İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔄 ƏVVƏL - SONRA - TƏKLİF

🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman lüteran kilsəsidir. Vloqda qeyd etmişdik ki, bu kilsənin önündə asfalt yox, daha sakit və insan yönümlü bir mühit olmalıdır.

☑️ Bu yaxınlarda isə bu kilsənin ətrafında abadlıq işləri görülüb, asfalt daş döşəmə ilə əvəzlənib. Bu mühiti isə daha da maraqlı etmək üçün Dilqəm İsmayılov belə bir konsept paylaşıb (üçüncü foto).

💯 Və ölkəmizdə yüzlərlə belə maraqlı tarixi binalar və məkanlar var. Böyük büdcələr investisiya etmədən, onları çox gözəl və cəlbedici edə bilərik.

#əvvəlsonra
54👏10💯4
İnsan yönümlü şəhərlər ️
🔄 ƏVVƏL - SONRA - TƏKLİF ⠀ 🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman…
💬 Şərhlərdən:

🇬🇪 Gürcüstanda bir neçə alman koloniyası mövcuddur. Gürcülər ordakı küçələri iki dildə yazır, alman pivə ənənələrini dirçəldir. Kilsələri məhz kilsə kimi yenidən açır və Almaniyadan konsert qruplarını çağırır.


Heç uzağa getmək lazım olmadı, qonşu ölkə bunu başa düşürsə və edirsə, nəyimiz əskikdir?
36💯9😢1
🛴 "Skuterlərin əlindən bezdik".

⬆️ Bu mənzərə şəhərdə mikromobilliyin nə dərəcədə aktiv şəkildə istifadəsinin əyani göstəricisidir.

💬 "İki nəfər velosiped, üç nəfər skuter sürür" kimi ifadələrini işlədən adam artıq özü gülüş obyektinə çevriləcək. Amma ortada başqa çağırış var — necə gəldi atılan velosipedlər və xüsusilə skuterlər artıq şəhərdə piyadaların hərəkətinə narahatlıq və təhlükə yaradır. Baxmayaraq ki, son vaxtlar yalnız xüsusi ayrılmış yerlərdə skuterləri saxlamaq olur (APAR velosipedləri zatən öncədən müəyyən olunmuş parklanma yerlərinə bağlıdır), fakt odur ki, GPS sistemindəki qeyri-dəqiqlik çox vaxt xaotik şəkildə skuteri atıb-getmək imkanını yaradır.

🔹 Bunun iki çıxış yolu var. Parisdəki kimi skuterləri tam qadağan etmək (yaxşı misal deyil), və yaxud şərait yaratmaq. Skuterlər səki ilə hərəkət edib piyadalara təhlükə yaratmasın deyə bütün küçələrdə velozolaqlar lazımdır. Bunun istisnası olmamalıdır. Küçədə səki varsa, deməli velozolağı da olmalıdır. Veloparkinqlər də eynən — səkidə deyil, yolun hərəkət hissəsində, müvafiq ciblərdə və yaxud təhlükəsizlik adacıqlarında təşkil edilməlidir.

🔹 Əlavə olaraq, icarə şirkətlər parklanmaya nəzarət mexanizimini gücləndirməlidir. Düzgün park etməyənlər üçün artıq Avropada cərimələr tətbiq olunur (Bratislavada başıma gəlmişdir).

❗️ Radikal qadağalar və həllər dayanıqlı olmur. Düzgün nizamlanma lazımdır.

📸 Fotonu memar Elçin Əliyev paylaşıb.
21👍9💯2
Kimsə başa sala bilər, burada nə etmək olar, nə olmaz?
🤣45🤮1
🚲 Yaxın günlərdə Bakıya 200 yeni elektrik velosiped gəlir.

☑️ İlk nümunəsini artıq test-drive etdim. İcmal burada.
👍435👏5
🚶Neftçilər prospektində vaxtilə görün nə qədər eynisəviyyəli piyada keçidi olub.

Bu gün onları sadəcə nizamlanan etməklə və biri birilə koordinasiya etməklə Bakı bulvarına istirahət etməyə gələnlər üçün xeyli əlçatan edərdik.

☑️ Hazırda prospektdə cəmi bir ədəd “zebra” var, onu da insanlara çox görürlər.

#Neftçilərprospekti #piyadakeçidləri #tarixifoto
32👍5💯1
Hər zaman olduğu kimi. Gərək hadisə baş verə, sonra nəsə tədbir görülə.

Bu hasarları əvvəlcədən quraşdırmaq olmazdımı? Təhlükəsizlik mədəniyyəti (safety culture) deyilən bir anlayış var, onu bizdə tam olaraq iqnor edirlər. Elə bu yaxınlarda misal paylaşmışdım.

İstər yol qəzalarında, istər bu cür hadisələrdə məsuliyyətin böyük hissəsi infrastruktura düşür.

Əlbəttə ki, nə bu hadisədə, nə də gələcəkdə belə bədbəxt hadisədə heç kim cəzalandırmayacaq (uzağı hansısa fəhlənin üstünə atacaqlar). Çünki təhlükəsizliyə yanaşma kökündən dəyişməlidir. Qaydalar, nəzarət və sərt cəzalandırma mexanizmləri olmalıdır.

Bu arada, 27 yaşlı Cümşüdün cəsəti Hövsandan tapılıb. Allah rəhmət eləsin.
😢606👍2😱1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭕️ Bu cür hadisələrin qarşısını almaq üçün küçə təmiri zamanı təhlükəsizlik tədbirlərini görmək lazımdır.

Necə? Gəlin Berlin nümunəsinə baxaq. Bu şəhərdən çəkdiyim vloqdan bu parça çox yaxşı nümunədir.

Təəssüf ki, bir Azərbaycan gənci səhlənkarlığın qurbanı oldu.
😢55
Forwarded from Orkhan Abid
Bakı, 2025 Müəllif: Lyokin
💩98🤮17😢12😱21
🇸🇪 Göteburq şəhəri İsveçin ən böyük velosiped şəbəkəsi olan yaşayış məntəqəsinə çevrildi.

🚲 Bu şəhərdə velozolaqların uzunluğu 793 km təşkil etdi. Onların 636 km-i ayrılmış, qalanı isə "shared" (ortaq) şəkildə təşkil edilib. Bu hətta paytaxt Stokholmdan çoxdur.

❗️ Bir daha: 793 km. Şəhərin əhalisi heç 1 milyon insan təşkil etmir. İsveçdə qış və soyuq hava 6-7 ay davam edir.

☑️ Müqayisə üçün Bakı: 40 km velozolaq, sərt qış havası isə heç 2 ay davam etmir.

#velosipedzolaqları
27👏8👍3
🚌 Deyilənə görə, Gəncə üçün yeni Yutong (Çin) avtobusları alınıb.

⭕️ Rəsmi məlumat hələ ki yoxdur. Mənbə — Teleqramda müzakirə qrupumuz.
35👍15😱2😁1
🇩🇪 Hamburqda piyada keçidi.

Fikir verin, hətta nisbətən ensiz yolda piyadaların təhlükəsizliyinə nə qədər diqqət ayırıblar.

Piyada zolağı olan hissədə yol daralır
Nişanlar aydın və görünən yerlərdə quraşdırılıb
Yuxarıdakı nişanda həmçinin işıqlandırma quraşdırılıb

Küçənin hər iki tərəfində velosiped zolağını salmağa da unutmayıblar.
38👍14