İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔹 Küçə və prospektlərimizi normal vəziyyətə salmaq istəyiriksə, onları sadəcə yenidən layihələndirmək lazımdır.

Söhbət tək təhlükəsizlikdən getmir, əgər küçələrin buraxılış qabiliyyətini artırmaq istəyiriksə, insanların ilk növbətə mobilliyini artırmaq lazımdır və ictimai nəqliyyata prioritet vermək lazımdır.

⬆️ Misal üçün, elə 8 noyabr prospektini eynisəviyyəli keçidlərini təşkili yanaşı təxmini bu cür transformasiya etmək lazımdır. Hərəkət zolaqların sayı və yaxud eni azaldılır, ictimai nəqliyyat tıxacda dayanmadan öz zolağı ilə gedir, velosiped və piyada gəzmək üçün əlverişli şərait yaradır.

🔹 Sağlam və müasir şəhərlərdə küçələr məhz bu cür insan yönümlü edilir.

#əvvəlsonra #urbanistika
🌆 "Bakının baş planı niyə qəbul olunmur?" sualına cavab.

💬 Memar Elçin Əliyev öz müsahibəsində baş plan haqqında danışarkən çox yaxşı bir nümunə gətirdi.

Şəhərin baş planında aydın göstərilir ki, məsələn, Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində 14 mərtəbəli bina tikilməlidir.

İndi belə bir mənzərəni təsəvvür edin: baş planın qəbulundan sonra hansısa hər şeyə qadir olan şəxs eyni yerdə 13 mərtəbəli deyil, 23 mərtəbəli bina tikir.

Daha sonra bütün ictimaiyyət şəhərin Baş planını müvafiq idarənin saytında görüb soruşacaq: “Orada axı 13 mərtəbəli bina nəzərdə tutulub. Niyə 23 mərtəbəli bina tikirlər?”. Bu artıq qanuna birbaşa hörmətsizliyin nümunəsini yaradacaq.

"Baş planı niyə qəbul olunmur?" sualını cavab məhz budur.

#başplan
Sizcə Bakının baş plan nə vaxt qəbul olunacaq?
Anonymous Poll
3%
Bu ilin sonuna qədər
11%
2024
26%
2025+
60%
Qəbul olunmayacaq
🇺🇸 Bura ABŞ-ın Sinsinnati şəhəridir.

Təxmini 100 il əvvəl şəhərin bir sıra küçələri təmamilə məhv edilmişdir, yerinə geniş yolları və parkinq sahələri tikilmişdir. Bunun üçün 25,000 insan öz evlərindən köçürülmüşdür. Birinci fotoda gördüyünüz tarixi binalardan da əsər-əlamət da indi qalmayıb.

Bu gün sözügedən şəhər tıxaclardan əziyyət çəkir və iqtisadi cəhətdən hər il 947 milyon dollar ziyan gətirir.

💬 "Bakıda daha çox yol tikmək lazımdır" deyənlər, bir daha düşünün.

#ABŞ
🏆 Bilet al - hədiyyə qazan.

Budapeşt meriyası öz sakinlərini ictimai nəqliyyat üçün hədiyyəli yeni il qabağı aksiya keçirir. Yanvarın 9-dək ictimai nəqliyyata ən azı bir aylıq bilet alan sərnişin aksiyanın iştirakçısı ola bilər və hədiyyə olaraq illik və yaxud kvartallıq pulsuz gediş haqqını qazana bilər. İllik biletin qiyməti 103 min forintdor (500 AZN-ə yaxın).

Eyni zamanda, qeyd olunur ki, Budapeştdə bayram ərəfəsində xüsusi bəzədilmiş tramvaylar və trolleybuslar hərəkət edəcək. Çox gözəl görsənir 😍

🇭🇺 Macarıstanın paytaxtı ictimai nəqliyyatda cəhətindən ən rahat şəhərlərindən biridir. Burada 5 nəqliyyat növü hərəkət edir - avtobus, tramvay, trolleybus, metro və kabotaj.

#Budapeşt #tramvay
İcra hakimiyyətləri ləğv olunsa urbanistik islahatları aparmaq daha asan olacaq?

Uzun müddətdir söhbət gedir ki, gələn həmçini icra hakimiyyətləri ləğv olunacaq, əvəzində şəhər və rayonlar yeni prinsip əsasında idarə olunacaq. İndi bu yaxşı xəbərdir bizim üçün? Gəlin, indiki vəziyyətə və dünya təcrübəsinə baxaq.

🇦🇿 Bu gün Azərbaycanda ortastatistik küçənin 3 əsas hissəsi ayrı-ayrı qurumların nəzdindədir. Səki olan hissəsi - icra hakimiyyətində, yolları - Avtomobil Yolları Dövlət Agentliyində, hərəkət edən nəqliyyatı və nişanları isə - AYNA agentliyində. Bura NİİM-in balansında olan svetoforları və ayrıca qurum ki fəaliyyət göstərən Bakı Metropolitenini əlavə etsək hətta 5 (!) qurum edir.

Bu qədər fərqli-fərqli qurumlar olduqda bir küçədə hər hansı bir yeniliyi tətbiq etmək, nəqliyyatı optimallaşdırmaq çox mürəkkəb prosesə çevrilir. Hər qurum öz razılığını verməlidir, münasibətini bildirməlidir, müzakirələr aparılmalıdır.

🔸 Sizə dəfələrlə digər şəhərlərin misallarını gətirmişdim. Və onların hamısını vacib amil birləşdirir - vahid şəhər bələdiyyəsinin olması.

Bu cür vahid qurum olanda, əsas qərarı da o verir. Uzağa getməyək, elə bu yaxınlarda sizə göstərdiyim 🇬🇪 Tiflisdəki urbanistik islahatların keçirilməsinə əsas qərar verən bir nəfər olub - şəhər meri (bələdiyyə başqanı) Kaxa Kaladze. Təbii ki, bu cür qərarların arxasında müxtəlif təhlillər və müzakirələr durur, lakin əgər şəhər bələdiyyəsi qərar verirsə ki, "Gəlin şəhərdəki ictimai nəqliyyata üstünlük verək, küçələri insan yönümlü edək", bu prosesi artıq heç kim ləngidə bilmir. Digər icraedici qurumlar sadəcə hərəsi icraçı funksiyasını yerinə yetirir. Bizə ən yaxın 🇹🇷 Türkiyədə də vəziyyət belədir.

🔹 Bu yaxınlarda ölkədə Nəqliyyat Şurası yaradıldı ki, şəhər infrastrukturu nisbətən mərkəzləşmir formada idarə olunsun, lakin əgər yayılan xəbərlər yalan çıxmasa, bəlkə gələn il biz tam yeni bir sistemin qurulmasının şahidi olacağıq.

Sizin proqnozunun nədir, nə fikirləşirsiniz?

#idarəetmə
⬆️ Bakı Ağ Şəhərdə yeni yolayrıcılarda bu cür təhlükəsiz adacıqlarını tətbiq etməyə başladılar.

Bu əla təşəbbüsdür, təhlükəsiz adacıqlarının faydasından sizə dəfələrlə danışmışdım. Lakin “Road Safety” səhifəsi düzgün qeyd edir ki, buradakı yük maşınların girişini qadağan borular görüntünü məhdudlaşdırır, həm də estetik cəhətdən eybəcərdir.

🔹 Ümumi olaraq, təbii ki, bu cür yeniliklər təqdirəlayiqdir. Bakıda bir ara buna başladılar, amma elə bir küçə ilə bitdi söhbət.

#AğŞəhər #təhlükəsizlik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Şəhərdə vahid icraedici orqan olmalıdır. Qonşu ölkələrdə səlahiyyət mer vəzifəsini daşıyan şəxsdə var, bizdə niyə şəhərin "yiyəsi yoxdur"?

Bir neçə gün öncə artıq bu məsələni qaldırmışdım, İlkin Babayev "Sabaha Saxlamayaq"-da bir daha bunun vacibliyini qeyd etdi.

#idarəetmə
🇦🇿🚍 Azərbaycanda elektrobuslar yığılacaq və bu çox yaxşı bir xəbərdir.

Deyilənə görə, Sumqayıtda elektrik avtobuslar yığılacaq. Çinin BYD şirkətinin zavodu həqiqətən açılsa və tələbatı ödəsə, bu ictimai nəqliyyatın hazırki "yaralı yerini" - avtobusların çatışmazlığını - aradan qaldıra bilər. Həm Bakıya, həm də regionlara müasir və ekoloji təmiz nəqliyyat versək əla olar.

⚡️ Bu arada, Bakıda artıq bir ədəd BYD elektrobusu var.

🔹 Bəziləri fikirləşə bilər ki, Çin etibarlı bir avtobus buraxmaz, lakin görünür ki, bu cəhəddən Çinlər irəli gedib və bu gün bir sıra inkişaf etmiş ölkələrdə bu istehsalçının elektrobuslara rast gəlmək olar.

#ictimainəqliyyat #elektrobus
⬆️ Avtobus zolaqların vacibliyi haqqında danışanda, bu şəkli göstərə bilərsiniz.

Bu gün "Transport for Baku" səhifəsinə təşəkkür videomüraciəti gəlmişdir. Xırdalanda yaşayan izləyici deyir ki, ayrılmış zolaq sayəsində avtobuslar rahat və tıxacsız gəlir Bakıya.

💬 Çox vaxt deyirlər ki, bəs "sürücülər də insandır, ayrıseçkilik gərək olmasın". Lakin unutmayaq şəhərdə və yollarda ərazi məhdud olan bir yerdir. Və biz bu yeri daha səmərəli istifadə etməliyik. Daha çox insan daşıyan nəqliyyat vasitəsinə birmənalı olaraq prioritet verilməlidir. İctimai nəqliyyata prioritet verərik və insanları ona cəlb edərək, biz eyni zamanda avtomobil istifadəsini azaltmış oluruq.

🚍 Avtobus zolaqları və ictimai nəqliyyat dəhlizləri bütün Bakını əhatə etməlidir.

#avtobuszolaqları #urbanistika
🚦 Yeni standartlar qəbul olunub. Amma ictimaiyyətə hələ ki təqdim olunmur.

Azərbaycanda yol hərəkətinin təşkili və ümumi olaraq küçələrin və maqistralların layihələndirilməsində önəmli maneələrindən biri - köhnə, sovet dövründən qalan standartlardır. Təsəvvür edin, şəhər daxili yolların təşkilində artıq inkişaf etmiş ölkələr illərdir yanaşmanı dəyişib, amma biz indiyədək köhnə 1978-ci və 1986-ci illərə aid standartlara əsaslanırıq.

🔸 Təxmini dörd il öncə yeni nişanlara dair təklif irəli sürmüşdük, rəsmi müraciət də göndərildi, lakin ümumi bir cavab aldıq ki, "növbəti qanun layihəsində nəzərə alınacaq".

🔹 İndi yeni standart qəbul olunub, amma tam şəkildə açıqlanmır və tam mətni publik olaraq heç yerdə paylaşılmayıb. Standartlaşma institutun saytında axtarış forması ümumiyyətlə işləmir. Təxmin etmək olar ki, yenilənmiş standartlar Rusiya və MDB ölkələrinin təcrübəsinə əsaslanır, lakin sənədin açıq mənbələrdə olmaması hələ ki hər hansı bir detallardan danışmaq imkan vermir.

#qanun
🎙 Çoxdandır canlı yayımda görüşmürük.

Bu gün saat 20:30-da YouTube-da tədqiqatçı Orxan Zakirov ilə yayım edəcəyik, mövzumuz ictimai nəqliyyatın problemləri və çıxış yolları olacaq. Efirə qoşulub, suallar və fikirlərinizi bölüşə bilərsiniz.

🔹 Patreon-da bizə dəstək göstərənlər yayıma qoşulub birbaşa sual verə bilər.

#canlıyayım #vloq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM