İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Dayanma Durma
Avtosalonların ixtiyarına verilmiş prospektdə avtomobillərlə dolu piyada səkisi və avtobus zolağı
🚍 Avtobus dayanacaqlarında vacib yenilik.

ℹ️ Artıq dayanacağa gələn avtobusların siyahısı və onların hərəkət sxemi öz əksini tapacaq.

🗺 İdealda bu sxemlər Bakının xəritəsində öz əksini tapmalı idi ("sketch" kimi, yəni metroda olduğu kimi), həmçinin avtobusların hərəkət cədvəli olmalı idi, lakin indiki halda da bu məlumatın olması da çox yaxşı bir haldır.

#dayanacaqlar
❗️ Günün ən urbanistik xəbəri.

İçərişəhər, Qoşa Qala qapısının ətrafı və Əziz Əliyev küçəsi avtomobillər üçün bağlanacaq. Burada piyada zonaları yaradılacaq.

💬 Bunu AYNA-nın rəhbəri Anar Rzayev öz müsahibəsində qeyd edib.

#içərişəhər #piyadalaşma
🚗 Şəhəri avtomobil yönümlü planlaşdırırsınızsa, nəticədə hər yerdə avtomobil və tıxac görürsünüz.

🚶‍♂️ Lakin şəhərinizi insan yönümlü planlaşdırırsınızsa, nəticədə insan və canlı məkanlar görürsünüz.

🇳🇱 Groningen şəhəri. 1970-ci illər və bu gün.

#əvvəlsonra
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edildi.

İzləyicinin göndərdiyi videodan görünür ki, avtobus zolağı artıq ikinci cərgəyə keçirilidi, yerində ikitərəfli velozolaq salındı.

#velosipedzolaqları
📢 Deyirlər, Bakıda velosiped sürən yoxdur

🚲 Təzəlikcə fəaliyyətə başlayan veloicarə şirkəti APAR isə deyir ki, artıq 8 mindən çox unikal istifadəçi var. Və bu hələ 1-2 ayın göstəricisidir.

🔹 Bəs bu xidmət niyə ancaq şəhər mərkəzini əhatə edir? Velosipedlər nə dərəcədə keyfiyyətlidir? Bu və digər sualları birbaşa olaraq APAR-ın rəhbəri Əli Əhmədli cavablandıracaq.

🔹 Həmçinin təcrübəli velosipedçi və urbanist Arzu Süleymanov ilə həm veloicarəni, həm Bakıda sürətlə salınan yeni velozolaqları sınadıq.

➡️ Yeni vloq artıq efirdə:
https://youtu.be/EPQYQIP-dRE?si=9lK0VhFO3yKd-dMj

#vloq #APAR #velosipedzolaqları
Şərhsiz. 🤦‍♂️
⌛️ Bakıya 5 il vaxt verək.

🔹 Təxmini proqnoz bu ola bilər. Bu gün Bakıda baş verən urbanistik transformasiyaları qınayanlar, avtobus və velosiped zolaqlarına qarşı çıxışlar əslində 50-60 il əvvəl bir sıra Avropa ölkələrində də baş verib. Hətta sürücülərin kütləvi etirazlarına da səbəb olub.

🔹 Niderland və Danimakrda keçən əsrin 60-70-ci illərində hər kəs deyirdi ki, "bizim iqlimdə heç kim velosiped sürməyəcək". Bu gün Amsterdam və Kopenhagen dünyanın ən velosipedləşmiş şəhərləridir.

🔹 Ümid edirəm, bizə 50 il deyil, daha az vaxt lazım olacaq ki, başa düşək ki, velosiped bir çox ssenarilərdə real alternativ nəqliyyat vasitəsidir. İnfrastrukturun təşkili davamlı və düzgün şəkildə aparılsa, təxmini olaraq 5 ildən sonra Bakıda (və ümid edirəm digər regionlarımızda) velosiped istifadəsinin artmasını görəcəyik.

🔹 Eyni yanaşmanı ictimai nəqliyyata da tətbiq etmək olar, amma bu gün Bakının ictimai nəqliyyatında çox ciddi islahatlar lazımdır, bu məsələ tək avtobus zolağı ilə həll olunmayacaq.

🔹 Daha çox müasir avtobus, daha əlçatan dayanacaqlar və səkilər, daha proqnozlaşdırılmış hərəkət, hər kəsə məlum və müntəzəm cədvəli, daha çox metrostansiyalar (subsidiyalar mütləq ayrılmalıdır), tramvayların qaytarılması (təəssüf ki, yavaş-yavaş utopiya olur), daha çevik tarif siyasəti və s.

5️⃣ Beş ildən sonra dünya müharibələrin əlindən dağılmasa, bəlkə Bakı bir az tıxac yükündən azalar, şəhərin bir nöqtəsindən digər nöqtəsinə tez çatmaq bir zülmə çevrilməyəcək. Əks ssenarini düşünmək belə istəmirəm.

#analitika
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Geniş piyada zonası ilə yeni Xaqani bağı AYNA tərəfindən Xaqani bağı ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırıldıqdan sonra bu gözəl məkanda geniş piyada zonası yaradılıb.

📊 Monitorinqlərə görə,günün pik saatlarında parkın ətrafına saatda 800-ə yaxın avtomobil daxil olur və əksəriyyəti ərazidə sadəcə dövrə vurub çıxırdı.

😕🔄 İndi isə!

🌟 Geniş piyada zonası olan Xaqani bağı paytaxt sakinləri və turistlər üçün ən sıx ziyarət edilən istirahət məkanlarından birinə çevrilib.
🚲 Zərifə Əliyeva küçəsində yeni velozolaq.

Şərhsiz…

Hələ qabaqdakı parkovşikə baxın.

#velosipedzolaqları
🚍 Beş avtobusun daimə tıxacda qaldığı küçə.

🔸 Dəmiryol Vağzalı nəqliyyat mübadilə mərkəzindən çıxan və şəhərin şərq istiqamətində hərəkət edən beş marşrut avtobusu hər gün Kövkəb Səfərəliyeva küçəsində tıxacda qalır.

🔸 Yaxın zamanda "28 May"da yeni avtobus terminalı istifadəyə veriləcək və avtobusların sayı da artırıla bilər.

🚧 Hazırda K.Səfərəliyeva küçəsində təmir işləri gedir. Təmirdən sonra burada mütləq ayrılmış zolaq təşkil etmək lazımdır.

#avtobuszolaqları
İnsan yönümlü şəhərlər ️
🚍 Beş avtobusun daimə tıxacda qaldığı küçə. ⠀ 🔸 Dəmiryol Vağzalı nəqliyyat mübadilə mərkəzindən çıxan və şəhərin şərq istiqamətində hərəkət edən beş marşrut avtobusu hər gün Kövkəb Səfərəliyeva küçəsində tıxacda qalır. ⠀ 🔸 Yaxın zamanda "28 May"da yeni avtobus…
⬆️ Bugünki posta belə arqument yazan çoxdur.

🔹 Bəli, haqlısınız, K.Səfərəliyeva ilə kəsişən Ü.Hacıbəyli küçəsinə svetofor fazalarının fərqi çox böyükdür. Xüsusilə pik saatlarında. Hacıbəyli küçəsinə 5 dəqiqə verirlər, onun ilə kəsişən küçələrə isə 20-30 saniyə.

🔸Lakin biri var avtobuslar ayrılmış zolaqla kəsişməyə yaxınlaşıb 5 dəqiqə gözləsinlər, zolaq olmayanda isə avtobuslar ümumi axında kəsişməyə çatana qədər 30 dəqiqəyə qədər vaxt itirirlər.

❗️ Yəni təsəvvür edirsiniz, 30 dəqiqə sərnişinlər dayanacaqda avtobusu gözləməli olur. Kim belə ictimai nəqliyyatdan istifadə etmək istəyər?!

🔸 Bu arada, Puşkin küçəsi və Azadlıq prospektinə də bu aiddir. Oradan bir neçə önəmli marşrut keçir (Aeroport Ekspres o cümlədən), lakin hər biri 20-30 dəqiqə qrafikdən gecikir.
🔄 Daha bir ərazini effektiv etmək üçün fürsət yaranır.

🚧 Dilarə Əliyeva küçəsi hazırda yenidən asfaltlanır və burada nişanlanmanı dəyişməklə avtobus və velozolaqlar salmaq mümkündür.

Soruşarsınız, "vacibdirmi?". Əlbəttə vacibdir, çünki "28 May" nəqliyyat mübadilə mərkəzindən çıxan avtobuslar buradan hərəkət edir və elə o gün danışdığımız K. Səfərəliyeva küçəsi ilə birləşərək önəmli avtobus dəhlizini təşkil edir. Ən azı Səməd Vurğun bağı tərəfində.

🔸 Küçənin daha geniş hissəsində isə parkinq yerlərini saxlamaq və yaxud əlavə olaraq təşkil etmək də mümkündür.

P.S. Çox gözəl küçədir əslində. Burada səkilər də genişdir, ağaclar da var. 2004-cü ilə qədər isə burada tramvaylar hərəkət edirdi.

#təklif
İnsan yönümlü şəhərlər ️
🔄 Daha bir ərazini effektiv etmək üçün fürsət yaranır. ⠀ 🚧 Dilarə Əliyeva küçəsi hazırda yenidən asfaltlanır və burada nişanlanmanı dəyişməklə avtobus və velozolaqlar salmaq mümkündür. ⠀ Soruşarsınız, "vacibdirmi?". Əlbəttə vacibdir, çünki "28 May" nəqliyyat…
⬆️ Fikir verdinizsə, burada velozolaqlar yolun hər iki tərəfində nəzərdə alınıb.

İndiyə qədər Bakıda velozolaqlar yolun bir tərəfində salınıb və ikitərəfli olub (8 noyabr prospekti və BNA-nın təşkil etdiyi zolaqlar xaric).

🔹 Lakin Dilarə Əliyeva küçəsi özü ikitərəfli hərəkət təşkil olunan küçədir, velozolaqları da eyni məntiqlə təşkil etmək lazımdır.

#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚳 “Bakıda heç kim velosiped sürməyəcək!”

Həmin an Bakı 🚲 🛴