İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
309 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⛔️ Bu kənddə avtomobil yoxdur.

Qeyri-tipik görünsə də, bura 🇺🇸 ABŞ-dır. Və bu Kaldesak rayonu (Culdesac) ölkənin ilk “maşınlardan azad yaşayış məntəqəsi” sayılır (car-free neighbourhood).

Arizonanın Tempe şəhərinin yaxınlığında yerləşir, hələ ki 150 nəfər əhalisi var (1000 nəfərə çatacağı gözlənilir).

🚞 Sakinlər böyük şəhərə tramvay ilə gedib-gələ bilir, lakin sırf bu kiçik rayonda yalnız piyada və velosipedlə hər kəs hərəkət edir. Bütün lazımi xidmətlər 10-15 dəqiqəlik məsafədə yerləşir.

🇦🇿 Bərpa olunan Qarabağın kəndlərin birində bu cür təcrübənin tətbiq edilməsinə necə baxırsınız?

#ABŞ
🆘 BAKIYA NİYƏ PUL AYIRMIRLAR?

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatın ayrılması nəzərdə tutulur.

Və bu 1-illik büdcədir (tək 2024 üçün). Ötən üç il ərzində artıq 7 milyard dollar xərclənib.

İşğaldan azad olunmuş ərazilərin bərpası təbii ki, olduqca vacibdir və bu rəqəmlərin publik olması yaxşı haldır. Lakin niyə həmin ölkənin paytaxtı üçün ayrılan vəsait nisbətdə çox aşağıdır və ümumiyyətlə açıqlanmır? Açıq şəkildə açıqlanan rəqəm varsa, şərhdə yazın, mən tapmadım.

Metroya 50 milyon ayrılan kimi hamı təşvişə düşdü, qiymətləri qaldırmaq üçün bəhanə axtarırsınız dedilər.

⚠️ Bakı şəhərinin ictimai nəqliyyatı batır, avtobuslar ilişib tıxaclarda, yeni metrostansiyalar demək olar ki tikilmir, tramvay söhbəti illərdir kağızda qalıb (baş planla bir şkafda tozlanırlar).

Nə vaxt icra hakimiyyətlərinə müraciət edirsən, ağlayırlar ki pul yoxdur, vəsait ayrılmır.

❗️ Bakı şəhəri bu gün Azərbaycan iqtisadiyyatının əsas toplandığı yerdir, lokomotividir. Ən güclü insan resursları burada toplaşıb.

Nəticə isə nə? Burada yaşayan insanlar tıxaclarda “qocalır”, şəhərdə hərəkət etmək üçün normal alternativlər yoxdur.

🆘 Bakıya bu gün güclü investisiyalar və islahatlar lazımdır.

Bir izləyici vaxtilə zarafat olaraq belə şərh yazmışdır:

“Bakını qəsdən inkişaf etdirmirlər ki, camaatın Qarabağa köçməsini stimullaşdırsınlar…”

Bəlkə bu bir zarafat deyil və planlar həqiqətən elədir? Nə düşünürsünüz?

#analitika
⬆️ Bura Kövkəb Səfərəliyeva küçəsidir və hər gün burada 5 avtobus marşrutu tıxacda ilişib qalır.

🚍 Orta hesablamalara görə bu 40.000 insan edir (gün ərzində).

🔸 Bu küçədə mütləq avtobus zolağı olmalıdır. Baxmayaraq ki, küçədə cəmi 2 hərəkət zolağı var, Tbilisi və digər şəhərlərin təcrübəsi göstərdi ki, ictimai nəqliyyata hətta dar küçələrdə prioritet vermək lazımdır

🔹 Əks halda ictimai nəqliyyat gecikəcək, basabas olacaq və cəlbedici olmayacaq. İnsanlar yenə də özlərini şəxsi maşınlara və taksilərə üz tutacaqlar, tıxaclar daha da bərbad olacaq.

#ictimainəqliyyat
⭕️ Ziya Bünyadov prospektində sürət 70-ə salındı.

Bu qərar hələ mart ayında verilmişdir, icrası gecikdi.

🔸 Sürətin yol təhlükəsizliyinə təsiri haqqında isə buradan oxuya bilərsiniz.

#təhlükəsizlik
Urbanistik islahatlar şəhəri stresdən necə azad edir?

Şəhərdə düzgün urbanistik islahatlar aparanda, o nəyinki yol iştirakçılarına daha münasib olur, eyni zamanda insanlarda stresi azaldır. Çünki belə şəhərdə gəzmək daha təhlükəsizdir, velosiped sürmək daha rahat olur, ictimai nəqliyyat isə gecikmir.

🇭🇺 Macarıstanda yaşayan həmyerlimiz Tarıqulu Xasizadə ilə Budapeştin misalında bu nüanslar haqqında danışdıq.

➡️ https://youtu.be/NbRa2UwoJrY

🔹 Vloq üçün mövzunun seçilməsinə iştirak etmək, əsas videolara düşməyən hissələri izləmək üçün bizə dəstək olanların sıralarına qoşula bilərsiniz.

#vloq #Budapeşt
🇩🇪 Avtomobil həvəskarların "vətəni" Almaniyada sürücülərə "qarşı" çıxırlar.

Gələn aydan etibarən Frankfurt şəhərinin mərkəzində sürət həddini maksimum 20 km/s-a qədər endirməyi planlaşdırırlar.

Bu radikal addımın atılmasının ilkin səbəbi - həm təhlükəsizlik, həm də şəhər mərkəzinə daxil olanların avtomobillərin sayını azaltmaqdır. Eyni zamanda, burada pulsuz parkinq yerləri təmamilə ləğv olunur. Tədbir planının bir parçası olaraq, bu şəhərdə yeni velosiped zolaqlarının salınması da nəzərdə tutulub.

🔹 Xatırladım ki, gələn ildən Milan şəhərində sürət həddi endiriləcək, Brüsseldə isə artıq 3 ildir bütün şəhərdə maksimum sürət 30 km/s-dır.

#təhlükəsizlik #Frankfurt
💡 Sadə işıq həllələri küçəni axşam vaxtı bu cür bəzəyə bilər.
🔸 “SMART” dayanacaqlar - Bakının eybəcər və lazımsız elementi.

💬 Polad İsmayılov yazır:

“Avtobusun gəlməsini bu "smart" dayanacaqdan görə bilmiriksə, bu bizə lazım idimi? Bunun qiyməti ictimaiyyətə niyə açıqlanmır?

Bu layihəni təqdim edən qurum və ya şəxsədir sualım: bu marketi soldan deyil, sağdan planlaşdırmaq olmazdımı? Əvəzində solda şəffaf şüşə olardı, insanlar da rahat şəkildə gələn avtobusu görərdilər
.

🔸 Düşünürəm ki, “SMART” dayanacaqlar Bakıda quraşdırılan ən lazımsız elementdir ictimai nəqliyyat cəhətindən.

Öz geridəqalmış dizaynı ilə eyni zamanda şəhəri də eybəcərləşdirir. Ümid edirəm, vaxt gələcək bu biabırçılıq dayanacaqlar söküləcək.

#dayanacaqlar
🇰🇿 Qazaxıstanın Almatı şəhərində yeni tikilən yol qovşağı daha pis tıxaclara gətirib çıxardı.

Tikintisi 2019-cu ildə başlamış bu körpü və tunnellərin məqsədi tıxacların qarşısnı almaq idi. Amma cəmi 2 ay əvvəl açılmış bu qovşaqdan sürücülər artıq şikayət edir.

💰 Yol qovşağında 43 milyon dollar xərcləndi.

Bu xəbərdə təəccüblü heçnə yoxdur, yolların genişləndirilməsi və şəhər daxilində qovşaqların tikintisi tıxaclarla mübarizədə heç bir halda kömək etmir, daha pis vəziyyətə gətirib çıxarır.

🔹 Maraqlıdır ki, eyni zamanda Almatı şəhərində digər urbanistik islahatlar gedir, burada BRT-tipli ayrılmış avtobus zolaqları və velosiped yolları salınır.

Lakin əgər bu qovşaqlar nəticədə yenə də dar şəhər küçələrinə dirəşəcəksə, onlar heç vaxt effekt verməyəcək.

Prinsipcə, Bakı bunu öz nümunəsində artıq sübut edib.

#tıxaclar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Əvvəllər heç olmasa Rəşid Behbudovdakı avtobus zolağı işə yarayırdı.

Lakin nəzarətsizlik və cəzasızlıq buranı da pis günə qoydu.

#avtobuszolağı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Bu vəziyyət uçuruma aparır.

İctimai nəqliyyat nə qədər ki tıxaclarda dayanacaq, nə qədər ki, bu məsələnin həllinə CİDDİ (sözün əsl mənasında) yanaşmayacaqlar insanların arasında bu cür narazılıqlar artacaq.

Minlərlə insan hər gün işə gecikir, lazımsiz sözlər eşidir, stres və əsəb keçirir. Elə bilirsiniz bu elə-belə keçəcək cəmiyyətdə? Təbii ki, xeyr.

Qarabağı aldıq, qalib xalq olduq. İndi bu qalib xalq normal nəqliyyata və şəhər mühitinə layiq deyil?

İndiki vəziyyətdən çıxmaq üçün hansı düşmənə qalib gəlməliyik? Köklü islahatlar olmasa, bir gün bu çox pis fəsadlara gətirib çıxaracaq.

#ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇯🇵 Yaponiyada asma tipli monorelsin gözəl görüntüsü.

🌏 Dünyanın müxtəlif yerlərindən bu cür gözoxşayan və maraqlı mənzərələr @World_Tour1 kanalında toplanır.

Baxırsan və stres də azalır. 😌

@World_Tour1
⭕️ İnsan və xüsusilə uşaqların həyatı bu qədər dəyərsiz olmamalıdır.

Zərifə Əliyeva küçəsində səkinin bir hissəsini məftil ilə bağlayıb piyadaları yola çıxmağa məcbur edirlər.

🔸 Təmir-tikinti işlərini apararkən heç olmasa konuslarla müvəqqəti bir yol ayırmaq olardı insanların təhlükəsiz hərəkəti üçün. Paytaxtın ən mərkəzidir özü də bura.

#təhlükəsizlik #səkilər
🇬🇪 Tbilisi sürətlə transformasiya etməyə davam edir.

Burada iki zolaqdan birini avtobuslara verirlər, yeraltı piyada keçidlərini isə “zebra”larla əvəz edirlər.

Bugünki ətraflı reportajda Tiflis şəhərinin urbanistik islahatlarına yaxından baxırıq:

➡️ https://youtu.be/K8iri3EvNHk

🔹 Tbilisidən daha bir vloq olacaq növbəti həftədə. Kanala dəstək olan sadiq izləyicilərimiz onu daha öncədən görə biləcək.

Həmçinin Patronlar bu və digər videoların daha geniş versiyalarını izləyə bilir.

#vloq #Tbilisi