binaları göstərmək üçün hazırlanıb.

Çünki Ağdamda velosiped zolaqların salınması da nəzərdə tutulmuşdur, şəkildə isə bu görünmür. Həm də görünür ki planda olan tramvay sadəcə ayrılmış avtobus zolağıdır.

Lakin yolayrıcıda təhlükəsizlik adacıqların olması yaxşı əlamətdir.

💬 Kimdə daha dəqiq məlumat varsa, şərhlərdə yaza bilər.

#Ağdam #Qarabağ
🇦🇿 Füzuli şəhərində yeni salınan küçənin görünşü heç də ürəkaçan deyil.

Çox təəssüf ki, işğaldan azad olunan regionlarımızda hətta sıfırdan salınan şəhərlərdə yenə də küçə layihələndirmə məsələlərində müasir yanaşmanı tətbiq etmirlər.

Görünür ki, yenə də yeganə önəmli prinsip - "əsas geniş yol olsun". Bəli, fikir vermək olar ki, burada velosiped yolu və geniş səkilər nəzərdə tutulub, bu yaxşı haldır, lakin yolun bir tərəfinə digər tərəfinə keçmək çox təhlülkəli və narahat görünür.

Çünki:
🔹 Piyada keçidlərinin sayı kifayət qədər deyil, onlar hər yolayrıcında olmalıdır, burada isə bu uzunluqda cəmi 2 ədəd görünür;
🔹 4-zolaqlı yolların kəsişməsində mütləq svetoforlar qoyulmalıdır (ümid edirəm, qoyulacaq);
🔹 Piyada keçidləri əgər nizamlanan deyil, mütləq təhlükəsizlik adacıqları olmalıdır;
🔹 Görürük ki, parklanma yerləri sadəcə boya ilə işarələnib, onların səki çıxıntısı ilə olması ilə etməsi daha məsləhətdi, Ağ Şəhərdəki kimi, onsuzda sıfırdan edirsiniz;
🔹 Velosiped yolları səkilərdə var, amma velosiped yolunun keçidləri yoxdur nə yolayrıcıda nə də piyada keçidlərinin yanında.

🇸🇪 Müqayisə üçün İsveçin paytaxtından bir küçənin fotosunu əlavə edirəm. Fərq göz qabağındadır.

Bunların hamısını danışanda, söhbət gözəllikdən getmir, bu daha vacib olan təhlükəsizlik məsələsidir. Bu gün İsveçin əhalisi Azərbaycan ilə demək olar ki eyni olsa da, onlarda qəzalarda qat-qat bizdən az insan ölür. Çünki İsveçdə infrastruktur özü təhlükəsizdir.

❗️ Ümid edirəm, nə qədər ki gec deyil, yenidən salınan bütün şəhərlərdə yanaşma dəyişəcək.

#Qarabağ
🇦🇿 Xankəndidə panduslar yoxdur.

Geniş asfalt səhraları da insan yönümlü etmək missiyamız üzərimizə düşür. 🙂


#Qarabağ
🇦🇿 Deyilənə görə Kəlbəcərin mərkəzi küçəsi belə olacaq.

İlk baxışdan qəşənq və müasir görünsə də, bu küçə sxemində bir sıra uyğunsuzluq var.

🔹 Birincisi, tramvay həqiqətən nəzərdə tutulubsa, yaxşı bəs əks istiqamətdə hərəkət etməyəcək? Birtərəfli tramvay yolu yalnız turistik tramvaylarda ola bilər, ictimai nəqliyyat isə eyni küçədən iki tərəfə hərəkət etməldir.

🔹 İkincisi, 70 sm velosiped zolağı olar? NACTO-nun standartı ən azı 2 dəfə daha geniş, 1,5 metrlik velozolaq təşkil etməyə tövsiyə edir. Dar və narahat velozolaq olsa, ondan heç kim istifadğ etməyəcək. Hər kəs yola çıxacaq.

🔹 Yolun özündə isə yenə də sanki tank üçün nəzərdə tutulmuş hərəkət zolaqları. 3,5 metrlik avtomobil zolağı nəyə lazımdır? Orta minik avtomobilin eni 2 metr, avtobusun isə 3 metrdir. 3,5 metrlik zolaqlara heç bir ehtiyac yoxdur şəhər daxilində. Budapeşt sübut etdi ki, normal hərəkət etmək olar hətta 2,5 metrlik zolaqlarda.

Yaxşı hal isə odur ki, piyada səkisi genişdir, yaşıllıq da nəzərdə tutulub. Ümid edirəm, Kəlbəcər Füzuli şəhərinin bu səhvlərini təkrar etməz.

📸 Şəkil buradan.


#Qarabağ
🇦🇿 Qarabağı niyə bu günə qoyurlar?

AAYDA agentliyi bərpa olunan Ağdam şəhərində bu cür “sənət əsəri” yaradıb. ⬆️

Bu qurumun müasir insanyönümlü prinsipə ilə sanki düşmənçiliyi var.

⚠️ Hələ 4 zolaq üzərindən nizamlanmayan piyada keçidi təşkil ediblər ki, hansı ki çox təhlükəlidir və gələcəkdə burada piyada ölümlərinə gətirib çıxaracaq.

Çox heyif, Ağdam şəhərini güya müasir etmək istəyirdilər, bəh-bəhlə təqdim etmişdilər, nəticədə isə yenə də keçən əsrin səhvləri.

🔸 Xatırladım ki, AAYDA ən çox dövlət büdcəsindən pul alan qurumdur, milyardlar ayrılır.

Bu pula müasir düşüncəli bir mütəxəssis tapmaq bu qədər çətindir?

#Qarabağ
Cəbrayıl şəhərinin tikintisindən yayılan şəkillər məsxərə obyekti oldu.

Bilən, bilməyən, hamısı danışır.

Mənə görə bu azad olunan ərazilərdə sıfırdan tikilən şəhərlər arasında ən yaxşısıdır.

Niyə?

insan miqyası qorunur
mənasız geniş küçə yoxdur
optimal sıxlıq, orta mərtəvə sayı olan, kvartal tipli binalar
xətkeşlə çəkilmiş düz küçə strukturu yoxdur.

Şəhər küçə səviyyəsində keyfiyyətli mühit təmin etməlidir, göydən nizamli görünüş yox.

©️ Transport for Baku.

#Qarabağ