⬆️ Avtobus zolaqların vacibliyi haqqında danışanda, bu şəkli göstərə bilərsiniz.
⠀
Bu gün "Transport for Baku" səhifəsinə təşəkkür videomüraciəti gəlmişdir. Xırdalanda yaşayan izləyici deyir ki, ayrılmış zolaq sayəsində avtobuslar rahat və tıxacsız gəlir Bakıya.
⠀
💬 Çox vaxt deyirlər ki, bəs "sürücülər də insandır, ayrıseçkilik gərək olmasın". Lakin unutmayaq şəhərdə və yollarda ərazi məhdud olan bir yerdir. Və biz bu yeri daha səmərəli istifadə etməliyik. Daha çox insan daşıyan nəqliyyat vasitəsinə birmənalı olaraq prioritet verilməlidir. İctimai nəqliyyata prioritet verərik və insanları ona cəlb edərək, biz eyni zamanda avtomobil istifadəsini azaltmış oluruq.
⠀
🚍 Avtobus zolaqları və ictimai nəqliyyat dəhlizləri bütün Bakını əhatə etməlidir.
#avtobuszolaqları #urbanistika

🚦 Yeni standartlar qəbul olunub. Amma ictimaiyyətə hələ ki təqdim olunmur.
⠀
Azərbaycanda yol hərəkətinin təşkili və ümumi olaraq küçələrin və maqistralların layihələndirilməsində önəmli maneələrindən biri - köhnə, sovet dövründən qalan standartlardır. Təsəvvür edin, şəhər daxili yolların təşkilində artıq inkişaf etmiş ölkələr illərdir yanaşmanı dəyişib, amma biz indiyədək köhnə 1978-ci və 1986-ci illərə aid standartlara əsaslanırıq.
⠀
🔸 Təxmini dörd il öncə yeni nişanlara dair təklif irəli sürmüşdük, rəsmi müraciət də göndərildi, lakin ümumi bir cavab aldıq ki, "növbəti qanun layihəsində nəzərə alınacaq".
⠀
🔹 İndi yeni standart qəbul olunub, amma tam şəkildə açıqlanmır və tam mətni publik olaraq heç yerdə paylaşılmayıb. Standartlaşma institutun saytında axtarış forması ümumiyyətlə işləmir. Təxmin etmək olar ki, yenilənmiş standartlar Rusiya və MDB ölkələrinin təcrübəsinə əsaslanır, lakin sənədin açıq mənbələrdə olmaması hələ ki hər hansı bir detallardan danışmaq imkan vermir.
#qanun

Bu gün saat 20:30-da YouTube-da tədqiqatçı Orxan Zakirov ilə yayım edəcəyik, mövzumuz ictimai nəqliyyatın problemləri və çıxış yolları olacaq. Efirə qoşulub, suallar və fikirlərinizi bölüşə bilərsiniz.
⠀
🔹 Patreon-da bizə dəstək göstərənlər yayıma qoşulub birbaşa sual verə bilər.
#canlıyayım #vloq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İnsan yönümlü şəhərlər ️
YouTube
İctimai nəqliyyatımızın acınacaqlı vəziyyəti - Orxan Zakirov ilə söhbət
Bakıda ictimai nəqliyyatın vəziyyəti heç də ürəkaçand deyil. Avtobuslarımız tıxaclarda vaxt itirir, metroda insanların əlindən tərpənməq olmur. Tədqiqatçı və @podxana layihəsini aparıcısı Orxan Zakirov ilə canlı yayımda bu problemdən və mövcud çıxış yollarını…
🇬🇪🇪🇺 Gürcüstana Avropa Birliyinə namizəd statusu verildi.
⠀
Tarixi hadisə ilə qonşularımızı təbrik edirəm.
⠀
🔹 Bu gün bütün Cənubi Qafqaz üçün yaxşı xəbərdir.
#Tbilisi

🚊 Bakıda tramvaylar, baş plan, bla-bla-bla...
⠀
Qrupumuzda yenə də Bakının baş planını müzakirə edirlər. Yenə də Şəhərsalma Komitəsinə istinad olaraq "Bakıya tramvaylar qayıdır" xəbər başlıqlarına rast gəlinir.
⠀
Təxmini ildə 2-3 dəfə Bakıya tramvayların qayıtması müzakirə mövzusu olur. Bizi bu xəbərlərlə ya qıcıqlandırırlar, ya da ümid verirlər.
⠀
Lakin vaxt getdikcə, bu tramvay haqqında planlar daha bulanlıq görünür. Misal üçün baş planda nəzərdə tutulan tramvay xətlərinin birində artıq "Port Baku Walk" ticarət mərkəzini tikməyə başlayıblar. Bir ildən sonra nə olacaq bəs?
⠀
🔹 Odur ki, artıq "Bakının baş planı" mövzusu gündəmdən düşməlidir, bizim izləyicilərimiz də görünür ki, ümidini çoxdan itirib.
#tramvay #başplan

🚲 Yeni qatarlarda velosiped üçün yerlərin olması əladır.
Bu o deməkdir ki, siz velosipedlə stansiyaya qədər kiçik məsafəni gedə bilərsiniz. Sonra stansiyadan isə son təyinat nöqtəsinə qədər.
Yəni “last mile” nəqliyyatı kimi velosipedi istifadə etmək olacaq.
🔸 Bundan öncəki qatarlara belə imkan yox idi.
#dəmiryolu

Kanalın izləyciləri arasındü kiçik sorğu.
🇦🇿🇪🇺Azərbaycan vətəndaşı olaraq, ölkəmizin Avropa Birliyinə üzv olmasını istəyərdiniz? (sorğu anonimdir)

Anonymous Poll
56%
Bəli, üzvlüyü dəstəkləyərdim
32%
Üzv olmadan inkişafını istəyərdim
3%
Əgər Gürcüstana üzvlük versələr
6%
Qətiyyən xeyr
3%
Fərqi yoxdur
İnsan yönümlü şəhərlər ️
Kanalın izləyciləri arasındü kiçik sorğu.
🇦🇿🇪🇺Azərbaycan vətəndaşı olaraq, ölkəmizin Avropa Birliyinə üzv olmasını istəyərdiniz? (sorğu anonimdir)
🇦🇿🇪🇺Azərbaycan vətəndaşı olaraq, ölkəmizin Avropa Birliyinə üzv olmasını istəyərdiniz? (sorğu anonimdir)
Kanaldakı dostlarımızın sayı 2000 keçdi. 👏
İzlədiyiniz üçün təşəkkür hər birinizə.
⬆️ Bu səsvermədə iştirak edənlərin sayını 1000 nəfərə çatdırsaq bu mözvunun urbanistika ilə necə əlaqə olması haqqında fikirlərlərlə bölüşərəm.

💬 Bu gün Nəqliyyat Nazirliyi (RİNN) "Mobilliyin transformasiyası" mövzusunda mətbuat konfransı keçirdi.
⠀
Sizə maraqlı ola biləcək rəsmi bəyanatlar:
⠀
🔹 Avtobuslarda bank kartları ilə ödəniş gələn yazdan tətbiq olunacaq.
⠀
🔹 Şəhərdə avtobus marşrut xətlərinə yenidən baxılacaq, onlar optimallaşdırılacaq.
⠀
🔹 Avtobus zolaqlarına nəzarət gücləndiriləcək. Bilmirəm, bu nə dərəcədə realdır, çünki bu sırf Yol Polisinin səlahiyyətidir.
⠀
🔹 Gələn il xətlərə yeni avtobuslar buraxılacaq, o cümlədən elektrik.
⠀
🔹 Velosiped yollarına dair layəhələr hazırlanır.
⠀
🔹 Tramvaylar hələ ki gündəmdə deyil.
⠀
Düşünürəm ki, gələn il sözügedən məsələlər həllini tapacaq. Bakıda nəqliyyat sistemində çox ciddi islahatlarına ehtiyac var. Digər ölkələrdən get-getə geridə qalırıq.
🔸 Öz təkliflərimi və çatışmazlıqları haqqında ayrıca bir post paylaşacam.
#RİNN

🇦🇿Azərbaycan, 🇪🇺Avropa Birliyi, 🇳🇴Norveç və urbanistika.
⠀
📊 İki gün davam edən səsvermənin nəticəsəsinə əsasən, bizim vətəndaşların təxmini yarısı ölkəmizin Avropa Birliyinə üzv olmasını dəstəkləyər.
⠀
Bu böyük rəqəm deyil, ələxsus da onu nəzərə alsaq ki, kanalın auditoriyası savadlı, müasir düşüncəli və yeniliklə hazır olan insanlardır. Ölkə üzrə ümumi ortastatistik rəqəm fərqli olacaq.
⠀
🇬🇪 Gürcüstana AB-yə namizəd ölkə statusun verilməsi dünyada Cənubi Qafqazın birmənalı olaraq Avropa regionu kimi tanınmasına gətirib çıxaracaq.
⠀
🔹 Aydın məsələdir ki, Gürcüstan tam üzv olmaq üçün hələ böyük yol keçməlidir. Bu proses 3-5 bəlkə də 10 il çəkə bilər.
⠀
Lakin bu yol müxtəlif islahatlardan keçir. Bu islahatların ayrılmaz parçası şəhərləri daha təhlükəsiz və insan yönümlü etməkdir. Yeni standartların qəbulu, ictimai nəqliyyatın inkişafı, qəza risklərin minimuma endirilməsi - bu gün Tiflisin nümunəsində bunları artıq görmək olur.
⠀
🇦🇿 Bizim AB üzv olmaq kimi rəsmi niyyətimiz olmasa da, dünyanın ən yaxşı urbanistik təcrübəsini tətbiq etmək kimi məqsədimiz olmalıdır.
⠀
Bir gözəl ölkənin misalını gətirmək istəyirəm. 🇳🇴Norveç heç vaxt AB üzvü olmayıb, iki dəfə referendum keçirilib və insanlar üzvlüyə qarşı səs verib. Norveçdə bu gün Azərbaycandan 2 dəfə daha az insan yaşasa da, yol qəzalarında 7 (!) dəfə daha az insan həyatını itirir (ötən il müvafiq olaraq 834 və 116).
⠀
Norveçin küçələri rahat, insanyönümlü və təhlükəsizdir (fotoda), ümumiyyətlə Avropada yol təhlükəsizliyi cəhətindən ən inkişaf etmiş ölkələrdən biridir.
⠀
🔹Odur ki, bizə birbaşa üzvlük olmasa da, mütləq insan həyatının dəyəri kimi prioritetlər önə çıxarılmalıdır.
⠀
🔸 Siz necə düşünürsünüz?
#analitika

🚲 İstiqlaliyyət küçəsində yeni velosiped zolağı salınır.
Bu səfər səkidə deyil, yolun hərəkət hissəsində.
🔹 Formula-1-in trassındadır, ümid edək, ömrü birinci yarışa qədər olmaz 🙂
#velosipedzolaqları #islahatlar

🚲 Azərbaycan prospektində də velozolaq çəkildi.
⠀
Bir azdan yəgin rəsmi məlumat paylaşılar. Fotoları izləyicilər göndərir.
#velosipedzolaqları

🚲 Velosiped zolaqları çəkildi və...?
⠀
Səhər paylaşılan bir foto gündəm yarada bildi. Bəli, bu günü çoxdan gözləyirdik, haradasa ümidimizi itirmişdik ki, Bakıda bu cür proseslər çətin nə vaxtsa başlasın.
⠀
❗️ İndi növbəti mərhələlər hansıdır və bizi nə gözləyir?
⠀
🔹 Sosial mediada hələ çox oxuyacağıq, tanışlardan eşidəcəyik ki, "Bakının harasına velosiped yolları yaraşır? Yollar dardır, tıxacdır və s.". Bu müqavimətə qalib gəlməliyik. Unutmayaq məhz bu cür fikirlər Avropada hələ 40 il əvvəl var idi.
⠀
🔹 Bütün işlər davamlı olmalıdır. Veloyolların dəhlizləri yaradılmalıdır, velosiped sürmək həqiqətən təhlükəsiz və rahat olmalıdır, kəsişmələr düzgün təşkil edilməlidir.
⠀
🔹 Velosiped yolları fiziki olaraq avtomobil axınından ayrılmalıdır, əgər küçədə sürət 30 km/s-dan yuxarıdırsa. Bunu qəzaların fəsadlırını sıfıra endirmək üçün "Vision Zero" konsepsiyası deyir. Bu, velozolaqlara maşınların daxil olmasının da qarşısını alacaq (fotoda artıq vəziyyət görünür).
⠀
🔹 Gördüyüm təcrübəyə əsasən deyə bilərəm ki, adətən velozolaqlar, avtobus zolaqları mövcud küçədə birbaşa tətbiq olunmur, küçə təmir üçün tam bağlanır, onun səkiləri və hərəkət hissəsi yenidən planlaşdırılır və sonradan ictimaiyyətə müasir həll kimi təqdim olunur. Tbilisi əsasən bu yol ilə gedir.
⠀
🔹 Nəticələri çıxarmaq üçün vaxt lazımdır. Yaxın aylar ərzində bu zolaqlarda hələ ki çox velosiped sürən insan görməyəcəyik və "Görürsünüz, nəyə lazım idi" kimi populist fikirlər səslənəcək. Amma yaradılan infrastruktur vaxt keçdikcə istifadəçi cəlb edir.
⠀
🔹 İnsan yönümlü şəhərdə yaşamaq istəyiriksə, cəmiyyət olaraq velosiped zolaqlarının şəhərin ayrılmaz bir hissəsi kimi təbliğ etməliyik. Mikromobillik əlçatan olsa, tədricən avtomobil istifadəsini və müvafiq olaraq tıxaclar da azaldacaq.
⠀
🔸 Vətəndaş olaraq aktiv ola bilərsiniz, AYNA agentliyinə müraciətlər yazın, velosiped yollarını yaşadığınız küçədə tələb edin. Əlaqələndirmə şurası yaradılandan sonra bu proseslərin ötən illərə nisbətən daha sürətlə getməsinə ümid var.

🚲🇷🇺 Moskvada ilk velosiped zolaqları və üzərində parklanan avtomobillər. 2015-ci il.
⠀
Görünür ki, bizim sürücülər heç də unikal deyilmiş. Ona görə dəfələrlə vurğulamışam ki, bizim milləti söymək lazım deyil, bu çıxış yolu deyil.
Sadəcə infrastruktur tətbiq olunanda həm düzgün maarifləndirmə, həm də nəzarət mexanizmi önəmlidir.
⠀
🔸 20 il əvvəl biz nə sükan arxasında kəmər bağlayırdıq, nə də piyada keçidlərində piyadaya yol verirdik.
#velosipedzolaqları #Moskva

⬆️ Kəsişmələrdə velosiped zolaqları belə olacaq. Fotoları izləyicilər göndərir.
⠀
İşlər bitəndən sonra mütləq gedib sınamaq və ətraflı təhlil aparmaq lazımdır 🙂.
#velosipedzolaqları
⠀
İşlər bitəndən sonra mütləq gedib sınamaq və ətraflı təhlil aparmaq lazımdır 🙂.
#velosipedzolaqları
❗️ Velosiped yolları öz yerində, amma ictimai nəqliyyatı da unutmayaq.
⠀
Misal üçün, bura Rəşid Behbudov küçəsidir, Mərkəzi Bankın düz önündəki avtobus cibi. Vaxtilə burada güya "avtobusların rahatlığı" üçün səkidən kəsib cib yaradıblar, bugünki vəziyyət odur ki, bu cibdə, yolun üzərində birbaşa olaraq sərnişinlər avtobusu gözləyir. Bu haqda danışmışdım.
⠀
🔸 Avtobus ciblərinin şəhər daxilində mənasız olması haqqında və onların necə işləməyi haqqında artıq göstəmişdim.
⠀
Əgər nəhayət yollarda velosiped zolaqları salan şəhər oluruqsa, bu cür səhvlər də aradan qaldırılmalıdır.
#ictimainəqliyyat