İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
❗️ Bugünki mövzu çoxlu suallar və mübahisələr yaratdı. Gəlin, bunu canlı yayımda müzakirə edək.

🔹 Birdən birə 14 yerdə niyə sürət azaldılır?
🔹 İndi bu yaxşı addımdır ya pis? Tıxac olacaq?
🔹 Sürücülərin reaksiyası niyə belə sərtdir?
🔹 Bunu daha yaxşı təqdim etmək olardımı?

Bu gün saat 22:00-da "Transport for Baku" ilə canlı müzakirə aparacağıq.

Siz də qoşulub suallarınızı verə biləcəksiniz. Hər bir fikri dinləməyə hazırıq. Bircə söyüş söyməyin 😁
Live stream scheduled for
Live stream finished (1 hour)
🛣 Maksimum icazə verilən sürətə gəlincə. Digər ölkələrdə vəziyyət necədir?

🔹 Maraqlıdır ki, əksər Avropa ölkələrində, o cümlədən bizə hər tərəfdən bizə ən yaxın Türkiyədə siz şəhər daxilində 50 km/s-dan çox maşın sürə bilmərsiniz? Bəli, kimsə deyə bilər ki, Almaniyada maqistrallarda sürət limiti ümumiyyətlə yoxdur. Amma maqistral yolları və şəhər küçələri səhv salmaq olmaz. Bu iki tam ayrı-ayrı bir məkanlardır, onların funksiyası başqdır.

🔹Keçmiş post-sovet ölkələrindən Ukrayna və Moldova artıq sürəti aşağı salıb. Güman ki, Gürcüstan da bu addımı yaxın illərdə atacaq. Yüksək sürət ağır qəzaların əsas səbəblərindən biri olaraq qalmasını nəzərə alaraq, Azərbaycanda şəhər daxilində sürəti 50 km/s-a endirilməlidir.

#təhlükəsizlik #infoqrafika
‼️ Düz yolayrıcının ortasında, iki piyada keçidini kəsməklə, pandusun qabağını kəsməklə belə maşın saxlamağın nə əsaslandırması olmalıdır?

Belə hörmətsizlik olar?

Foto Hökümət Evinin yaxınlığında çəkilib, burada 2-mərtəbəlik yeraltı qaraj var.
🇭🇺 Gözəl Budapeştdən növbəti vloq!

Bu yaxınlarda yenə bu insan yönümlü şəhərə səfər etdim, buranın urbanistik həlləri ilə tanış oldum. Yeni videoda bu gəzintiyə qoşulmağa sizə də dəvət edirəm:

https://youtu.be/NEorHE_0DV8

🔗 Hazırladığım videobloqlara və İnsan yönümlü şəhərlər layihəsinə maddi dəstək buradan göstərə bilərsiniz. Dəstəyiniz sayəsində, yeni və maraqlı kontent davamlı olacaq.

#vloq #Budapeşt
Bir çoxlarınız bayram günlərində uzaq yola çıxacaqsınız. 🚗

Sükan arxasında ehtiyatlı olun, şəhər tıxacından çıxan kimi "qaza basıb" 130-140 sürətlə "radarsız" yollarda sürməyin heç bir mənası yoxdur. Uzağı yarım saat vaxt udacaqsınız.

Sərnişin kimi səyahət edirsinizsə, bunu sürücüyü də başa salın. Maşında əyləşən hər kəsdən kəməri taxmağı tələb edin.

Öz adımdan bu səhifəni daimi izləyən və dəstək göstərən hər kəsə təşəkkür etmək istəyirəm, sizə və yaxınlarınıza insan yönümlü bir şəhərdə yaşamağı arzu edirəm.

Bayramınız mübarək! 🎉
İnsan yönümlü şəhərlər ️
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var. ⠀ Kim bilir, buna nə deyilir? 🙂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
O gün soruşmuşdum, "Kim bilir, bu nədir?"

Ətraflı izahı videoda. Düşünürəm ki, Bakıda bir çox parkinq üçün zəbt olunan səkiləri bir gün belə parkletlərə çevirməklə insanlara qaytarmaq olar.

Tam videoya burada.

#parklet
🇵🇱 Varşavada küçə - əvvəl və sonra.

Bu yaxınlarda daha bir küçədə təmir işləri apardılar. Səkiləri genişləndirdilər, yeni ağaclar əkdilər, ayrılmış velosiped zolaqlarını təşkil etdilər.

Xatırladım ki, bu yaxınlarda bizim qurumlar Polşa və Litvanın təcrübəsini tətbiq etməyə qərara gəldilər. Düşünürəm ki, elə bu yanaşmadan başlamaq olar.

#Varşava
🇭🇺 Budapeştin ictimai nəqliyyatının ətraflı icmalı.

Budapeştdə bir neçə ictimai nəqliyyat növü var, hamısı da saat kimi çalışır. Məhs bunun sayəsində insanlar daha az avtomobildən istifadə edir və tıxaclar Bakıdakı kimi dəhşət dərəcədə deyil.

🔹 Yeni videoda Budapeştin əsas ictimai nəqliyyatında - metro və tramvayda gəzişdim, onları ətraflı göstərdim. Həmçinin yaxşı ictimai nəqliyyatın 5 vacib amillərdən danışdım.

https://youtu.be/mbGnNeOcys8

Videoların davamlı olmasına ən yaxşı dəstək isə Patreon-da abunə olmaqdır. 💚

#ictimainəqliyyat #Budapeşt #vloq
❗️ Bu gündən etibarən Aeroport yolunda maksimal sürət həddi saatda 90 km/s olacaq.

Yeni nişanlar artıq quraşdırılıb. Elektron tablolarda zolaqlar üzrə sürət 90/90/90/70 müəyyən edilib (əvvəl 110/110/90/70).

🔹 Eyni zamanda, Heydər Əliyev prospektində (Mərkəz-Koroğlu olan hissədə) sürət bütün zolaqlar üzrə 70 km/s olacaq.

#təhlükəsizlik
❗️ Şad xəbər var. Lazımsız və qanunsuz piyada keçidi, görünür ki, sökülür.

Koroğlu Rəhimov küçəsində son vaxtlar gündəmə gətirdiyimiz məsələ öz həlli tapmaq üzrədir.

Xatırladım ki, burada normal eynisəviyyəli nizamlanan keçid ola-ola əlçatan olmayan və müasir şəhərsalmaya zid olan yerüstü keçid tikirdilər.

Bu haqda çəkdiyim videoya 7 mindəm çox baxış gəlib. Məsələni işıqlandıran İTV və digər media resurslar da sağ olsun.

🔹 Müvafiq dövlət qurumlarına da düzgün qərara görə təşəkkürlər. Növbəti addım - digər mövcud küçədənkənar keçidləri eynisəviyyəli keçidlərlə əvəz edilməsidir.

#piyadakeçidi
❗️ Dostlar, İnsan yönümlü şəhərlər layihəsinə, görülən işlərimizə və hazırlanan videolara dəstəyiniz önəmlidir.

Bizim Patreon-hesabımıza abunə olun, hətta hər ay ayırdığınız simvolik məbləğ gördüyümüz işə dəstək olacaq.

Patreon-lara qoşulan izləyicimiz həmçinin videoları daha tez izləyə biləcək, urbanistika haqqında kitablar hədiyyə alacaq.

💳 Kart-2-kart:
🔹 Bank Respublika: 4244-4873-5828-7859
🔹 Leobank: 4098-5844-6806-8406
🔹 Kapital Bank: 4169-7385-1582-2504

Dəstəkçilərimiz sırasına qoşulanlara isə bir daha təşəkkür! 🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👆 Yaxşı infoqrafikadır.

Həm də, sürücülərin nəzərinə çatdırım ki, 90 sürətlə gedəndə ortastatistik avtomobildə təxmini 20-30% yanacaq sərfiyyatı da azalır. Yəni, büdcəyə də qənaətdir.

#təhlükəsizlik #infoqrafika