İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
777 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍 Bakı-Sumqayıt yolunda avtobus zolağı salınır.

Maraqlıdır ki, ilk dəfə olaraq zolaqda bufer zonası da nəzərdə tutulub.

Bu xüsusi adacıqdır ki, zolaqdakı hərəkəti ləngitmir. Bu haqda məqalə var bloqumuzda.

İndi əsas odur ki, nəzarət olsun. Zolaq işə salınandan sonra baxarıq.

#avtobuszolağı
Küçə mebeli - Balaxanıdan öyrənək! 👍

Abadlışdırıldıqdan sonra turistik məkana çevrilən Balaxanı qəsəbəsində diqqət çəkən elementlərdən biri də küçə mebelidir. Skamyalar, dibçəklər və hətta masalar buranı insan yönümlü edir.

Dayanıb istirahət etmək üçün yaradılan şərait piyada gəzintiləri üçün önəmlidir.

Ümumi burada olan ab-hava da öz yerində.

🔹 Növbəti vloq buradan olacaq. Qaçırmamaq üçün abunə olun.

#küçəmebeli
💡 İctimai nəqliyyat məhz buna görə inkişaf etdirilməlidir. Rəqəmlərdə diqqət yetirin.

Avtobus zolaqlarına qarşı fikirlər səslənə bilər, "tramvaylar bizə lazım deyil" ifadələrini eşidə bilərik. Lakin reallıq odur ki, bu gün biz Bakıda mobilliyi təmin etmək və tıxaclardan qurtulmaq istəyiriksə, daha çox insan daşıyan nəqliyyatı inkişaf etdirməliyik.

📊 Bunlar hamısı elm və statistika ilə sübut olunan məsələlərdir və bizdə bunları tətbiq etməyin vaxtı çoxdan çatıb.

#ictimainəqliyyat #urbanistika #infoqrafika
🚨 Tıxac tək vaxt itirmək deyil, həyat məsələsidir.

🚑 Yüzlərlə təcili tibbi yardım avtomobilləri hər gün tıxacda ilişib qalır və kim bilir nə qədər insan vaxtında təcili yardım göstərilməməsi üçün həyatını itirir.

Nəzərə alsaq ki, bizdə tıxacda sürücülər heç bir ara məsafəsi saxlamır, bu çox ciddi sosial problemdir.

📸: Rəvan Bağırov

#tıxaclar
🇦🇿 Yaxşı urbanistik həllər insanları daha xoşbəxt edir. İnsan yönümlü Balaxanı bunun bariz nümunəsidir.

Tanınmış qəsəbənin transformasiyası, tarixi və yanaşması - daimi qonağım memar Dilqəm İsmayılovla Balaxanı qəsəbəsi haqqında urbanistik icmalını hazırladıq. Digər videolarda görmədiyiniz və eşitmədiyiniz nüansları məhz bizim vloqda izləyə biləcəksiniz.

https://youtu.be/4Ut2wIbGtz4

🔹 İşimizə dəstək göstərən hər kəsə təşəkkür edirəm. Dəstəkçilər arasında qoşulsanız, bizə daha da böyük layihələrin hazırlanmasında çox kömək edəcəksiniz. Patreon-da bizə daimi dəstək göstərənlər isə əlavə bonuslar əldə edəcək və videoların geniş versiyalarını izləyə biləcəklər.


#vloq
“Demək olar ki, hər gün uşaq arabası ilə uşağı küçəyə çıxarıram və indi xüsusilə əlillərin necə əziyyət çəkdiyini daha yaxşı başa düşürəm. Şəhərimiz əlil və uşaq arabaları üçün cəhənnəmdir. Bura həm şəraitsizlik, həm doğru olmayan və təhlükəli panduslar, yeraltı və yerüstü keçidlərdəki problemlər və həmçinin qanunsuz parkinqlər daxildir.”

Paylaşdı: Rəsul Həsən.
🇦🇿 Deyilənə görə Kəlbəcərin mərkəzi küçəsi belə olacaq.

İlk baxışdan qəşənq və müasir görünsə də, bu küçə sxemində bir sıra uyğunsuzluq var.

🔹 Birincisi, tramvay həqiqətən nəzərdə tutulubsa, yaxşı bəs əks istiqamətdə hərəkət etməyəcək? Birtərəfli tramvay yolu yalnız turistik tramvaylarda ola bilər, ictimai nəqliyyat isə eyni küçədən iki tərəfə hərəkət etməldir.

🔹 İkincisi, 70 sm velosiped zolağı olar? NACTO-nun standartı ən azı 2 dəfə daha geniş, 1,5 metrlik velozolaq təşkil etməyə tövsiyə edir. Dar və narahat velozolaq olsa, ondan heç kim istifadğ etməyəcək. Hər kəs yola çıxacaq.

🔹 Yolun özündə isə yenə də sanki tank üçün nəzərdə tutulmuş hərəkət zolaqları. 3,5 metrlik avtomobil zolağı nəyə lazımdır? Orta minik avtomobilin eni 2 metr, avtobusun isə 3 metrdir. 3,5 metrlik zolaqlara heç bir ehtiyac yoxdur şəhər daxilində. Budapeşt sübut etdi ki, normal hərəkət etmək olar hətta 2,5 metrlik zolaqlarda.

Yaxşı hal isə odur ki, piyada səkisi genişdir, yaşıllıq da nəzərdə tutulub. Ümid edirəm, Kəlbəcər Füzuli şəhərinin bu səhvlərini təkrar etməz.

📸 Şəkil buradan.


#Qarabağ
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, qanunsuz parkinq edən sürücülərə qarşı cərimələr sərtləşdirilməlidir.

Qonağımızın tam çıxışını həm YouTube kanalımızda izləyə, həm də Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz.

@akinchiproject
“Podxana” layihəsinin ilk qonaqlarının biri oldum.

Piyada təhlükəsizliyindən danışdıq.

https://youtu.be/T3_-aj1RsaI?si=EiWlgQJowL3e56Qi


#təhlükəsizlik
Böyük avtomobil yönümlü meydanlar tək Azərbaycan və digər post-sovet ölkələrində deyil, həmçinin Qərb ölkələrində salınmışdır.

Bu gün şəhərlər belə məkanlarda daha təhlükəsiz, sakit və insanyönümlü edilməsi üçün bu cür transformasiyalar edirlər. Ən əsası, bu işlər böyük büdcələr tələb etmir.

🇬🇧 Fotoda Liverpul şəhəri 1960-cı və 2023-cü illərdə.

#əvvəlsonra