İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü şəhərlər ️
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var. ⠀ Kim bilir, buna nə deyilir? 🙂
Dostlar, buna parklet deyilir.

Keçmiş küçə parkinqi təşkil edilmiş yerləri kiçik ictimai məkanlara çevirirlər. Beləliklə, şəhəri maşınların əlindən alıb insanlara qaytarırlar.

#küçəmebeli #parklet
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 Öz vətəndaşlarına hörmət edən şəhər insanlara əziyyət vermir. Piyadaları təhqir etmir və onları yerin altına qovmur.

🇭🇺 Budapeştdə bütün yeraltı keçidlərin üzərində əlavə eynisəviyyəli "zebra"lara rast gələcəksiniz.

Rahat və insan yönümlü şəhər belə olmalıdır 💚

#piyadakeçidləri #Budapeşt
💝 Qadınlar böyük gücdür!

Dünyada ictimai nəqliyyat sahəsində qadın sürücülər və maşinistlərin sayı az deyil.

Bu tramvay idarə edən xanımın simasında bütün xanım izləyiciləri Qadınlar günü münasibəti ilə təbrik edirəm! 💐

Siz şəhərlərə xüsusi gözəllik qatırsınız 💚
🆘 Bayıl sakinləri şikayət edir ki, hər gün AzNeft dairəsini bağlayıb, M. Üseynov küçəsini saatlarla tıxaca qoyurlar.

Bir küçəni bağlayıb digərinə üstünlük vermək çıxış yolu deyil.

Ən acınacaqlı isə odur ki, heç avtobusları da buraxmırlar bu yoldan keçsinlər. İnsanlarda ictimai nəqliyyat kimi alternativi də yoxdur.

🔸 Tıxaclara qalib gəlmək üçün ilk növbədə şəhərdə düzgün prioritetlər qurmaq lazımdır.

#tıxaclar
❗️ Nizami adına Ədəbiyyat muzeyinin yanında olan meydanı yenidən parklanma üçün açıblar.
Bir neçə ay əvvəl isə buranı avtomobillərdən azad etmişdilər.

Müqaisəsi üçün ərazinin əvvəlki fotosunu əlavə edirəm.

Qeyri-rəsmi parklanma pulların yığılması görünür kiməsə sərf edir.

©️ Transport for Baku.

#parklanma
Eybəcər və lazımsız keçid səkini də pis günə qoydu. 👎

Koroğlu Rəhimov küçəsində tikilən (hazırda dayandırılıb) yerüstü keçid həmçinin buradakı mövcud səkisini görün nə günə qoyub. 🤦‍♂️

Onsuzda park edilmiş maşınlar burada səkinin bir hissəsini alıblar, indi isə görünür bu keçidin "eşşək boyda" pilləkəni səkinin 80%-ni zəbt edib.

❗️ Xatırladım ki, keçid qanunsuz tikilir, Arxitektura Komitəsi bu keçidin tikintisinə razılıq verməyib.

#piyadakeçidləri
💬 İzləyici yazır ki, "Xətai park" yaşayış kompleksində sürücülər həyətdə bu cür səkiləri zəbt edib park edir.

Yeraltı parkinqin ödənişli olması bu cür davranışa bəraət qazandıra bilməz. Hər kəs avtomobil alanda onu harada saxladığını düşünməlidir.

Ümumiyyətlə danışsaq isə, yaxşı yaşayış kompleksin həyətində maşınların girişi tam qadağan olmalıdır. Həyət sakinlərin və onların uşaqların ixtiyarına verilməlidir.

P.S. Nömrələri özüm gizlətmişəm, çünki sözügedən məsələdə maşının konkret kimə məxsus olduğu heç bir əhəmiyyət kəsb etmir.

#parklanma #həyətlər
Bu absurd yerüstü konstruksiya birmənalı olaraq sökülməlidir.

Koroğlu Rəhimov küçəsindəki lazımsız piyada keçidinin yanına getdim və onun şəhər mühitinə nə dərəcədə ziyan dəyməsindən video hazırladım.

"Bu keçidin nəyi pisdir ki" deyən dostlarınız qalıbsa, onlara da mütləq göstərin.

https://youtu.be/2-bhC6xVYIo

#vloq #piyadakeçidləri
🆘 Səki özbaşınalığı davam edir.

Daha bir səkinin hesabına parkinq yaradıldığı bildirilir. Parkinq yeni tikilən 9 mərtəbəli yaşayış binasının qarşısında yaradılıb.

İzləyicinin göndərdiyi fotolar Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında çəkilib. Yolda qalan ağaclar səkinin əvvəl nə qədər geniş olduğunu göstərir.

Paylaşdı: Bakı Gündəliyi

#səkilər
❗️ Nəhayət ki, Bakı küçələrində sürət azaldılır.

Paytaxtın bir sıra küçə və prospektlərində maksimal sürət həddi azaldılacaq.

Təbii ki, buna narazı olan sürücülər çox olacaq, amma unutmayaq ki, bu siyahıda olan küçələr ən çox qəza olan məkanlardır, ən çox həyat aparan küçələrdir. Əsas səbəb isə çox vaxt yüksək sürətdir.

Qeyd edim ki, inkişaf etmiş ölkələrin şəhərlərində maksimal sürət adətən 50 km/s olur. Belçikanın paytaxtı Brüssel isə ümumiyyətlə 30 km/s-a endirib, bu təhlükəsizliyi xeyli artırıb. Gələn ildən Milan da belə addım atacaq.

Paylaşdı: BNA / Vüsal Kərimli

#təhlükəsizlik
💡 Deyirlər ki, yolda sürət həddi aşağı salınsa yolun buraxma qabiliyyəti düşür və nəticədə tıxac yaranır.

Lakin elə şeyləri iddia edənlər səbəb və nəticəni çaşdırır.

Bəli, axın sıx olanda yola daxil olan hər bir əlavə nəqliyyat vasitəsi axının sürətini da da azaldır.

Amma yolun maksimal buraxma qabiliyyəti axının müəyyən sürətində nail olunur.
30-40 km/s arasında yolun maksimal buraxma qabiliyyəti əldə olunur.

Daha yüksək sürətlə hərəkət edən axının sıxlığı daha aşağı olur, çünki istər-istəməz avtomobillər arasında daha uzun ara məsafəsi tələb olunur.

(c) Transport for Baku.