İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bakıda 30 km/s-lıq küçələr sən demə var - Əhməd Cavad küçəsində BNA-nın təşəbbüsü ilə müvafiq nişan quraşdırılıb.

Belə tədbirlərin sistem xarakterin daşıması və ayrı-ayrı küçələrə yox hər hansı bir zonalara tam olaraq aid olması da çox məqsədəuyğun olardı.

İlkin mərhələdə bunu daha çox piyada axını olan mərkəz küçələrində (ikinci şəkildə təxmini təklif).

P.S. Nizami (Torqovaya) küçəsinin ətrafında bir sıra küçələri isə tam olaraq avtomobillər üçün bağlanaması söhbətləri də artıq gedir.

#təklif
Bakı şəhərinin Nizami və Xəqani küçələrini ikitərəfli etmək lazımdır - TƏKLİF.

Müşahidələrə əsasən, şəhərin mərkəzində yerləşən bu küçələr öz potensiallarından yetərincə istifadə etmir. Bu küçələrin bir hissəsini ikitərəfli etməklə onlara parallel olan Üzeyir Hacıbəyli və 28 May küçələrinə düşən yükü azaltmış olacağıq.

Eyni zamanda, aparılan hesablamalar göstərir ki, həddindən artıq enli - 4,5 metrlik hərəkət zolaqları normal standartlara uyğunlaşdırandan sonra parkinq və velosiped zolaqları üçün yer tapılacaq.

Ümumiyyətlə, Bakı şəhərinin bir sıra küçələri əvvəllər ikitərəfli olub, buna küçələrin dizaynı da işarə edir. Birtərəfli küçələr nəqliyyatın əlavə yürüşünə gətirib çıxarır və əslində tıxaclarla mübarizədə bir o qədər də kömək göstərmir.

Əminəm ki, Xəqani və Nizami küçələrinin ətrafında yaşayan sakinlər və sürücülər indiki hərəkət sxeminin narahat olduğu razılaşar.

Sözügedən təklifə dair ətraflı izahlı şəkilləri diqqətinizə çatdırıram. Təklif, həmçinin, BNA-ya və DYP-ə göndəriləcək.

#təklif
📍Bakının küçələri çox genişdir və istəsək burada hər kəs üçün yer tapmaq olar.

Şəhərin əsas nəqliyyat arteriyalarından biri olan Zərifə Əliyeva küçəsində yalnız avtomobillər üçün yer ayrılıb. Buradan kifayət qədər marşrut keçir, lakin "yer yoxdur" bəhanəsi avtobus zolağı uzun illərdir çəkilmir.

🔸 İndi gəlin hazırda yolun necə paylanılmasına baxaq. Hərəkət zolağının eni 4 metrdən çoxdur. Bu, heç bir standarta uyğun deyil. Hətta maqistrallarda zolağın maksimum eni 3,75 metr olmalıdır. Şəhər daxilində bizim standartlarla zolaqlar 3 metr ola bilər, Avropada isə avtomobillər üçün zolaqlar 2,8 metr olur çox vaxt şəhər daxilində (xatırladım ki, ortastatistik avtomobilin eni 2 metrdir).

🔹 Biz müasir standartları tətbiq etsək, Zərifə Əliyeva küçəsində "sürücülərin haqqını taptalamadan" həm avtobus, həm də velosiped zolaqları üçün yer tapılar.

P.S. Avtomobil zolaqların sayını hətta azaltmaq olar, müasir şəhərlər bu istiqamətdə gedir.

#təklif
💡 Afiyəddin Cəlilov küçəsi üçün təklifim.

Fikir verdim ki, "COP29" tədbirləri çərçivəsində, bu küçədə də təmirə başlayıblar. Köhnə asfalt artıq qazılıb. Küçə tam yenidənqurmadan keçməsə də, düşünürəm ki, elə tək hərəkət hissəsində yeni nişanlanma işlərini aparmaqla, küçəni daha effektiv etmək olar.

Təklifə uyğun olaraq burada:
🔹 Hərəkət zolaqlarının eni müasir standartlara uyğunlaşdırılır.
🔹 Avtobus zolağı təşkil olunur.
🔹 Velosiped zolağı salınır.

⬆️ Beləliklə, küçənin vacib göstəricisini - buraxılış qabiliyyətini 3 dəfədən çox qaldırmaq mümkün olacaq.

🚍 Qeyd edim ki, hazırda bu küçədə avtobus marşrutları hərəkət etmir, çünki bu küçənin davamı olan Cavanşir körpüsü qəzalı vəziyyətdə idi, ağır tonnajlı nəqliyyat vasitələri körpüyə buraxılmırdı. Köhnə körpünün yerində düz yol olacaqsa, bura ictimai nəqliyyatı da qaytarmaq olar.

🚲 Velosiped zolağı idealda ikitərəfli olsa çox yaxşı olar, lakin bunun üçün daha radikal addımlara ehtiyac olacaq, misal üçün daha dar hərəkət zolaqları və yaxud onların daha da az olması. Həmin addımların atılmasına hələ ki inanmıram (olsa təəccüblənərəm).

Və qeyd etdiyim ki, bu təklif yalnız hərəkət hissəsinin yenidən paylanılmasına aiddir, burada küçənin profilinin dəyişdiriliməsi, səkilər və onların abadlaşdırılması nəzərdə tutulmur, bunun üçün əsaslı yenidəqurma lazımdır.

Necədir, dəstəkləyirsiniz?

#təklif
💡 Xaqani küçəsi - hazırki vəziyyət və təklif.

🔸 2021-ci ildə Xaqani və Nizami küçələri üçün BNA-ya belə bir təklif göndərib imtina məktubu almışdım.

🔸 Təklifə əsasən, burada ikitərəfli hərəkət təşkil olunmalı idi ki, bu küçələr şəhər mərkəzinə getmək və yürüşü azaltmaq üçün alternativlər olsun. Eyni zamanda, təklif velozolaqların salınmasını nəzərdə tuturdu.

🚧 Hazırda bu küçə də təmir üçün bağlanıb. Ümid edirəm, hazırda yeni asfaltlanan küçələrdə müasir standartları tətbiq edən AYNA bu təklifi nəzərə al. Təklifi rəsmi qaydada göndərəcəm.

#təklif #müraciətlər
🔄 Daha bir küçə üçün təklifim.

🚧 Zərifə Əliyeva küçəsinin bir hissəsini ("Marriott/Abşeron" hotelinin yanı) təmir üçün bağladılar. Küçədə kommunikasiyalar və asfalt örtüyü dəyişəcək.

🔸 Düşünürəm ki, yeri gəlmişkən burada yeni nişanlanma işlərini aparmaqla rahatlıqla velosiped zolaqlarını əlavə etmək mümkündür. Digər küçələrin nümunəsində biz gördük ki, hərəkət zolaqlarının enini problemsiz 3-metr etmək olar ki, bu da velozolaq salmaq üçün şərait yaradır.

#təklif
🔄 28 may küçəsi üçün təklif.

🚧 Şəhərin əsas küçələrindən birində də asfalt örtüyü dəyişdiriləcək. Burada avtobus və velosiped zolaqları salmaqla buraxılış qabiliyyətini 5 dəfə qaldırmaq mümkündür (söhbət yolun hərəkət hissəsindən gedir). Bildiyim qədər, burada sözügedən zolaqlar planda var, məncə parkinq zolağını da küçənin geniş olan hissələrində təşkil etmək mümkündür.

❗️ Bir də bu küçənin bəzi yerlərində səkilər bir neçə il əvvəl daraldılıb, onları piyadalara qaytarmaq mütləq lazımdır.

#təklif
🔄 Daha bir ərazini effektiv etmək üçün fürsət yaranır.

🚧 Dilarə Əliyeva küçəsi hazırda yenidən asfaltlanır və burada nişanlanmanı dəyişməklə avtobus və velozolaqlar salmaq mümkündür.

Soruşarsınız, "vacibdirmi?". Əlbəttə vacibdir, çünki "28 May" nəqliyyat mübadilə mərkəzindən çıxan avtobuslar buradan hərəkət edir və elə o gün danışdığımız K. Səfərəliyeva küçəsi ilə birləşərək önəmli avtobus dəhlizini təşkil edir. Ən azı Səməd Vurğun bağı tərəfində.

🔸 Küçənin daha geniş hissəsində isə parkinq yerlərini saxlamaq və yaxud əlavə olaraq təşkil etmək də mümkündür.

P.S. Çox gözəl küçədir əslində. Burada səkilər də genişdir, ağaclar da var. 2004-cü ilə qədər isə burada tramvaylar hərəkət edirdi.

#təklif