İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
780 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🏖 Dəniz qırağı tək "lejanka", "zontik" və restoran anlayışı ilə bitmir. Çimərlik şəhərin ən maraqlı ictimai məkanına çevrilə bilər.

Burada velosiped zolaqları, kinoteatr və hətta kitabxana (Beach Library) təşkil etmək olar. İcarədən qazanılan pullara isə həmin dəniz qırağına qulluq etmək olar, onu səliqəli saxlamaq olar.

🇮🇱 İsrail və 🇺🇸 ABŞ-dan maraqlı nümunələr.

#İsrail #ABŞ
🇦🇿 Füzuli şəhərində yeni salınan küçənin görünşü heç də ürəkaçan deyil.

Çox təəssüf ki, işğaldan azad olunan regionlarımızda hətta sıfırdan salınan şəhərlərdə yenə də küçə layihələndirmə məsələlərində müasir yanaşmanı tətbiq etmirlər.

Görünür ki, yenə də yeganə önəmli prinsip - "əsas geniş yol olsun". Bəli, fikir vermək olar ki, burada velosiped yolu və geniş səkilər nəzərdə tutulub, bu yaxşı haldır, lakin yolun bir tərəfinə digər tərəfinə keçmək çox təhlülkəli və narahat görünür.

Çünki:
🔹 Piyada keçidlərinin sayı kifayət qədər deyil, onlar hər yolayrıcında olmalıdır, burada isə bu uzunluqda cəmi 2 ədəd görünür;
🔹 4-zolaqlı yolların kəsişməsində mütləq svetoforlar qoyulmalıdır (ümid edirəm, qoyulacaq);
🔹 Piyada keçidləri əgər nizamlanan deyil, mütləq təhlükəsizlik adacıqları olmalıdır;
🔹 Görürük ki, parklanma yerləri sadəcə boya ilə işarələnib, onların səki çıxıntısı ilə olması ilə etməsi daha məsləhətdi, Ağ Şəhərdəki kimi, onsuzda sıfırdan edirsiniz;
🔹 Velosiped yolları səkilərdə var, amma velosiped yolunun keçidləri yoxdur nə yolayrıcıda nə də piyada keçidlərinin yanında.

🇸🇪 Müqayisə üçün İsveçin paytaxtından bir küçənin fotosunu əlavə edirəm. Fərq göz qabağındadır.

Bunların hamısını danışanda, söhbət gözəllikdən getmir, bu daha vacib olan təhlükəsizlik məsələsidir. Bu gün İsveçin əhalisi Azərbaycan ilə demək olar ki eyni olsa da, onlarda qəzalarda qat-qat bizdən az insan ölür. Çünki İsveçdə infrastruktur özü təhlükəsizdir.

❗️ Ümid edirəm, nə qədər ki gec deyil, yenidən salınan bütün şəhərlərdə yanaşma dəyişəcək.

#Qarabağ
Fəvvarələr meydanının başına yenə oyun açırlar 🤦‍♂️

Buna icazə verən, bunu tikənlər üçün ümumiyyətlə heç bir dəyər qalmayıb?
🌳 Yaşıl həyətlər hər cəhətdən yaxşıdır. Onlar daha sakit, daha təmiz və insanların sosiallaşması daha uyğun ictimai məkanlardır.

📍 Memar Dilqəm İsmayılov ilə 8-ci mikrorayonunda çəkilən vloqdan bir parça:

https://youtu.be/HPcxVeC7uUw

Vloq qısamüddətli məzuniyyətdədir, yeni mövsümdə daha da maraqlı məkanlardan reportajlar davam edəcək. 💚

#vloq
❗️🅿️ Ödənişli parklanmanın ilk müsbət effekti hiss olunur.

💬 İslamov Fərid yazır:
"Əvvəllər Caspian ətrafında bir dənə parkinq yeri tapmaq üçün gələnə yaxın 3-4 dua oxumalı olurdun ki, yer tapasan. Çox vaxt duaların da xeyri olmurdu. Maşını olan, amma pulu olmayan hamı saxlayırdı. İndi isə gözəllikdir. 50faizə yaxın yerlər boşdur."

🔹 Bu mexanizm hər yerdə normal işləsə, şəhərin yükü xeyli azalar. Təbii ki, bütün digər islahatlar (alternativ mobillik üsulların inkişafı) da parallel olaraq aparılmalıdır.

#parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu meydanın transformasiyasına çoxdan ehtiyac yaranıb.

Bu gün Dəmiryolu vağzalının önünü maşınlar üçün bağlayıb, yalnız piyada və ictimai nəqliyyat üçün açıq saxlayıblar.

🔹 Dərhal çox sakit və nisbətən təhlükəsiz bir məkana çevrilib bura. Təsəvvür edin, indi burada asfaltın əvəzinə müasir park və ictimai nəqliyyat üçün qovşağ yaradılır (İstanbulun misalı).

Belə bir təkliflər vaxtilə BNAADY tərəfindən verilsə də, təəssüf ki, icra mərhələsinə onlar çatmayıb.

#vağzalmeydanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇦 Kanadanın Toronto şəhərində yaxın zamanda ilk "Niderland-tipli" yolayrıcısı təşkil ediləcək.

Yeni urbanistik yanaşması ilə təşkil olunmuş bu yolayrıcısında avtomobil, velosiped və piyadalar arasında konflikt nöqtələri minimuma endiriləcək.

Yolayrıcısına birləşən küçələrdə həmçinin əlavə velosiped zolaqları salınacaq, ağaclar əkiləcək.

🔹 Kanada və ABŞ son illər küçələrini daha təhlükəsiz etmək üçün Avropa ölkələrinin təcrübəsini tətbiq etməyə davam edirlər. Əsas məqsəd - yolları daha təhlükəsiz etməkdir.

#təhlükəsizlik #visionzero
🛴🇫🇷 Sentyabrın 1-dən Parisdə elektroskuterlər qadağan olunur.

Bu xəbəri indi hamı tirajlayır. Çoxu şərh edir ki, bəs "Bizdə də mütləq olsun, skuterlər bezdirdilər. Paris edibsə, bizdə etməliyik!".

Əslində burada bir neçə vacib nüans var ki, onları kontekstdən çıxarmaq olmaz.
🔹 Parisdə yalnız İCARƏ skuterləri qadağan olunub. Şəxsi skuterlərdən sərbəst istifadə edə bilərsiniz.
🔹 Parisdə əsas qadağa skuterlərin düzgün park edilməməsi görə idi, kim harada gəldi atıb gedirdi onları.
🔹 Paris bunları qadağan etməklə, yenə də ikitəkərli mobillik üzərində işləməyə davam edir. Daha çox elektrik velosiped icarəsinə üstünlük veriləcək, daha çox velosiped zolaqları salınacaq.

Yəni, siz "Bizdə də Parisdəki kimi olsun" çağırışları edirsinizsə, ilk növbətə Parisdəki kimi velosiped yollarının uzunluğunu tələb edin. Bu gün Parisdə 700 km velosiped zolağı varsa, Bakıda bu heç 5 km təşkil etmir.

#skuterlər #Paris
🇦🇿 Qubadan bizə yazırlar:

"Çox sağolsunlar heç olmasa bəzi yolları düzətdiblər, ancaq səkiləri unudublar deyəsən. Səkidən piyada keçidinə keçmək üçün gərək dağ aşasan".

Bu ilin aprel ayında Qubadan vloq çəkib, bu şəhərin nə dərəcədə piyadalar üçün əlverişsiz olmasını göstərmişdim. Bəzi yerlərdə ümumiyyətlə piyada hərəkət etmək üçün heç bir mühit yoxdur.

#Quba #regionlar #səkilər
İnklüziv şəhərin nümunəsi.

👩‍🦼 Əlil arabasında bir vətəndaş nəyinki özü sərbəst hərəkət edir, həmçinin küçədə iti gəzdirmək imkanı var.

Foto: Twitter / parrrrda.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dünya inkişaf edir və urbanistik trendlərə üstünlük verilir.

🇺🇸 ABŞ-dan daha bir nümunəni göstərmək istəyirəm. Dünyanın ən avtomobilləşmiş ölkəsində bu gün yolları bu cür avtomobillərdən alıb bordürlə qorunan velosiped yollarına verirlər.

📍 Denver şəhəri, Kolorado.

#ABŞ #velosipedzolaqları
Əvvəllər Nizami küçəsinin bu hissəsində maşın saxlamaq üçün yer yox idi.

Ödənişli parklanma bura da gəlib çıxıb və boş yerlər tapmaq olur.

Məzuniyyətlər mövsümü bitəndən sonra yaranan vəziyyət maraqlıdır.

#parklanma
🔄 Ukrayna dairəsi belə ola bilərdi, amma olmadı.

2021-ci ildə Bakı Nəqliyyat Agentliyi yaxşı bir təklif irəli sürmüşdü. Lazımsız dərəcədə geniş və konflikt nöqtələrlə dolu Ukrayna dairəsini turbo-dairəyə transformasiya etmək istəyirdi. Bu cür turbo-dairələrdə hərəkət zolaqları arasında münaqişələr minimuma endirilir, nəticədə ümumi axının sürəti artırılır.

Üzərindən iki il keçsə də, bu layihə reallaşmadı, güman ki ona görə ki digər aidiyyatı qurumlar buna razlıq vermədi. Artıq yol hərəkətinin təşkili səlahiyyəti AYNA-ya verilib, ümid edirəm, yeni qurum bu təşəbbüsü yenidən irəli sürər.

#AYNA
Yaxşı mühitdən danışarkən biz bu prinsipi məkanlara da tətbiq edə bilərik. Lənkəranda olarkən "Tor" kofeşopa baş çəkdik. Regionlar üçün çox fərqli və unikal bir üslubda yaradılan "TOR" kofeşop öz birbaşa funksiyasından əlavə həmçinin gənclərin sosiallaşa biləcək bir məkana çeviriblər.

https://youtu.be/Wnx_mu-izZM?si=QkwMWIVlcabmawbj

🔹 P.S. Video reklam xarakterini daşımır, həqiqətən yaxşı bir sosial məkanın nümunəsidir.

#vloq #regionlar #Lənkəran