İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
772 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇨🇳 Çində tramvaylar.

🚊 Bugün bizimlə vizasız rejim sazişini imzalayan bu ölkənin 20-dən çox şəhərində tramvay sistemlərini çalışır. Onların əksəriyyəti 21-ci əsrdə salınıb.

🔹 Tramvaylar özləri də Çində istehsal olunur. Avropanın tanınmış Siemens və Alstom şirkətlərinin texnologiyalarına əsaslanaraq, bu gün Çin tam olaraq özünü şəhərətrafı qatar və tramvay vaqonları ilə təmin edir.

#Çin #tramvay
🚲 Velozolaqlar: Aqressiya və populizm.

🔹 Velosiped zolaqlarına qarşı bəzilərin aqressiyası başa düşüləndir.

🤔 İntuitiv olaraq elə gəlir ki, avtomobil zolaqların sayı azaldıqca, tıxaclar da çoxalır. Heç kim buna öyrəşməyib. İllərdir beynimizə yürüdüblər ki, geniş yollar — tıxacsız yollar deməkdir. Halbuki, artıq Azərbaycan özü də bunu sübut edib — ən geniş yollarımız tıxacların girovudur (Bakı-Sumqayıt yolu, Ziya Bünyadov prospekti və s.).

🔹 Səhifədə paylaşılan videolara (28 May küçəsində velozolaqdan istifadə) Facebook-da yazılmayan şərh qalmadı — qurma videodur, montajdır, dönər və kola xətrinə əllərinə skuter sürənlərdir — bu düşüncə bir qədər cəmiyyətdə qalacaq (yaxın 5 il ərzində).

🔸 Amma ən iyrənc olan cəmiyyətin nəbzini “tutan” ucuz reytinq xətrinə çıxış edən, özünə “müxalifət” deyən populistlərdir. Onlar siyasəti müzakirə etməyə qorxurlar, iqtisadi vəziyyəti şərh etməyə kompetensiyası çatmır, gücləri elə velozolaqlara çatır.

💬 Məni “dövlətin trollu”, “AYNA-ya işləyən” adlandıran da tapılır. Halbuki, mən bunları təbliğ etməyə başlayanda AYNA bir qurum kimi hələ yox idi (2018-ci ildən bu yana).

🔸 Mənim bu şəhərə sualım çoxdur — səkiləri niyə bu vəziyyətdədir? avtobuslar hərəkət qrafiki niyə dayanacaqlarda yoxdur? niyə yollar səbəbsiz bağlanılır və avtobuslar tıxacda qalır? elə bu velozolaqlar özü niyə tam olaraq şəbəkələşmir? — mən heç nəyi ideallaşdırmıram.

🚲 Lakin bu gün real alternativ yaradılır ki, heç olmasa iki təkərə minib təhlükəsiz şəkildə bu velozolaqlarla təyinat məntəqəsinə daha tez çata bilək — buna niyə qarşı çıxırsınız? Zatən bu zolaqlardan öncə Bakı tıxaclardan boğulurdu.

🔹 Dünyanın hansı nöqtəsinə getsəniz, hansı nəqliyyat kitabını açsanız, yazılacaq ki, tıxacların qənimi alternativlər yaratmaqdır.

🚗 Əziz sürücülər, sadə perspektivdən baxın: bu gün yolda gördüyünüz hər bir velosiped və skuter istifadəçisi potensial sürücüdür — zolaq olmasa, sabah o da yola maşınla çıxacaq, daha çox sıxlıq yaradacaq və sizi də daha çox yubadacaq. Sizə bu lazımdırmı?

☑️ Hətta əminəm ki, bu gün bu velozolaqlardan şikayət edənləri bir müddət sonra velosiped və skuter sürənlərin arasında görəcəyik. Zaman hər şeyi öz yerinə qoyacaq.

📸: Fotoda 28 May küçəsində tıxac, 2021-ci il. İndiki halda təşkil olunan velozolaqlarının Bakıda heç təməli qoyulmamışdır.

#analitika
⬆️ Road Safety səhifəsi hətta daha da köhnə arxiv şəkilləri tapıb.

2016-cı ildə Bakıda tıxaclar. Birinci foto lap ürəkağrıdandır. Yusif Səfərov küçəsidir, yaşıl park hələ yerindədir. Sonradan “tıxac olmasın deyə” tamamilə park və ağacları məhv ediblər.

#tıxaclar #yollarıngenişləndirilməsi
🟨 Bakıda bir sıra kəsişmədə sarı tor nişanlanmasını tətbiq etməyə başlayıblar. İzləyicilərdən gələn fotolar.

🔸 Kim bilmirsə, nişanlanmasının mənası odur ki, yolayrıcıyın bu hissəsini boş saxlamaq lazımdır. Hətta yaşıl işıq yansa belə, gözləmək lazımdır ki, yolayrıcı boşalsın, sonra hərəkətə başlamaq lazımdır. Bunu heç də hər zaman düzgün hesablamaq mümkün olmur, və əslində bir çox şəhərlər belə problemlə rastlaşır, hətta problemin Wikipedia-da öz məqaləsi var.

⭕️ Bu qayda pozuntusunun cəriməsi az deyil — 80 AZN + 3 bal, lakin hazırda buna görə cərimə yazılır yoxsa yox — bu haqda məlumatı olanlar şərhlərdə yaza bilər.

Ən böyük problem odur, buna görə ictimai nəqliyyat da gecikir, hətta ayrılmış zolaq olan yerlərdə avtobuslar hərəkət edə bilmir.

📸 Üçüncü fotonu göndərən izləyici yazır ki, kəsişməni avtobus keçə bilmədi, baxmayaraq ki, bu küçədə (Azadlıq prospekti) avtobusun öz zolağı var.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Xətlərin ayrılmasından sonra “28 May” belə dəyiçəcək. ⬆️

Bakı Metropoliteni geniş izahedici video paylaşıb.

❗️ Diqqət, keçiddə 800 Mb fayl.

#metro
Media is too big
VIEW IN TELEGRAM
📺 Bu süjet burada qalsın. Arxiv üçün.

🎤 Jurnalist bizə söz verir ki, bu yol tikiləndən sonra tıxaclara son qoyulacaq, “işə və evə daha tez çatacaqsınız”.

Spoyler: Xeyr. Tıxaclara heç bir təsiri olmayacaq. Bir müddət sonra yeni yol da yüklənəcək, daha çox avtomobil səfərlərini artıracaq.

🔹 Ətrafımda olan bütün nəqliyyat mütəxəssisləri bu layihəni qınayır, deyir ki, bu yolun tikintisi üçün 1200 ağacın kəsilməsi səhv addım idi.

🚷 Mən hələ üç yeni yeraltı keçidlərinin tikintisini demirəm (bu layihə çərçivəsində). 2025-ci il və şəhər daxilində yeraltı keçid (çox güman ki onlar da əlçatan olmayacaq). Metro tikirik, tramvaya dair real perspetkiv var, lakin XX-ci əsrin səhvlərini də təkrarlayırıq.

🔹 Yeganə ümid onadır ki, şəhərdə parallel olaraq ictimai nəqliyyat və mikromobillik inkişaf etsin ki, qismən yükü özünə götürə bilsin.

📍 Qoy qalsın bu video burada. Qismət olar, bu videoya 5 ildən sonra qayıdarıq.

#yollarıngenişləndirilməsi
Mədəniyyət məkanı sayılan Rus Dram Teatrın qabağında mədəniyyətsizlik.

Baryerləri söküb piyada zonasını parkinqə çeviriblər. Əminəm ki, bunu hansısa obyekt edib.

❗️ Bu ərazi birdəfəlik piyadalaşmalıdır.

#gecəxronikası
🚲 Bakıya 100 kilometr yeni velozolaq gəlir.

🔹 Nə qədər etirazla qarşılansa da, istənilən insan yönümlü şəhərdə velosiped zolaqları olmalıdır. Qısa məsafələr üçün real nəqliyyat alternativi məhz velo və skuterdir.

Yaxşı, bəs bu zolaqlar Bakıda düzgün çəkilirmi? Hansı səhvlər və problemlər var? Daha yaxşı necə edə bilərdik?

🔹 Ən əsası — bu zolaqlar həqiqətən görüntü üçündür, yoxsa əlimizdə real statistika var?

📽️ Yeni vloqda araşdırırıq:

➡️ https://youtu.be/kBlVteZwR6Y?si=PDD6W1fBLkw0hiqF

#velosipedzolaqları #vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎊 Söhbətgahın təntənəli açılışı.

Xahiş edirəm, kimsə desin ki bu prikol videosudur…
🗓 Ötən həftə urbanistika dünyasında baş verənlər:

🔹 Bakı şəhərinin meri hansı funksiyaları yerinə yetirməlidir — siyahı.

🔹 Finlandiyadan əsl multimodal küçəsinin nümunəsinə baxdıq.

🔹 Bakının mövcud, planlaşdırdan və öz tərəfimdən təklif olunan velosiped zolaqlarının xəritəsini hazırladım.

🔹 "Bakıda velosiped sürən yoxdur" mifii bir daha bu foto ilə dağıdıldı.

🔹 Memar və vloqlarımın qonağı Dilqəm İsmayılov Bakının memarlıq irsinin qorunmasından danışdı.

🔹 Çinin gözəl və müasir tramvay sistemlərində baxdıq.

🔹 Velozolaqlara qarşı hazırda aktiv şəkildə tənqidin səbəblərinin təhlilini paylaşdım, ağır tıxaclar velozolaqdan qat-qat öncə olduğunu isə bu fotolar sübut etdi.

🔹 Bakıda çəkilən sarı tor nişanlanmasının mənasını və vacibliyini vurğuladım.

🔹 Bakı metropoliteni xətlərin ayrılmasına dair ətraflı video paylaşdı.

🔹 Bakıda yeni salınan yolun tıxaclara son qoyulması kimi təqdim olunan reportajı burada arxiv üçün saxladım.

🔸 Həftənin vloqu: Velosiped zolaqlarının yeni icmalı — səhvlər, planlar və təkliflər haqqında danışdıq.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə