İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü şəhərlər ️
🚲 Qorunan velosiped zolaqları — müxtəlif şəhərlərdən misallar. ⠀ 💬 Şərhlərdə yazırlar ki, bizim velozolaqlar çox zəif qorunur və mövcud baryerlər sürücüləri ora girməkdən heç cür çəkindirmir. Fotolarda isə daha çox ABŞ şəhərlərindən misallardır. NACTO standartlarında…
⬆️ Postdakı suala cavab isə, velosiped yolları birtərəfli, lakin küçənin hər iki tərəfində olmalıdır.

🚲 Bu cür nisbətən dar velozolağa istəsən belə maşınla daxil ola bilmərsən.

📸 Fotoda Afiyəddin Cəlilov küçəsidir. Düzdür, burada velozolaq yalnız bir tərəfdədir, lakin əksər küçələrimizə onları ikitərəfli təşkil etmək mümkündür.

🔹 Hətta ehtiyac olsa belə, bu cür zolaqlarda iki qarşı-qarşıya gələn velosipedçi ayrıla bilər, 1 saniyəlik bufer zonasına çıxmaqla.

#velosipedzolaqları
👍40💯9
🛴 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov bu gün işə skuterlə gəlib.

“Havaya baxmayaraq, cəmi 20 dəqiqəyə işə çatdım”.
58👍32👏14😁3
🇦🇿 Gəncədə velosiped zolaqları olacaq?

💬 Gəncədə yaşayan izləyici yazır:

Salam, sizə Gəncə şəhər velosiped həvəskarları adından yazıram. Gəncədə keçiriləcək yarışla əlaqədar demək olar ki, bütün yolları əsaslı şəkildə yenidən asfaltlayırlar. Bakıdakı kimi velosiped zolağının çəkilməsi üçün hara və necə müraciət etməliyik bilmirik. Bu məsələni öz səhifənizdə ictimailəşdirmənizi sizdən xahiş edirik.


🔹 Bu haqda keçən ilin sonunda ətraflı yazmışdıq. Artıq 2 aya yaxın vaxt keçib, hələ ki heç bir küçənin layihəsi publik olaraq paylaşılmayıb. Yeni küçələr necə olacaq, velosiped və avtobus zolaqları olacaqmı? Bu haqda açıq mənbələrdə məlumat yoxdur.

🔸 Eyni zamanda, sosial şəbəkələrdəki bəzi paylaşımlara baxanda müşahidə etmək olar ki, Gəncədə bəzi küçələrdə illərlə asfalt yenilənməyib, və Gəncəlilər sadəcə asfaltın yenilənməsinə sevinirlər.

🔸 Lakin Gəncədə bir gün Bakıdakı kimi kollaps baş verə bilər. Geniş yollar salmaqla və digər dayanıqlı alternativlər yaratmamaqla Gəncədə avtomobil istifadəsi çoxalacaq və bir gün bu şəhər tıxaclardan boğulmağa başlayacaq.

❤️ Gəncədə çox gözəl və tarixi bir şəhərdir. Bu şəhərin gələcək mobilliyini, ekologiyasını və yaşayış keyfiyyətini indidən düşünmək lazımdır. Çox böyük potensialı var şəhərin, bunu geniş vloqumuzda keçən il göstərmişdik. Lakin bunu ilk növbədə Gəncə sakinləri istəməlidir.

❗️ Gəncə sakinlərinə müraciət edirəm (kanalın təqribən 10% auditoriyası bu şəhərdə yaşayır). Bu gün şəhərinizdə təmir olunan küçələrə dair mütləq məlumat əldə edin. Necə olacaq? Layihəsi varmı? Mikromobillik zolaqları və piyada səkiləri nəzərə alınıbmı? Təhlükəsizlik necə təmin olunacaq?

🔸 Hazırda yenidənqurma işləri Gəncə Şəhər İcra Hakimiyyəti və AAYDA tərəfindən aparılır. Bu qurumlara müraciət etmək olar. Layihə AYNA tərəfindən təqdim olunsa, o zaman Gəncədə də hazırda paytaxtdakı təcrübəni (velosiped zolaqları, avtobus keçən yerlərdə ayrılmış zolaqlar, geniş səkilər) ölkənin ikinici ən böyük şəhərində tətbiq edərlər və Gəncə insan yönümlü şəhər istiqamətində addımlaya bilər

🇦🇿 Bu isə birbaşa olaraq Gəncəlilərin iradından asılıdır.

#Gəncə
33👍11💯5
🌧️ Yağış + ❤️ Sevgi = TIXAC 🚙🚗🚕🚌
🤣57😱8😁3💩3👍1
🔺 Bakı niyə "aqressivdir"?

🔸 Söhbət təbii ki, şəhərin mühitindən gedir. Biz dəfələrlə tarixi küçələrdən söhbət açmışıq, onların vəziyyətini göstərmişik, lakin çıxış yolu hər zaman var. Yeni vloqda biz "parallel küçələr" kimi tanınan ərazini gəzib həm mövcud vəziyyəti, həm də yaxşı həllər və çıxış yollarından danışacağıq.

➡️ https://youtu.be/h3nDUmlRoW4

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq
👍257💯1
🚊 Ötən həftəni urbanistik yenilikləri:

🔹 Bakıda ağacları köçürərək (oxu "məhv edərək") yeni yol və qovşaqlar salınacaq.

🔹 Yaxşı xəbər isə odur ki, səkilərin bərpasına dair planlar var, və bunun üçün artıq pul ayrılıb.

🔹 Vağzal Meydanının əvvəl/sonra görüntüləri isə bir daha göstərdi ki, insan yönümlü şəhər yanaşmanın artıq Bakı nümunələri var.

🔹 Lion şəhərində tramvay sistemi bu nəqliyyatın nə dərəcədə gözəl və effektiv olmasını göstərdi.

🔹 Rixard Zorge və 28 May küçələrinin kəsişməsindəki dayananan mikroavtobuslar deyilənə görə Hövsana işləyir və onlara cərimə yazılmır.

🔹 Velosiped zolaqlarını abırsız sürücülərdən necə qorumaq olar — dünya təcrübəsinə baxdıq.

🔹 Nəqliyyat Nazirinin müşaviri işə skuterlə getdi, sürücülər isə "Sevgililər günündə" saatlarla tıxacda qaldı.

🔹 Gəncədəki küçələrin təmirindən və onların insan yönümlü perspektivliyini təhlil etdik.

🔹 Yeni vloqumuzda isə şəhərinin mərkəzində tarixi küçələrinin əlverişsiz mühitindən danışdıq.

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
👍284
🇺🇸 Nyu-Yorka ödənişli giriş — ilk ayın nəticələri.

🔹 Yadınıza gəlirsə, bu ilin əvvəlindən Nyu-York şəhərinin mərkəzinə avtomobillərin girişini ödənişli etmişdilər. İlkin nəticələr açıqlandı.

☑️ Tıxacların ağırlığı 59% azaldı, öncəki aylara nisbətən milyona yaxın daha az avtomobil şəhərə daxil olur;
☑️ Avtobusların orta sürəti 10-30% artdı, xüsusilə tunel və körpülərdə;
☑️ Metroda sərnişin axını 7-12%, avtobuslarda 6-21% artıb.

🔹 Beləliklə, Nyu-York avtomobilləşmiş ABŞ-ın bütün stereotiplərini dağıtmağa davam edir.

❗️ Lakin keçən səfərki qeydlər aktualdır: Nyu-Yorkda ABŞ-ın digər ölkələrinə nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var. Velozolaqlar şəbəkəsinin uzunluğu isə 2500 km-dən çoxdur.

📸 Fotoda eyni küçə — ödənişli girişi tətbiq ediləndən əvvəl və sonra.

#ABŞ
37👍10
🇳🇱 Amsterdam — 50 il fərqlə.

🔸 Birinci fotoda bizə çox "doğma" görünən vəziyyətdir — hər yer parkinq, ikinci cərgədə saxlayanlar, maşınların arası ilə hərəkət edən velosipedçilər, və haradasa qıraqda dar səkilərdə piyadalar gəzir.

🔹 Bu gün artıq Bakıda buna oxşar transformasiyaların şahidi oluruq (Xaqani bağı misal üçün). Lakin belə fotoların paylaşması kontrastı göstərmək üçün yaxşı bir üsuldur. Tarixi küçələrimiz mütləq belə dəyişməlidir, ilk növbədə bir neçə dəfə danışdığımız və vloqda işıqlandırdığımız İslam Səfərli küçəsi.

#əvvəlsonra #piyadalaşma
👍2413
❗️ Burada eynisəviyyəli keçid lazımdır, və bunun heç bir adekvat əks arqumenti ola bilməz.

📺 Xəzər TV-də reportaj hazırlayıb ki, Neftçilər prospektində və Əziz Əliyev küçəsində təşkil olunan piyada keçidindən "sürücülər narazıdır", amma nədənsə jurnalist piyadaların fikrini almır. Buna baxmayaraq, reportajın özünə kadrlar düşüb ki, bu keçiddən uşaq ilə hərəkət edən ana yolu rahat keçə bilir.

🔹 İndi burada olan və güya "təhlükəsiz və rahat" sayılan yeraltı keçidlə bu ana arabanı necə keçirdəcəydi? Qucağında? Yoxsa velosipedi yeraltı keçiddən bir velosipedçi necə keçirəcək? Bu yaxınlarda bunun əyani şəkildə göstərmişdim.

🔸 Bizə tez-tez şərhdə yazırlar ki, "siz sürücülərin düşmənisiniz?". Əslində, bu şəhərin ən böyük düşməni bu reportajda rəy verən sürücülərin özləridir. Yumşaq yerinin altında avtomobil olanda, onların nə vecinə piyadalar hansı əziyyətlər çəkir?

❗️ Ümid edək ki, bu cür reportajların nəticəsində buradakı keçid ləğv olunmayacaq. Əks halda biz heç bir insan yönümlü şəhərlərdən danışa bilmərik.

#piyadakeçidləri
💯60👍135💩5
🚲 Deyəsən, Yasamalda yerləşən universitetlərin ətrafına velozolaqlar gəlir. AYNA buna dair sorğu keçirib və paylaşıb.

🔹 Yasamal rayonunda rahatlıqla geniş velosiped şəbəkəsini qurmaq olar. Bir çoxları deyir ki, Bakı reyleflidir, şəhərdən Yasamala velosiped sürmək çətin olacaq və s. Halbuki elektroskuter və elektrovelosiped dövründə bu demək olar ki, aktual deyil.

🔸 Lakin uzağa getmədən, elə Yasamal daxili küçələrdə hətta hərəkət zolaqlarının sayını saxlamaqla (və səkiləri qurban verməməklə) veloinfrastruktur qurmaq mümkündür.
👍406💯5
🚕 Taksidə “dizayn-kod” — ən uğurlu misallardan biri.

🇭🇺 Budapeştin keysi çox maraqlıdır. Deməli, bütün taksilər sarı rəngdə olmalıdır, lakin qəbul olunmuş üsluba əsasən, taksi şirkətinin loqosu səliqəli şəkildə qapıda və damda öz əksini tapmalıdır.

📸 Fotolarda Bolt, Uber və City Taxi-yə aid avtomobillərdir, fikir verin necə səliqəli görsənir. Hətta qapıda tariflər də qeyd olunub (yenə də, bütün maşınlarda vahid üslubda).

#taksi #dizaynkod
30👍13💯1
Media is too big
VIEW IN TELEGRAM
🚲 Velozolaqları avtomobillərdən belə qoruyurlar.

🇷🇴 Qarlı Buxarestdən mini-vloq.

#minivloq
25👍7💯1
⁉️ Hər şey birmənalı deyil Buxarestdə.

Velozolaqlar hərdən buz zolaqlarına çevrilir və qardan demək olar ki təmizlənmir.
😁26😱7👍1
🚇 Metronun yaxın illər üçün planları açıqlandı.

🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi?

🔹 Bu və digər mövzuları Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov və eskpert Azər Axundov ilə müzakirə etdik.

☕️ Bu soyuq havada özünüzə isti çay-kofe süzüb növbəti maraqlı vloqu izləyin:

➡️ https://youtu.be/iCnO7i3vrzA?si=P0PQqAqi8q2oBZAb

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq #metro
41👍10👏1