İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇵🇱 Bura Polşanın Lodz şəhərinin bərpa edilmiş sənaye binalarıdır.

Onlar bu tikililərdə dəyər görürlər və onların bazasında yeni ictimai məkan yaradırlar.

Bizdə isə Təzəpir məscidininin ətrafında tarixi məhəllələri məhv etmək istəyirlər.

©️ Transport for Baku.
Piyadalaşan küçələrin ardı gəlir?

🔹 Keçən il "COP29" ərəfəsində Bakının bəzi tarixi mərkəzi küçələri piyadalaşdı. Xaqani bağının ətrafında yenidənqurma işləri görüldü, tarixi küçələrdə isə şənbə və bazar avtomobil hərəkəti məhdudlaşdırdı. Bəs bu islahatlar hansı nəticə verdi? Bunun ardı niyə gəlmir və ümumiyyətlə gəlməlidirmi?

🚶‍♂️ Yeni vloqda bu əraziləri bağlanandan bir il sonrakı vəziyyətinə baxdım, eyni zamanda piyadalaşmaya namizəd olan növbəti küçəni göstərdim:

➡️ https://youtu.be/SSZVYMGbZIc

☑️ Patreon-da dəstək olmaq.
🔈 "Urban patrons" qrupuna qoşulmaq.
🤝 Əməkdaşlıq üçün müraciət etmək.

#piyadalaşma #vloq
👶 Əgər bir şəhər uşaqlar üçün təhlükəsizdirsə, demək hər kəsin hərəkəti üçün təhlükəsiz olacaq.

🔸 Böyüklərin əsas məsuliyyəti “küçəyə çıxanda ehtiyatlı ol” demək deyil, uşaqların təhlükəsizliyini öncədən nəzərə alan bir şəhər salmaqdır.

#təhlükəsizlik #uşaqlar
🚘 İçərişəhərə kənar avtomobillərin girişinə yenidən icazə verilib.

✍️ İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib ki, qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Eyni anda maksimum 300 avtomobil buraxılacaq.

🔹 Keçən ilin oktyabr ayında Qoruğun ərazisinə avtomobillərin girişi bağlanmışdır. Yalnız rezidentlər və diplomatik korpusların avtomobillərinə girişə icazə verilmişdir.

Görünür, İçərişəhərin qorunması məsələsi artıq prioritet məsələ deyil, çox heyif.

#içərişəhər
Dünyada küçələr avtomobillər üçün bağlanır, İçərişəhərdə isə əks proseslər baş verir.

Adətən süni zəka ilə küçəni avtomobilsiz təsəvvür edirik, amma yeni qərar məhs aşağıdakı mənzərəyə gətirib çıxara bilər.

#içərişəhər
Təxmin edin, bura hansı şəhərdir?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⬆️ Fotodan Amsterdam və ya hansısa Avropa şəhərinə bənəzəsə də, bura 🇮🇱 Tel-Əvivdir.

🚲 Və burada da şəhərboyu velosiped zolaqları təşkil edilib. Vurğulamaq istədiyim xüsusi nüans isə — ağaclara və onların kölgələrinə salınan velozolaqlara fikir verin.

☀️ Bu şəhərdə yay bizdən də isti keçir. Amma ağacların kölgələri burada piyada gəzmək və velosiped sürmək üçün şərait yaradır.
💡 Keçmiş Sovetski ərazisində söküntü işlərinin dayandırılması məqsədilə onlayn-petisiya yaradıb və 400-dən çox imza toplayıb.

🔸 Memarlar, urbanistlər və sadəcə Bakının tarixini qorumaq istəyən vətəndaşlar bu tarixi kvartalların qorumağa çağırır.

✍️ İmzalamaq üçün:

➡️ https://chng.it/bwyLmYXJpv
İnsan yönümlü şəhərlər ️
💡 Keçmiş Sovetski ərazisində söküntü işlərinin dayandırılması məqsədilə onlayn-petisiya yaradıb və 400-dən çox imza toplayıb. 🔸 Memarlar, urbanistlər və sadəcə Bakının tarixini qorumaq istəyən vətəndaşlar bu tarixi kvartalların qorumağa çağırır. ✍️ İmzalamaq…
💬 Şərhlərdə soruşurlar ki, bəs bu ərazidə hansı tarix var?

Bura Bakının tarixi kvartalları sayılır. Bayırşəhər adlandırılan bu ərazidə özünəməxsus şəhərsalma var, eyni zamanda kifayət qədər tarixi abidələr mövcuddur.

Bəli, pis vəziyyətdə köhnə evlər var, onları bərpa etmək olar, kvartallara isə yenidənqurma işləri görülsə onlar belə görünəcək və Bakının daha bir unikal məkanına çevirmək olar.

🔹 Bu mövzuda keçən il vloq da paylaşmışdıq.
Forwarded from Papirus
Məktəblilər Bakıda 🚲 #insanyönümlüşəhər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦 Fikrət Əmirov və 28 May küçələrin kəsişməsi işıqforla tənzimlənəcək.

🚶‍♂️ Bu ilk növbədə buradakı piyada keçidi üçün vacibdir. F.Əmirov küçəsində həmçinin velozolaq salınmalıdır ki, o Vağzal Meydanı ilə birləşdirilsin.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌚 Gecə nağılları.

🚊 Bakıda ilk tramvay xəttinin açılışına həsr olunmuş reportajl süni intellekt belə canlandırdı.

Ümid edək ki, bu nağıl kimi qalmayacaq.

#tramvay #gecəxronikası
🚲 Pekində 3200 km velosiped zolaqları təşkil ediləcək.

🇨🇳 Çinin paytaxtında 3200 kilometr yeni velosiped infrastrukturu yaradılacaq. Minimum temp – ildə 200 kilometr. Bu işə Niderlanddan mütəxəssislər də cəlb olunub, təcrübələrini bölüşmək üçün.

💬 Bizdə bəzən uzaq şərq ölkələrini misal çəkirlər. Deyirlər ki, tək Avropaya baxmayın. Buyurun, Çindən misal. Təbii ki, buradaki miqyas, əhali sayı, şəhərsalma prinsipləri fərqlidir, amma inkiışaf istiqaməti görünür ki, bütün dünya tendensiyaları ilə eynidir.

🔹 Söhbət təkcə velosiped yollarından deyil — ümumiyyətlə dayanıqlı nəqliyyatın inkişafından gedir.

🚲 Bu gün Bakıda cəmi 40 km-velozolaq var. Hədəf ən azı 400 olmalıdır.

#velosipedzolaqları
Hərdən tarixin silinməsinə düz Avropanın mərkəzində rast gəlmək olar.

🇦🇹 Avstriya.
📸 İzləyicidən foto: Avropa bizim əlimizdə olsa, onu bu günə salarıq.

“Kiosk Press” çatışmır. 🤌
🇺🇿 Daşkəndin ictimai nəqliyyatı son illər necə inkişaf edib:

☑️ 2025-ci ilin əvvəlindən bütün nəqliyyat sistemi nağdsız ödənişə keçib (avtobuslar və metro).

☑️ Gediş haqqı 1700 sum təşkil edir (0,23 AZN). 1 saat ərzində ikinci gediş 700 sum, 3-cü və sonrakı gediş ödənişsizdir.

☑️ Gedişi həmçinin bank kartı, QR-kod və mobil tətbiq üzərindən ödəyə bilərsiniz.

☑️ Bu il Daşkənd 1000 yeni avtobus alacaq, onların 200-ü elektrobusdur.

☑️ Daşkəndə 50 metrostansiya var (ümumi 4 xətt). 2018-ci ildə metroda çəkiliş qadağası ləğv olunub.

☑️ Daşkənd şəhərinə tramvayların qayıtması aktiv şəkildə müzakirə olunur.

#Daşkənd