Bakıda yolun genişləndirməsi üçün park və bir çox ağaclar qurban veriləcək?
⠀
⬆️ Görünür ki, baş planın icrasına artıq başlanılıb. Yusif Səfərov küçəsinin və Babək prospektinin kəsişdiyi yerdə tunnelin tikintisi nəzərdə tutulub, hansı ki Babək pr-tini Koroğlu Rəhimov küçəsinə birbaşa birləşdirəcək.
⠀
Açığı danışsaq, buradakı problem illərdir davam edir - həm butılka effekti, həm də daimi konflikt nöqtəsidir. Axınları tunel ilə ayırmaq istəyirlər, lakin çox güman ki, bu mühəndis həlli K. Rəhimov küçəsinin əlavə yüklənməsinə və tıxacın yerinin dəyişməsinə gətirib çıxaracaq.
⠀
AAYDA nümayəndəsi açıqlama verib ki, "tıxacların qarşısını" alınması üçün işlər görülür. Layihənin detalları, renderlər və ya eskizlər ictimaiyyətlə paylaşılmır.
⠀
🔹 Müasir yanaşma deyir ki, tıxacların həlli yol ötürücülərin, körpü və tunnelərin tikintisindən keçmir. Şəhər küçələrində daha çox maşınların deyil, məhz insanların daşıması üçün şərait yaradılmalıdır. Baş planda hətta bu etiraf edilir.
İstər bu kəsişmə, istər də "20 Yanvar" tərəf olsun - həmin əraziləri yenidən layihələndirmək lazımdır, svetofor ilə nizamlanan həllərə üstünlük vermək lazımdır və əlbəttə ki, ictimai nəqliyyata hər zaman prioritet vermək lazımdır ki, hərəkət edən şəxsi nəqliyyat vasitələrin sayı və müvafiq olaraq tıxaclar da azalsın.
#yollarıngenişləndirilməsi

🇰🇿 Astana şəhərinin akimi (şəhərin rəhbəri) etiraf etdi ki, yolların genişləndirilməsi tıxac problemini həll etmir.
⠀
Təbii ki, bu çoxdan sübut olunmuş bir faktdır, bu haqda ətraflı yazmışam və dəfələrlə postlar paylaşmışam
⠀
🔸 Lakin çox istəyərdim ki, bu açıqlama ilə bizdə də yüksəkvəzifəli bir məmur çıxsın və şəhərin yeni urbanistik stategiyası elan etsin.

Sosial şəbəkələrdə şərhlər: “Geniş yollar bizi tıxaclardan xilas edəcək!!🤩”
Həmin an geniş yollar: …
#tıxaclar #yollarıngenişləndirilməsi
Həmin an geniş yollar: …
#tıxaclar #yollarıngenişləndirilməsi
🛣 Vaxtilə Bakının küçələri maksimum genişləndirilib, asfaltlanıb və avtomobillərin ixtiyarına verilib.
⠀
🔸 Nədənsə şəhəri daha ədalətli etmək lazımdır deyəndə, dərhal "sürücüləri sıxışdırırlar" etirazları ortaya çıxır. Unutmayaq ki, son 20 il ərzində ölkədə yalnız və yalnız avtomobillərin hərəkətini daha sürətli etmək üçün çalışıblar. Bunun üçün səkiləri daraldıb və ağacları kəsiblər, 2 milyonluq (!) şəhərdə tramvayı ləğv ediblər.
⠀
🔸 Nəticəsi də bəllidir - tıxaclar, bərbad ictimai nəqliyyat, piyada gəzmək üçün şərait demək olar ki yoxdur. Ekoloji vəziyyət də bəllidir. Xoşbəxt olduqmu? Xeyr.
⠀
❗️ Bunun bir çıxış yolu var - şəhəri insan yönümlü etmək, ilk növbədə gündəlik avtomobil istifadəsini azaltmaq, digər hərəkət iştirakçılar üçün uyğun şərait yaratmaqdır.
⠀
📍 Bakı şəhəri, Xocalı prospekti ("Ağ Şəhər"-in yanı).

🛣 Yeni yollar üçün ağacları köçürməyə dəyərmi?
⠀
🔸 Keçmişdə Bakı şəhərinin müxtəlif rayonlarında tikilən geniş yollar, qovşaqlar, yerüstü keçidlər avtomobil istifadəsini stimullaşdırdı, ətrafda aqressiv mühit yaradaraq şəhəri piyadalar üçün əlverişsiz etdi.
⠀
🔸 Bunun fonunda Bakıda yeni yolların və qovşaqların tikintisi üçün ağacların köçürülməsi kimi xəbərlər paylaşılır. Bu yeni qovşaqların görüntüsü necə olacaq, piyadalar, ictimai nəqliyyat və mikromobilliyin hərəkətinə necə təsir edəcək?
⠀
🔸 Tıxacların həlli multimodal küçələrin salınmasından, küçə sahəsini düzgün istifadə etməsindən keçir. Yol qovşağı çox vaxt tıxacı bir ərazidən digərimə köçürür. Yeni yolların və küçələrin salınması vacibdir, lakin həmin küçələr eynisəviyyəli və insan yönümlü prinsiplərin əsasında salınmalıdır. Ağacların olması mütləqdir.
⠀
🔸 Bəs yolların genişləndirilməsini niyə tıxac problemini həll etmir? Bu məqalədə cavab tapa bilərsiniz.

🚧 Bakıda yeni yollar və yolötürücülər haqqında.
🔸 Neçə gündür xəbərlərdə Bakıda yeni yollar və yolayrıcılar haqqında paylaşılır. Təəssüf ki, əksər jurnalistlər hələ də "yolların genişləndirilməsi" termininə müsbət bir şey kimi baxır. Bu mövzuda hər kəs şərh istəyir, tıxac probleminin kökünü bunda görür.
⠀
🔸 Paylaşılan layihələri mən ətraflı şərh etməyə bir məna görmürəm. Bütün bu layihələr artıq təsdiq edilib, nə qədər ağac bunun üçün məhv edilib (və hələ məhv ediləcək). Bu qovşaqların əksəriyyəti tıxac problemini çox cüzi şəkildə təsir edəcək, əvəzində isə biz daha aqressiv mühit, daha çox asfalt, daha da dözülməz yay istisi, daha pis ekologiya qarşılacağıq.
⠀
🔸 Bir balaca ümid var ki, bu qovşaqlardan keçən küçələr multimodal olacaq, ictimai nəqliyyatı nəzərə alacaq, piyadalar üçün infrastruktur unudulmayacaq. Lakin keçmiş layihələrə baxanda (misal üçün mikrorayonlarda və "20 yanvar" dairələri), ümid o qədər böyük deyil.
⠀
🔺 Xüsusilə, 8 noyabrdan adam heyifi gəlir. Bu prospekti təzəlikcə müasir üslubda qurulub, bəzi səhvlər buraxılıb, amma yenə də əvvəlki ilə müqayisədə. İndi isə orada yolötürücüsü olacaq (Nargilə dairəsi tərəfdə).
⠀
🔸 Bu layihələrə bəziləri indi çıxış yolu kimi baxır, amma onlar tarixə heç də yaxşı bir misal kimi düşməyəcək.

⬆️ Road Safety səhifəsi hətta daha da köhnə arxiv şəkilləri tapıb.
2016-cı ildə Bakıda tıxaclar. Birinci foto lap ürəkağrıdandır. Yusif Səfərov küçəsidir, yaşıl park hələ yerindədir. Sonradan “tıxac olmasın deyə” tamamilə park və ağacları məhv ediblər.
#tıxaclar #yollarıngenişləndirilməsi
2016-cı ildə Bakıda tıxaclar. Birinci foto lap ürəkağrıdandır. Yusif Səfərov küçəsidir, yaşıl park hələ yerindədir. Sonradan “tıxac olmasın deyə” tamamilə park və ağacları məhv ediblər.
#tıxaclar #yollarıngenişləndirilməsi
Media is too big
VIEW IN TELEGRAM
📺 Bu süjet burada qalsın. Arxiv üçün.
🎤 Jurnalist bizə söz verir ki, bu yol tikiləndən sonra tıxaclara son qoyulacaq, “işə və evə daha tez çatacaqsınız”.
❌ Spoyler: Xeyr. Tıxaclara heç bir təsiri olmayacaq. Bir müddət sonra yeni yol da yüklənəcək, daha çox avtomobil səfərlərini artıracaq.
🔹 Ətrafımda olan bütün nəqliyyat mütəxəssisləri bu layihəni qınayır, deyir ki, bu yolun tikintisi üçün 1200 ağacın kəsilməsi səhv addım idi.
🚷 Mən hələ üç yeni yeraltı keçidlərinin tikintisini demirəm (bu layihə çərçivəsində). 2025-ci il və şəhər daxilində yeraltı keçid (çox güman ki onlar da əlçatan olmayacaq). Metro tikirik, tramvaya dair real perspetkiv var, lakin XX-ci əsrin səhvlərini də təkrarlayırıq.
🔹 Yeganə ümid onadır ki, şəhərdə parallel olaraq ictimai nəqliyyat və mikromobillik inkişaf etsin ki, qismən yükü özünə götürə bilsin.
📍 Qoy qalsın bu video burada. Qismət olar, bu videoya 5 ildən sonra qayıdarıq.