❗️ Şad xəbər var. Lazımsız və qanunsuz piyada keçidi, görünür ki, sökülür.
⠀
Koroğlu Rəhimov küçəsində son vaxtlar gündəmə gətirdiyimiz məsələ öz həlli tapmaq üzrədir.
⠀
Xatırladım ki, burada normal eynisəviyyəli nizamlanan keçid ola-ola əlçatan olmayan və müasir şəhərsalmaya zid olan yerüstü keçid tikirdilər.
⠀
Bu haqda çəkdiyim videoya 7 mindəm çox baxış gəlib. Məsələni işıqlandıran İTV və digər media resurslar da sağ olsun.
⠀
🔹 Müvafiq dövlət qurumlarına da düzgün qərara görə təşəkkürlər. Növbəti addım - digər mövcud küçədənkənar keçidləri eynisəviyyəli keçidlərlə əvəz edilməsidir.
#piyadakeçidi

👏35❤8👍4
🚷 Müasir velosiped keçidi var, amma bu səfər piyada zolağı unuduldu.
⠀
❌ Neftçilər və Bülbül prospektlərinin kəsişməsində ilin əvvəlində velosiped zolağı və müvafiq velosiped keçidi təşkil olunsa da, həmin yerdə əlavə piyada zolağı ("zebra") çəkilmir.
⠀
🔸 Məntiq təxmini belədir: "Burada yeraltı keçid var da, piyadaların canı çıxsın düşsün yerin altına". Lakin reallıq bir qədər fərqlidir. İnsanlar elə həmin velo-keçiddən piyada zolağı kimi istifadə edir, çünki bu daha rahat və əlçatan variantdır. Üstəgəl azmobilli insanlar üçün də bu cür keçid daha əlverişlidir. Svetoforla nizamlanan kəsişmə üçün bunu etməmək ümumiyyətlə heç bir məntiqə sığmır.
⠀
🔸 Burada piyada zolağı təşkil etmək təxmini 1 saat vaxt lazımdır, lakin 6 aydır vəziyyət dəyişməz olaraq qalır.

💯29👍9
❓Rahat və insan yönümlü şəhər istəyirdiniz? ❌ Bu səfər yenə alınmadı.
⠀
🔸 Zığ tərəfdə yaşayanlar üçün pis xəbər var. Burada bir yaxşıllıq etmək istəyirdirlər — insanlar üçün yolu daha rahat keçmək üçün eynisəviyyəli və əlçatan piyada keçidi. Hətta bu yaxnlarda video çəkib paylaşdım ki, halal olsun, nəhayət bunu etdilər.
⠀
🚷 Amma görünür ki, şəhər sakinlərinin rahatlığı dövlət qurumlarının prioritetində deyil.
Uşaq arabası ilə hərəkət etməyiniz, Qarabağ müharibəsindən sonra əlil qalmağınız, yaşlı və azmobilli — bu yalnız öz probleminizdir.
❗️ Mən dəqiq bilirəm ki, AYNA-da yaxşı və müasir düşüncəli mütəxəssislər var ki, özləri oturub bu vəziyyəti qınayırlar. Lakin təəssüflər olsun ki, onlar qərarverən şəxslərin siyahısında deyil.
⠀
#çurbanplanning #piyadakeçidi #8noyabrprospekti

Yerüstü piyada keçidi var da, nə olsun ki lift quraşdırılandan bəri işləmir.

🤮42😢10👍5❤2😱2