İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💡 Piyada keçidlərinin düzgün işıqlandırılması.

📊 Statistikaya görə yol qəzaların əksəriyyəti axşam və gecə saatlarında baş verir. Piyada vurulma hallarında isə bu çox vaxt faciə ilə nəticələnir — sürücülər piyadanı qaranlıq küçədə vaxtında görə bilmir Burada da məsuliyyət daha çox yol infrastrukturuna üzərinə düşür.

🔹Ən effektiv üsul — keçidin düzgün şəkildə işıqlandırılmasıdır. İşıqlandırma kifayət qədər yuxarıda və maşının gəldiyi tərəfdən quraşdırılmalıdır ki, piyada qara fon üzərində kontrastlı görünsün. Beləliklə, sürücü təkcə nişanı yox, əsas piyadanın özümü vaxtında görür.

📸: Şəkillərdə: düzgün işıqlandırımış piyada keçidi və onun “termal xəritəsi”. Və yenə də burada təhlükəsizlik adacığına diqqət.

Bizdə sonuncu dəfə belə keçidə harada rastlaşmısınız?

#piyadakeçidləri
📊 Əhalinin neçə faizi piyada və velosipedlə hərəkət edir?

🔹 Tam dolğun olmayan, amma maraqlı infoqrafika. Gündə ən azı 30 dəqiqə piyada və yaxud velosipedlə hərəkət edən əhalinin faiz nisbətini göstərir.

🇳🇱 Ən yüksək göstərici Niderlanda aiddir. Burada 35,000 km velozolaqlar var (bizdən 1000 dəfə çox).

🔹 Təəccüblü deyil ki, bu şəkli orta ömür uzunluğu ilə üst-üstə qoyduqda, təxmini eyni mənzərə çıxar ortaya çıxar. Azərbaycam üzrə rəsmi məlumat yoxdur, güman ki, bizim göstəricilər təxminən Türkiyə səviyyəsində ola bilər.

Niyə məhz gündə 30 dəqiqə? Çünki həkimlər məhz bu minimal müddəti həm fiziki, həm də zehni sağlamlıq üçün tövsiyə edirlər.

#infoqrafika
Forwarded from Apar 🚴
Gəlin növbəti dayanacağın yerini birlikdə müəyyənləşdirək😁

Sorğuda iştirak edib dayanacaqların harada olması ilə bağlı fikirlərinizi bölüşə bilərsiniz💚🚲

https://forms.cloud.microsoft/r/19whfFDDPR
🧌 Möcüzələr dolu Xırdalan şəhərində daha bir memarlıq şedevri.

Transport for Baku səhifəsindən.
🚶🏻 Uzun illərdən sonra Xocalı parkının iki hissəsini birləşdirən kəsişmədə piyada keçidi təşkil edildi.

💬 İzləyici yazıb ki, müraciət edəndən sonra Xocalı prospektində piyada keçidi təşkil edildi.

🔸 Bu problemi hələ 2021-ci ildə işıqlandırmışdım.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Bu video “Velozolaq olmasa da sürmək olurdu, istəyən sürər” arqumentinə yaxşı cavabdır.

🔹 Velozolaqlar məhz təhlükəsiz şəraitin yaradılması sayəsində mikromobillik istifadəsini stimullaşdırır.

🔸 Belə baxanda hər bir küçədə piyada gəzmək olur, amma səki olan yerdə axı siz özünü daha təhlükəsiz hiss edirsiniz.
Görəsən küçədə bu şəkildə təmir aparan insanlar öz evlərində də təmir edərkən yaxınlarına da bu cür əziyyət verirlər? Bu qədər hörmətsiz yanaşırlar? Valideynlər və uşaqlaranın həyatlarını təhlükəyə atırlar?

🚷 Niyə küçələri təmir edərkən insanlara hörmət sıfır səviyyəsindədir?

#səkilər
Forwarded from Apar 🚴
Hər kəsə salamlarrr

28 MAY Müstəqillik gününə özəl sizi Apar ilə velo yürüşə dəvət edirik.

Saat 11:00-da Ağ şəhərdən başlayan yürüş 1 saat davam edəcək və Milli Bank yaxınlığındakı Apar dayanacağında bitəcək.

Yürüş zamanı iştirakçılar üçün Apar velosipedləri ödənişsiz olacaq.

Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz💚

https://forms.cloud.microsoft/r/6Mdu5FjuCx
💡 Detallar önəmlidir.

🔹 Hətta yol nişanlarını elə yerləşdirmək olar ki, onlar nə səkidəki piyadalara maneə olsun, nə də şəhər estetikanı pozsun.

🇩🇰Danimarka və 🇪🇸İspaniyadan nümunələr.
Forwarded from SALEH▪️NASIROV (Saleh Nasirov)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NO TIXAC! NO PETROL! NO PARKING!
Nə yaxşı ki, bu velosiped zolaqları var. Təhlükəsiz və maneəsiz ünvana çatırsan.
Tıxac yox, petrol yox, parkinq yox.
Əla! Velosiped zolaqları çox, şəhərimiz müyəssər, əlçatan və eko-frendli olsun!
Amma bir problem var; Piyadaların bu zolaqlarla və maşınların döngə zamanı yan güzgülərə baxmayaraq hərəkət etməsi. Gözümün önündə iki skuter sürücüsü maşına çırpıldı. Bu da çox təhlükəlidir. Hesab edirəm buna görə sürücülər məsuliyyətə cəlb , cərimələr tədbiq olmalıdır! Şəhər avtomobillər üçün deyil, piyadalar, velosiped, skuter sürənlər üçündür ilk öncə.
Allah amanımda!
İki kiçik “tapşırıq”.

1️⃣ Küçəni tapın. Təxmin edə bilərsiniz. Bakıdadır.

2️⃣ Bu yaşıl küçəni başqa dizaynda təsəvvür edin.
Artıq şəhərin “28 May” tərəfəni deyəndə gözümüz önünə xaotik və baxımsız meydan deyil, gözəl ictimai məkan gəlir.

🇦🇿 Bayramınız mübarək!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 28 May 1918-ci il tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin parlament binası Bakıda deyil, məhz Gəncədə yerləşmişdi.

Gəncə vloqumuzda bu bina haqqında ayrıca olaraq danışdıq.
💬 Bakının tarixi kvartalları və binaların söküntüsü haqqında memar və dizayner Fəridə Kassumova yazır:

Mən ömrüm boyu Bakıda yaşamışam. Şəhərimizi müxtəlif tarixi dövrlərdə, fərqli simalarda görmüşəm və yadda saxlamışam. Mənim üçün qürurvericidir ki, mən bakılıyam. Baxmayaraq ki, mənim ulu babalarım təkcə Bakıdan yox, Azərbaycanın bölgələrindən, həmçinin qonşu Gürcüstan və Rusiyadan da olublar.

Dəfələrlə müxtəlif ölkələrdə olmuşam, möhtəşəm memarlıq nümunələrini, şəhərsalma zərifliyini və mükəmməl şəhər mühitlərini görmüşəm. Amma bizim Bakı kimi bir şəhər yoxdur – buna inanın. Orta əsr qalası, nə qədər cilalansa da, yerindədir, kapitalist dövrünün villaları, nə qədər “lagunda” ilə ovulsa da, hələ nəfəs alır, sovet memarlığının nəhəng konstruktivizm qalıqları, "stalinka" binaları, "xruşşovkalar", sovet modernizminə aid abidələr – çoxu baxımsız olsa da, hələ də qalıb, hələ yaşayır…

Mən artıq 41 ildir təhsil sistemində çalışıram, onun 25 ilini isə gözəllik, mədəniyyət, forma və funksionallıq, etika və tarix dərslərinə həsr etmişəm – memarlıq və dizayn öyrədirəm, neçə-neçə nəsilə. Gəncləri şəhərimizin tarixi ilə təkcə slaydlarla deyil, canlı şəkildə tanış etməyə çalışıram – onları Bakının ən maraqlı və dəyərli məkanlarına ekskursiyalara aparıram. Amma son illərdə bir çox tarixi məhəllələr məqsədli şəkildə və ictimaiyyətin fikri nəzərə alınmadan dağıdılır. Tarixi irs siyahısına salınmış memarlıq abidələri sökülür.

Biz gələcək nəsillərə nə göstərəcəyik? Bir-birindən fərqlənməyən, insana yad, anti-erqonomik və soyuq şüşə və betonu? Bəs bizim dar küçələrimizin iqlimə uyğun planlaşdırılmış o İtalyan həyətləri, memarlıq detallarının zənginliyi ilə dolu fasadlarımız, o bir daha təkrarlana bilməyəcək Bakı ruhu necə olsun?

Mən anlamıram – nəyə görə bizi və gələcək nəsilləri bu şəhərin tarixindən, gözəlliyindən, mədəniyyətindən məhrum edirlər? Axı bu dəyərlər bir millətin genetik yaddaşını təşkil edir.
🚲 Velosipedlə şəhər küçələrində təkbaşına hərəkət edən uşaqlar.

🔹 Artıq Bakının velosiped zolaqlarında müstəqil şəkildə hərəkət edən 10-12 yaşında uşaqlara rast gəlmək olur. Urbanistikada belə bir prinsip var: əgər bir uşağı təkbaşına velozolaqlara rahatlıqla buraxa bilirsinizsə, deməli bu zolaqlar həqiqətən təhlükəsizdir.

🔸 Təbii ki, Bakıda tam əminliklə “uşaqları tək buraxmaq olar” demək tezdir. Kəsişmələr təhlükəsiz və nizamlanan olmalıdır, böyük velosiped şəbəkəsi yaradılmalıdır. Amma 4-5 il əvvəl belə mənzərəyə çətin rast gələrdik.

🔹 Gələcək nəsil üçün bu tam hüquqlu nəqliyyat vasitəsi olacaq.

#velosipedzolaqları