İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
778 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇪 Gürcüstanın tək paytaxtı deyil, həmçinin digər şəhərlərində müasir küçə yanaşmasını tətbiq edirlər.

Fotoda Kutaisi şəhəridir. Fikir verin, səkilər yerində, döngələrdə təhlükısizlik adacıqları hətta velosiped yolu da nəzərdə tutulub.

Bizdə isə ortastatistik küçə təmiri hər yerə asfalt vurmaqla yekunlaşır.
🔺 Xırdalanda avtobus dayanacağı.

Səkinin 100%-ni zəbt edib (əgər buna səki demək olarsa).

#Xırdalan
🇦🇿 Xırdalandan reportaj nəhayət gəldi.

Çoxdandır bu şəhər vloq çəkməyə dəvət etmişdilər. Xırdalan urbanistik cəhətdən, çox təəssüf ki, fəlakətin pik nöqtəsini yaşayır.

Memar Dilqəm İsmayılov ilə buradakı küçələr və yaşayış massivlərində gəzişdik, bir az şok yaşadıq. Gettoləşmə ehtimalından və çıxış yollarından danışdıq.

🔹 Əgər Xırdalanda yaşayırsınızsa, sizin fikriniz xüsusilə maraqlıdır. Şərhlərdə yaza bilərsiniz.

🔜 https://youtu.be/-oYRV3tnihM

Dostlar, bu cür videoların davamlı olması birbaşa olaraq bizə dəstək olanların sayından asılıdır. Sponsorumuz olun və bizə daha çox məzmun yaratmağımızda kömək edin. 💚

Yeni videolar üçün ideyaları da mən ilk növbədə Patronlarla müzakirə edirəm.

#Xırdalan
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Piyadayönümlü Azadlıq prospekti.

Bir sıra küçələrimiz bu cür dəyişə bilər əslində.

©️ Hazırladı: Road Safety / Təhlükəsiz yol səhifəsi.

🔹 Bu sayt vasitəsilə digər küçələri də yoxlaya bilərsiniz.
Xaotik parklanmanın səliqəyə salmasının asan yolu. ⬆️

🅿️ AYNA Bakıda ödənişli parklanma tətbiq edəndən sonra parkinq yerlərini xüsusi nişanlanma ilə xətləməyə.

Yeni parklanma siyasətindən danışanda , qeyd etmişdim ki xətlənmənin əvvəllində və sonunda tətbiq edilən təhlükəsizlik adacıqları effekt verməyəcək. Gərək səki çıxıntısı olsun.

Və həqiqətən görünür ki, sürücülər bu boya ilə nişanlanmış adacıqlara məhəl qoymur. Və cərimə də hələ tətbiq edilmir belə hallar üçün.

Səki çıxıntısı olmayana qədər isə heç olmasa deliniator qoymaqla problemi həll etmək olar.

Kütləvi olmasa da, amma şəhərin bəzi yerlərində bu cür rənglənmiş vasitələrə rast gəlmək olar.

Bu adacıqlar xüsusilə piyada keçidi olan yerlərdə önəmlidir ki, görünüş bucağı bağlayır və təhlükə yaradır.

🔹 Odur ki, sürücülərə cərimə sərtləşdirilməyənə qədər bu cür deliniatorları kütləvi şəkildə AYNA-ya tətbiq etməyə tövsiyə edirəm.

#parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 İnsan yönümlü küçənin misalı.

Bu küçədə yalnız velosiped və tramvayların hərəkətinə icazə verilib. Yaşıllıq, sakitlik və sağlamlıq. Belə şəhərdə yaşamaq istəyərdiniz?

Əvvəllər bu küçə belə idi.

🇳🇱 Amsterdam.

#Niderland
Küçədə piyadalar üçün səki yoxdur, insanlar isə avtobusu yolun ortasında gözləyir.

Bu elementar məsələni həll etmədən bura "SMART" dayanacaq quraşdırılır.

Nəticədə - aqressiv, təhlükəli və insanların düzgün davranışını formalaşdıra bilməyən mühit.

📍 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi.

#səkilər
"Şəhərdə insanlara və avtomobillərə ayrılan yer".

🖼 İsveçli rəssam Karl Jilg-in məşhur illüstrasiyası və onun süni intellektlə yaradıldığı versiya.

#karikatura
Görünür ki, AYNA agentliyi avtobusların prioritet hərəkət etməsi üzərinə ciddi düşüb, polis ilə birgə tədbirlərə başlayıblar.

Ümumi sistemin dayanıqlı olması üçün:
🔹 İntensiv marşrut keçən küçələrin hamısınıda avtobus zolağı çəkilməlidir
🔹 Ciddi nəzarət olmalıdır (kameralarla avtomatlaşdırılmış rejimdə)
🔹 Avtobusların sayı artırılmalıdır.

https://t.me/azerbaijantransport/2633

#AYNA
“Şəhər yatır, mafiya oyanır”. 🥹

Baxmayaraq ki, 2 aydan çoxdur rəsmi parklanma var, Bakıda parkovşiklər sürücülərdən əl çəkmir.

Əsas səbəb - gecə saat 22:00-dan sonra, bazar günü isə bütün günü park yerlərin pulsuz olmasıdır.

Vloqda qeyd etdiyim kimi, bu gözlənilən idi.

Lakin sualım sürücülərədir. Sizi parkovşiklər yenə də hədələyir? Yenə maşın cızmaqla məşğul olur? Yerləri bidon ilə zəbt edir?

Çünki yazırlar ki, və AYNA da xəbərdarlıq edib bir neçə dəfə nağd pul verməyin. Görünür ki, pul verən hələ də var.

Bir vacib məsələni qeyd edim ki, əgər kiminsə “parkovşiklərə yazığı gəlir, ona görə verir”, bilin ki onlara onsuzda qəpik-quruş düşür. Bu ödənişlər əsas hissəsi hara gedir hələ də dəqiq heç kim bilmir.

🔹 Ümumi olaraq desək isə, parklanmanın pulsuz vaxtları olmamalıdır (ən azı şəhər mərkəzində). Gecə və bazar günü simvolik qiymət olmalıdır ki, heç olmasa necəsə tələb-təklif üst-üstə düşsün.

#parklanma
🌳 Bakının mərkəz küçələrinin insan yönümlü transformasiyası.

Bir anlıq təsəvvür edək... Hansını daha çox bəyənirsiniz?

📍 Xəqani (Molokan) bağının ətrafı.
🔹 Dostlar, bu səhifənin və son vaxtlar davamlı şəkildə apardığım vloqların bir vacib məqsədi var.

Əgər biz istəyirik ki, bizim şəhərlər, ilk növbədə isə Bakı, rahat və təhlükəsiz olsun, biz mütləq müasir təcrübə haqqında bizim vətəndaşları da maarfləndirməliyik.

🔹 Yaxşı şəhər nə deməkdir? Uğurlu ölkələrin təcrübəsi nə deyir? Bizim şəhərlərdə hansı proseslər baş verir və onları düzgün necə istiqamətləndirək? Necə edək ki, səkilərimiz kəsilməsin və bu haqda vaxtında siqnal verək?

Biz bu haqda danışmasaq və paylaşmasaq o zaman cəmiyyətdə yaxşı şəhərlərə dair ictimai sorğu da yaranmayacaq.

🔹 Son zamanlar aşağı templə olsa da, hansısa dəyişikliklərin şahidi ola bilirik. Lakin bu kifayət deyil. Daha çox maarifləndirməyə ehtiyac var, əsas məsələ isə - davamlı şəkildə.

"İnsan yönümlü şəhərlər" layihəsinin və videobloqların davamlığında mənə dəstək olan insanların böyük töhvəsi var.

🔸 Patreon platformasında abunə olmaqla siz tək kanala maddi dəstək deyil, həmçinin apardığım işimdə mənə əlavə motivasiya verirsiniz, işimi düzgün istiqamətdə apardığıma ümidimi artırırsınız.

🔸 Hazırda bizə dəstək göstərən dəyərli izləyicimizin sayı 20-ni keçib. Hədəf 50-yə doğru ☑️

🟢 patreon.com/city4people

Və bir daha xatırlayıram ki, Patronlar üçün eksklüziv kontent paylaşıram, ayrıca bir qrupda müzakirələr aparıram və şəxsən bütün suallarınıza cavab verməyə hazıram.

🔸 Birdəfəlik dəstək göstərmək üçün:

☑️ kofe.al/city4people
Kartdan karta:
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 4098-5844-6806-8406
☑️ Kapital Bank: 4169-7385-1582-2504


İnsan yönümlü şəhərlərdə yaşamaq hər birimizin haqqıdır. Və bu gün mütləq gələcək! 💚
🇺🇸 Sietl şəhəri insanyönümlü olmaq istəyir.

Güman ki bilirsiniz, ABŞ-ın əksər şəhərləri sırf avtomobillər üçün qurulub. “Maşınsız həyat Amerikada mümkün deyil” ifadəsi bu ölkədə yaşayan hər kəsin dilindədir.

Lakin Sietlın Nəqliyyat Departamenti bu stereotipi qırmaq istəyir.

🔹 Planların birinə görə burada ~1300 km səki, ~600 km velozolaq və ~120 km tam və qismən piyadalar üçün nəzərdə tutulmuş küçə salınacaq.

Əgər dünyanın ən avtomobilləşmiş ölkə bunu edirsə, bizim də transformasiya etməmək üçün heç bir bəhanəmiz qalmamalıdır.

#ABŞ
Axşam vaxtı avtomobil yolunda piyada gəzmək xüsusilə təhlükəlidir.

Amma bu insanlar nə etsin? Onlar üçün bu şəhərdə piyada infrastrukturu normal düşünülməyib.

Siz hələ də piyadaları günahlandırırsınız?

#səkilər