Forwarded from Əkinçi
Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir. Yollar genişləndirilir. Lakin bu işlər nəinki nəticə vermir, əksinə yeni tıxacların yaranmasına səbəb olur. Bəs bu halda tıxaclarla necə mübarizə aparmalı?
Yeni animasiyamızda bu suala cavab verilir.
@akinchiproject

Avtobus zolağına velosipedlərin daxil olmasını icazə verilsin bizdə də?
⠀
🇬🇪 Tiflisdə cəhd etdilər.
#avtobuszolağı #velosipedzolaqları #Tbilisi

🔁 Küçənin “VisionZero” konsepsiyasına uyğun transformasiyası.
⠀
1️⃣ Birinci fotoda bizə tanış gələn tipik bir yolayrıcısıdır. Maşınlar hər tərəfi zəbt edib, piyadalar görünmür.
⠀
2️⃣ Mərhələli şəkildə əvvəl yolayrıcını deliniatorla (el arasında “tumba”) əhatə edirik.
⠀
3️⃣ Fiziki adacıq (səki çıxıntısı) təşkil edirik.
⠀
4️⃣ Yolayrıcının səviyyəsini yola nisbətən qaldırırıq ki, sürücülər yaxınlaşarkən sürəti azaltsın.
⠀
✅ Şəhərin bir sıra yolayrıcılarını bu cür təhlükəsiz şəkildə transformasiya etmək olar, qəzaların sayını azaltmaq olar. Misal üçün, Ağ Şəhərdə artıq daşla döşənilən yolayrıcılara rast gəlmək olar.
#visionzero #təhlükəsizlik

⛔️ Bu kənddə avtomobil yoxdur.
⠀
Qeyri-tipik görünsə də, bura 🇺🇸 ABŞ-dır. Və bu Kaldesak rayonu (Culdesac) ölkənin ilk “maşınlardan azad yaşayış məntəqəsi” sayılır (car-free neighbourhood).
⠀
Arizonanın Tempe şəhərinin yaxınlığında yerləşir, hələ ki 150 nəfər əhalisi var (1000 nəfərə çatacağı gözlənilir).
⠀
🚞 Sakinlər böyük şəhərə tramvay ilə gedib-gələ bilir, lakin sırf bu kiçik rayonda yalnız piyada və velosipedlə hər kəs hərəkət edir. Bütün lazımi xidmətlər 10-15 dəqiqəlik məsafədə yerləşir.
⠀
🇦🇿 Bərpa olunan Qarabağın kəndlərin birində bu cür təcrübənin tətbiq edilməsinə necə baxırsınız?
#ABŞ

🆘 BAKIYA NİYƏ PUL AYIRMIRLAR?
⠀
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatın ayrılması nəzərdə tutulur.
⠀
Və bu 1-illik büdcədir (tək 2024 üçün). Ötən üç il ərzində artıq 7 milyard dollar xərclənib.
⠀
İşğaldan azad olunmuş ərazilərin bərpası təbii ki, olduqca vacibdir və bu rəqəmlərin publik olması yaxşı haldır. Lakin niyə həmin ölkənin paytaxtı üçün ayrılan vəsait nisbətdə çox aşağıdır və ümumiyyətlə açıqlanmır? Açıq şəkildə açıqlanan rəqəm varsa, şərhdə yazın, mən tapmadım.
⠀
Metroya 50 milyon ayrılan kimi hamı təşvişə düşdü, qiymətləri qaldırmaq üçün bəhanə axtarırsınız dedilər.
⠀
⚠️ Bakı şəhərinin ictimai nəqliyyatı batır, avtobuslar ilişib tıxaclarda, yeni metrostansiyalar demək olar ki tikilmir, tramvay söhbəti illərdir kağızda qalıb (baş planla bir şkafda tozlanırlar).
⠀
Nə vaxt icra hakimiyyətlərinə müraciət edirsən, ağlayırlar ki pul yoxdur, vəsait ayrılmır.
⠀
❗️ Bakı şəhəri bu gün Azərbaycan iqtisadiyyatının əsas toplandığı yerdir, lokomotividir. Ən güclü insan resursları burada toplaşıb.
⠀
Nəticə isə nə? Burada yaşayan insanlar tıxaclarda “qocalır”, şəhərdə hərəkət etmək üçün normal alternativlər yoxdur.
⠀
🆘 Bakıya bu gün güclü investisiyalar və islahatlar lazımdır.
⠀
Bir izləyici vaxtilə zarafat olaraq belə şərh yazmışdır:
⠀
“Bakını qəsdən inkişaf etdirmirlər ki, camaatın Qarabağa köçməsini stimullaşdırsınlar…”
⠀
Bəlkə bu bir zarafat deyil və planlar həqiqətən elədir? Nə düşünürsünüz?
#analitika

⬆️ Bura Kövkəb Səfərəliyeva küçəsidir və hər gün burada 5 avtobus marşrutu tıxacda ilişib qalır.
⠀
🚍 Orta hesablamalara görə bu 40.000 insan edir (gün ərzində).
⠀
🔸 Bu küçədə mütləq avtobus zolağı olmalıdır. Baxmayaraq ki, küçədə cəmi 2 hərəkət zolağı var, Tbilisi və digər şəhərlərin təcrübəsi göstərdi ki, ictimai nəqliyyata hətta dar küçələrdə prioritet vermək lazımdır
⠀
🔹 Əks halda ictimai nəqliyyat gecikəcək, basabas olacaq və cəlbedici olmayacaq. İnsanlar yenə də özlərini şəxsi maşınlara və taksilərə üz tutacaqlar, tıxaclar daha da bərbad olacaq.
#ictimainəqliyyat

⭕️ Ziya Bünyadov prospektində sürət 70-ə salındı.
Bu qərar hələ mart ayında verilmişdir, icrası gecikdi.
🔸 Sürətin yol təhlükəsizliyinə təsiri haqqında isə buradan oxuya bilərsiniz.
#təhlükəsizlik

Urbanistik islahatlar şəhəri stresdən necə azad edir?
Şəhərdə düzgün urbanistik islahatlar aparanda, o nəyinki yol iştirakçılarına daha münasib olur, eyni zamanda insanlarda stresi azaldır. Çünki belə şəhərdə gəzmək daha təhlükəsizdir, velosiped sürmək daha rahat olur, ictimai nəqliyyat isə gecikmir.
⠀
🇭🇺 Macarıstanda yaşayan həmyerlimiz Tarıqulu Xasizadə ilə Budapeştin misalında bu nüanslar haqqında danışdıq.
⠀
➡️ https://youtu.be/NbRa2UwoJrY
🔹 Vloq üçün mövzunun seçilməsinə iştirak etmək, əsas videolara düşməyən hissələri izləmək üçün bizə dəstək olanların sıralarına qoşula bilərsiniz.
#vloq #Budapeşt

YouTube
Stresdən azad şəhər - Budapeştdə yaşayan Azərbaycanlı ilə gəzinti
Şəhərdə düzgün urbanistik islahatlar aparanda, o nəyinki yol iştirakçılarına daha münasib olur, eyni zamanda insanlarda stresi azaldır. Çünki belə şəhərdə gəzmək daha təhlükəsizdir, velosiped sürmək daha rahat olur, ictimai nəqliyyat isə gecikmir.
Yeni videoda…
Yeni videoda…
🇩🇪 Avtomobil həvəskarların "vətəni" Almaniyada sürücülərə "qarşı" çıxırlar.
⠀
Gələn aydan etibarən Frankfurt şəhərinin mərkəzində sürət həddini maksimum 20 km/s-a qədər endirməyi planlaşdırırlar.
⠀
Bu radikal addımın atılmasının ilkin səbəbi - həm təhlükəsizlik, həm də şəhər mərkəzinə daxil olanların avtomobillərin sayını azaltmaqdır. Eyni zamanda, burada pulsuz parkinq yerləri təmamilə ləğv olunur. Tədbir planının bir parçası olaraq, bu şəhərdə yeni velosiped zolaqlarının salınması da nəzərdə tutulub.
⠀
🔹 Xatırladım ki, gələn ildən Milan şəhərində sürət həddi endiriləcək, Brüsseldə isə artıq 3 ildir bütün şəhərdə maksimum sürət 30 km/s-dır.
#təhlükəsizlik #Frankfurt

🔸 “SMART” dayanacaqlar - Bakının eybəcər və lazımsız elementi.
💬 Polad İsmayılov yazır:
“Avtobusun gəlməsini bu "smart" dayanacaqdan görə bilmiriksə, bu bizə lazım idimi? Bunun qiyməti ictimaiyyətə niyə açıqlanmır?
Bu layihəni təqdim edən qurum və ya şəxsədir sualım: bu marketi soldan deyil, sağdan planlaşdırmaq olmazdımı? Əvəzində solda şəffaf şüşə olardı, insanlar da rahat şəkildə gələn avtobusu görərdilər.”
🔸 Düşünürəm ki, “SMART” dayanacaqlar Bakıda quraşdırılan ən lazımsız elementdir ictimai nəqliyyat cəhətindən.
Öz geridəqalmış dizaynı ilə eyni zamanda şəhəri də eybəcərləşdirir. Ümid edirəm, vaxt gələcək bu biabırçılıq dayanacaqlar söküləcək.
#dayanacaqlar