İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🗓️ 2024 çox maraqlı, vədedici və bir o qədər də həlledici bir il olacaq.

🔸 Bizi böyük sınaq gözləyir. Bu ilin sonunda başlayan “ağrılı” lakin vacib urbanistik islahatlar ya daha böyük miqyasa alacaq, ya da əksinə - tənqidlərin təzyiqi altında bastırılacaq.

Bu islahatlara qarşı çıxanlar var və olacaq. Hər bir cəmiyyətdə konservativ, yenilikləri qəbul etməyən, uzaq perspektivə hədəflənməyən insanlar var, bu başa düşüləndir.

Amma biz artıq başa düşməliyik ki, bu gün radikal addımlar atmasaq, sonu çox pis olacaq.

🔹 2024 “Yaşıl dünya naminə” ili elan olundu, Bakıda “Qlobal İqlim Konfransı”, ondan sonra isə “Dünya Urban Forumu” keçiriləcək. Bunun fonunda bizim şəhər urbanistik və müasir islahatlar aparmaq sadəcə borcludur. Bu il təməli qoyuldu, hətta paytaxtın baş planı təsdiq edildi.

🔹 Baş verən prosesləri sizinlə birgə izləyəcəm və paylaşacam. Dövlət qurumlarına rəy və təkliflərimi göndərməyə davam edəcəm, şəhərlərimizi insan yönümlü inkişafa aparmaq üçün öz tövhəmi verməyə çalışacam.

Səhifəni izləyən və bu yolda mənə dəstək göstərən hər birinizə təşəkkür edirəm! 💚

Bayramınız mübarək! 🎉
🚲 Bülbül prospektində velosiped zolaqları salınır. Əla.

⬆️ Lakin bu cür konflikt zonalar öz həllini mütləq tapmalıdır.

Əgər gələcəkdə zolağa baryer qoyulacaqsa, bu parkinq yerinə avtomobillər necə daxil olacaq?

🎥 Videosunu instagram-da stories-də izləyə bilərsiniz.

#velosipedzolaqları
🚲 Layihənin yaxşı təqdimatın nümunəsi.

Moskva şəhərində velosiped zolaqlarını tətbiq edən zaman ictimaiyyətlə belə nümunəvi “əvvəl/sonra” eskizləri ilə paylaşmışdılar.

🔹 Vətəndaşlarla mümkün qədər şəffaf iş qurmaq istənilən yeniliyin uğurlu olmasının yarısıdır.

#velosipedzolaqları
İrəvanda avtobus sürücüləri Bakıdan çox maaş alır. Tiflisi ümumiyyətlə demirəm.

❗️Nəzərə alaq ki, Bakıda əksər gündəlik məhsullar Ermənistan və Gürcüstandan daha bahadır.

#ictimainəqliyyat
🇦🇿 Bakının mərkəzində hərəkət edən 3-seksiyalı tramvay.

Paytaxtımıza tramvaylar mütləq qayıtmalıdır. Baş planın “qaralama” versiyasında bu nəqliyyat nəzərdə tutulub, lakin təsdiqdən sonra yekun qərar hələ də ictimaiyyətə açıqlanmayıb.

🔹 Söz veriblər ki, istirahət günləri bitəndən sonra təqdim olunacaq. Hər birimiz səbirsizliklə gözləyirik.

🔸 Onu da qeyd edim ki, bu ciddi investisiya və siyasi iradə tələb edəcək, çünki sıfırdan Bakı küçələrində yerüstü relsli nəqliyyat salmaq baş planın ən köklü islahatlarından biridir.


#tramvay
🅿️ Sabah parklanma pulsuz olacaq.

Qanunvericiliyə görə, ödənişli parklanma bazar günlərinə şamil olunmur.

Amma bayramlara görə iş günlərinin yeri dəyişib və sabahkı bazar iş günü olacaq.

Bu “boşluqdan” istifadə edərək sabah sürücülər kef edə bilər. 🤡

#parklanma
📍Bakının küçələri çox genişdir və istəsək burada hər kəs üçün yer tapmaq olar.

Şəhərin əsas nəqliyyat arteriyalarından biri olan Zərifə Əliyeva küçəsində yalnız avtomobillər üçün yer ayrılıb. Buradan kifayət qədər marşrut keçir, lakin "yer yoxdur" bəhanəsi avtobus zolağı uzun illərdir çəkilmir.

🔸 İndi gəlin hazırda yolun necə paylanılmasına baxaq. Hərəkət zolağının eni 4 metrdən çoxdur. Bu, heç bir standarta uyğun deyil. Hətta maqistrallarda zolağın maksimum eni 3,75 metr olmalıdır. Şəhər daxilində bizim standartlarla zolaqlar 3 metr ola bilər, Avropada isə avtomobillər üçün zolaqlar 2,8 metr olur çox vaxt şəhər daxilində (xatırladım ki, ortastatistik avtomobilin eni 2 metrdir).

🔹 Biz müasir standartları tətbiq etsək, Zərifə Əliyeva küçəsində "sürücülərin haqqını taptalamadan" həm avtobus, həm də velosiped zolaqları üçün yer tapılar.

P.S. Avtomobil zolaqların sayını hətta azaltmaq olar, müasir şəhərlər bu istiqamətdə gedir.

#təklif
🇦🇿 Bakı şəhərinin izahlı baş planı Arxitektura Komitəsinin saytına yükləndi.

226-səhifəlik sənədi buradan yükləyə bilərsiniz.

🚊 Hər kəsi tramvaylar maraqlandırır. Qısa olaraq: Tramvay xətlərinin salınması təklif olunur, lakin onun tətbiq edilməyəcəyi ssenarilər də baş planda nəzərdə tutulur.

#başplan
Tramvay olacaq? Nə qədər metrostansiya olacaq? Yaxşı və pis məqamlar hansıdır?

Dünəndən bu suallar dayanmadan gəlir. Mən sizin üçün Bakının baş planının sənədini oxudum və təhlilini hazırladım.

🔹 Buyurun: https://city4people.az/post/baki-yeni-bas-plan-tehlil/

#başplan #bloq
Kanala dəstək olun

Dostlar, “İnsan yönümlü şəhərlər” layihəsinin işini bəyənirsinizsə, bizə dəstək ola bilərsiniz. Müasir urbanistik gələcəyə doğru 💚
Velosiped zolaqlarını qayda pozan sürücülərdən bu cür qoruyacaqlar ⬆️

#velosipedzolaqları
🚲🔁🚙 Sürücüləri velosiped yolları ilə hərəkət etməyə məcbur etsək…

“Nəqliyyat layihələndirmənin absurdları” kitabından.

#velosipedzolaqları #karikatura