İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
772 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚡️ Bakıya ilk elektrobus gətirilib.

Foto: BNA

#elektrobus #ictimainəqliyyat
🇦🇿🚍 Azərbaycanda elektrobuslar yığılacaq və bu çox yaxşı bir xəbərdir.

Deyilənə görə, Sumqayıtda elektrik avtobuslar yığılacaq. Çinin BYD şirkətinin zavodu həqiqətən açılsa və tələbatı ödəsə, bu ictimai nəqliyyatın hazırki "yaralı yerini" - avtobusların çatışmazlığını - aradan qaldıra bilər. Həm Bakıya, həm də regionlara müasir və ekoloji təmiz nəqliyyat versək əla olar.

⚡️ Bu arada, Bakıda artıq bir ədəd BYD elektrobusu var.

🔹 Bəziləri fikirləşə bilər ki, Çin etibarlı bir avtobus buraxmaz, lakin görünür ki, bu cəhəddən Çinlər irəli gedib və bu gün bir sıra inkişaf etmiş ölkələrdə bu istehsalçının elektrobuslara rast gəlmək olar.

#ictimainəqliyyat #elektrobus
🚍 AYNA Bakıya daha bir elektrik avtobus gətirib.

Bu səfər BYD deyil, Çinin "YUTONG" istehsalıdır və bundan əvvəl Daşkəndə istismar olunub. Məqsəd "necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır".

🔹 Bundan öncə BYD şirkətinin Azərbaycanda elektrik avtobusların istehsalı haqqında planları açıqlamışdır. Niyə məhz "YUTONG" - soruşmayın, bilmirəm. 🙂

#elektrobus #ictimainəqliyyat
🔋 Elektrobusların batareya problemi. Moskvada artıq aktualdır.

🇷🇺 2018-ci ildə Moskvada ilk elektrobuslar hərəkətə başladı. Üstündən 6 il keçib və sözügedən avtobusların artıq batareya utilizasiyası məsələsi gündəmdədir. İlk növbədə istismar müddəti bitmiş akkumulyatorları metroda istifadə edəcəklər.

⚠️ Akkumulyatorlar düzgün utilizasiya edilməməsi həm ekologiya, həm insanların sağlamlığı üçün olduqca təhlükəlidir .

🔹 Təbii ki, nə vaxtsa Bakıda da bu məsələ gündəmə gələcək. Yaxşı xəbər odur ki, ehtimal var ki, BYD şirkəti Azərbaycanda öz istehsalını açacaq, bu da o deməkdir ki, şirkət batareyalarının utilizasiyanı da nəzərə alacaq (ümid edək).

🔹 Və bir daha xatırladıram ki, bu cəhətdən relsli elektrik nəqliyyat elektrobuslardan daha etibarlıdır. Tramvay və qatarların batareyaları olmur, onlar sabit cərəyanla çalışır, üstəlik bir sıra digər üstünlükləri var.

#elektrobus