İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
772 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇷🇸 Serbiyanın paytaxtı Belqrad şəhərində tarixi binaları bu cür bərpa edirlər.

Bilirsiniz ki, bizdə çox vaxt tarixi binaların üzərində aqlay vurub və onu tanınmaz vəziyyətə qoyurlar, amma binanı "təmir" etmək yox, məhs bərpa etmək lazımdır. Bircə nöqsan o ola bilər ki, burada tarixi pəncərələri qoruya bilməyiblər, plastik qoyublar, amma ümumi olaraq gözəl alınıb.

#Belqrad #tarixibinalar #arxitektura
🇷🇸 Serbiyanın paytaxtı Belqrad.

Burada metro yoxdur, lakin 1894-cü ildən fəaliyyət göstərən tramvay var.

🚌🚎 İctimai nəqliyyat həmçinin avtobus və trolleybuslar ilə təmsil olunub.

Avtobuslar da elə bil BakuBus qarajından birbaşa çıxıb gəlib bura 🙂

#Belqrad #ictimainəqliyyat
🔸 Səkidə parkinq problemi Bakı üçün unikal deyil.

İnkişaf etməkdə olan ölkələr (developing countries), hansına ki Azərbaycan da daxildir, kəskin kütləvi avtomobilləşmə baş verib, lakin şəhərlər parklanmanı düzgün idarə etməsini çatdırmayıb.

Serbiyanın paytaxtı Belqradda oxşar problemlər yaşanır. Düzdür, urbanistik transformasiyalar burada başlasa da, bir sıra səkilər bax bu cür avtodayanacağa (hətta bəzən rəsmi şəkildə) çevrilib.

🇷🇸 Belqraddan daha çox foto stories-də.

#Belqrad #səkilər
Adətən hansısa inkişaf etmiş ölkə ilə Azərbaycanı müqayisə edəndə, mütləq kimsə gəlib yazacaq, "Siz ümumiyyətlə nə danışırsınız?! Onlarda olan pul, maaşlar, imkanlar bizimlə bir tutmaq olmaz".

Lakin bu gün biz Bakını heç də varlı olmayan 🇷🇸 Serbiya paytaxtı ilə müqayisə edəcəyik.

Yeni vloqda Belqradın küçələrinə, ictimai nəqliyyatına (burada tramvay var!) və Bakı ilə oxşar problemlərinə baxırıq:

https://youtu.be/WLgvjOxhs48

🔹 Kanala dəstək olan patronlar isə bu şəhərdən daha ətraflı videonu izləyə və növbəti vloqların mövzusunu müzakirə edə bilər.

#vloq #belqrad
Pulsuz ictimai nəqliyyat - yaxşı ideyadır yoxsa pis?

🇷🇸 Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyat tamamilə pulsuz oldu. İlk baxışdan bu, çox əla bir ideya kimi görünə bilər. Hər kəs maşını evdə qoyub ictimai nəqliyyatdan istifadə edəcək, tıxac olmayacaq.

🔺 Lakin bu təşəbbüsün arxasında bir sıra problemlər görsənir:

🔹 Pulsuz heçnə olmur. Bu gediş haqqları olmayacaq deyə, daşıyıcılar şəhər büdcəsindən daha çox subsidiya alacaq. Bu da faktiki olaraq vətəndaşların vergiləridir.

🔹 Pulsuz ictimai nəqliyyatdan onun sui istifadəsinə gətirib çıxaracaq. İnsanlar 10-15 dəqiqə piyada gəzməkdənsə, avtobus və tramvaya minəcək (Belqradda metro yoxdur). Bu da daha çox sıxlığa səbəb olacaq. Veloicarələrin gəlirləri də azalacaq.

🔹 İstismar xərcləri artacaq, nəqliyyat vasitələrinin qulluğuna daha çox xərc lazım olacaq.

🔹 Faktiki olaraq, statistikanı aparmaq mümkün olmayacaq. İctimai nəqliyyatdan nə qədər insan istifadə edib, nə qədər insan avtobusa/tramvaya daxil olub — bilet vurulmayacaqsa, bu məlumat necə toplanacaq? Xəbərlərdə bu açıqlanmır. Statistika olmayanda isə idarəetmə çətinləşir.

🔸 Pulsuz ictimai nəqliyyat dünyada geniş yayılmış təcrübə deyil. Vaxtilə Tallində tətbiq etdilər ki (yerli sakinlər üçün), tıxaclar azalsın, lakin indiyədək ortada konkret araşdırma və sübut yoxdur ki, bu həqiqətən düzgün addım idi.

☑️ Məsləhət vermək kimi çıxmasın, amma Belqrad tıxaclardan qurtulmaq istəyirsə, digər üsullarla avtomobil istifadəsini destimulasiya etməlidir.

🇷🇸 Belqradda olanda ən çox gözümə dəyən problem — səkilərin kütləvi şəkildə parkinqə çevrilməsi oldu. Çox yerdə piyada gəzmək narahatdır. Bəli, müasir tramvaylar hərəkət edir, küçələrdə urbanistik islahatlar keçirilir, lakin inkişaf ediləsi məqam çoxdur.

İctimai nəqliyyatı isə əlçatan etmək istəyiriksə, bunun üçün güzəştli tariflər tətbiq olunmalıdır.

🔸 Baxaq görək, Belqradda bu addım hansı nəticələr verəcək, lakin bunu qətiyən Bakı üçün nümunə götürmək olmaz.

#Belqrad