İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
❗️ 8 noyabr prospektində daha bir "maraqlı" proses baş verir.

🔺 Yerüstü piyada keçidlərinin üzlüyünü yeniləyirlər.

🔸 Artıq bütün dünya dərk edib ki, şəhər daxilində bu cür küçədənkənar piyada keçidləri keçmişin səhvidir. İnkişaf etmiş və insan yönümlü şəhərlərdə bu cür piyada keçidləri ya sökürlür (misal üçün Tiflisdə), ya da alternativ olaraq "zebra" təşkil edirlər.

🚦 Şəhər daxilində daha əlçatan svetoforla nizamlanan keçidlərin quraşdırılması daha effektiv və təhlükəsiz olması sübut olunub.

🔸 Lakin 2024-cü ildə biz hələ də keçmişin səhvlərini təkrarlamağa davam edirik.

⁉️ Çox maraqlıdır, 8 noyabr prospektində velosiped zolaqları salınır. OK, bəs bir velosipedçi yolun bir tərəfindən digər tərəfinə bu cür yerüstü keçidlə necə keçməlidir? Qucağında və çox vaxt işləməyən eskalatorla?

🔹 Lap bu keçidləri indi sökməyək. Amma onların yaxınlığında mütləq nizamlanan alternativlər olmalıdır.

#piyadakeçidləri #8noyabrprospekti
Tıxacdan qurtulmaq üçün paytaxtı köçürməyə ehtiyac yoxdur.

🇩🇪 "Dağılan" Almaniyanın paytaxtında baxsaq, burada əsas diqqət insanlara rahat alternativlərin verilməsinə yönəlib. Geniş səkilər, hər yerdə velosiped zolaqları (həqiqitən HƏR YERDƏ demək olar ki) və rahat ictimai nəqliyyat.

🔹 Berlində olarkən sizin üçün iki vloq hazırladım. Birinci hissədə şəhərin urbanistik islahatlarından danışarıq, bizimlə müqayisə edərik.

➡️ https://youtu.be/Ww14sV5wv8o

İkinci hissə gələn həftə dərc olunacaq, sizə Berlinin ictimai nəqliyyatını göstərəcəm. Daha öncədən izləmək üçün Patreon-səhifəmizəözəl Teleqram-kanalına qoşulun.

#Berlin #vloq
Kanala dəstək 🎁
Paylaşdığım məzmunu və vloqları faydalı sayırsınızsa, kanala dəstək göstərə bilərsiniz. Təşəkkür edirəm!
İnsan yönümlü şəhərlər ️
🇩🇪 Baxa bildiniz Berlin təcrübəsinə? Ənənəvi "quiz". Bu şəhərdə səkidə təşkil olunan velozolaqları necə fərqləndirirlər?
🇩🇪 Berlində velosiped zolaqlarını adətən yolun hərəkət hissəsində təşkil etsələr də, səkilərdə velozolaqların sayı az deyil.

🚲 Bu cür təşkil edəndə isə adətən qırmızı tamet daşlarından istifadə olunur. Ümumiyyətlə, səki daşları digər örtüklərinə nisbətən daha dözümlüdür və onillərlə xidmət edir. Asfaltı isə tez-tez yeniləmək lazımdır, bu da əlavə xərcdir.

🔹 Sərt qənbər daşları isə səkidə daha aydın şəkildə piyada və velosiped axınlarını ayırır. Həmçinin, giriş-çıxışlarda axını sakitləşdirmək üçün istifadə olunur. Düzgün cavab №4.

➡️ Berlindən vloqu buradan izləyin.

#Berlin
İnsan yönümlü şəhərlər ️
🇩🇪 Berlində velosiped zolaqlarını adətən yolun hərəkət hissəsində təşkil etsələr də, səkilərdə velozolaqların sayı az deyil. ⠀ 🚲 Bu cür təşkil edəndə isə adətən qırmızı tamet daşlarından istifadə olunur. Ümumiyyətlə, səki daşları digər örtüklərinə nisbətən…
⬆️ Öncəki postda foto əlavə edirəm.

Burada həmçinin daha aydın görsənir ki, velosiped səkidə problem yaratmır, çünki genişdir.

Həmçinin tamet daşı olsa da, 15-20 km/s sürətə qədər burada velosipedlə rahat şəkildə hərəkət etmək mümkündür. Bundan yüksək sürətə səkidə hərəkət etmək zatən artıq risklidir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️ Yağışlı Bakı belə ola bilərdi, amma bura Strasburqdur.

#tramvay
🚊 Evinizə tramvay gəlsin.

🇩🇪 Berlin vloqunu diqqətlə izlədinizsə, hazırda müsabiqə keçirilir. Youtube-da abunə olun, videonun altında şərh yazın, və bu “Berlin tram” hədiyyəni qazanmaq şansını əldə edin.

🔴 Qalib canlı yayımda Instagram-da açıqlanacaq. Təsadüf şəkildə “commentpicker” saytı vasitəsilə 1 qalib seçiləcək.

Bakı küçələrinə hələ qayıtmasa da, heç olmasa evinizdəki rəfinizi tramvay bəzəsin 🙂.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tıxacların şəhərə gətirdiyi ziyanı:

☑️ İqtisadi ziyan - insan resursları düzgün isftifadə oluna bilmir.

☑️ İnsanlarda stres səviyyəsin artırılması, əhalinin sağlamlığına birbaşa təsiri.

☑️ Havanın çirkləndirilməsi (nəzərə alın ki, ölkədə 80% avtomobillərinin yaşı 10 ildən çoxdur).

☑️ Səs kirliyi, siqnallar heç də əhvali-ruhiyyəmizə yaxşı təsir etmir.

☑️ Küçələrin normadan artıq yüklənməsi, ictimai nəqliyyatın qrafiklərin pozulması.

🔸 Bakı şəhərində nəqliyyat islahatları çox zəif templə gedir, maliyyə və subsidiyaların ayrılmasına (metro, avtobus, tramvay) hava-su kimi ehtiyac var. Bu niyə edilmir, mən bilmirəm.

Video: Tural Yusifov.

#tıxaclar
🚳 BNA-nın vaxtında təşkil edilən zolaqlar artıq yararsız hala düşür və təhlükə mənbəyinə çevrilib.

Onsuzda səhvləri çox idi bunların, özü də səkilərdə salınıb və piyadaların yolunu daraldır.

Bu zolaqlar yenidən təşkil olunmalıdır.

🔸 Foto: Emin Rasulzadə

#velosipedzolaqları
Media is too big
VIEW IN TELEGRAM
🛑 Bir gün şəhər dayanacaq.

💬 Tural Yusifovun bugünki çıxışı nə qədər emosional olsa da, razılaşmamaq çətindir.

🔹 Şəhərin ictimai nəqliyyatına maliyyə ayrılmalıdır. Xaotik tikintilərə son qoyulmalıdır, baş planda nəzərdə tutulan nəqliyyat islahatları icra olunmalıdır. Yoxsa bir gün lap pis olacaq vəziyyət.
🚶 Piyadanın prioriteti ən aşağıdadır Bakıda.

🔸 Daha bir sübutu izləyici göndərib. COP29 öncəsi bir sıra küçələrdə təmir işləri aparılır, amma yalnız avtomobillər düşünülür (və hərdən BUS və velozolaq salınır). Asfaltı dəyişirlər, amma səki necə var elə də qalır.

🔸 Piyada səkisində də abadlıq işləri görmək olardı, onları genişləndirib səliqəli tamet daşları baryersiz mühit yaratmaq olardı. Buradakı açıq qrunt yağışda palçığa çevrilir, və bu palçıq bütün şəhərə yayılacaq.

🚷 Amma piyadaları düşünən yoxdur. Halbuki, müasir şəhərdə ən yüksək prioritet piyada olmalıdır, çünki hər birimiz ilk növbədə piyadayıq ilk növbədə.

#səkilər
🚍 Zərifə Əliyeva küçəsində avtobus zolağı salındı, amma Neftçilər prospektində avtobuslar tıxacda qalır.

🔸 Dünən AYNA açıqladı ki, Neftçilər prospektində COP29 zolağı çəkiləcək və yalnız tədbir vaxtı qüvvədə olacaq (noyabrın 1-dən etibarən).

❗️ Lakin bu prospektdən eyni zamanda 5 marşrut hərəkət edir. Zərifə Əliyeva küçəsindəki dəyişiklikdən sonra avtobuslar tıxacda daha az vaxt itirsə də, Muzey Mərkəzindən "Four Seasons" hoteli istiqamətində olan hissədə ictimai nəqliyyata prioritet verilmir.

Avtobuslar ləngiyir, cədvəl pozulur, sərnişinlər Neftçilər prospektində (hər iki tərəfində) 20-30 dəqiqə soyuq havada avtobus gözləməli olur.

Niyə? Çünki biz öz isti avtomobilində əyləşən sürücüləri daha prioritet hərəkət iştirkaçısı sayırıq. Əfsuslar olsun ki, bu prospektinin əhəmiyyətini nəzərə alaraq, burada BUS zolağını təşkilinə inanmıram.

#ictimainəqliyyat #avtobuszolaqları
"COP-dan sonra avtobus və velosiped zolaqları ləğv olunacaq".

💡 Tutaq ki, belə oldu. Və siz bu xəbərə sevinirsiniz, COP29-un bitməsini səbirsizliklə gözləyirsiniz. Açığı mən heç bunu tam istisna etmirəm, bu şəhərdə nə desən baş verə bilər.

🤩 Sürücülərimiz ciddi bir xəyal yaşayırlar ki, avtobus zolağı olmasa, tıxac olmaz? "Nə yaxşı olar, maşınla artıq hər yerə çatmaq mümkün olacaq".

❗️İndi bir dəqiqəlik təsəvvür edin ki, bu zolaqlar ləğv olundu (ya da ki nəzarət dayandırıldı). Nə baş verəcək?

☑️ Son zamanlar avtomobildən imtina edib ictimai nəqliyyata üz tutan bəzi sakinlər yenə də yollara qayıdacaq, maşın çoxalacaq, tıxac daha da bərbad olacaq.

☑️ Avtobusda son aylar ərzində daha tez çata bilən yüz minlərlə sərnişin indi yenə də tıxacda qalacaq, çünki zolaqlar işləməyəcək. 20 dəqiqə gedə biləcəyi yolu indi yenə də 40-50 dəqiqəyə gedəcək. Hələ, 20 dəqiqə dayanacaqda qış havasında gözləməli olacaq.

☑️ Avtobusa minmək istəməyənlər taksi sifariş verəcək, tələbat çoxalacaq, Uber/Bolt-un hətta ekonom taksiləri minimum 4-5 manat olacaq (pik saatlarında bundan da baha).

☑️ Yolların acınacaqlı vəziyyəti görən insanlar metroya üz tutacaq. Yeraltı nəqliyyatda sıxlıq və vəziyyət daha da bərbad olacaq.

☑️ Əvvəllər qısa səfərlər üçün velosiped ya da skuter istifadə edənlər zəbt olunmuş velozolaqları görəndən sonra yenə də ya avtomobilə/taksiyə üz tutacaq (tıxac çoxalacaq). Və yaxud onsuzda həddinən artıq yüklənmiş ictimai nəqliyyata əlavə yük verəcək.

İndi sual: Siz həqiqətən düşünürsünüz ki, ayrılmış zolaqların ləğvi ilə xoşbəxt olacaqsınız? Tıxacda daha az vaxt keçirəcəksiniz? Ciddisiniz?

#tıxaclar
⬆️ Əgər bu xəbəri düzgün başa düşdümsə, Bakıya evakuatorlar qayıdır.

🚫 Dayanma-durma qaydalarını pozan və nəqliyyat axınını ləngidən avtomobillər “kənarlaşdırılacaq”. Güman ki, burada evakuasiya nəzərdə tutulur.

🔸 Bakıda evakuatorlar sonuncu dəfə BNA vaxtında peydə olunmuşdur. Hərəkətə maneə törədən nəqliyyat vasitələri cərimə meydançasına təxliyyə olunurdu və 40 AZN cərimə edilirdi.

#cərimələr
🇦🇿 Bakı əvvəl və indi.

🚊 Tramvay xətləri bu günə gəlib çatsaydı, təsəvvür edin, müasir "Stadler", "Skoda" və yaxud "Alstom" tramvayları indi bu küçələrdə hərəkət edərdi. Müasir tramvay 3-5 avtobusu əvəz edə bilərdi.

Bakı küçələrindən tramvayı yığışdıranlar, şəhərin ictimai nəqliyyatına ən böyük zərbə vuranlar siz oldunuz.

Foto: Arif Hacisoy