İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇨🇳 🚊 Bugündən Çinin Uhan şəhərində yeni, üçüncü tramvay xətti açılır.

Diqqəti çəkən vaqonların dizaynıdır. Çox futurustikdir.

#tramvay #Çin
⚡️ Bakı üçün nadir bir yeniliyi tətbiq etdilər.

Ziya Bünyadov prospektində arakəsməni ləğv edərək avtobusların marşrutlarının hərəkətəni daha səmərəli etmək üçün yeni yolayrıcını təşkil etdilər.

Yaxşı bir məsələ həm də odur ki, burada hərtərəfli piyada keçidləri və təhlükəsizlik adacıqlarını da unutmadılar.

❗️ Şəhərdə ictimai nəqliyyatın hərəkəti prioritet və fasiləsiz olmalıdır.

#ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Park yoxsa parkinq? Şəhərlər və ictimai məkanlar avtomobillərdən alınıb insanlara və təbiətə verilsəydi...

🇩🇪 Hamburqun misalında maraqlı bir vizion.

📹: Jan Kamensky
🚍 Bakı-Sumqayıt yolunda daha bir avtobus zolağı çəkilir. Bu səfər Sumqayıt istiqamətində.⠀

❗️ Çox vacibdir ki, indi bu istiqamətdə hərəkət edən avtobusların sayı artırılsın, onlar müasir və iritutumlu olsun.

Həmin avtobusların hərəkət cədvəli müəyyən olunmalıdır. Yəni, insanlar həqiqətən avtobusla Sumqayıta və əks istiqamətinə ictimai nəqliyyatla hərəkət etmək istəsin.⠀

🚨 Və təbii ki, sərt nəzarət olduqca önəmlidir.

#avtobuszolağı
Qar görə-görə isti Bakıya gəlir 🙂

🚄 ADY-nin yeni dizel sərnişin qatarı.

#dəmiryolu
2026-cı ildə Bakını necə görmək istəyirsiniz?

Niyə soruşuram? Deməli, həmin ildə "Ümumdünya Şəhərsalma Forumu" məhz Bakıda keçiriləcək. Tədbir üçün şəhərimizin seçilməsi səbəblərindən biri də "hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar".

Mən bilmirəm, dəqiq hansı islahatlardan söhbət gedir, amma gəlin bir az real vəziyyətə baxaq:

🔸 Bakının baş planının təsdiqi 4 ildir ki gecikir. Əgər 2026-cı ilə qədər təsdiq olunmasa, bu plan artıq aktuallığını itirəcək. Çünki reallıqlar da dəyişəcək.
🔸 Bakıda heç bir irimiqyaslı urbanistik islahatlardan söhbət belə gedə bilməz. Hardasa kosmetik işlərin görülməsi islahat sayıla bilməz. Biz hələ də səkiləri kəsib yerində parkinq yerləri təşkil edirik.
🔸 İctimai nəqliyyatın inkişafı çox ləngiyir. Müasir və inkişaf edən şəhərin təməli dayanıqlı ictimai nəqliyyatdır.
🔸 Şəhərsalma tam xaotik aparılır. "Tikinti mafiyası" hələ də istədiyi yerdə eybəcər "novostroyka" tikməklə məşğuldur.
🔸 Əsas məsələ: indiyə qədər ölkədə şəhərləri idarə edən vahid idarəedici orqan yoxdur. Yollar, səkilər, yerüstü nəqliyyat, yeraltı nəqliyyat, binalar - bunların hamısı ayrı-ayrı qurumlardadır. Paytaxtın şəhər bələdiyyəsi olmayan Avropa Şurasına üzv olan yeganə ölkəyik.
🔸 Bəli, Qarabağda irimiqyaslı işlər aparılır, bunu görürük. Eyni zamanda, bir müddət əvvəl Füzulinin bir küçəsindən gətirilən misallarda görürük, yenə də müasir standartlar tətbiq olunmur. Laçın şəhərində isə küçələri təmir edəndə səkilər yaddan çıxıb.

Şəhərsalma Komitəsi bundan əvvəl artıq Azərbaycanda iki "Urban Forum" keçirib, dəvətlər də almışam, iştirak etmişəm.

Mən indi bu tədbirin təşkilində iştirak edən insanların və Şəhərsalma Komitəsin zəhmətini yerə vurmaq, onları ruhdan salmaq istəməzdim. Qətiyyən də işlərini diskredatasiya etmək fikrim yoxdur.

🔹 Lakin 2026-cı ildə Bakıda bu tədbirdən çox real və köklü islahatlar görmək istəyərdim. Heç olmasa, qonşu Gürcüstana baxanda utanmayaq.

#ArxKom
🚍🇬🇪 İctimai nəqliyyat islahatından danışsaq, yenə də Tiflisi misal gətirməli olacam.

Burada 6 zolaqları prospekti "daraldaraq", maşınlar üçün cəmi 2 zolaq saxladılar. Qalanı verdilər ictimai nəqliyyata, velosiped yollarına və piyadalara. Bəli, tıxaclarla düzgün mübarizə üsulu məhz budur.

Bəs bu cür sərt qərarlar necə verildi, ictimaiyyətin reaksiyası necə oldu və Bakı nə etməlidir? Bu suallara həmçinin vloqun qonağı, Tbilisidən nəqliyyat mütəxəssisi ilə söhbət etdik.

Yeni videoda Tbilisinin ictimai nəqliyyatına baxırıq və özümüz üçün nəticələr çıxarırıq.

➡️ https://youtu.be/xIASZ0aqST0

❗️ Dostlar, kanala dəstək olanların sayı, təəssüf ki, uzun müddətdir artmır. Xatırladım ki, vloqların çəkilişi və bu cür maarifləndirmə işlərinin aparılması maddi dəstək tələb edir. Patreon-da sizə uyğun olan məbləğdə bizə daimi şəkildə dəstək göstərsiniz belə, videoların davamlı olmasında böyük bir tövhəniz olacaq. Digər üsuallar burada.

#vloq #Tbilisi
🚄 Teslanın pilotsuz sürətli qatarı.

Təsəvvür edin, Tesla ictimai nəqliyyat ilə məşğul olmağa başlayır və belə bir yüksəksürətli pilotsuz qatar icad edir.

Adı “Gigarail” ola bilər və süni intellekt həmin qatarları bu cür görür.

📸 Vizuallar: Danphilibin
⬆️ Yenidən təşkil olunan yolayrıcısında bəyəndiyim məqamlar.

Artıq 2 gündür ki, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində hərəkət sxemi dəyişib. Küçənin bir hissəsində (H. Əliyev Sarayının arxası) ikitərəfli hərəkətə icazə verilib.

🔹 Bu, lazımsız yürüşlərin sayını azaldacaq. Ümumiyyətlə şəhər daxilində geniş birtərəfli küçələr yaxşı təcrübə deyil. Vaxtilə bunu “tıxaclar azalsın” bəhanəsi ilə tətbiq edirdilər, lakin bu gün biz bilirik ki, tıxaclarla mübarizə üsulları başqadır.

🔹 Eyni zamanda, bu yenilikdə diqqətimi çəkən daha bir məqam təhlükəsizlik adacıqlarıdır ki, sürücüləri istiqamətləndirir və yolun həddindən artıq geniş olan hissələrini daraldır ki, heç kim xaos yaratmasın və kəsişməni sürətlə keçməyə həvəslənməsin.

Fotolarda gördüyünüz boyalanmış adacıqları gələcəkdə fiziki olaraq səkiyə qatmaq olar.

Bonus olaraq da, buradakı piyada keçidlərinə panduslar da təşkil etdilər.
🇷🇺🇵🇱 Maraqlı təsadüfdür.

Demək olar ki, eyni vaxtda Moskvada Polşa istehsalı olan tramvaylar xətdən çıxarılır, Polşada isə Rusiya (SSRİ) istehsalı qatarların istismarı dayandırılır.

Moskva Polşa isteshalı olan tramvaylara sanksiyalara görə qulluq edə bilmir, Varşava metrosu isə öz qatarlarını Kiyevə hədiyyə edir.

#metro