İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Bu qaydanı qanuna salmaq lazımdır.

💡 Qarlı və yağışlı havada görüntü məhdudiyyəti yaranır və sürücülər digər nəqliyyat vasitələrini vaxtında görməyə bilər. Bu foto yaranan vəziyyəti yaxşı təsvir edir.

Məhz bu səbəbdən üçün bütün yeni avtomobillərdə gündüz işıqları nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində sürücülər daimə gecə/gündüz faralardan istifadə etməlidir. Moldova və Ukraynada bu qayda payız-qış aylarına aiddir.

❗️ Avtomobil idarə edən dost və tanışlarınıza da bu fotonu göstərin.

#təhlükəsizlik
🇨🇿 Praqada test rejimində yeni üçseksiyalı trolleybus hərəkətə başlayıb.

🚎 Uzunluğu 24 metr olan bu ictimai nəqliyyat Praqa aeroportuna ekspres marşrut kimi çalışacaq. Sərnişin tutumu 179 nəfər.

Elektril naqillər olmayan yerlərdə daxili batareya ilə çalışır. Bəzi küçələrdə tramvay yoluna çıxır. Bu tez-tez istifadə olunan təcrübədir, bunu Budapeştdə və Stokholmda göstərmişdim.

🔹 “Təkərli tramvay” dilə gətirməkdənsə, bu cür həllər daha məntiqli görünür.

#Praqa #trolleybus
Bakıda avtobus dayanacaqlarında çatışmayan ən vacib şeylərdən biri də marşrut sxemlərinin olmamasıdır.

Telefon üçün BakıKart proqramında bütün marşrutlar qeyd olunsa da, telefonu olmayan və ya proqramdan istifadə edə bilməyən şəxs üçün həmin dayanacaqdan hansı marşrutların keçdiyini və hara getdiklərini öyrənmək çox çətin olur. Düşünürəm ki, bütün dayanacaqlarda ən azı ordan keçən marşrutların sxemi olmalıdır.

Nümunə olaraq Nərimanov metro stansiyası yanındakı (Mado restoranının arxası) dayanacaq üçün belə bir marşrut sxemini hazırladım. Bu qısa zamanda həvəskar olaraq hazırlanmış sxemdir, müsabiqələr keçirməklə professional qrafik dizaynerlərə müraciət edilərsə daha gözəl nəticələr əldə etmək olar.

©️ Azər Axundov.

#ictimainəqliyyat
🚊 Bizə dəqiq tramvay lazımdır? Tikintisinə pul ayrılacaqmı?

Baş planda tramvay üçün nəzərdə tutulmuş “yaşıl koridorlar” haradan keçəcək?

Bu gün bir daha Bakıya tramvayların qayıtmasından danıçacağıq.

🔹 Bu vloqda yeni qonağım da olacaq - baş planı dərindən təhlil edən tədqiqatçı Azər Axundov.

https://youtu.be/G_08_Fsbk7g?si=Rtru98AXtI8mCL_k

Vloqun daha geniş versiyasını isə Patreon-da bizə dəstək göstərən dostlar izləyə bilər. 💚


#tramvay #vloq
🇦🇿🇪🇺 Xəbər yayıldı ki, Azərbaycan Avropa Şurasından çıxmaq qərarını verə bilər. Münasibətiniz?
Anonymous Poll
19%
Doğru qərar olacaq
67%
Təşkilatda qalmalıyıq
14%
Siyasətlə maraqlanmıram
🛴 Daha bir skuter icarəsi şirkəti Bakıda fəaliyyətə başlayıb.

"Bolt"-un reklamı kimi çıxmasın, amma daha çox infrastruktur daha çox istifadəçi cəlb edəcək və bu sahənin biznesinə imkanlar yaradacaq (tək icarə yox, satışlar da artacaq).

🔹 Bakıda son həftələr ərzində bir sıra küçələrdə velosiped zolaqları salınıb. Bu işin davamlı olması önəmlidir ki, insanlar velosiped və skuteri qısa məsafələrdə alternativ nəqliyyat kimi baxsınlar.

#skuterlər
İnsan yönümlü şəhərlər ️
🇦🇿🇪🇺 Xəbər yayıldı ki, Azərbaycan Avropa Şurasından çıxmaq qərarını verə bilər. Münasibətiniz?
⬆️ İzləyicilərin yarısı Avropa Şurasında qalmağın tərəfdarıdır.

Şəhər üçün bunun önəmi ondadır ki, Avropa Şurasına daxil olan ölkələr seçkili mer sistemini tətbiq etmək öhdəliyini üzərinə götürürl. Seçkili şəhər bələdiyyəsi isə indiyə qədər şəhər ən düzgün yerli idarəetmə formasıdır.

Həm şəhərin öz büdcəsi olur, həm şəhər hakimiyyəti sakinlər tərəfindən seçilmək daha çox yaxşı işlər görməyə başlayır.
Cəbrayıl şəhərinin tikintisindən yayılan şəkillər məsxərə obyekti oldu.

Bilən, bilməyən, hamısı danışır.

Mənə görə bu azad olunan ərazilərdə sıfırdan tikilən şəhərlər arasında ən yaxşısıdır.

Niyə?

insan miqyası qorunur
mənasız geniş küçə yoxdur
optimal sıxlıq, orta mərtəvə sayı olan, kvartal tipli binalar
xətkeşlə çəkilmiş düz küçə strukturu yoxdur.

Şəhər küçə səviyyəsində keyfiyyətli mühit təmin etməlidir, göydən nizamli görünüş yox.

©️ Transport for Baku.

#Qarabağ
🛴 Mikromobilliyin “50 çaları”.

📍 Sahil bağı, Bakı.

#skuterlər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇭🇺 Budapeştin tramvayları bu şəhərin ayrılmaz simvoluna çevrilib.

Adam sadəcə baxır və zövq alır. 💚

#tramvay #Budapeşt
🚄 Müxtəlif Avropa ölkələrində qatarların dizaynı.

Hərdən gözəl livreya qatara əlavə gözəllik qata bilir.

🇦🇿 Müqayisə üçün sonuncu fotoda "Azərbaycan Dəmir Yolları"-nın müasir "Stadler Kiss" sürət qatarının fotosu əlavə olunur.

#qatarlar