İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚦 Ağ Şəhərdə ilk nizamlanan piyada keçidi.

🔹 Xaqani Rüstəmovda daha bir piyada keçidi təhlükəsiz oldu. Ümumiyyətlə, Ağ Şəhərdə giriş-çıxışları çıxmaq şərtilə işıqforla nizamlanan kəsişmələr demək olar ki yoxdur. Artan axını və yaşayışı nəzərə alaraq, artıq bütün böyük yolayrıcıların hamısını nizamlanan etməyin vaxtıdır.

⭕️ Fotonu göndərən izləyici həmçinin qeyd edir ki, müvafiq nişan düz işıqforun qarşısında quraşdırılıb və görüntünü məhdudlaşdırılır.

#AğŞəhər #piyadakeçidləri
👍272🤣1
Forwarded from Papirus
⚡️Bu yay bəlkə də Bayırşəhərin sonuncu yayıdır...

Baxın bu sənədli filmə, ürək ağrısı ilə, ola bilsin kimlərsə hətta ağlaya-ağlaya baxacaq. Qoy ürəyiniz şəhəriniz üçün ağrısın, gözləriniz dolsun, çünki sabah bu abidələr olmasa bir Bakılının da tarixi, xatirəsi olmayacaq.

Ən azı bunların qorunub saxlanması üçün kiçik də olsa bir imzanız, rolunuzun olmasını istəyirsinizsə, petisiyanı imzalayın ⬇️

https://chng.it/C5qLQhNnSt

Bakıya NİFRƏT ETMƏ
Bakını SEV
Bakını QORU

#BakıDanışır

https://youtu.be/kArVbLFxa6o?si=EaaY6mFMkDBp2z4V
😢253👍3
Ödəniş üsulunun adı da BakıKart olacaq? 😃
🤣64👍5😁5
Sumqayıtda növbəti absurd.

Küçənin əsas prospektində, Sülh küçəsində piyadalar üçün şərait yaratmaq əvəzinə məhəccərlər quraşdırılır.

🔹 Reportajda bunu “piyada təhlükəsizliyi” kimi təqdim edirlər, amma bizim kanalı izləyən və urbanistika prinsipləri ilə az-çox tanış olanlar gözəl bilir ki bu tədbrilərin təhlükəsizliklə heç bir əlaqəsi yoxdur.

❗️ Əgər piyadalar qaydaları kütləvi şəkildə hər hansı yerdə qayda pozurlarsa, deməli bunun bir səbəbi var — lazımi yerdə piyada keçidi yoxdur.

💸 Bu məhəccərlərə indi kifayət qədər böyük pul xərclənəcək, amma bir müddət sonra məhəccərlər bəzi yerlərdə söküləcək və piyadalar yenə qaydanı pozmağa davam edəcək.

🔹 Halbuki, bu vəsaitə şəhərdə təhlükəsizlik adacıqları quraşdırmaq olardı, misal üçün.

#Sumqayıt
🤮52💩169😁4👍2
⭕️ Bu arada, Sumqayıtda skuterlər də keçən ildən qadağan olunub.

🔸 Bu xəbəri Sumqayıtda yaşayan izləyici göndərib. Vaxtilə Bolt və JET şirkətləri burada skuter icarə xidmətləri var idi.

Amma Sumqayıtda velosiped zolaqları salmaq əvəzinə, velosiped və skuterlər üçün təhlükəsiz şərait yaratmaq əvəzinə qadağan etmək qərarına gəliblər.

Kimsə başa sala bilər, bu şəhərdə niyə hər şey "baş-ayaqdır"?

#Sumqayıt
💩78😁6👍1😢1
❗️ Şəhərin ən yaxşı yenidənqurma misalların biri olan Vağzal Meydanında artıq köşk peyda olundu.

Niyə şəhəri bu qədər sevmirik? Niyə estetika və şəhərin gözəlliyi heç bir halda kriteriya deyil?

#VağzalMeydanı
🤮100😢32
🇦🇿 Regionlardan yaxşı xəbərlər.

🚲 Xaçmaz rayonun Xudat şəhərində velosiped zolaqları salınır. İlk dəfədir ki, Bakıdan kənar bir şəhərdə velozolaqlar "necə gəldi" deyil, müasir standartlara uyğun təşkil edilir — səkini kəsmədən, bufer zonaları və kəsişmələrdə yaşıl rəngli boyanı tətbiq etməklə.

📸 Foto: Shimal.News.
78👏17👍6
İnsan yönümlü şəhərlər ️
❗️ Şəhərin ən yaxşı yenidənqurma misalların biri olan Vağzal Meydanında artıq köşk peyda olundu. Niyə şəhəri bu qədər sevmirik? Niyə estetika və şəhərin gözəlliyi heç bir halda kriteriya deyil? #VağzalMeydanı
⬆️ Köşkü meydandan yığışdırdılar.

Ümumi olaraq isə Bakı üçün bu problem aktual olaraq qalır. Eybəcər köşklər, səkini zəbt edən soyuducular şəhəri bürüyüb. Bu məsələyə yenidən baxmaq lazımdır.

Köşklər daha balaca, səkini zəbt etmədən, və daha estetik formada təşkil olunmalıdr.
99👍19😁3💯2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 APAR-ın yeni elektrik velosipedləri artıq Bakıdadır.

🔸 İcmalı paylaşanda soruşmuşdular ki, bəs telefonu necə bərkitmək olar? Cavabı bu videoda.
26👍9👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Tiflis şəhəri 30 il fərqlə.

🔄 Şəhər həqiqətən daha səliqəli olub, daha da avropalaşıb. Tiflisdə son 5 il ərzində böyük avtobus və velosiped zolaqları şəbəkəsi salınıb. Küçələr təmir olunarkən səkilər, kommunikasiyalar — hər məqamı yenidən baxılır.

🔹 Bu arada, videoda göstərilən bir çox küçələri 2023-cü ildə vloqda hazırladığımı vloqda göstərmişdim.

#Tbilisi
26👏10
🔄 Bu isə Gəncədən əvvəl-sonra.

Şəhərlər kütləvi şəkildə parkinqə çevrilir.

#Gəncə #əvvəlsonra
😢39💩6😱41
⭕️ Piyada təhlükəsizliyini artıran ən yaxşı infrastruktur — təhülkəsizlik adacıqlarıdır.

📍 Bura Ağa Neymatulla küçəsidir, yəni artıq Bakıdan belə misallar gətirmək olar. Bizim şəhərdə belə misallar tək-tük olsa da var. Əminəm ki, burada adacıq təşkil olunandan sonra qəzalar olmayıb. Sürücülərin 90%-i burada sürəti azaldır və piyadalara yol verir.

💬 Bəzən müxtəlif təkliflər səslənir ki, nişanlar daha çox olmalıdır, daha parlaq boya lazımdır və s.

🔹 Dostlar, təhlükəsiz piyada keçidlərin sadə formulu var:

İki zolaqdan artıq küçədə keçidlər ya svetoforla nizamlamalıdır, və yaxud adacıqlar təşkil edilməlidir.

Gecə vaxtı yaxşı işiqlandırma nəzərə olunmalıdır.

#piyadakeçidləri #təhlükəsizlik
25💯5👍2
Sizcə bura hansı şəhərdir?

🔘 Google-da axtarış versəniz təəccüblənərsiniz.

#tarixifoto
😱12👍1
İnsan yönümlü şəhərlər ️
Sizcə bura hansı şəhərdir? 🔘 Google-da axtarış versəniz təəccüblənərsiniz. #tarixifoto
🚋 Bakıdan fərqli olaraq, Tiflisdə üç seksiyalı tramvaylar hərəkət edirdi.

Maraqlıdır ki, orta seksiyanın təkər cütü nəzərdə tutulmamışdır.

Fotolarda hətta tramvay platformaları görünür (1960-cı illərdir). Adətən sərnişinlər birbaşa yola düşürdü.

Bakının səhvini təkrarlayaraq Tiflis tramvayı 2006-cı ildə “uğurla” şəhərdən rədd edildi.

#tramvay
😢152👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇴 Oslo şəhərinin velosipedləşməsi.

🚲 Velosiped zolaqlarını çəkərkən dövlət qurumların ən böyük rastlaşdığı problem parkinq yerləri olur. Bakıda çalışırlar sürücülərin "xətrinə dəyməmək" və mümkün olan yerlərdə parkinq yerlərini saxlayırlar.

🔹 Amma misal üçün Oslo şəhərində son 10 il ərzində velosiped zolaqları küçənin hər iki tərəfində salınır, bir çox hallarda bu parkinq yerlərin tamamilə ləğvi ilə müşayiət olunur. Şəhərin mərkəzində 760 parkinq yeri ləğv olundu. Sakinlər və sahibkarlar buna etiraz etsə də, sonradan bu müsbət effekt verib — piyada axını artıb, mənzillərin qiyməti qalxıb, biznes isə daha çox qazanmağa başlayıb.

🔹 Hazırda Oslo şəhərində 290 km velosiped zolaqları mövcuddur, hədəf isə 510 km-dir. Bu hədəfə çatmaq üçün artıq dövlət proqramı qəbul olunub.

#velosipedzolaqları
25👍4
❗️ Bakıda 6 zolaqlıq yolun üzərindən nizamlanmayan piyada keçidi var.

⭕️ Zolaqların maqistral standartına uyğun salınmasını nəzərə alaraq, 8-9 hərəkət zolağı var burada. Bu cür geniş dairələr tipik soveti şəhərsalmanın mirasıdır, bundan qurtulmaq lazımdır.

📍 Hüseyn Cavid parkın ətrafıdır bura. Dairənin ətrafında zolaqlar daraldılmalıdır və təhlükəsizlik adacıqları salınmalıdır.
💯38🤮10👍2😱2