İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🛴🇫🇷 Sentyabrın 1-dən Parisdə elektroskuterlər qadağan olunur.

Bu xəbəri indi hamı tirajlayır. Çoxu şərh edir ki, bəs "Bizdə də mütləq olsun, skuterlər bezdirdilər. Paris edibsə, bizdə etməliyik!".

Əslində burada bir neçə vacib nüans var ki, onları kontekstdən çıxarmaq olmaz.
🔹 Parisdə yalnız İCARƏ skuterləri qadağan olunub. Şəxsi skuterlərdən sərbəst istifadə edə bilərsiniz.
🔹 Parisdə əsas qadağa skuterlərin düzgün park edilməməsi görə idi, kim harada gəldi atıb gedirdi onları.
🔹 Paris bunları qadağan etməklə, yenə də ikitəkərli mobillik üzərində işləməyə davam edir. Daha çox elektrik velosiped icarəsinə üstünlük veriləcək, daha çox velosiped zolaqları salınacaq.

Yəni, siz "Bizdə də Parisdəki kimi olsun" çağırışları edirsinizsə, ilk növbətə Parisdəki kimi velosiped yollarının uzunluğunu tələb edin. Bu gün Parisdə 700 km velosiped zolağı varsa, Bakıda bu heç 5 km təşkil etmir.

#skuterlər #Paris
Media is too big
VIEW IN TELEGRAM
🇫🇷 Paris küçələrində tramvay.

Bu gözəllikdən Bakıda niyə olmasın?

🚊 Ən azı 3 avtobusu əvəz edir tutumuna görə.

#tramvay #paris
🇫🇷 Paris - əvvəl və sonra.

Bu gün Parisdə Yay Olimpiya Oyunlarına start verilir.

❗️ Unutmayaq ki, bu şəhər heç də indi gördüyümüz kimi olmayıb. Son illər ərzində burada:

🚲 800 km yeni velozolaq təşkil olunub
🌳 170,000 ağac əkilib
🚗 Tıxaclar 40% azalıb
✔️ 200+ küçə avtomobillərdən azad edilib
🏊‍♂️ Sena çayı çimmək üçün yararlı olub

📸 Urban Cycling Institute.

#əvvəlsonra #paris
🇫🇷 Parisdə 17 il ərzində hava keyfiyyəti radikal şəkildə yaxşılaşıb.

☁️ Havada olan toz və digər ziyanlı mikromaddələrin səviyyəsi 55% azalıb, hava çirkliliyindən ölüm halları isə 30% azalıb.

Bu nəyin nəticəsidir?
✖️ 500 küçədə avtomobillər qadağan edilib
✖️ 50.000 parkinq yeri ləğv edilib
🌳 Piyada və yaşıllıq zonaları, velosiped yolları yaradılıb.

🇦🇿 Bakıda havanın nə dərəcədə çirkli olmasının hər kəsə məlum olsa da, belə addımlar təklif etsən, sənə dəli kimi baxacaqlar.

#Paris