İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔸 Orijinal qapılar və sıfırdan girişlər.

Tarixi binaları qoruyanda hər bir detala fikir vermək lazımdır.

🇭🇺 Hazırda olduğum Budapeşt şəhərinin misalında görmək olar ki, burada tarixi binaların hamısında orijinal qapıları saxlayırlar. Bəli, bərpa edirlər, amma qətiyyən plastik eybəcər qapı ilə əvəz etmirlər.

🔸 Həmçinin girişlərin hamısını səki ilə bir səviyyədə saxlayırlar, buna "sıfırdan giriş" deyirlər. Lazımsız pilləkənlər və baryerlər quraşdırmırlar, mühiti hər kəs üçün əlçatan saxlayırlar.

📱 Budapeştdən daha çox foto instagram stories-də paylaşdım.

#qapılar #arxitektura #Budapeşt
🇷🇸 Serbiyanın paytaxtı Belqrad şəhərində tarixi binaları bu cür bərpa edirlər.

Bilirsiniz ki, bizdə çox vaxt tarixi binaların üzərində aqlay vurub və onu tanınmaz vəziyyətə qoyurlar, amma binanı "təmir" etmək yox, məhs bərpa etmək lazımdır. Bircə nöqsan o ola bilər ki, burada tarixi pəncərələri qoruya bilməyiblər, plastik qoyublar, amma ümumi olaraq gözəl alınıb.

#Belqrad #tarixibinalar #arxitektura
🇦🇿 Lənkəranda tarixi binanı ticarət mərkəzinə çevirdilər.

Məncə, artıq şərhə ehtiyac yoxdur. Biz hələ Lənkəranda vloq çəkəndə qeyd etmişdik ki, buranın xüsusi ab-havasını qorumaq önəmlidir, bu şəhərin öz atmosferi var.

Ötən əsrin 50-ci illərində inşa edilən "Zabitlər Evi"nin bugünki görünüşü isə budur ⬆️

#Lənkəram #regionlar #arxitektura