İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇪🇦🇿 Tbilisidən Bakıya təbriklər gəlir.

İnsan yönümlü Qafqaza doğru 💚
⬆️ Belə bir mühitdə yaşamaq istəyərdiniz?

Bilirəm ki, cavabınız "xeyr" olacaq. Lakin cəmiyyətdə hələ də stereotiplər qalıb ki, bu cür geniş yollar ideal şəhərin nümunəsidir.

Təəssüf ki, məmurların arasında da belə bir fikirlər var. İstisna etmirəm ki, bizim ölkədə hələ də səhvlər buraxıb haradasa "tıxaclarla mübarizə" adı ilə yolları genişləndirəcəklər.

🔹 Baxmayaraq ki, nəqliyyat elmi çoxdan sübu edib ki, yolların genişləndirilməsi tıxac problemini həll etmir.

📸: Foto süni intellekt ilə yaradılıb.
🇦🇿 Lənkəranda tarixi binanı ticarət mərkəzinə çevirdilər.

Məncə, artıq şərhə ehtiyac yoxdur. Biz hələ Lənkəranda vloq çəkəndə qeyd etmişdik ki, buranın xüsusi ab-havasını qorumaq önəmlidir, bu şəhərin öz atmosferi var.

Ötən əsrin 50-ci illərində inşa edilən "Zabitlər Evi"nin bugünki görünüşü isə budur ⬆️

#Lənkəram #regionlar #arxitektura
🇦🇿 Qarabağı niyə bu günə qoyurlar?

AAYDA agentliyi bərpa olunan Ağdam şəhərində bu cür “sənət əsəri” yaradıb. ⬆️

Bu qurumun müasir insanyönümlü prinsipə ilə sanki düşmənçiliyi var.

⚠️ Hələ 4 zolaq üzərindən nizamlanmayan piyada keçidi təşkil ediblər ki, hansı ki çox təhlükəlidir və gələcəkdə burada piyada ölümlərinə gətirib çıxaracaq.

Çox heyif, Ağdam şəhərini güya müasir etmək istəyirdilər, bəh-bəhlə təqdim etmişdilər, nəticədə isə yenə də keçən əsrin səhvləri.

🔸 Xatırladım ki, AAYDA ən çox dövlət büdcəsindən pul alan qurumdur, milyardlar ayrılır.

Bu pula müasir düşüncəli bir mütəxəssis tapmaq bu qədər çətindir?

#Qarabağ
Geniş yolların haradasa müsbət cəhəti odur ki, onları insan yönümlü mühitə çevirmək heç vaxt gec deyil.

Şəkildə olan şərti bir misaldır.

#urbanistika
⬆️ Gözəl mənzərədir! Sən demə, belə də mümkün imiş.

İstiqlaliyyət küçəsində tıxaca baxmayaraq sürücülər velosiped zolağına hamı bir nəfər kimi riayət edir.


#velosipedzolaqları #tıxaclar
🔥 🚲 Yeni velozolaqları urbanistik inqilabın başlanğıcı adlandırmaq olarmı?

Bir həftədir bu mövzu gündəmdən düşmür, hərəsi bir söz deyir, kimsə sevinir, kimsə söyür. Amma reallıq nədir?

Niyə məhz yolları daraldaraq bu işlər görülür? Davamı olacaqmı? Təhlükəsizlik məsələsi necə olacaq?

Detalları öyrənmək üçün AYNA agentliyinin təmsilçisi Tərlan Səfərovla birbaşa olaraq yeni zolaqlar çəkilən küçələri gəzişdim və həssas suallara cavab tapdım. Urbanist və peşəkar velosipedçi Arzu Süleymanov bizə xarici təcrübədə haqqında danışdı.

🔹 Xoş seyrlər: https://youtu.be/sCWo0Dtyq5o

❗️ Gələn il vloqlarımız davam edəcək. Mövzuların seçilməsində iştirak etmək üçün və YouTube-da paylaşılmayan videoları izləmək üçün sizi Patreon-da üzvlərimizin sırasına qoşulmağa
dəvət edirəm: https://patreon.com/city4people

#vloq #velosipedzolaqları
🔁 Küçənin insanyönümlü transformasiyası.

🇵🇱 Katoviçe nümunəsi, Polşa.

#əvvəlsonra
"Velosiped yolunu qətiyyən avtomobil yolunun hesabına etmək olmaz! Tıxac olacaq! Bu nə özbaşınalıqdır?!"

🇩🇪 İzləyicimiz Köln şəhərindən belə bir foto göndərib. Velosiped zolağı elə avtomobil zolağının enindədir.

#velosipedzolaqları
🚍 AYNA Bakıya daha bir elektrik avtobus gətirib.

Bu səfər BYD deyil, Çinin "YUTONG" istehsalıdır və bundan əvvəl Daşkəndə istismar olunub. Məqsəd "necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır".

🔹 Bundan öncə BYD şirkətinin Azərbaycanda elektrik avtobusların istehsalı haqqında planları açıqlamışdır. Niyə məhz "YUTONG" - soruşmayın, bilmirəm. 🙂

#elektrobus #ictimainəqliyyat
🎄Şəhərə bayram ab-havasını qatan ictimai nəqliyyat.

Yeni il ərəfəsində 🇭🇺 Budapeştdə 2 və 19 nömrəli marşrutda hərəkət edən tramvay vaqonlarını 30 min LED-işıqlarla bəzəyirlər.

🚊 Marşrut özü çox mənzərəli məkanlardan keçir - bir pəncərədən tarixi binaları, digərindən isə Dunay çayını seyr etmək olar.

#tramvau #Budapeşt
Olar çox qısa sual verim? Bakıda yeni təşkil olunan velosiped yollarına münasibətiniz necədir?
Anonymous Poll
90%
Düzgün addım hesab edirəm
10%
Bakıya lazım deyil
Forwarded from Caucasian Live (Nasir Agayev)
🗣 Əziz izləyicilərimiz, bildiyiniz kimi bu gün 21:00-da kanalımızda canlı olaraq “Nəqliyyat və şəhərsalma problemi” mövzusu ətrafında memar Dilqəm İsmayılın iştirakı ilə müzakirə aparılacaq.

🔴Siz də translyasiyaya qoşularaq öz suallarınızı ünvanlaya biləcəksiniz. Bundan əlavə, yayım zamanı səsləndirilməsini istədiyiniz sualları da şərh bölməsinə yaza bilərsiniz.

@CaucasianLive
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakı, Quba, Ağdaş, Mingəçevir, Lənkəran, Xırdalan, 🇭🇺Budapeşt, 🇸🇪Stokholm, 🇷🇸Belqrad, 🇬🇪Tbilisi.

📊 2023-cü ildə 35 yeni vloq, 8 saat urbanistika haqqında söz-söhbət.

📹 Gələn ildə vloqlara davam. Kanala abunə olmağı unutmayın.

💡 Kanalın inkişafına dəstək olan bütün Patronlara təşəkkürlər! 💚

#vloq