İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Bu geniş səkiyə baxın.

🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir.

🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli və daşla döşəndiyindən rahatlıqla ortaq zona kimi istifadə oluna bilər.

🔸 Yəgin ki, iaşə obyektlərinin terasları bu qədər önə çıxarılmasaydl, səki lap geniş olardı.

📍 İzzət Orucova küçəsi. Bu küçədə əks vəziyyət olan yer də var, bu dairəyə düşür. Oraya da mütləq “əl gəzdirmək” lazımdır.

#səkilər
38👍15👏3
İnsan yönümlü şəhərlər ️
⬆️ Bu geniş səkiyə baxın. ⠀ 🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir. ⠀ 🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli…
⤴️ Bu küçənin əks tərəfi misal üçün belədir:

🔻 Səkinin böyük hissəsini kafe özü üçün teras düzəldib;

🔻 Qarajın girişində pandus yoxdur (eynisəviyyəli olmalı idi əslində);

🔻 Qalan səki hətta bir nəfərin hərəkəti üçün dardır.

🔸 Bakının əksər küçələrində əvvəldən sona qədər rahat piyada etmək mümkün deyil.

#səkilər
💩48😢6🤮2👍1
🚊 Urbanistik həftə necə keçdi?

🔹 Hansı nəqliyyat növünü inkişaf etdirək? Bu infoqrafika ilə xatırlatdıq.

🔹 Nəqliyyat eksperti Rauf Ağamirzəyev "Əkinçi"də düzgün prioritetlərdən danışdı.

🔹 Mirzə Ağa Əliyev küçəsində səkilər təşkil olundu. Bakı üçün hələ ki nadir bir yenilik.

🔹 Amerikanın Niderlandın təcrübəsinə necə tətbiq etməsinə baxdıq.

🔹 Küçədə ağacların vacibliyindən danışdıq.

🔹 Tarixi fotoları canlandıraraq Bakı tramvayının 101 yaşını qeyd etdik.

🔹 İzzət Orucova küçəsində yaxşıpis səkinin nümunəsinə baxdıq.

Kanala dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
👍29👏51
🛣 Yeni yollar üçün ağacları köçürməyə dəyərmi?

🔸 Keçmişdə Bakı şəhərinin müxtəlif rayonlarında tikilən geniş yollar, qovşaqlar, yerüstü keçidlər avtomobil istifadəsini stimullaşdırdı, ətrafda aqressiv mühit yaradaraq şəhəri piyadalar üçün əlverişsiz etdi.

🔸 Bunun fonunda Bakıda yeni yolların və qovşaqların tikintisi üçün ağacların köçürülməsi kimi xəbərlər paylaşılır. Bu yeni qovşaqların görüntüsü necə olacaq, piyadalar, ictimai nəqliyyat və mikromobilliyin hərəkətinə necə təsir edəcək?

🔸 Tıxacların həlli multimodal küçələrin salınmasından, küçə sahəsini düzgün istifadə etməsindən keçir. Yol qovşağı çox vaxt tıxacı bir ərazidən digərimə köçürür. Yeni yolların və küçələrin salınması vacibdir, lakin həmin küçələr eynisəviyyəli və insan yönümlü prinsiplərin əsasında salınmalıdır. Ağacların olması mütləqdir.

🔸 Bəs yolların genişləndirilməsini niyə tıxac problemini həll etmir? Bu məqalədə cavab tapa bilərsiniz.

#yollarıngenişləndirilməsi
😢26👍4👏1💯1
🚧 Səkilərin bərpasına pul ayrılacaq.

🔹 Xəbərin yaxşı tərəfi bununla bitir. BŞİH deyir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinə 3 milyon manat ayrılacaq. Nəzərə alsaq ki, Bakı küçələrinin 80%-ində səkilər ilə problem yaşanır, bu çox az bir məbləğdir.

Dövlət proqramında səkilərin bərpasına ayrıca bənd ayrılıb, ümid edirəm, bu məsələyə daha ciddi yanaşarlar.

#səkilər
💯34👍221👏1
🔄 Vağzal Meydanı əvvəl və sonra.

3-5 il əvvəl belə şəkilləri ancaq "Xarici Təcrübə" kimi paylaşırdım, artıq Bakıda belə transformasiyaların canlı şahidi olduq.

#ƏvvəlSonra
97👍28
🚊 Nəqliyyat dünyasında gözəllik belə olur.

🇫🇷 Lion şəhərində Alstom istehsalı olan 7-seksiyalı “Citadis” tramvay qatarları daha bir xəttə buraxıldı.

⚡️ Tramvay 70 km/s-d sürətlə hərəkət edə bilir, eyni anda 287 sərnişin daşıyır.

ℹ️ Qatarda LED-monitorlara çıxarılan informasiya sistemi və ödəniş terminalları var.

🔹 Ayrıca olaraq fikir verin, relslər yaşıl qazon ilə əhatə olunub ki, yay aylarında çox qızmasınlar. Həm də şəhərə görün necə gözəllik qatır.

🇦🇿 Bakıda, Gəncədə və Mingəçevirdə belə tramvay sistemlərini təsəvvür edin.

#tramvay
53👏12👍1
❗️ İzləyicidən maraqlı rakursdan foto.

⬆️ Bura R. Zorge və 28 May küçələrinin kəsişməsidir. Yolun sol tərəfindən parklanma qadağandır, və bu qədər mikroavtobus məhz hərəkət zolağında dayanıb. Faktiki olaraq qanunsuz parkinq tam olaraq küçədə 1 hərəkət zolağını zəbt edib.

🔺 Sonra isə həmin qayda pozan sürücülər deyəcəklər ki, "tıxacların səbəbi avtobus və velozolaqlardır".
💩49🤮10👍6😱5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu hərəkəti sivil sözlərlə izah etmək mümkün deyil.

Belə hallar avtoxuliqanlıq kimi qiymətləndirilməlidir.
💩99😱14🤮8👍1
🚲 Qorunan velosiped zolaqları — müxtəlif şəhərlərdən misallar.

💬 Şərhlərdə yazırlar ki, bizim velozolaqlar çox zəif qorunur və mövcud baryerlər sürücüləri ora girməkdən heç cür çəkindirmir. Fotolarda isə daha çox ABŞ şəhərlərindən misallardır. NACTO standartlarında hətta belə tövsiyyələr var ki, parklanma zolaqları olan yerlərdə "protected bike lane" təşkil olunsun. Bu cür zolaqlarda qəza riski də 28% aşağıdır.

🌳 Yaşıllıqla ilə təşkil olunan baryerlər həmçinin küçəyə əlavə gözəllik də qatır. Ağaclar hündür olsa, velosipedçilər üçün həm də kölgə yaradır (Sofiya misalında göstərmişdim).

☑️ Lakin bugünki kimi müşahidə olan halların qarşısını almaq üçün daha sadə yanaşma ola bilər. Sizcə nəyi nəzərdə tuturam?

#velosipedzolaqları
👍46💯31